Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə20/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

mekçisi  Brent Skoukroft həmin  dövrdə  söyləmişdi ki,  SSRİ- 

de  eyni  zamanda üç  inqilab  baş  verir:  siyasi inqilab,  iqtisadi 

inqilab  və  ölkəni  bir  mərkəzdən  idarəçiliyin  dağılması  mə­

nasında inqilab.

Sovetlər İttifaqına  1985-1990-cı  illərdə rəhbərlik etmiş 

Mixail  Qorbaçov  fenomeni  hələ  çox  sirləri  özündə  gəzdirir 

və  onun  söylədikləri  sözlərə  inanmaq  sadəlöhvlük  olardı. 

Bununla belə  onun  bəzi  cümlələri özünü  ifşa etməyə  imkan 

verir.

1999-cu  ildə  Türkiyədəki  Amerika Universitetinin  ke­



çirdiyi  seminardakı nitqində  M.Qorbaçov demişdir:  «Mənim 

həyatımın  məqsədi  insanlar  üzərində  dözülməz  hökmranlıq 

olan kommunizmin  məhv edilməsi  olmuşdur»,  SSRİ-yə rəh­

bərlik  dövründə  «mənim  idealım  sosial-demokratik  ölkələ­

rin  yolu  olmuşdur».  Bu  nitqində  M.Qorbaçov  həm  də  de­

mişdir ki,  «mən  SSRİ-ni  mövcud  sərhədlərdə,  lakin başlan­

mış  demokratik dəyişikliklərin məzmununa uyğun yeni adda 

saxlamaq istəyirdim.  Lakin mən bunu edə bilmədim. Yeltsin 

son  dərəcə hərisliklə hakimiyyətə can atırdı...»1

Əlbəttə,  SSRİ-nin  dağılması  təkcə  M.Qorbaçovun  ar­

zusu  ilə  olmamışdır.  Bu  haqda  cürbəcür  fikirlər  mətbuatda 

yazılmışdır  və görünür ki,  hələ  yazılıcaqdır.  Bu  suala  tutarlı 

və hərtərəfli  cavab  vermək  gizli  saxlanan  arxivlər açılandan 

sonra mümkün olacaqdır.

Bununla  belə,  Sovet  imperiyasının  dağılmasının  əsas 

səbəblərindən1

 2 biri  iqtisadi səbəb sayılmalıdır.

Bəşər  tarixində  mövcud  olmuş  imperayaların  əksə­

riyyətinin  əyanları  (elitası)  digər  xalqları  müharibələr  vasi­

təsilə  özlərinə  tabe  etmək  hesabına  eyş-işrətə,  zəngin  saray





«Veteran»  qəzeti  (rus  dilində,  Moskva)  iyun  2000,  №27  (596).  Bu 

qəzet M.Qorbaçovun  nitqinin  mətninin  Slovakiyanın  «Zarya»  qəzeti­

nin  1999-cu il 24 sayından iqtibas etmişdir.



Bax:  İ.Z.İsmayılov,  Azərbaycanda  dövlətçilik  fikri  oçerkləri,  B., 

1996, s.  95-100

78

həyatına  qurşanmalan  sayəsində  zəifləmiş,  az  sonra  isə  öz 

başçılarının fərsizliyi hesabına məhv olmuşdur.

Sovet  (Rus)  imperiyası Marksm nəzəriyyəsinə  sədaqət 

əsasında  yaradılsa  da,  onun  bütün  70  illik  dövrü  Marksın 

özünün  nəzəri  planda  tənqid  etdiyi  «qazarma  sosializmi» 

quruluşundan başqa bir şey olmadı.

K.Marks  və  F.Engels  «Kommunist  partiyasının  mani- 

festi»ndə  yazmışdılar:  Burjua  alimləri  bizi  tənqid  edərək 

söyləyirlər  ki,  kommunizmin  ideyası  olan  «ictimai  mülkiy­

yət»  bərqərar olarsa, ümumi bəşəri tənbəllik baş verəcəkdir.

Həqiqətən  də,  «qazarma  sosializmi»  məzmununda 

ideologiyanı  qəbul  edən  Sovet siyasi  rəhbərliyi  70  il  ərzində 

öz  əhalisini  əsasən  ölkənin  zəngin  qızıl,  neft-qaz  və  digər 

xammal  sərvətlərini  xarici  dövlətlərə  satmaq  (dünya  sosia­

lizm  sistemi  yarandıqdan  sonra  bunun  üçün  imkan  daha  da 

çoxalmışdı)  hesabına  dolandıra  bildi.  80-ci  illərin  əvvəllə­

rindən  hiss  olunurdu  ki,  ölkə  böyük  iqtisadi  çətinliklərlə 

qarşılaşır  və  bunun  qarşısını  almaq  üçün  Mixayıl  Qorbaçov 

tərəfindən «yenidən qurma» adlı bir tədbir icad edildi.

SSRİ-nin  70 illik tarixi,  əmək məhsuldarlığının son  də­

rəcə  aşağı  olduğu  bir  ölkənin  həyatının  tarixi  idi.  Bu  ölkə 

«öz  bədənində  toplanmış  ehtiyat  qüvvədən  hər  gün  istifadə 

hesabına yaşayan xəstəyə» bənzəyirdi.

Çin  kommunistləri  belə  bir  qorxunun,  onların  ölkəsi 

üçün  də  olduğunu  başa  düşərək,  qurduqları  sosializm  cə­

miyyətinə  tamamilə  başqa  bir  iqtisadi  istiqamət  verdilər  və 

ola  biləcək  öldürücü  zərbədən  yaxa  qurtardılar.  Əlbəttə,  bu 

deyilənlər böyük bir mövzunun şərhinin kiçik  bir hissəsidir.

SSRİ-nin  dağılması,  bəlkə  de  dünya  miqyasında,  isla­

ma  münasibətdə  yeni  bir  dövrün  başlanğıcı  oldu.  Öz  ərazi­

sində  yaşayan  20  milyona  yaxın  müsəlman  xalqlarını  dini 

etiqaddan  məhrum  olmaları  vəziyyətində  70  il  ərzində  sax­

layan  Rusiya  şovinist  dairələri,  bu  xalqların  müqavimətini 

qırmaq üçün bütün tədbirlərə əl atmışdılar.

79



Sovet  imperiyasının  dağılmasının  müsəlman  xalqları 

üçün  ən  böyük  uğuru,  dünyada  6  müsəlman  xalqın  (Azər­

baycanlılar,  qazaxlar,  qırğızlar,  özbəklər,  türkmənlər,  tacik- 

lər)  öz  müstəqilliklərini  əldə  edərək  müstəqil  dövlətlərini 

yaratması oldu1.

Yuxanda  sadalanan  yeni  yaranmış  6  müsəlman  xalqı­

nın  dövlətindən  son  10  ildə  siyasi  vəziyyətin  ən  ağır  olanı 

Azərbaycan  olmuşdur.  Bu  onunla  əlaqədardır  ki,  onsuz  da 

mürəkkəb  olan  keçid  dövründə  Azərbaycan  qonşu  Erməni­

stanın  təcavüzkar  millətçilik  ideologiyasının  nəticəsi  olaraq 

Dağlıq Qarabağ münaqişəsi  əsasında hərbi hücumuna məruz 

qaldı  və  erməni  hərbi  hissələri  onun  ərazisində  yerləşdiril­

miş  Rusiya  ordu  hissələrinin  bilavasitə  iştirakı  ilə  Azər­

baycan ərazisinin 20%-ni işğal edə bildi.

Azərbaycanın  bu  hərbi  uğursuzluğunun  əsas  səbəbləri 

hansılardır?



Birinci  səbəb:  Ermənistanın  1951-ci  ildən  başlayaraq 

xarici  ölkələrdə  (Livanda  və  Suriyada)  «Asala»  adlı  gizli 

erməni  ordusunu  yaratmağa  başladığını  bildiyimiz  haqda, 

1988-ci  ilin  payızından  erməni  hərbi  hissələri  Ermənistan­

dan  bütün  azərbaycanlıları  vəhşicəsinə  qovduqdan  sonra  da 

Azərbaycana  rəhbərlik  etmiş  şəxslər  Respublikada  müdafiə 

qüvvələrinin  yaradılmasına  biganəlik  göstərdilər.  Halbuki, 

milli  mənafe bunu tələb edirdi.

Belə  bir veziyyotdə  1990-cı  ilin  18  mayında  Azərbay­

canın  ilk prezidenti seçilmiş  Ayaz Mütəllibov seçilməsindən 

yalnız  dörd  ay  sonra  (5  İX)  Müdafiə  Şurası və  Müdafiə Na­

zirliyi  yaradılması  haqqında  sərəncam  verdi.  Bundan  da  üç 

ay  sonra  (5.XII.91)  milli  orduya  xidmətə  ilk  çağırış  elan 

edildi.  İki  ay  müddətində  keçirilən  bu  çağırışa  orduda  xid­

mətə  çağrılması  nəzərdə  tutulan  plan  yalnız 25%  yerinə ye­

Bu haqda daha geniş bax:  İ.Z.İsmayılov,  Türk dünyası  XX əsrin  90- 

cı illərində, B. 2001.il.

tirildi  (5425  nəfər)  Azərbaycanın  özünə  milli  ordu  yaratma­

qda  belə  gecikməsi  Ermənistanın  daşnak  rəhbərliyi  üçün 

gizli  deyildi.

Belə  bir  vəziyyətdə  Ermenistan  Azərbaycana  qarşı 

1991-ci  ildə  genişmiqyaslı  müharibəyə  başladı.  İlk  bəhanə 

Ermənistan  ilə  Dağlıq  Qarabağ  arasında  «dəhliz»  açmaq  ol­

du.  Az  sonra  Dağlıq  Qarabağ  muxtar  vilayətindən  kənarda 

yerləşən  (burada  yalnız  azərbaycanlılar  yaşayırdı)  altı  ray­

onumuz  da  Ermənistan  ordusu  tərəfindən  Rusiya  silahlı 

qüvvələrinin  köməyi  ilə  zəbt  edildi  və  Ermənistan  ordusu 

Azərbaycanın İran ilə olan dövlət sərhəddinə çıxdı.



İkinci səbəb:  Azorbaycan  diplomatiyası  özünün  zəifliyi 

ucbatından  Ermənistanın  işğalçı  və  təcavüzkar  dövlət  ol­

duğunu  dünyaya  nəinki  tanıda  bilmədi,  hətta  Azərbaycanın 

özü  informasiya  blokadasına  düşdü  və  erməni  daşnaklar  xa­

rici  ölkələrdəki  güclü  erməni  diasporunun  köməyi  ilə  Azər­

baycanın  işğalçı  dövlət  olmasını  bir «fakt»  kimi  geniş  təbliğ 

etməkdə dünyada müəyyən uğurlar da əldə etdilər.

Hətta  1992-ci  ilin  fevralın  25-dən  26-na  keçən  gecə 

Ermənistan  ordusunun  Rusiyanın  365-ci  alayının  bilavasitə 

iştirakı  iJə  Xocalı  şəhərini  yerlə-yeksan  etməsi  də  dünya 

ictimaiyyətinə  dərhal  çatdırılmadı,  halbuki  bu  soyqırımda 

dinc  əhalidən  613  nəfər  vəhşilik  və  xüsusi  amansızlıqla 

öldürüldüşdü.

Xocalı  faciəsini,  soyqırımım  Azorbaycan  «rəhbərliyi» 

ilk  günlərdə  hətta  dünya  ictimaiyyətindən  gizlətmək  də  is­

tədi!?!  Həmin  günlərdə  müharibə  zonasından  prezident 

A.Mütəllibova  göndərilən  teleqramların  birində  yazılmışdı: 

«Qarabağda  uşaqları,  qocaları,  qadınları  qırırlar.  Xahiş  edi­

rik,  bütün  dünyanı  ayağa  qaldırın.  Xocalım  xarabazarlığa  çe­

virən  erməni  və  rus  qoşunlarının  cinayətlərini  Yer  kürəsinə 

bildirin».  Xocalı  faciəsinə  xaincəsinə  biganə  olan  «prezi­

dent»  A.Mütəllibov  xalqın  nifrətindən  qorxaraq  martın  5-də 

gizlincə Moskvaya qaçdı.

81



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə