Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə3/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   2   3   4   5   6   7   8   9   ...   71

məmmədov;  IV  Dövlət  Dumasına  (1912-1917)  Mem- 

mədyusif Cəfərov seçilmişdilər.

1906-cı  ilin  iyununda  I  Dövlət  Duması  tərkibində 

müsəlman fraksiyanın başçısı Ə.Topçubaşov seçilmişdi.

1905-1907-ci  illərdə  Rusiya müsəlmanlarının  dörd  qu­

rultayı çağrılmışdı. Birinci qurultayda  100-ə yaxın nümayən­

də  iştirak etmişdir.  Bu qurultayın qəbul etdiyi «İttifaq-i müs­

lim in  proqram və  nizamnaməsinin  layihələrini  azərbaycan­

lı  Əlimərdan bəy  Topçubaşov  hazırlamışdı.  1906-cı  ildə  ke­

çirilmiş  III  qurultayda  800 nəfər nümayəndə  iştirak etmişdi. 

İttifaqın idarə hey’ətinə (daimi büroya) seçilmiş  15  nəfərdən 

biri də azərbaycanlı Əlimərdan bəy Topçubaşov idi.

Bütün bu leqal imkanlardan istifadə  etmək azərbaycan­

lı  nümayəndələr tərəfindən öz xalqının milli  tələblərini  təb­

liğ  etmək  üçün  imkanlar  kimi  çox  lazım  idi.  Məsələn,  III 

Dövlət  Dumasındakı  (1908-ci  il)  çıxışında  Azərbaycandan 

olan  deputat  Xəlil  bəy  Xasməmmədov  Zaqafqaziya  əhalisi­

nə  mədəniyyət  sahələri  üzrə  xidmətin  zəifliyini  aşağıdakı 

rəqəmlərlə  nümayiş  etdirmişdi:  Rusiyanın  Avropa  hissəsin­

də  hər  1376  nəfər  əhaliyə  bir  ibtidai  məktəb  düşürsə,  Za­

qafqaziyada  bir  ibtidai  məktəb  2965  nəfər  əhaliyə  düşür. 

Hər bir xəstəxana üzrə nisbət:  19000 və 38000 nəfər, hər bir 

həkim üzrə 650 və  13000 nəfər əhali nisbətində idi1.

Ill Dumanın müsəlman  fraksiyası  və bu fraksiyanın  fə­

al  üzvü  Xəlil bəy Xasməmmədov  1908-ci  və  1911 -ci  illərdə 

Dumada  hərbi  mükəlləfiyyət  məsələsi  müzakirə  edilərkən 

məsələ  qaldırmışdı  ki,  hərbi  mükəlləfiyyət  Rusiyanın  bütün 

müsəlman əhalisinə  də  aid edilsin və bu mükəlləfiyyət əvə­

zinə  müsəlmanların  500  min  rub.  qədər pul  Ödəmələri  ləğv 

edilsin.  Bu  təklif 1914-cü  ilin  mayında  da  Duma  deputatları 

tərəfindən hökumət qarşısında qoyulmuşdu.

I

10

Scidzade  D.B.,  Azərbaycan  Deputatları  Rusiyanın  Dövlət  Dumasın­

da, Bakı,  1991, s.  81  (rus dilində)

XX  əsrin  əvvəllərində  Bakıda  nəşr  edilən  «Kaspi», 

«Baku»,  «İrşad»,  «Tərəqqi»,  «Fiyuzat»,  «İttihad»  və  digər 

qəzetlər və jurnallar  da  leqal  imkanlar kimi əhalinin müxtə­

lif zümrələrinin  siyasi  maraqlarına  uyğyn  olaraq  təbliğat  işi 

aparırdı.

IV  Dumanın  deputatı  M.Y.Cəfərov  1913-cü  ilin  iyu­

nunda  Dumada  çıxışında  Azərbaycanda  kəndlilərin  torpaq 

ilə  tə ’min olunmasında  ədalətsizliyə  yol  verildiyini göstərə­

rək,  qeyd etmişdi  ki,  hər nəfər əhaliyə Tiflis  quberniyasında 

1,9  desyatin,  İrəvan  quberniyasında  1,6  desyatin  düşürsə, 

Elizavetpol,  Bakı  və  Lənkəran  quberniyalarında 0,5  desyatin 

düşür.  Bunun  əsas  səbəbi  isə  odur ki,  Kür və  Araz vadiləri­

nin  ən  yararlı  torpaqları  buraya köçürülmüş  digər millətlər­

dən olanlara verilmişdir1.

XX  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan  xalqı­

nın  siyasi  və  milli  mənafelərinə  qarşı  yönəldilmiş  və  geniş 

istifadə  edilən  əsas  düşmən  qüvvə  erməni  millətinin  Azər­

baycan-türk xalqına qarşı  çox gizli  şəkildə apardığı  düşmən­

çiliyi  idi  ki,  bunun  da  mərkəzində  Azərbaycana  qarşı  ərazi 

iddiaları  dururdu.

Erməni  millətçilərinin  1890-cı  ildə  yaratdıqları  «Daş­

nak»  partiyası  bu  şovinist  siyasətin  yaradıcısı  və  geniş  təb­

liğatçısı idi.

1905-ci  ilin  aprelində  «Sankt-Peterburqskie  vedomo- 

sti»  qəzetində  məşhur  ədib  və jurnalist Əhməd  Ağaoğlunun 

çap  etdirdiyi  «Bakı  hadisələri  haqqında  həqiqət»  adlı  məqa­

lədə  yazılmışdı  ki,  həmin  aprelin  dörd  günü  ərzində  Bakıda 

baş  vermiş  qanlı  qırğın  ilə  əlaqədar  olaraq  «erməniləri  gü­

nahsız bir quzu, müsəlmanları  isə onların qanından həzz alan 

vəhşi  heyvan şəklində qələmə verməyə çalışırlar2».

Seidzadə  D.B.,  Azərbaycan  Deputatları  Rusiyanın  Dövlət  Dumasında, 

Bakı,  1991, s.  81  (Rus dilində)

Bax «Millət» qəzeti,  12 sentyabr  1992.

11



Göründüyü  kimi  erməniləri  «günahsız  quzu»  qiyafə­

sində  qələmə vermək siyasətinin ən azı bir əsrlik tarixi var­

dır.

1905-ci  ilin  6-10  fevralında  Bakıda  və  Azərbaycanın 



bir  sıra  rayonlarında  ermənilərin  azərbaycanlılara  qarşı  öz 

vətənlərində  dəhşətli  vəhşiliklərlə  həyata  keçirdikləri 

kütləvi  qətllər,  göstərilən  günlər  ərzində  Bakıda  qətlə  yeti­

rilmiş  müsəlmanların  dəqiq  miqdarı  bu  vaxta  qədər  açıq­

lanmamışdır.  Halbuki,  məşhur  yazıçı  Məmməd  Səid  Ordu­

badinin  «Qanlı  illər»  (1908-ci  il,  ilk  nəşrində  «Qanlı  sənə­

lər»)  romanında  həmin  erməni  vəhşiliyi  geniş  planda  ifşa 

olunur.


Müəllif romanın  əvvəlində  erməni-müsəlman  davası­

nın  dörd səbəbini və  səbəbkarlarını göstərir:  1) Daşnaksutun 

partiyası;  2)  Azərbaycanda  məhəlli  məmurların  etinasızlığı;

3)  Müsəlmanların  müasir  diplomatiyadan  bixəbər  olmaları;

4)  Ermənilərin  Azərbaycanda  muxtariyyat  almaq həvəsində 

olmaları.  Əsərdə  Bakıda  (iki  dəfə),  Naxçıvanda,  İrəvanda, 

Cəbrayılda,  Şuşada  (iki  dəfə),  Gəncədə,  Qazaxda,  Zəngə­

zurda baş  vermiş  milli  qırğınlar haqqında  geniş  məlumat ve­

rilir  (kitabın  həcmi  140  səhifədir).  Kitabın  sonunda  olan 

«Tiflis sülh  danışıqları»  bölməsində  1906-cı ilin 20  fevralın­

da  Rusiya  çarının  Qafqaz  canişini  Voronsov-Daşkovun  işti­

rakı  ilə  aparılmış  danışıqlarda  Əhməd  bəy  Ağayev,  İbrahim 

ağa  Vəkilov,  Şahmalıyev,  Ədilxan  Ziyatxanov,  kərbəlayi 

İsrafil Hacıyev iştirak etmiş və dəfələrlə çıxış etmişlər.

Əhməd  Ağaoğlu  yuxanda  adı  çəkilən  yazıda  göstərir 

ki,  1905-ci  ilin aprel  günləri  ermənilər «bütün dünyaya hey­

rətamiz  dərəcədə  şişirdilmiş,  ara qızışdıran  teleqramlar yay­

dılar.  Onlar  öldürülmüş  10-15  min  adamın  tərəfindən  danı­

şır, müsəlmanları qaniçən vəhşilər kimi qələmə verirdilər»1.

I Dünya müharibəsi qurtardıqdan  sonra Qafqaz cəbhəsi

1

12

Bax: «Millət» qəzeti,  12 sentyabr  1992.

ləğv  olunduqda,  Rusiyaya  qayıdan  rus  alaylan  öz  silahlarını 

çox ucuz qiymətə ermənilərə və Zaqafqaziyada yaşayan mo- 

lokanlara satdılar.

1905-ci  ildən  sonra  ermənilərin  Azərbaycan  xalqına 

qarşı  XX  əsrdə  ikinci  böyük  soyqırımı  1918-ci  ilin  30  mar­

tında  axşam  saat  5-de  Bakıda  erməni-bolşevik  silahlı  dəstə­

lərinin  azərbaycanlılar  yaşayan  məhəllələri  top  atəşinə  tut­

ması  ilə  başlandı.  Bakıdakı  eser  partiyasının  başçısı  S.Saa- 

kyan  bəyan  etdi  ki,  onlar  da  panislamistlərə  qarşı  mübarizə 

aparacaqlar.  Bakıdakı  «Kazino»  mehmanxanasında  yerləşdi­

rilmiş  soyqırım  qərargahına  Anastas  Mikoyan  rəhbərlik 

edirdi1.

Azərbaycanlılar  və  ümumiyyətlə  bütün  türkdilli  xalq­

lar  ermənilərin  son  iki  əsrdə  türklərə  qarşı  törətdikləri  soy­

qırımlara vaxtında  və  konkret faktlarla  dünya  ictimaiyyətinə 

məTumat  vermədikləri  üçün  bunun  acı  nəticələri  özünü  ya­

şadığımız günlərdə çox qabarıq şəkildə göstərir.  Xarici ölkə­

lərdə  möhkəmlənmiş  erməni  diasporu  «erməni  genosidi» 

haqqında  uydurduqları  geniş  təbliğatdan  indi  qəti  siyasi  tə­

ləblərə keçmişlər.

Rusiyada çarizm üsul-idarəsi  devrildikdən  bir neçə gün 

sonra  Gəncədə  Nəsib  bəy  Usubbəyovun  başçılığı  altında 

«Türk 


ədəmi 

mərkəziyyət» 

partiyası 

adında 


türk- 

federalistlər  partiyası  yaradıldı.  Bu  partiya  «Müsavat»  kimi 

Azərbaycana  Rüsiya  demokratik  federativ  respublikası  tər­

kibində, milli-ərazi  muxtariyyatı  verilməsini tələb edirdi.  Az 

sonra bu iki partiya birləşdi.

Fevral  (1917)  inqilabından  az  sonra,  martın  3-də 

«Hümmət»  qrupunun  müvəqqəti  komitəsi  (N.Nərimanov, 

M.Əzizbəyov,  M.İsrafılbəyov  və  digərləri)  fəaliyyətini  bər­

pa etdi.

Bu  haqda daha geniş,  bax:  «Azərbaycan Xalq  Respublikası», (1918- 

1920) B., «Elm»,  1998, s.  52-62.(rus dilində).

13



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə