Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə22/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

Əzilmiş cəsədlər uzanıb orda 

Küçələr bomboşdu, bu nə həyatdı, 

Bax, şəhidlər təkcə oğullar deyil, 

Qanlı ulduzlar da dənizdə batdı.

Almancadan çevirən: 

Əlihəsən Şirvanlı

1990-cı  ilin  21  yanvarında  Azərbaycan  Respublikası 

Ali  Sovetinin  sədri  Elmira  Qafarova  xalqa  müraciətlə  çıxış 

etdi  və  bildirdi  ki,  Bakıya  Hərbi  qüvvələr Azərbaycan  Res­

publikası Ali  Sovetinin razılığı olmadan yeridilmişdir.

Həmin qanlı  feeiə günlərində Azerbaycan xalqına baş­

sağlığı  verən yeganə  şəxs, Moskvada «göz dustağı»  şəraitin­

də  yaşayan  Heydər  Əliyev  oldu.  O,  yanvarın  21-də  (1990) 

Moskvadakı  Azərbaycan  nümayəndəliyinə  gələrək  kəskin 

bəyanat ilə çıxış etdi və göstərdi ki, M.Qorbaçov hakimiyyə­

ti  tərəfindən  Azərbaycan xalqına  qarşı  açıq  təcavüz  və qanlı 

cinayət törədilmişdir.

Bakıda  törədilmiş  bu  qanlı  faciə  Azərbaycan  xalqının 

milli  mənlik  şüurunu  xeyli  gücləndirdi.  Şəhidlərin  dəfnində 

iştirak  edən  bir  milyonluq  dinc  insan  seli  dünyanı  heyrətə 

gətirdi.  Yanvar faciəsi  şəhidləri  1918-ci  ilin  mart faciəsi  şə­

hidlərinin dəfn olunduqları  dağüstü parkda torpağa tapşırıldı­

lar.


Xalq  şairi Bəxtiyar  Vahabzadənin  bu faciə günlərində 

yazdığı  «Şəhidlər»  poemasında  dövrün  siyasi  vəziyyəti  və 

xalqımızın  siyasi  şüurunda əmələ  gəlmiş böyük qətiyyət us­

talıqla göstərilmişdir.  Bu  isə  xalqda  yetişməkdə  olan  müstə­

qillik  ideyasının  yaxın  zamanda  reallaşacağından  xəbər  ve­

rirdi.

86

O gecə dağlardan  enən sel təki,



Qəzəbdən köpürüb daşdı millətim.

O şənbə gecəsi ürəyindəki

Qorxu hasarım aşdı millətim.

*  *  *


...  Bu ölüm, bu qırğın dərs olsun bizə

Deməyək boş yerə candan keçdilər.

Onlar şəhid olub millətimizə

Qorxmamaq  dərsini  təlim keçdilər1.

Özlərini  bəzən  xalq  hərəkatının  başçıları  sifəti  ilə  qə­

ləmə  verən  indiki  müxalifət başçıları  yanvar faciəsino siyasi 

qiymət verməkdə heç bir təşəbbüs göstərmədilər.

1990-ci  ilin  yanvar  faciəsinə  dövlət  miqyasında  hüqu­

qi,  siyasi  qiymət  Azərbaycan  Respublikasının  Prezidenti 

Heydər  Əliyevin  təklifi  ilə  1994-cü  ildə  Azərbaycan  Res­

publikasının  Milli  məclisində  uzun  müzakirələrdən  sonra 

verirdi.  Əvvəlki  müzakirələrdən  fərqli  olaraq  Milli  Məclis 

öz qərarında  20  yanvar  faciəsində  Moskva rəhbərliyi  ilə  ya­

naşı  Azərbaycanın  homin  dövrdəki  partiya  rəhbərliyi  və 

Xalq  Cəbhəsi  başçılarını  bu  faciənin  törədilməsində  ittiham 

etdi.


Prezident  Heydər  Əliyevin  bilavasitə  iştirakı  ilə  Bakı­

da  Dağüstü  parkda  20  yanvar  şəhidlərinin  xatirələrinə  22 

metr hündürlüyündə abidə ucaldılmışdır.

Yanvar  faciəsini  nadanlıq  səviyyəsində  saxtalaşdıran 

da  tapıldı.  Fars  şovinisti  Qulamrza  İnsaipur  (həqiqətdə  isə 

insafsız)  1990-cı  ilin  20  yanvarında  Bakıda  törədilmiş  qanlı 

faciəni  Azərbaycan  xalqının  guya  İrana  qovuşmaq  istəyi  ki­

mi  qələmə  verir.  Bu  səviyyədə  siyasi  həyasızlıq  tarixdə  çox 

az  təkrar  olunur.  Həmin  Qulamrza  eyni  zamanda  Azər­

baycanı İrandan qoparılmış  bir ərazi  hesab edir.



Bəxtiyar Vahabzadə.  Şəhidlər, Bakı,  1990,  s.13.

87


Kfəsil

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN 

BƏRPASI VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ 

DÖVRÜNDƏ XALQIN SİYASİ MƏDƏNİYYƏTİ 

(oktyabr 1991-2001)

SSRİ tərkibində  olduğu  70  ildə «Azər­

baycan  xalqımızın,  millətimizin  daxili 

potensialını  hərəkətə  gətirərək  inkişaf 

etmiş,  böyük nailiyyətlər  əldə etmiş və 

müstəqilliyini  elan  edərkən böyük iqti­

sadi  və  intellektual  potensiala  malik 

olmuşdur.  Azərbaycanın  müstəqil döv­

ləti onun  böyük iqtisadi və intellektual 

potensialı üzərində qurulubdur».

HEYDƏR ƏLİYEV

§  1. Müstəqilliyin elan olunmasından sonrakı 

ilk aylarda Azərbaycanda siyasi vəziyyət

SSRİ-nin  dağılması  şəraitində'  digər  12  respublika  ki­

mi  Azərbaycan  da öz müstəqilliyinə  nisbətən yüngül  müba­

rizə yolu ilə nail odldu.

1991-ci  ilin  18  oktyabrında  Azərbaycan  Respublikası-

Bu  haqda  geniş  şərh  müəllifin  əvvəlki  əsərlərində  verilmişdir:  Bax: 

İ.İsmayılov.  Azərbaycanın XX  əsrdə  dövlətçilik  siyasəti məsələləri. 

B.,  1995,  s.92-104;

Azərbaycanda dövlətçilik fikri oçerkləri. B.,  1996,  s.95-100.

nın  Ali  Soveti  Azərbaycanın  Dövlət  Müstəqilliyi  haqqında 

Kosntitusiya  Aktı  qəbul  etdi.  Həmin  Kosntitusiya  Aktı  6 

bölmədən və 32  maddədən ibarətdir1.

Kosntitusiya  Aktının  giriş  hissəsində  Azərbaycan Res­

publikasının  müstəqilliyinin  varisliyi  xüsusi  olaraq  qeyd 

olunmuşdur.  Burada  deyilir:  «Azərbaycan  1806-1808-ci  il­

lərdə  və  1920-ci  il  aprelin  27-28-də  Rusiya  tərəfindən  işğal 

edilmiş  və  onun  müstəqilliyinə  son  qoyulmuşdur.  Sonralar 

SSRİ  tərkibində  70  il  ərzində  Azərbaycan  Respublikasına 

qarşı  əslində  müstəmləkəçilik  siyasəti  yeridilmiş,  onun  təbii 

ehtiyatlan  amansızcasına  istismar  olunmuş  və  talan  edilmiş­

dir».  Daha  sonra,  Kosntitusiya Aktının giriş hissəsində  deyi­

lir:  «Azərbaycan  Respublikasının  Dövlət  müstəqilliyinin 

bərpası  haqqında  Azərbaycan  Respublikası  Ali  Sovetinin 

1991-ci  il  avqustun  30-da  qəbul  etdiyi  Bəyannaməsini  rəh­

bər  tutaraq  bu  Konstitusiya  aktını  qəbul  edir  və  müstəqil 

Azərbaycan  Respublikasının  dövlət  quruluşunun,  siyasi  və 

iqtisadi quruluşunun  əsaslarını təsis edir».

Kosntitusiya  Aktının  3-cü  maddəsində  deyilir:  «SSRİ- 

nin  təşkili  haqqında  1922-ci  il 30  dekabr tarixli  müqavilənin 

Azərbaycana aid hissəsi  imzalandığı andan etibarsızdır».

Burada  eləcə  də  SSRİ-yə  münasibət  də  öz  əksini  tap­

mışdır.  Sənədin  7-ci  maddəsinin  əvvəlində  deyilir:  «SSRİ- 

nin  Azərbaycan  Respublikası  ərazisindəki  bütün  daşınar  və 

daşınmaz  mülkiyyəti  Azərbaycan  Respublikasının  Dövlət 

mülkiyyətidir...»

Kosntitusiya  Aktının  12-ci  maddəsi  xüsusi  əhəmiyyət 

kəsb  edən  bir  məsələyə  həsr  olunmuşdur.  Burada  deyilir: 

«Azərbaycan  Respublikasının  suverenliyi  şəriksizdir  və 

onun  bütün  ərazilərinə şamildir».

Kosntitusiya  Aktının  14-cü  maddəsi  də  xüsusi  əhə­

miyyət kəsb edən  bir məsələyə aydınlıq gətirdi.  Burada dey-

"Xalq  "  qozeti,  7  noyabr  1991-ci  il.

89



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə