Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə18/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

lann  hazırlığını  artırmaq  haqqında»  xüsusi  qərar  qəbul  etdi 

və bu qərara əsasən bütün respublikalarda geniş partiya siya­

si təhsil sistemi yaradıldı.

Siyasi  təhsilin  ən kütləvi  şəbəkəsi  olan partiya maarifi 

hər  ilin  1  oktyabrında  işə  başlayır  və  xüsusi  seçilmiş  təb­

liğatçıların  rəhbərliyi  altında  sonrakı  ilin  1  iyununa  qədər 

davam  edirdi.  Öyrənilən  problemləri  seçmək  könüllülük 

əsasında idi:  gənc kommunistlər məktəbi, nəzəri  seminarlar, 

partiya-təsərrüfat  fəalları  məktəbi,  ideoloji  iş  üzrə  fəallar 

məktəbi.  Daha hazırlıqlı  şəxslər üçün fərdi  mütaliə  və  müs­

təqil  çalışma  yolu  ilə  konkret  nəzəri  problemlərin  öyrənil­

məsi təşkil edilirdi.

Bakı  Ali Partiya məktəbi  1954-cü  ildə fəaliyyətdə olan 

üçillik  respublika partiya  məktəbi  əsasında  1956-cı  ildə  ya­

radıldı.  Bu  sətirlərin  müəllifi  1954-1961 -ci  illərdə  Bakı  Ali 

Partiya  məktəbinin  direktoru  (rektoru)  olmuşdur.  Məktəbin 

xüsusi  fakültəsində  Cənubi  Azərbaycandan  1945-1946-cı 

illərdə gəlmiş demokratik gənclər təhsil alırdı.

Həmin  dövrdə respublikanın  bu yeganə ali siyasi təhsil 

ocağında  təxminən  500  nəfərə  qədər  müdavim  oxuyurdu: 

məktəbdə  təhsil  Azərbaycan  və  rus  dillərində  aparılırdı  və 

Cənubi  Azerbaycandan  Azərbaycana  pənah  gətirmiş  ziyalı­

ların,  demək  olar  ki,  əksəriyyəti  bu  illərdə  hissə-hissə  Bakı 

Ali  Partiya  məktəbinə  qəbul  olundular  və  hamısı  da  yaxşı 

siyasi təhsil aldılar.

1955-1959-cu  illərdə  Bakı  Ali  Partiya  məktəbində 

Bolqarıstan  Xalq Respublikasından  10 nəfər türk;  Gürcüstan 

və  Dağıstandan,  hər  il  hərəsindən  5-10  nəfər  təhsilə  qəbul 

olunurdular və təhsillərini  qurtararaq öz vətənlərinə qayıdır­

dılar.


Ali  Partiya məktəbinə respublikanın  rayon  və  şəhərlə­

rindən  təhsilə  göndərilən  müdavimlər  bir  qayda  olaraq,  şə­

hər və  rayon  partiya  komitələrinin  katibləri  və  şöbə  müdir­

ləri,  icraiyyə  komitələrinin  sədrləri  və  ya  müavinlərindən 



70

ibarət idi.  Bunların  aylıq maaşları iş  yerlərində  aldıqları  ma­

aş  səviyyəsində saxlanmışdı.

Bakı  Ali Partiya məktəbində  işləyən professor -  müəl­

lim  heyəti  hər il  Partiya  Mərkəzi  komitəsi  tərəfindən  təsdiq 

edilirdi.  Həmin  illərdə  ştat və ya yarımştat dərs yükü  ilə Ba­

kı  Ali  Paıiiya  məktəbində  respublikanın  tanınmış  ziyalıla­

rından  professorlar  Vahid  Qəhrəmanov,  Ələsgər  Qasımov, 

Qurban  Yusifzadə,  Qanbay  Xanməmmədov,  Hadi  Mirzəza- 

də,  Pyotr  Valuyev,dosentlərdən  Əli  Əliyev,  Əyyub  Axun­

dov,  Dilşad  Muqanlinskaya,  Əbülfəz  Qasımov,  Mirzə  Cə- 

biyev və onlarla digər tanınmış müəllimlər səmərəli  işləmiş­

lər.

Partiya  və  sovet  quruluculuğu  fənni  üzrə  mühazirələri 



Partiya  Mərkəzi  Komitəsinin  katibləri  və  şöbə  müdirləri 

oxuyurdular.

Bakı  Ali  Partiya  məktəbi  nozdində  vaxtaşırı  partiya  və 

sovet işçilərinin  təkmilləşdirilməsi  üzrə kurslar da təşkil  edi­

lirdi.

Respublika  gənclərindən  məhdud  bir  hissə  Moskvada 



bütün  ölkə  üçün  siyasi  kadrlar  hazırlayan  partiya  təhsil 

müəssisələrində-  İctimai  Himlər  Akademiyasında  vo  Ali 

Partiya məktəbində təhsilə göndərilirdilər.

Müharibədən  sonrakı  ilk  dövrdə  on  yüksək tipli  siyasi 

təhsil  verilməsi  məqsədi  ilə  Moskvada  yaradılan  İctimai 

Elmlər  Akademiyasına  hər  il  Azərbaycandan  təhsilə  göndə­

rilməyə  3  yer  verilirdi.  Akademiyaya  rəhbər  partiya  işçilə­

rindən  elmi  işə  hazırlığı  olanlar  ezam  edilir  və  Moskvada 

keçirilən  qəbul  imtahanlarından  əvvəl  namizədlərdən  seçdi­

yi  ixtisas üzrə 40  səhifəlik yazılı  mətn (referat) tələb olunur­

du.  Bu  sətrlərin  müəllifi  1951-1954-cü  illərdə  həmin  Aka­

demiyada  təhsil  almışdır.  Azərbaycanda  50-80-ci  illərdə 

rəhbər  işlərdə  olmuş  şəxslərin  böyük  bir  hissəsi  bu  təhsil 

müəssisələrinin  məzunları  olmuşdur.

71



§7. Azərbaycanda sosializm cəmiyyəti 

qurulmasının siyasi nəticələri

XX  əsrin  70  ilini  əhatə  edən  sosializm  quruculuğu 

dövrünün  nəticələrini  Azərbaycan  xalqının  həyatında  iki 

böyük hissəyə -  müsbət və mənfi nəticələrə bölmək olar.

1920-ci  ildə  Azərbaycanın  Sovet  Rusiyası  tərəfindən 

zəbt  edilməsi  qaçılmaz bir hal  idi.  Bu haqda Nəriman Nəri­

manovun  və  Məmməd  Əmin  Rəsulzadənin  fikirləri  üst-üstə 

düşür1.


Rusiyanın cənub serhəddində yerləşən və onun bilava­

sitə təsir dairəsində olan Azərbaycan  Rusiya tərəfindən zəbt 

edilməsə  idi,  Ermənistan  və  Gürcüstanın  da  zəbt  edilərək 

keçmiş çar Rusiyası  sərhədlərində bərpa edilməsi planı real­

laşa  bilməzdi.  Bu  siyasətdə  bolşeviklər  çar  Rusiyasının  sa­

diq varisləri  oldular.

Rusiyanın  bəzi  siyasətçiləri  hesab  edirlər ki,  inkişafca 

Avropadan  geridə  olan  Rusiya V.İ.Lenin  üçün Avropada ya­

ranmış  marksizm  nəzəriyyəsini  burada tətbiq  etməyə  bir sı­

naq  meydanı  rolunu  oynadı  və  bu  sınaq  meydanı  70  ildən 

sonra iflasa uğradı, yəni parçalanaraq dağıldı.

SSRİ-nin  dağılmasının  səbəbləri  ayrıca  bir  tədqiqatın 

mövzusudur.  Göstərilən  70  ildə  Şimali  Azərbaycan  Sovet 

İttifaqının tərkibində olmuş, inkişaf etmiş və yaşamışdır.

Azərbaycanın  Sovetlər  İttifaqı  tərkibindəki  dövrdə  iq­

tisadi  və  mədəni  uğurları  danılmazdır:  bu  illərdə  Azər­

baycanda  çox  zəngin  iqtisadi  və  intellektual  potensial  ya­

ranmış,  çoxsahəli  mədəni  quruculuqda  böyük  uğurlar  əldə 

edilmişdir. İqtisadiyyatın sosialist məzmunu nəzərə alınmaz­

sa,  ölkə iqtisadiyyatı  da müəyyən inkişafa nail olmuşdur.

Azerbaycanda  1919-cu  ildə  yaradılmış  Dövlət Univer-

Bu  haqda  bax:  İ.Z.İsmayılov.  Azərbaycanın  XX  əsrdə  dövlətçilik 

siyasəti məsələləri.  B.,  1995, s.33-55.

sitetindən  sonrakı  ali  məktəblərin  hamısı  sovet  dövründə 

təşkil edilmişdir.  Bu  dövrdə yaradılan  ilk ali  məktəblər:  Po­

litexnik  institut  (sonralar  Sənaye  instututu  adlandınldı)- 

1920- ildə, Pedaqoji  institut-1921-ci ildə təşkil edilmişdir.

1922  -ci  ildə  Azərbaycandan  81  tələbə  Qərbi  Avropa 

ölkələrində təhsil  alırdı.  Bunlardan 49 nəfəri  Almaniyada və 

Fransada,  qalanları İtaliya və Türkiyədə oxuyurdular.  Rusiy­

anın  ali  məktəblərində  isə  1923-cü  ildə  192  nəfər  azər­

baycanlı  tələbə oxuyurdu.

Moskvada  1921 -ci  ilin  aprelində  açılmış  Şərq zəhmət­

keşlərinin  Kommunist  Universitetində  Azərbaycana hər  ildə 

15  yer  verilmişdi.  1922-ci  ildə  Tiflisdə  yaradılmış  Zaqafqa­

ziya  Kommunist  Universitetində  də  Azərbaycandan  tələbə­

lər oxuyurdu.

1940-1941 -ci  dərs  ilində  Azərbaycanda  16  iri  ali  mək­

təb mövcud idi.

Bununla  yanaşı  Azərbaycanın  öz  təhsil  müəssisələrin­

də  təhsil  alan  tələbələrin  milli  tərkibində  azərbaycanlıların 

artırılması  təhsil  siyasətində  xüsusi  yer  tuturdu.  Əgər 

1934/1935  dərs  ilində  Dövlət  Uriversitetinə  qəbul  olunan 

176  nəfərdən  105  nəfəri  (60%)  azərbaycanlı  idisə,  20  ildən 

sonra  1955/1956-cı  dərs  ilində  qəbul  olunanlardan  2385  nə­

fəri  (77,6%) azərbaycanlı olmuşdur.

1938-ci  ildə  əhalinin  hər  min  nəfərinə  Azərbaycanda 

195  şagird düşürdü.  Bundan  on  il  əvvəl  ümumi  ibtidai  icbari 

təhsil  həyata  keçirilmişdi  və  yaşlı  əhalinin  savadsızlığı  əsa­

sən ləğv edilmişdi.

Müsəlman  Şərqində  ilk  konservatoriya  Bakıda  1920-ci 

ildə yaradılmışdır.  Həmin  ilin  mayından Opera və Balet teat­

rı  işə  başlamışdı.  Azərbaycan  Dövlət  Dram  teatrı  1922-ci 

ilin  yanvarında,  teatr  texnikumu  isə  1923-cü  ildə  fəaliyyətə 

başlamışdır.  Bütün bunlar müsəlman  Şərqi  üçün yenilik idi.

Əlbəttə  Sovet  hakimiyyəti  illərində  iqtisadi,  maarif- 

elm  və  ədəbiyyat-incəsənət  sahələrində  eldə  edilmiş  nai­

73



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə