Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə12/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

ralımız -  Səməd Mehmandarov və Əliağa Şıxlinski Nəriman 

Nərimanovun  sə’yi  nəticəsində  sağ  qaldılar.  Lakin  N.Nəri- 

manovun  ölümündən  (1925)  az  sonra  xalqımızın  bu  böyük 

oğlunun özü də düşmən kimi hallandırılmağa başlandı.

Uydurma  Nərimanovçular  qrupuna  Dadaş  Bünyadza- 

də,  Teymur  Əliyev,  Mustafa  Quliyev,  Böyükağa  Talıblı, 

Mövsüm  Qədirli,  Soltan  Məcid  Əfəndiyev,  Tağı  Şahbazi, 

Məmməd  Səid  Ordubadi,  Yusif Qasımov,  Mirzağa  Əliyev, 

Əyyub  Xanbudağov,  Əzim  Əzimzadə,  Vəli  Xuluflu  və  on­

larla  digər  görkəmli  ziyalılar  daxil  edilərək,  həbs  və  e’dam 

edildilər.  Yaxud  da  ciddi  nəzarət  altında  saxlandılar.  Görü­

ndüyü  kimi  bolşeviklərin  sinfi  düşmən  axtarışından  ən  çox 

ziyan çəkən Azərbaycan ziyalıları olmuşdur.

Böyük  təəccüb  və  nifrət  hissi  doğuran  hal  ondan  iba­

rətdir  ki,  hq  min  dövrdə  yüksək  vəzifələrdə  olmuş  Dadaş 

Bünyadzadə  (Zaqafqaziya  Xalq  Torpaq  Komissarı)  Mirzə 

Davud  Hüseynov  (Zaqafqaziya  Xalq  Maarif Komissarı),  So­

ltan Məcid Əfəndiyev (Azərbaycan Mərkəzi  İcraiyyə Komi­

təsi  sədri),  Həmid  Yaqubov  (  Respublika  prokuroru),  Hey­

dər Vəzirov (Azərbaycan SSR Xalq Torpaq Komissarı)  guya 

1933-cü  ildə  yaradılmış  «Azərbaycan  millətçi  partiyası»nın 

üzvləri kimi xüsusi nəzarət altında saxlanılırdı.

Azərbaycan  Respublikası  Maarif  Komissarlığından 

dörd  xalq  komissarı  -   Pənah  Qasımov,  Məmməd  Çuvarlin- 

ski, Müseyib  Şahbazov, Məmmedsadıq  Əfəndiyev və maarif 

komissarının  iki  müavini  xalq  düşmənləri  kimi  həbs  edildi­

lər. Belə ziyalılardan biri də H.Zeynallı idi.

Hənəfi  Baba  oğlu  Zeynallı  (1896-1937)  ADU-nun 

Şərq  fakültəsini  bitirmiş, dosent (1930),  türk  ədəbiyyatı tari­

xi  kafedrasının müəllimi,  V.İ.Leninin  əsərlərinin  tərcüməçi­

lərindən  biri,  AzFAN-da  SSRİ  Elmlər  Akademiyasının 

Azərbaycan  filialının  folklor  şöbəsinin  rəhbəri  işləyirdi.

1937-ci  ilin  yanvarında  əksinqilabçı  kimi  həbs  edilmiş  və 

nəzarətdə olan Ruhulla Axundov,  Bəkir Çobanzadə,  Əhməd



46

Cavad,  Cəfər  Cabbarlı,  Hüseyn  Cavid,  Böyükağa  Talıblı, 

Vəli  Xuluflu,  Mikayıl  Rəfili,  Salman  Mumtaz  ve  onlarla 

digər  görkəmli  ziyalılar  kimi  «xalq  düşməni»  ittihamı  ilə 

güllələnmişdir.  İttihamın daha güclü görünməsi üçün H.Zey- 

nallının  guya Kirovun  1934-cü ildə  Leninqradda öldürülmə­

sini  həyata  keçirən  Trotskiçi-Zinovyevçi  təşkilatında  üzvü 

olduğu göstərilmişdi.

1937-ci  ilin  20  sentyabrında  Hənəfi  Zeynallının  guya 

ifşa  etdiyi  eks-inqilabçı  «Azerbaycan  millətçi  partiyası» 

üzvləri  arasında  həmin  dövrdə  Nuxa  (Şəki)  şəhər  partiya 

komitəsinin birinci katibi  Məmməd Çuvarlinski də var idi.

Bu  sətrlərin  müəllifi  1936-cı  ilin  noyabrın  sonunda 

Şəki  Seminariyasının  sonuncu  kursunda  oxuyarkən  SSRİ 

Kostitusiyası  layihəsi  haqqında  şəhər  partiya  komitəsinin 

birinci katibi  Məmməd Çuvarlinskinin məruzəsini  dinləyən­

lərdən  biri  olmuşdur.  Məruzə  son  dərəcə  dolğun  və yüksək 

siyasi  səviyyədə  idi.  Bundan  ovvel  M.Çuvarlinski  Azər­

baycan SSR-nın Maarif komissarı işləmişdi.

1937-ci ilin  iyununda həbs edilmiş Məmməd Çuvarlin- 

skini  (1902-ci  ildə  o  zamanki  Qaryakin  rayonunun  Cuvarlı 

kəndində  anadan  olmuşdur)  Azərbaycan  SSR  Xalq  Daxili 

İşlər Komissarlığının  VI  bölməsinin rəisi  Xoren Qriqoryanın 

köməkçisi  leytenant  Şer  dindirmişdir.  Həmin  1937-1938-ci 

illərdə  Azərbaycanın  məşhur  ziyalılarım  ağır  işgəncələrlə 

dindirən  ittihamçılar arasında erməni  dığaları -   baş leytenant 

Markaryan,  leytenant Tevosyan  və  kiçik  leytenant  Aruşanov 

(Aruşanyan) xüsusi qəddarlıqla fərqlənmişlər.

Azərbaycan  ziyalılarına  divan  tutan  Çeka  və  fövqol’a- 

de  üçlüklərin  («Troyka»)  tərkibinin  əksəriyyətini  ermənilər 

təşkil  edirdi.  Bu  cəsus  şəbəkəsinin  başında  isə  Sumbatov, 

Qriqoryan,  Markaryan,  Qalstyan,  Ohanesyan,  Avanesyan 

dururdu.

Görkəmli  Azərbaycan  mühaciri Hüseyn Baykara  «Azər­

baycanın  istiqlal  mübarizəsi  tarixi» (1975) kitabında yazır ki,

47



Mir  Cəfər  Bağırov  özünün  ittiham  məhkəməsində  özü  ilə  

məhkum  edilən  ermənilərə  işarə  edərək  demişdi:  «Bunlara 

inanaraq 29 min Azərbaycan ziyalısını məhv etdim»1.

Azərbaycanda  Sovet  siyasi  sisteminin  ilk  illərində  48 

min  azərbaycanlı  qırmızı  terrorun  qurbanı  olmuşdur.  Bütün 

bu  təqsirsiz  görkəmli  ziyalılar  50-ci  illərin  ikinci  yarısında, 

ölümlərindən sonra bəraət aldılar.

Sovet siyasi  sisteminin  faciəvi  qurbanları  olmuş  ziyalı- 

lann  adlarına  bəraət  verilməsi  daha  çox  siyasi  məsələdir. 

Çünki  bunlann  çoxuna  «panislamist»  və  «pantürkist»  damğ­

ası vurulmuşdur.

Sinfi  düşmən axtanşı  eləcə  də kənd  təsərrüfatının kol­

lektivləşdirilməsi  dövründə  geniş  aparılmışdır.  Əsas  bəhanə 

isə bu idi ki, kəndlilər bu kollektiv təsərrüfatlara daxil olmaq 

istəmirdilər və bunun da səbəbini  sinfi  düşmənin əksinqilabi 

fəaliyyətində axtanrdılar və «tapırdılar».

30-cu  illərin  əvvəlində  yaradılmış  ilk  kolxozlann 

(kənd-təsərrüfat  artellərinin)  əksəriyyəti  bir  oymağa  və  ya 

tayfaya  mənsub  olan  kəndlilərdən  ibarət  olmuşdur.  Məsə­

lən,  Ucar rayonunun  Qazıyan kəndində  səkkiz,  Göyçay ray­

onunun  Ləkçıplaq  kəndində  altı  belə  kiçik  kolxoz  yaradıl­

masına icazə verilmişdi.  İndiki Oğuz rayonunun 50 heyətdən 

ibarət  kiçik  Bayan  kəndində  üç  kolxoz  yaradılmışdı.  Sonra- 

lar bu kolxozlar birləşdirilərək vahid təsərrüfata çevrildi.

İlk  kolxozlara  əsasən  keçmiş  nökərlər  və  rəncbərlər 

daxil  olurdular.  Bunlar  isə  kolxoza  yalnız  işçi  qüvvəsi  kimi 

gəlirdi.  Bu  kolxozlara  ortabab  kəndliləri  də  öz əmlakları  ilə 

cəlb  etmək  üçün  kəndlərdəki  adlı-sanlı  ortababların  bir his­

səsini qolçomaq adı ilə həbs  edərək,  sürgünə göndərdilər və 

onların bütün  əmlaklarını  yenicə  təşkil  edilən  bu kolxozlara 

verdilər.

Hüseyn  Baykara.  Azərbaycanın  İstiqlal  mübarizəsi  tarixi.  B.,  1992, 

s. 182.

48

Elliklə  kollektivləşməni  həyata  keçirmək  üçün  bütün 

kəndlərdəki  hörmətli  din  xadimlərini  də  həbs  edərək,  sür­

günə  göndərdilər.  Bunu  da onunla  əsaslandırdılar ki,  həmin 

din  xadimləri  guya kənddə kollektiv təsərrüfat əleyhinə  təb­

liğata  başçılıq  edirlər.  Beləliklə  30-cu  illərin  əvvəllərində 

sinfi  düşmən adı  ile  məhv ediimişlərin böyük bir hissəsi dini 

xadimlər oldu.

Akademik  Ziya  Bünyadov  1993-cü  ildə  yazmışdır: 

«Biz  doğrudan da böyük  xalqıq.  Bu qədər qırıb-tökürlər,  kə­

sib-biçiblər,  əsir-yesir  eləyiblər,  çürüdüblər,  çərlədiblər,  ye­

nə  də məhv olmamışıq»1.  Allah Sənə bir daha rəhmət eləsin, 

cəsur Akademik!

§2.  Ümumi icbari  ibtidai  təhsilə keçid və 

yaşlı əhalinin  savadsızlığının ləğvi

XX  əsrin  20-ci  illərini  əhatə  edən  onillik  Azərbaycan 

üçün  Sovet  siyasi  sisteminə  keçid  dövrü  olmuşdur.  Göstəri­

lən  onillik  Azərbaycan  xalqının  həyatında  çox  ağrılı  keçdi. 

Belə  ki,  Rusiyanın  XI  ordusunun gücü  ile Bakıda  və  Gəncə­

də qan  tökülməsi  yolu  ilə yaradılan Sovet üsul-idarəsi  rayon­

larda xüsusi  siyasi  idarələrin qəddarlığı  ilə həyata keçirilirdi.

Bütün  rayonlarda  yaradılmış  «Kepeu»  və  «Erkayı» 

(polis  və  fəhlə-kəndli  inspeksiyası  müfəttişliyi)  adlı  siyasi 

təşkilatların  başçıları  mauzer  ilə  gəzirdilər  və  istədikləri 

şəxsləri yerindəcə həbs etməyə səlahiyyətləri  var idi.

Xalqın  siyasi  mədəniyyətinin  inkişafı,  onun  ümumi 

mədəniyyəti,  maariflənmə  və  savadlanma  dərəcəsi  ilə  bila­

vasitə  bağlı  olan  bir  prosesdir.  Bu  prosesin  davamı  Azər­

baycanda  müəyyən  mədəni  bazaya  arxalanmışdır.  Belə  ki, 

XIX  əsrin  sonunda  Bakıda,  Gəncədə,  Ağdamda,  Ağdaşda,



Ziya  Bünyatov, Qırmızı  terror,  B,  1993, səh.38.

49


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə