Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix


rinde bərpa etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti  hö­



Yüklə 1,94 Mb.
səhifə5/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   2   3   4   5   6   7   8   9   ...   71

rinde bərpa etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti  hö­

kuməti  1918-ci  ilin  4  iyununda  Osmanlı  (Türkiyə)  dövləti 

ilə  Batumda  «Dostluq  və  əməkdaşlıq  haqqında»  müqavilə 

bağlamağa nail  oldu (bu müqaviləyə Azərbaycan tərəfindən 

Məmməd  Əmin  Rəsulzadə  və  Xarici  İşlər Naziri  Məmməd 

Həsən Hacınski imza etdilər).

Həmin dövrdə  Azərbaycanın beynəlxalq vəziyyəti  g ə ­

rgin  idi.  Azərbaycanı  öz  tə’siri  dairəsinə  keçirmək uğrunda 

üç böyük dövlət -  Böyük Britaniya, Almaniya və Sovet Ru­

siyası  dövlətləri mübarizə  aparırdı  və  hər birinin  əsas məq­

sədi  Bakı  neftinə  sahib  olmaq  və  Kaspi  dənizində  öz 

te’sirini möhkəmləndirmək idi.

Böyük Britaniyanın  silahlı  qüvvələri  İranda (Ənzəli  li­

manında) yerləşdirilmişdi.  Almaniya ordusu Qərbi Avropada 

yerləşdirilse  də  (I  Dünya müharibəsi  hələ  qurtarmamışdı),  o 

(Almaniya)  Bakı  neftini  Türkiyə  ordusunun  köməyi  ilə  ələ 

keçirməyi  və əgər bu plan baş tutmazsa,  Rusiya bolşevikləri 

ilə  sövdələşməyi  planlaşdırırdı.  Aydındır  ki,  Rusiya  Sovet 

hökuməti Bakını özü zəbt etməyi planlaşdırırdı.

Azərbaycan  Milli  Şurası  və  Müvəqqəti  hökuməti

1918-ci  ilin  16  iyununda  Tiflisdən  Gəncəyə  köçmüşdü.  La­

kin bu  dövrdə Gəncədə real  güc  Türkiyənin Qafqaz ordusu­

nun baş komandanı Nuru paşanın əlində idi.

Nuru paşa Gəncəyə gəlmiş  Azərbaycan milli hökumə­

tini tanımadığını bildirdi. Bunun üçün iki səbəb açıqlanırdı:

1.  Nuru paşa «Müsavat»  partiyasına yox,  «İttihad» par­

tiyasına meyilli  idi.  Halbuki,  hökumətin  9  nəfər üz­

vündən yalnız bir nəfəri «İttihad» partiyasından idi.

2.  Nuru  paşa  belə  hesab  edirdi  ki,  Azərbaycan  Milli 

Şurası  öz  mövcudluğunu  Rusiya  inqilabının  qələbə­

sinin nəticəsi kimi təbliğ edir.

Azərbaycanın  burjua  və  mülkədar  zümrələri  də  Milli 

Şuranı şübhə ilə qarşılamışdı.

Belə  bir  vəziyyətdə  1918-ci  ilin  iyunun  17-də  Milli

18

Şura özünü buraxılmış  elan  etdi  və Müvəqqəti hökumətə  (F. 

Xoyski)  tapşırıldı  ki,  altı  aydan  gec  olmayaraq  Müəssislər 

Məclisi (Parlaman) çağıraraq hökumətin səlahiyyətlərini ona 

versin.  Beləliklə  göstərilən  dövrdə  Azərbaycan  hökuməti 

altı  ay ərzində təkbaşına işlədi:  Milli  Şura buraxılmışdı,  Par­

laman isə hələ seçilməmişdi.

Gəncədə  1918-ci  ilin  iyunun  17-də  öz  fəaliyyətini  da­

yandırmış  Azərbaycan  Milli  Şurası  (erməni-bolşevik  qüvvə­

ləri  Bakıdan  15/1X-18  tarixdə  qovulduqdan  sonra)  sentyab­

rın  17-də  Gəncədən Bakıya köçdü və  Bakıda öz fəaliyyətini 

bərpa  etdi.  Milli  Şuranın  noyabrın  19-da  (1918)  keçirdiyi 

iclasında  Müvəqqəti  hökumətin  başçısı  F.Xoyskinin  təklifi 

ilə  Müəssislər  Məclisini  çağırmaq  məsələsi  müzakirə  edildi 

və  yaradılacaq  Azərbaycan  Parlamanının  tərkibinin  120  nə­

fərdən  ibarət  olması  haqqında  qərar  qəbul  edildi:  əhalinin 

hər 24  min  nəfərindən  bir nəfər nümayəndə  (deputat)  hesa- 

bilə  Parlamanda  80  nəfər  müsəlman,  21  nəfər  erməni,  10 

nəfər  rus,  4  nəfər  milli  azlıqlardan  (1-alman,  1-yəhudi,  1- 

gürcü,  1-polyak)  nümayəndə  olması  müəyyən  edildi.  Eyni 

zamanda  müəyyən  edildi  ki,  müsəlman  deputatların  tərki­

bində  vaxtile  Zaqafqaziya  Seyminə  seçilmiş  (Seymin  Azər­

baycan  fraksiyası)  və  Tiflisdə  Azərbaycan  Milli  Şurasını 

e ’lan  etmiş 44  nəfər do  Yeni  Parlamana üzv  kimi  daxil  edil­

sinlər.  Digər  36  müsəlman  deputat  isə  (80-ə  daxil  olan  44- 

dən  əlavə)  keçmiş  milli  komitələr  hesabına  şəhər  və  qəza­

lardan seçilməli  idi.

1918-ci  ilin  4  iyununda  Azərbaycan  ilə  Türkiyə  ara­

sında  imzalanmış  müqavilə  Azərbaycan  Milli  hökumətinin 

böyük  uğuru  idi.  Müqavilənin  4-cü  maddəsində  göstərilirdi 

ki,  lazım  olduqda  Azərbaycanın  təhlükəsizliyi  naminə 

Türkiyə  hökuməti  Azərbaycan  Milli  hökumətinə  hərbi  sa­

hədə kömək edəcəkdir.

1918-ci  ilin  23  iyununda  F.Xoyski  hökuməti  ölkənin 

bütün ərazilərində hərbi vəziyyət e’lan etdi.

19



Azərbaycanın  müstəqilliyi  uğrunda  hərbi  əməliyyata 

cəlb  edilməsi  nəzərdə  tutulan  Türkiyənin  5-ci  Qafqaz  divi­

ziyası (komandan Mürsəl paşa) Gəncəyə gətirildi.

Gəncədə  yerləşdirilmiş  Qafqaz  İslam  ordusu  (koman­

dam  Nuru  paşa)  tərkibinə  V  Qafqaz  diviziyası  və  Azər­

baycan hərbi  hissələri  də  daxil  edildi.  1918-ci  ilin  iyununda 

Kürdəmir  cəbhəsində  aparılmış  döyüşlərin  nəticəsində  Ste­

pan  Şaumyanm  bolşevik-daşnak  hərbi  hissələrinə  zərbə  en­

dirildi və Bakı üzərinə hücum davam etdirildi.

Deyildiyi  kimi  1918-ci  ilin  15  sentyabrında  Bakı  düş­

mən  qüvvələrdən  azad  olundu  və  sentyabrın  17-də  Xalq 

Cümhuriyyəti  hökuməti  Gəncədən  Bakıya  köçdü.  Bakı 

Kommunası  hökumətinin  milliləşdirdiyi  165  neft  şirkəti

1918-ci  ilin  7  oktyabrında  Xalq  Cümhuriyyəti  hökumətinin 

qərarı ilə öz sahiblərinə qaytarıldı.

Xalq Cümhuriyyəti hökuməti  milli  ordunun yaradılma­

sına  1918-ci  ilin  28  oktabrında başladı.  Həmin  gün Müdafiə 

Nazirliyi  yaradıldı.  Nazir  vəzifəsinə  tam  artilleriya  generalı 

general-polkovnik  Səməd  bəy  Mehmandarov,  onun  müavini 

vəzifəsinə general-leytenant Əliağa Şıxlinski təsdiq edildi.

1918-ci  ilin  iyununda  Gəncədə  işə  başlamış  kiçik  ko­

mandirlər məktəbi  zəminində  həmin  ilin  noyabrında  Bakıda 

hərbi  məktəb  yaradıldı.  Az sonra burada eləcə də yunkerlər, 

süvarilər,  topçular,  təyyarəçilər,  sapyorlar  və  hərbi  feldşer- 

lər hazırlanmaq üçün məktəblər yaradıldı.

1920-ci  ilin  aprelinin  əvvəlində  Azərbaycan  Xalq 

Cümhuriyyəti silahlı qüvvələri 30 min nəfərə bərabər idi.

Siyasi  mədəniyyətin  mühüm  tərkib  hissəsini  dövlət 

rəmzləri  (Dövlət  bayrağı, Dövlət  gerbi  və  Dövlət himni)  və 

onlara hörmətlə xidmət etmək təşkil edir.

Azərbaycan  Respublikasının  milli  bayrağı  haqqında 

qərar  1918-ci ilin 9 noyabrında Milli  hökumətin Nazirlər Şu­

rasının  iclasında  qəbul  edilmişdi.  Həmin  qərarda  deyilir: 

«Yaşıl,  qırmızı  və  mavi  rənglərdən,  ağ  aypara  və  səkkiz-



20

bucaq  ulduzdan  ibarət  olan  bayraq  milli  bayraq  hesab  edil­

sin».  Türklük  və  islami  dəyərlər  rəsmi  dövlət  siyasəti  sə­

viyyəsində qəbul olundu.

Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə  1918- 

ciilin 7 dekabrında Azərbaycan parlamentini təntənəli surətdə 

açarkən  demişdir:  «Bizim  qaldırdığımız  bayrağın  üç  rəngi: 

türk  milli  mədəniyyətinin,  müsəlman  sivilizasiyasının  və 

müasir Avropanın demoktarik əsaslarının simvoludur».

Azərbaycanın  Milli  bayrağının  bundan  əvvəlki  ilk 

forması  1918-ci  ilin  21  iyununda  Müvəqqəti  hökumətin 

Gəncədə yerləşdiyi  dövrdə qəbul edilmişdi.

Azərbaycan  hökuməti  Gəncədən  Bakıya  köçdükdən 

sonra (17/IX. 18) bundan əvvəl qəbul  edilmiş bayrağa müəy­

yən  əlavələr  edilərək,  bayrağın  üç  rəngli  olması  müəyyən 

edildi:  Mavi,  qırmızı  və  yaşıl  zolaqlardan  ibarət  bayrağın 

qırmızı  zolağında  ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduzun 

təsviri  saxlandı.  Səkkizguşəli ulduz səmada ən parlaq  ulduz­

lardan  olan  Sirius  ulduzunun  rəmzidir ki,  bu  da Azərbaycan 

Xalq  Cümhuriyyətinin  Azərbaycan  xalqı  üçün  seçdiyi 

müstəqillik yolunun işıqlı olacağı arzusuna işarə idi1.

1918-ci  ilin  27  iyununda  Azerbaycan  dili  dövlət  dili 

e ’lan edildi.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  qonşu  döv­

lətlərlə  mövcud  olan  sərhədlər  və  ərazilər  üzrə  mübahisəli 

məsələlər sahəsində  do  bəzi  tədbirləri  görə  bilmişdi.  Zaqa- 

tala  dairəsi  üzrə  Azərbaycan  -  Gürcüstan  arasında olan  mü­

bahisə  1918-ci  ilin  26  iyununda  dinc  yolla, Zaqatala dairəsi­

nin  Azərbaycana  mənsubiyyəti  haqqında  razılıq  ile  həll 

edildi.  Burada  əsas  o  götürüldü  ki,  dairənin  əhalisinin  91%- 

ni müsəlmanlar təşkil edirdi.

Bu  üçrəngli  bayraq  Azərbaycan  Respublikasının Prezidentinin  1990- 

ci  ilin  29  noyabr  tarixli  fərmanı  ilə  bərpa  edilmiş  və  1991-ci  ilin  5 

fevralında  Azərbaycan  Respublikası  Ali  Sovetinin  qərarı  ilə  təsdiq 

edilmişdir.

21



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə