Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə13/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

Bərdədə,  Qəbələdə,  Qubadlıda,  Göyçayda,  Cəbrayılda,  Şa­

maxıda xalq  məktəbləri  mövcud  idi.  Bu  məktəblər əhalinin 

vəsaiti  hesabına  saxlanılırdı.  Bakıda  ilk müsəlman  qız  mək­

təbi  1901-ci  ilin  7  oktyabrında  Həsən  bəy  Zərdabinin  ömür 

yoldaşı Hənifə xanımın himayəsi ilə yaradılmışdı.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hakimiyyəti  özünün 

təxminən  iki  illik  fəaliyyəti  dövründə  xalqın  maariflənməsi 

işində  vaxtın  qısa  olduğuna  görə,  əsaslı  dönüş  yarada  bil­

məmişdi.

1921-ci  ilin  22  dekabrında  Bakıda  ziyalılar  ilə  görü- 

şündəki  çıxışında  N.Nərimanov  demişdi:  «Maarifsiz heç  bir 

diləyə  çatmaq,  heç  bir  azadlıq  və  istiqlaliyyət  eldə  etmək, 

iqtisadi  işləri  öz yoluna qoymaq  və  əcnəbilərin nüfuz və tə­

sirindən qurtarmaq mümkün deyil»1.

1920-ci  ilin  əvvəlində  Azərbaycanda  əsasən  Qori 

müəllimlər  Seminariyasını  bitirmiş  75  nəfər  azərbaycanlı 

müəllim var idi.

Sovet  üsul-idarəsinin  ilk  illərində  Azərbaycanda  yaşlı 

əhalinin  əksəriyyətinin  savadsızlığı  (ərəb  əlifbasında  yazı 

üzrə  də  bu  göstərici  aşağı  idi)  və  məktəb  yaşlı  uşaqların 

ümumi (ibtidai  icbari) təhsilə cəlb edilməsi qayğısı qətiyyət­

lə  tələb  edirdi  ki,  ölkədə  müəllim  kadrlarının  hazırlanması 

məsələsi  ən vacib vəzifə kimi qısa müddətdə həll edilsin.

Ölkədə  müəllimlərin  çatışmadığım  nəzərə  alaraq 

Azərbaycan  Respublikası  İnqilab  Komitəsi  sədri  N.Nərima­

nov  1920-ci  ilin 9  avqust tarixli  qərarı  ilə «bütün müəllimlər 

hərbi vəzifədən azad olundular».

Qori  müəllimlər  seminariyasının  (1876-1918)  Azər­

baycan  şöbəsində  (1879-1918)  təhsilin  rus  dilində  olması 

səbəbindən  (Azərbaycan  dili  fənn  kimi  tədris  edilirdi)  və 

seminariyanın  Azərbaycandan  kənarda  yerləşməsinə  görə 

orada  təhsil  alanlann  miqdarı  məhdud  miqdarda  olmuşdur.



I

50

«Kommunist» qəzeti,  25 dekabr  1921.

Bu  məsələ  Azərbaycan  ziyalılarını  düşündürürdü.  Məsələn, 

Əlimərdan bəy Topçubaşov  Rusiya çarı  canişini qraf Voron- 

sov-Daşkovun  1906-cı  ilin 20 fevralında Tiflisdə öz sarayın­

da  keçirdiyi  Zaqafqaziya  nümayəndələrinin  müşavirəsində 

etdiyi  çıxışında  təklif vermişdi  ki,  Qori  müəllimlər  semina­

riyasının  Azərbaycan  şöbəsi  Azərbaycanın  şəhərlərindən 

birinə  köçürülsün.  Homin  təkliflə  Nəriman  Nərimanov 

1906-cı  ilin  8  mayında  «Həyat»  qəzetində  çap  etdirdiyi  mə­

qaləsində də çıxış etmişdi.

Bu  təkliflər  yalnız  1918-ci  ildə  həyata  keçirildi.  Belə 

ki,  Qori  müəllimlər  seminariyasının  Azərbaycan  şöbəsi  hə­

min  seminariyanın  müəllimi  Firudin bəy Köçərlimin rəhbər­

liyi  ilə  Qazax  şəhərinə  köçürüldü  və  Qazax  müəllimlər  se­

minariyası  adlandırıldı.  Seminariyada  dərslər  sentyabrın  17- 

də başlanmışdı.

Beləliklə  Qazax  müəllimlər seminariyasının təşkilatçı­

sı  və ilk  direktoru Firudin  bəy Köçərli olmuşdur.

Bakıda oğlanlar  üçün  seminariya  1919-cu  ilin sentyab­

rında  yaradılmışdı.  Burada  qızlar  üçün  də  ayrıca  məktob 

mövcud idi.  1925-ci  ildə  Bakıda 6 texnikum işləyirdi.  Bütün 

respublikada  isə homin  ildə  14 texnikum mövcud  idi və bun­

ların  əksəriyyəti müəllimlər hazırlayan seminariya idi.

Gəncə,  Şəki,  Şamaxı  və  Şuşa müəllimlər seminariyala­

rı  1921-ci  ildə  yaradılmışdır.  Şəkidə  1927-ci  ilə  qədər semi­

nariyada oğlanlar və qızlar ayrı-ayrı qruplarda oxuyurdular.

Respublikada  olan  müəllimlər  seminariyaları  1924-cü 

ildə  113  nəfər,  1925-ci  ildə  197  nəfər,  1926-cı  ildə  760  nə­

fər müəllim hazırlamışdı.  1926/27  dərs  ilində  Azərbaycanda 

olan  15  seminariyada  2260  tələbə  oxuyurdu  ki,  bunlardan 

737 nəfəri qız idi.

Qori  müəllimlər  seminariyasının  Azərbaycan  şöbəsi­

nin  ən ’ənələrini  davam  etdirən  həmin  seminariyalarda 

yüksək  tələbkarlıqla  mükəmməl  təhsil  verilirdi.  Bu  semina­

riyalarda təhsil  alan  gənclər bəlkə  də özləri  bilmədən  Azər­

51



baycanda xalq maarifinin siyasi eskərləri kimi yetişirdilər.

IV  Ümumi  Azərbaycan  Sovetlər qurultayı  (mart  1925) 

«Əski  türk əlifbası  haqqında»  qəbul  etdiyi  qərarda müəyyən 

etmişdi  ki,  Respublikanın  I  dərəcəli  bütün  məktəblərində 

1925/26  dərs  ilindən  başlayaraq  yeni  türk  əlifbasına  (latın 

qrafikası  ilə)  keçid  başlanmalı  və  bu  siyasi  tədbir 8  il  müd­

dətində  (1932/1933-cü  dərs  ilində)  qurtarmalıdır.  Eyni  za­

manda  müəyyən  edilmişdi  ki,  yaşlı  əhalinin  savadsızlığının 

ləğv edilməsi də yeni türk əlifbasında həyata keçirilməlidir.

1927-1929-cu illərdə  savadsızlığı  ləğv etmə üzrə  yara­

dılmış  çoxsaylı  axşam kursları  vasitəsi  ilə  106381  nəfər yaş­

lı  əhali öz savadsızlığım ləğv etmişdi1.

Əhalinin  əksəriyyəti  savadsız  olduğu  üçün  latın  qrafi­

kası  ilə nəşr edilməyə başlanan qəzetləri oxuyanların da sayı 

çoc  az  idi.  Buna  görə  də  20-ci  illərin  ikinci  yarısından  əsas 

təbliğat  vasitəsi  toplantılar  və  kinofilmlərin  gösterilməsi 

olmuşdur.  Kəndlərdəki  məktəb  və  klub  binalarında,  hətta 

əhalinin geniş mənzillərində  ödəncsiz göstərilən kinofilmlər 

böyük auditoriya toplayırdı.

Rəsmi  göstərişə  əsasən  bütün  məktəblərin  şagirdləri 

izdihamlı  keçirilən  düşərgə  iclaslarında  qırmızı  qalstuk  tə­

qdim edilməklə «pioner» təşkilatına qəbul edilirdilər.

Mövcud  ali  məktəblərdə  tələbələrin  milli  tərkibi  nis­

bəti  azəri  türklərinin  xeyrinə  deyildi.  Məsələn,  Azərbaycan 

Dövlət  Universitetinin  müəllim  və  elmi  işçilərinin  tərkibin­

də azərbaycanlılar  1922/23  dərs ilində  11,8% təşkil edirdisə, 

1928/29  dərs  ilində  bu göstərici  41,2%-ə  çatmışdı.  Lakin bu 

da məqbul  deyildi.

1930-cü  ildə  başlanan  ümumi  icbari  ibtidai  təhsilə  ke­

çid uğurla başa çatdı2.



Sovetlər  Qurultayları  sənədlərdə,  1917-1937.  M.  1964,  s.198  (rus 

dilində)

Sovet Azərbaycanı  (Elmlər akademiyasının nəşri). B.,  1958, s.330.

52

§ 3 .1941-1945-ci  illər müharibəsi dövründə 

Azərbaycanda hərbi-siyasi vəziyyət

Azərbaycan xalqının faşizm üzərində qələbədə 

tarixi xidməti

Azərbaycan  xalqının  1941-1945-ci  illərin  Böyük  Və­

tən müharibəsi  dövrü ön  və arxa cəbhələrdə döyüş  və əmək 

rəşadətləri  haqqında kifayət qədər ədəbiyyat mövcuddvr.

Müharibənin  başlanması  ərəfəsi  və  ilk  aylarında  Bakı 

neft  rayonu  və  bütövlükdə  Azərbaycan  respublikası  Alma­

niya  dövləti  rəhbərliyinin  hərbi  doktrinasında mühüm  hədəf 

obyektlərindən biri  idi.  Bunun üçün bir neçə səbəb var idi:

1.  Hitlərin  planına  görə  Sovetlər  İttifaqı  üzərində  qə­

ləbədən  sonra Almaniya ordusu Hindistan hüdudla­

rına  qədər  uzanan  geniş  əraziləri  zəbt  edərək, 

dünya ağalığına nail olmalı idi. Faşist ordusunun  bu 

yolu isə Qafqazdan keçməli idi.

2.  Hitlerə  bu  cahanşümül  qələbəni  əldə  etmək  üçün 

Azərbaycanın  neft  rayonları  ilk növbədə  işğal  edil­

məli  və Almaniya ordusuna xidmət etməli  idi.

3.  Bakı  neftinin  Almaniyanın  əlinə  keçməsinə  yol 

verməmək  məsələsi  1938-1940-cı  illərdə  İngiltərə 

və  Fransanın  da  planlarında  mühüm  yer  tuturdu. 

Hətta təklif verilmişdi  ki,  Bakı neftinin  Hitlcrin əli­

nə  keçməməsi  üçün  bu  neft rayonunu  bombardman 

yolu ilə sıradan çıxarmaq lazımdır.

Faşist  Almaniyası  1939-cu  ilin  martında  Rumıniya  ilə 

bağladığı  müqaviləyə  əsasən  onun  Ploeşti  neft  rayonuna nə­

zarət  edirdi  və  Bakı  neftinə  də  nəzarətə  nail  olsa  idi,  faşist 

ordusu  İngiltərəyə  qarşı  başladığı  hərbi  əməliyyatlarda  qə­

ləbəni  daha  tez  əldə  edə  bilərdi.  Buna  görə  də  İngiltərənin 

yüksək  hərbi  dairələrində  Bakı  neftinin  müqəddəratı  məsə­

ləsi  1940-cı  ilin  əvvəlində  geniş  müzakirə  edilirdi.  Bu 

müzakirələrdən  sonra  Bakıya  bomba  zərbəsi  endirilməsi



53


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə