Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə2/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   2   3   4   5   6   7   8   9   ...   71

«buıjua millətçisi» damğası ile rüsvay etmişik.

SSRİ-nin  dağılması  və  ikiqütblü  dünyanın  birqütblü 

dünyaya çevrilməsi  dövrünün  əvvəlində  Azərbaycan müstə­

qillik  qazandısa  da,  burada  siyasi  rejimlər tez-tez  dəyişildiyi 

üçün  Azərbaycan  dünya  birliyində  özünə  müttəfiqlər  tapa 

bilmədi və keçid dövri onun üçün daha çox ağrılı oldu.

Prezident  Heydər  Əliyev  Azərbaycanın  XX  əsr  tarixi­

nin  tezliklə  yazılması,  yenidən  yazılması  lüzumunu  qarşıya 

qoymuşdur.  Lakin  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  bu  iş 

çox ləng gedir.

Dünya  ölkələrində  yaşayan  hər  bir  fərd  istər-istəməz 

siyasi  hadisələr  axınının  tə ’sirinə  mə’ruz  qalır  və  bacardığı 

tərzdə  bu  hadisələrə  öz  münasibətini  bildirməli  olur.  Bu 

m ə’nada  cəmiyyətlərin  siyasiləşməsi  prosesi  gedir  və  get­

dikcə bu proses güclənir.

Sülh mədəniyyəti,  millətlerarası  ünsiyyət mədəniyyəti 

də  siyasi  mədəniyyətin  tərkib  hissələridir  və müasir dövrdo 

Azərbaycan  xalqının  yaşadığı  mürəkkəb  siyasi  dövr  üçün 

xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan  xalqının  mədəniyyəti  də XX  əsrdə  əvvəl­

ki  əsrə  nisbətən  daha  çox  siyasiləşmişdir.  Əgər  XIX  əsrdə 

ədəbiyyatda  bədii-publisistika  güclü  idisə,  XX  əsrdə  siyasi 

publisistika daha güclü olmuşdur.

Bütün  bunlar  cəmiyyətimizin  siyasi  həyatında,  o  cüm­

lədən  siyasi  mədəniyyətində  gedən  prosesləri  öyrənməyə 

diqqəti artırmağı tələb edir.



6

I fesil

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 

AZƏRBAYCANIN 

SİYASİ HƏYATINDA DİRÇƏLMƏ

(1901-1917)

Rusiya  imperiyası  tərəfindən  XIX  əsrin  əvvəllərində 

zəbt edilmiş  Şimali  Azərbaycan zəngin təbii  sərvətləri  hesa­

bına  XX  əsrin  əvvəlində  ümumrusiya  iqtisadi  həyatında 

güclü  iqtisadi  bazaya malik qabaqcıl regionlardan birinə  çev­

rildi.  Bununla  belə  Azərbaycanda  neft  istehsalının  sür’ətli 

artması  və yerli  sənayenin inkişafı əsasən Avropa kapitalının 

tə’siri  ilə  olmuşdur.  XX  əsrin  1  onilliyində  Azərbaycanda 

olan  iri  sənaye  müəssisələrinin  75%-i  Avropa  kapitalistləri­

nə,  20%  rus,  erməni  və  yəhudi  kapitalistlərinə  məxsus  idi. 

Bu  sənaye  müəssisələrində  işləyən  fəhlələrin  təxminən  ya­

rısı  (45%) yerli fəhlələrdən  ibarət olmuşdur.

1913-cü  ilin  məlumatına  görə  Bakıda  neft  sənayesi 

üzrə  milli  burjuaziyaya  aid  müəssisələrin  miqdarı  bu  müəs­

sisələrin  ümumi  miqdarının  15%-ni,  hasil  edilən  neft  isə 

ümumi  hasilatın altıda bir hissəsini  təşkil  etmişdir.  Gəncə və 

Şəkidə  milli  burjuaziya  nisbətən  daha  güclü  idi.  Şəkidə  69 

ipək əyirici müəssisə (fabrika) işləyirdi1.

1910-cu  ildə  Bakıda  istehsal  edilən  neft  dünya neft  is­

tehsalının  yarısını,  Rusiya  neftinin  isə  90%-ni  təşkil  edirdi. 

Buna baxmayaraq  Rusiya çarizminin müstəmləkəilik  siyasə-



Scidzadə  D.B.  Azərbaycan  burjuaziyasının  ictimai-siyasi  fəaliyyəti­

nə  həsr olunmuş  doktorluq  dissertasiyasının avtoreferatı,  Bakı,  1993, 

s.46 (rus dilində)

7


ti  Azərbaycanda  yaranmaqda  olan  milli  burjuaziyanın  və 

milli ziyalı zümrəsinin mənafelərinə təmamilə zidd idi.  Belə 

bir  şəraitdə  Bakıda  yerli  ziyalıların  geniş  iştirakı  ilə  «Hüm­

mət»  təşkilatı  (1904)  və «Müsavat» partiyası  (1911) yaradıl­

dı.

Bu  demokratik  ruhlu  təşkilatlar  Azerbaycanın  demo­



kratik  qüvvələri  tərəfindən  Rusiya  çarizminə  qarşı  milli  de­

mokratik  hüquqlar  uğrunda  mübarizə  vasitəsi  kimi  istifadə 

edilirdi.

Azərbaycanda  XX  əsrin  əvvəlində  davam  edən  və 

yüksələn  istiqlal  hərəkatı  məzmunca  sırf siyasi  hərəkat  idi. 

Bu  hərəkatın  başında Nəriman Nərimanov,  Məmməd  Əmin 

Rəsulzadə,  Əlibəy  Hüseynzadə  və  digər  görkəmli  simalar 

durmuşdur.

Azərbaycanda  ziyalı  zümrəsinin  yaranmasında  Qori 

müəllimlər  seminariyası  (1876-cı  ildən  fəaliyyət  göstərmiş­

dir)  böyük  rol  oynamışdır.  Belə  ki,  bu  seminariyanın  Azər­

baycan  şö’bəsində  Nəriman  Nərimanov,  Üzeyir  bəy  Hacı­

bəyov,  Cəlil  Məmmədquluzadə,  Abdul  Müslüm  Maqomay­

ev,  Nəcəf bəy  Vəzirov,  Rəşid  bəy  Əfəndiyev,  Firudin  bəy 

Köçərli,  Sultan  Məcid  Qəniyev  kimi  görkəmli  şəxsiyyətlər 

təhsil almışlar.

XX  əsrin  ilk  iki  onilliyində  demokratik  ziyalılar-  Hə- 

sənbəy  Məlikov  Zərdabi,  Mirzə  Ələkbər  Sabir,  Nəriman 

Nərimanov,  Cəlil  Məmmədquluzadə,  Abdulla  Şaiq,  Süley­

man  Sani  Axundov və  digerlərinin fəal iştirakı  ilə Bakıda və 

Azərbaycanın digər sənaye şəhərlərində  (Gəncə, Şəki və s.) 

«Nicat»,  «Səadət»,  «Nəşri-maarif»  adlı  mədəni-maarif  cə­

miyyətləri  yaranmışdı,  məktəblər  açırmış  və  ana  dilində 

dərsliklər nəşrinə başlanmışdı.

1905-ci  ilin aprelində Əlimərdan bəy Topçubaşov tərə­

findən  Zaqafqaziyanın  müsəlman  əhlisinin  tələbləri  adı  ilə 

tərtib  edilmiş  sənədə  (petisiya)  Şəmsi  Əsədullayev, 

Ə.Ziyatxanov,  Q.Zülqədərov,  A.Ağayev  kimi  milli  burjua­



8

ziya  nümayəndələri  imza  etmişdilər  və  bu  sənəddə  Rusiya 

çarının  Qafqaz  canişinindən  tələb  olunurdu  ki,  müsəlman 

əhalinin  faktiki  olaraq  məhrum  edildiyi  mətbuat  və  vicdan 

azadlığı,  milli  dildə  ibtidai  təhsilə,  ali  məktəblərə  qəbula, 

yerli  özünüidarə  orqanlarında  təmsil  olunmağa  qadağalar 

ləğv edilsin.

XX  əsrin  əvvəllərində  Azərbaycan  ziyalılan  çarizmin 

bütün  qadağa  və  maneələrinə  baxmayaraq,  Bakıda  «İqbal», 

«Açıq  söz»,  «Həyat»,  «İrşad»,  «Təkamül»,  «Fiyuzat»  və  di­

gər  adlarda  onlarca  qəzet  və jurnalın  nəşrinə  nail  olmuşdu 

və bu nəşrlər xalqın siyasi maarifləşməsinə xidmət edirdi.

Çarizm üsul-idarəsi  şəraitində Azərbaycanın milli  bur­

juaziyası  və ziyalı  zümrəsi  nümayəndələrinə öz milli mövqe 

və  mənafelərini  şərh  etmək  üçün  əsas  imkanlardan  biri  də 

Duma tribunası olmuşdur.

Bakı  şəhər  Duması  1878-1920-ci  illərdə  fəaliyyət  gö­

stərmişdir.  İlk  şəhər  Dumasına  72  nəfər  seçilmişdi.  Rusiya 

çarlığı  Senatının  fərmanına  əsasən  Dumada  azərbaycanlıla­

rın sayı  üzvlərin ümumi  sayının yarısından çox ola bilməzdi.

1902-1905-ci  illərdə  Bakı  şəhər  Dumasının  48  üzvün­

dən  yalnız  23  nəfəri  azərbaycanlı  idi.  Bu tərkibə Əlimərdan 

bəy  Topçubaşov,  Həsənbəy  Zərdabi,  Əhməd  bəy  Ağayev, 

Hacı  Zeynalabdin  Tağıyev,  Şəmsi  Əsədullayev,  Musa Nağı­

yev və digərləri  daxil idi.

Ayrı-ayrı  vaxtlarda  şəhər  Dumasına  Məşədi  Əzizbə­

yov, H.B.Mahmudbəyov və başqaları da seçilmişdilər.

Rusiya  Dövlət  Dumalarına  (1906-1917-ci  illərdə  fəa­

liyyət  göstərmişdir)  Azərbaycandan  aşağıdakı  şəxslər  seçil­

mişdilər:  I  Dövlət  Dumasına  (1906)  Əlimərdan  bəy  Topçu­

başov,  Əbdürrəhim  bəy  Haqverdiyev,  İsmayıl  xan  Ziyatxa- 

nov,  Əsədulla  bəy  Muratxanov,  II  Dövlət  Dumasına  (1907) 

Fətəli  xan  Xoyski,  Xəlil  bəy  Xasməmmədov,  Məmmədağa 

Şahtaxtlı,  İsmayıl  Tağıyev,  Zeynal  Zeynalov,  Mustafa  Mah­

mudov;  III  Dövlət  Dumasına  (1907-1912)  Xəlil  bəy  Xas-

9



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə