Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə19/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

liyyətlər haqqında  daha geniş  şərh vermək olar.  Lakin bütün 

bunlar məlum  və  hamı tərəfindən qəbul  edilmiş  bir həqiqət 

olduğu üçün bu haqda geniş təfsilata ehtiyac duyulmur.

Sovet  sisteminin  Azərbaycan  xalqının heyatında yuxa­

rıda  sadalanan nailiyyətləri  ilə  yanaşı  onun törətdiyi  ağır ci­

nayətlər və mənfi təsirlər də az olmamışdır.

Ən  böyük  cinayət  sosializmin  ideologiyasında  cəmiy­

yətin  əhalisinə  sinfi  münasibətdən  irəli  gəlmişdir.  O  müna­

sibət  ki,  onu  Sovet  quruluşunun  ilk  illərində  böyük  öndər 

Mustafa  Kamal  paşa  Atatürk  kəskin  tənqid  etmişdi.  M.Ata­

türk qətiyyətlə göstərirdi ki, cəmiyyəti  siniflərə bölmək mil­

ləti,  xalqı  parçalamaq  deməkdir.  Məlumdur ki,  Qərbin maa­

rifçi  mütəfəkkirləri  və  siyasətçiləri  də  cəmiyyəti  siniflərə 

yox,  stratlara,  peşə  və  məşğuliyyət növünə  görə  təbəqələrə 

bölürlər.

Sovet sistemində hökm  sürən bu  sinfi baxış *isə  xüsusi­

lə  türkdilli  müsəlman  xalqlarına  qarşı  daha  qəddar tədbirlor 

görülmək üçün bəraət rolunu oynadı.

Ölkədə  kənd  təsərrüfatının  kollektivləşdirilməsinə  or­

tabab  kəndlilər müqavimət  göstərdikdə  (1930-cu  illərin  ov- 

vəlləri)  Kommunist  Partiyası  rəhbərliyi  direktiv  göstəriş 

verdi  ki,  bu  müqaviməti  törədənlər  qolçomaqlar  və  müsəl­

man  din xadimləridir və onların açıqcasına məhv edilməsinə 

başlandı.  Bu  azmış kimi,  müsəlman  respublikalarında mövc­

ud  olmayan  panislamizm  və  pantürkizmə  qarşı  geniş  miq­

yaslı  hücumlar başlandı.  Sinfi  düşmən  axtarışı  illərində  (20- 

30-cu  illər)  m ə’nəvi  irsimiz  olan  kitabları  da  mohv  etməklə 

mədəniyyətimizə  sağalmaz  zərbələr  vurulmuşdur.  1929-cu 

ildə  latın  və  1939-cu  ildə  kiril  əlifbalarına  keçid bu  mədəni 

vəhşilik üçün bir bəhanə oldu1.

Bu  siyasətin  vurduğu zərbələr və külli  miqdarda insan 

itkisi haqqında kitabın müvafiq bölməsində deyilmişdir.



74

Bu haqda daha geniş,  bax: «Vətən səsi» qəzeti,  7 mart  1991 -cı  il.

İctimai mülkiyyətə əsaslanan sosialist iqtisadi quruluşu 

fərdi  mənafeyə  əsaslanan  xüsusi  təsərrüfat  kapitalizmi  ilə 

yanşda  qələbə  çala  bilmədi.  Halbuki,  K.Marks  və  F.Engels 

«Kommunist  Partiyasının  Manifesti»nde  yazmışdılar  ki,  bu 

yanşda  kommunizm  ideologiyasının  iqtisadi  əsasının  (icti­

mai  mülkiyyət)  qələbəsinə  əmindirlər.  Kolxozda toxum  sə­

pən  kolxozçu  səpdiyi  toxumdan  oğrayırsa  (əvəzində  zay  ta­

xıl  və  ya  qum-torpaq  qataraq)  ictimai  kolxoz  mülkiyyəti 

məhsuldarlıq üzrə yanşda necə qələbə çala bilərdi? Halbuki, 

heç bir fərdi kəndli  özü üçün səpdiyi  toxumdan oğramaz.

Beləliklə  Sovetlər  ölkəsində  qurulmuş  «kazanna  tipli 

sosializm»  (belə  qorxunun  ola  bilməsi  haqqında  K.Marks  və 

F.Engels  yazmışdılar)  Sovet  adamını  kollektivçi  -   ictima­

iyyətçi edə bilmədi.

Sovet  tipli  sosializm  çoxmillətli  ölkədə  milli  məsələni 

yalnız  qadağa  yolu  ilə  «həll  etdi»:  c’lan  edildi  ki,  sosializ­

mdə  bütün millətlər arasında dostluq  olmalıdır.  Halbuki,  əv­

vəlki  dövrdən  və  sistemdən  qalmış  milli  nifaqlar,  milli 

inamsızlıqlar  ədalət  əsasında  həll  edilmədiyi  üçün  gizli  də 

olsa yaşayırdı  və gec-tez yenidən baş qaldırmalı  idi.

Rəsmi  siyasətdə  milli  və  ümumsovet  (beynəlmiləl) 

mənafelərin  vəhdəti  təbliğ  edilsə  də,  ümumsovet mənafeyi­

nə həmişə  üstünlük verilirdi.  Hər hansı  bir xalq öz milli  mə­

nafeyinə  üstünlük  mövqeyindən  çıxış  edirdisə  onu  «milli 

məhdudiyyətçilik»də  ittiham  edir,  həmin  təklifləri  irəli 

sürənlər isə «millətçi»  kimi  damğalanırdı.  Halbuki, öz millə­

tini  sevmək  heç  bir halda  qəbahət  və  ya cinayət  kimi  qobul 

edilməməlidir.  Millətçilik,  milləti  sevorlik  adi  bir  hal  kimi 

qəbul edilməlidir.

Rusiya  bolşevikləri  «kim  bizimlə  deyilsə,  bizim  düş­

mənimizdir»  şüarı  və  prinsipini  əsas  götürərək  Azərbaycan 

xalqını  da  öz  tarixi  və  milli  köklərindən  ayırmaq  siyasətini 

reallaşdırmaq  istəyirdilər.  Bunun  üçün  1920-ci  ildən  baş­

lanmış  terror  və  siyasi  deportasiyalardan  sonrakı  dövrdə  ilk

75



növbədə  xalqın  görkəmli  ziyalılarını  -   Hüseyn  Cavid,  Əh­

məd  Cavad,  Mikayıl  Müşfiq  kimi  yüzlərlə  ziyalını məhv  və 

ya  sürgün  etdilər.  Bu  ziyalıların  böyük  bir  hissəsi  isə  ölkə­

dən qaçmağa məcbur oldu.

Azərbaycanda  Sovet  tipli  sosializmin  ən  eybəcər  tə­

zahürü islam dininin qadağan edilməsi olmuşdur.

Rəsmi  siyasətdə, hətta əsas  qanunda «vicdan azadlığı» 

elan  edilsə  də,  islam  dininə  bütün  hallarda  qadağa  hökm 

sürmüşdür. Belə siyasətin nəticələri haqqında kitabın növbə­

ti bölməsində deyilmişdir.

Rəsmi  məlumata  görə  Azərbaycanda  repressiya  illə­

rində  50  mindən  artıq  adam  güllələnmiş,  100  mindən  çox 

insan Sibir və Qazaxstana sürgün edirmişdir1.

Azərbaycanın  SSRİ  tərkibində  olduğu  67  ildə  (1923- 

1990)  bir  tərəfdən  gənclərimizin  ordu  sıralarında  xidməti 

üçün  şərait  yarandısa,  digər  tərəfdən  Azərbaycan  millətinə 

mənsub  olan gənclərdən  zabit hey’ətinin yaradılmasına gizli 

de olsa müəyyən maneçiliklər edilirdi.

Məlum səbəblərə görə  90  illik çarizm şəraitində Azər­

baycanlılardan general  və zabitlərin  sayı  nisbətən  az  olmuş­

dur.  1941-1945-ci  illər  müharibəsindən  sonrakı  illərdə  də 

zabitlərimizin sayı  getdikcə  azalırdı.  «Krasnaya zvezda»  qə­

zetinin  (Moskva)  1992-ci  il  4  iyun  tarixli  sayında  göstərilir 

ki,  İttifaq  ordusunun  alay  (polk)  komandiri  müavinindən 

yüksək  vəzifələrdə  azərbaycanlı  komandirlərin  sayı  cəmisi 

9  nəfər  olmuşdur.  Müqayisə  üçün  qeyd  edək ki,  Böyük  Və­

tən  müharibəsi  illərində  və  ondan  əvvəlki  dövrdə,  hətta 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  fəaliyyəti  illərində 

(1918-1920)  azərbaycanlı  general  və  zabitlərin  sayı  qat-qat 

çox olmuşdur.  Təkcə onu  demək kifayətdir ki,  1920-1921-ci 

illərin qırmızı terroru dövründə Azərbaycanda  12  general və 

486 zabit məhv edilmişdi.



76

«Xalq» qəzeti, 30 dekabr 2000.

Ayrıca  olaraq  Böyük  Vətən  müharibəsi  illərində  və­

ziyyət  haqqında  deməyə  ehtiyac  duyulur.  Belə  ki,  cəbhələ­

rin  tələbinə  uyğun  olaraq  hərbi  xidmətə  səfərbərliyin  geniş 

miqyasda  aparılması  və  milli  diviziyaların  yaradılması  bu 

sahədə mövcud olan ədalətsizliyi əsasən ləğv edə bilmişdi.

SSRİ-nin  mövcudluğu  şəraitində  ordunun  siyasətdən 

kənarda  olması,  yalnız  Vətəni  müdafiə  siyasətinə  xidmət 

etdiyini  əsas  götürsək,  II  dünya,  Böyük  Vətən  müharibəsi 

veteranlarının  hafizələrində  müharibə  səngərlərində  mil- 

liyyətsiz  qardaşlıq  hisslərinin  itirilmədiyinin  səbəblərini  ba­

şa düşmək çətin deyil.

Böyük  Vətən  müharibəsi  veteranları  hərəkatının  geniş 

miqyasda davam etməsinin əsas səbəbini  də bunda axtarmaq 

lazımdır'.

Beləliklə  XX  əsrdə  üç  növ  siyasi  qurumda  yaşamış 

Azərbaycan  xalqı  (1901-1917-ci  ilərdə  -   çarizm  üsul- 

idarəsi,  70  illik  Sovet  siyasi  sistemi  və  son  illərin  dövlət 

müstəqilliyi  dövrii)  gərgin siyasi  həyat keçirmiş  və  bu  gərg­

inlik  onun  siyasi  mədəniyyətinə  də  müəyyən  təsirlor etmiş­

dir.

§8. Sovetlər İttifaqının dağılması ərəfəsində 

Azərbaycanda siyasi vəziyyət

Sovet  rəhbərliyinə  Mixail  Qorbaçovun  gəlməsi  və 

«yenidənqurma»  dövrünün  başlanması  ölkə  daxilində  qeyri- 

sabitliyi  gücləndirdi.  Şərqi  Avropa  ölkələri  blokunun  SSRİ- 

dən  ayrılması  isə  ölkədaxili  vəziyyəti  daha  da  gərginləşdir­

di.  ABŞ  prezidentinin milli təhlükəsizlik məsələləri  üzrə kö-



Bax:  İsrafil  İsmayılov.  Azərbaycanlıların  II  Dünya  müharibəsində 

iştirakı.  B.,  2000,  s .152-183.

77


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə