Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə24/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

Milli  ideologiyamızın  mühüm  tərkib  hissəsini  milli- 

mənəvi  dəyərlər təşkil  edir.  Bu  dəyərlər sırasına  ilk növbə­

də  ana  dilimiz,  etiqad etdiyimiz  islam  dini  və  adət-ənənələ­

rimiz daxildir.

Böyük təəssüf hissi  ilə  qeyd  etmək lazımdır ki, Bakıda 

və  digər  iri  şəhərlərimizdə  rus  dilində  orta  və  ali  təhsil  al­

mış  gənclərimizin  böyük  bir  hissəsi  ana  dilini  yaxşı  bilmə­

diyi üçün digərləri ilə ünsiyyətdə hətta bir cümlənin yarısını 

Azərbaycan  dilində,  digər  yarısını  rus  dilində  söyləməklə 

bağışlanılmaz hörmətsizlik edirlər.

Bu  məsələyə  müəyyən  münasibət  gətirən  aşağıdakı 

əhvalatı qələmə  aldım:  19  noyabrda (2001) səhər televiziya­

da  uşaqlar  üçün  verilişin  sonunda  həmin  verilişin  aparıcısı 

dedi:  insanların heyvanlarla  da əlaqəsi  heyvanın  eşitdiyi  dil­

də olmalıdır və  belə bir əhvalatı  söylədi:  Bakıdan kənd ray­

onuna bir nəfər qonaq gedir.  Səhər həyətə çıxarkən həyətdə 

olan  it  qonağa  hürür;  qonaq  itə:  «paşol,  paşol»  deyirsə  də  it 

hürməkdə  davam  edir.  Ev  sahibi  tez  həyətə  çıxaraq  itə  «ay 

it,  qonağa  hürməzlər»  deyir  və  it  səsini  kəsərək  gedir.  Ev 

sahibi qonağına deyir ki,  bizim it rusca başa düşmədiyi  üçün 

hürməkdə davam edirdi.

Buradan  belə  bir  qənaətə  gəlmək  olar  ki,  insanlar  da 

biri digəri ilə bir dildə danışmalıdır ki, anlaşıqlı olsun.

Dünya  azərbaycanlılarının  I  qurultayındakı  nitqində 

prezident  Heydər  Əliyev  demişdir:  «Müstəqil  Azərbaycan 

dövlətinin  əsas  ideyası  azərbaycançılıqdır...  Azərbaycançı- 

lıq öz milli  mənsubiyyətini  qoruyub  saxlamaq,  milli-mənəvi 

deyərlərini  qoruyub  saxlamaq,  eyni  zamanda onların ümum­

bəşəri  dəyərlərlə  sintezindən,  inteqrasiyasından  bəhrələn­

məsi  və  hər  bir  insanın  inkişafının  təmin  olunması  demək­

dir»1.

Bu sətirlərin müəllifi  1995-ci ildə nəşr etdirdiyi kitabı­



m

94



'Xalq"  qəzeti,  10 noyabr 2001.

na  daxil  etdiyi  «Milli  birlik  ideologiyamız  haqqında'»  adlı 

bölmədə  irəli  sürdüyü  bu  ideyam  indi  də  əsas  götürür  ki, 

müasir  dövr  üçün  bizim  milli  ideologiyamız  «milli  birlik 



ideologiyası» məzmununda olmalıdır.

Bununla  əlaqədar  olaraq  müasir  dövrü  mətbuatımızda 

hərdən  bir  səslənən  «Biz  nə üçün  birləşə  bilmirik?»  sualına 

cavab vermək lazımdır.

Milli  birliyimizə  mane  olan  səbəblər  sırasına  ilk  növ­

bədə aşağıdakılar daxildir:



Birinci:  Milli birlik kimi çox vacib bir məsələdə iqtidar 

və  çoxşaxəli  müxalifət  qüvvələri  arasında  fikir  birliyi  yox­

dur və yaxud bu  fikir birliyi  hələlik  çox  zəif özülə  malikdir. 

Halbuki, xalqımız üçün  çox böhranlı  bu dövrdə əsas məsələ­

lərin  həllində  (Dağlıq  Qarabağ  münaqişəsi,  sosial-iqtisadi 

məsələlərin  həlli  istiqamətində  tədbirlər  və  s.)  fikir  birliyi 

olmalıdır ki,  bu ümümmilli  vəzifələr həll edilsin.

İkinci:  Hazırda xalqımızı  təmsil  edən siyasi  qüvvələrin 

xarici  siyasi  orientasiyalarında  da  çoxşaxəlilik  vardır.  Bu 

məsələ rəsmi  ədəbiyyatda çox açıqlanmasa da, xalqın müəy­

yən  təbəqələri  arasında  Türkiyəyə,  ABŞ-a,  Rusiyaya,  İrana 

meyillilik  müşahidə edilir.  Məsələn,  ailə  üzvlərindən  Rusiy­

ada  işləyən  azərbaycanlıların,  o  cümlədən  rusdilli  və  ya 

həyat yoldaşları  rus  millətindən olan  vətəndaşların böyük bir 

hissəsinin Rusiyaya meyililiyi  (rusofılliyi) danılmazdır.



Üçüncü:  Azərbaycanın  müsəlman  əhalisinin  sünnil  vo 

ya şiə  məzhəblərinə mənsub olmaları  da milli  birliyə müəy­

yən  maneəçiliklor törədir.

Heç bir statistik  əsas  olmadan  din  xadiminin rəsmi  ya­

zılarında  iddia  edilir  ki,  Azərbaycan  əhalisinin  65%  şiədir2. 

Halbuki, heç bir zaman  bu haqda sorğu  aparılmamışdır vo bu



İ.Z.İsmayılov,  Azərbaycanda  XX  əsrdə  dövlətçilik  siyasəti  m əsələ­

ləri, B.,  1995  s.  166-174

Bax:, «Xalq qəzeti», 4 sentyabr 1998

95


müddəa həqiqətdən çox uzaqdır.

Digər  tərəfdən:  Sünnü  də,  şiə  de  müsəlmandırsa,  bun­

ları ayıraraq qarşı-qarşıya qoymaq din xadiminin böyük siya­

sətə  qoşulması  deyilmi?  Halbuki,  Azərbaycan dünyəvi  döv­

lətdir ve burada din siyasətdən ayrılmışdır.

Məsələnin siyasi tərəfi isə daha faciəvidir.

C.Hayder  «Dəstəksiz  xəncər»  əsərində  yazır ki,  «sün- 

nü-şiə məsələsi islamın bütün düşmənləri üçün hədiyyədir... 

İslamda  ən barışmaz məzhəb,  şübhəsiz  ki,  şiəlikdir».  M üəl­

lif eləcə  də  yazır:  «İraq-İran,  İraq-Küveyt  müharibələrinin 

islama vurduğu  zərəri  təsəvvürünüzə  gətirirsinizmi?  Bu  ax- 

maqlar hər an bir-birlərini məhv etməyə hazırdırlar».

Bu  sətrlərin  müəllifi  Afrikanın  bir neçə  ölkəsində  sə­

fərdə olmuşdur və məlumatı  vardır ki,  heç bir müsəlman öl­

kəsində  (hətta  İranda  da)  məhərrəmlik  günlərində  əhalinin 

fanatik  fəallığı  Bakının  bezi  ətraf kəndlərindəki  fəallıq  sə­

viyyəsində olmur.

Hələ  1917-ci  ildə,  Qafqaz  müsəlmanlarının  1-ci qurul­

tayında  Şeyxülislam  ilə  Müfti  birlikdə  xitabət  kürsüsünə  çı­

xaraq  məzhəbçiliyə  qarşı  nitq  söyləmişdilər,  qucaqlaşaraq- 

öpüşmüşdülər  və  demişdilər  ki,  «bundan  sonra  ...  bir azəri- 

dən  «sünnümüsən,  şiəmisən?»  deyə  soruşmaq böyük bir hə­

qarət  və  tərbiyəsizlik  sayılmalıdır».  Lakin  bu  ağıllı  tədbirə 

əməl edilmədi.

Mirzə  Ələkbər  Sabir,  Seyid  Əzim  Şirvani,  Nəriman 

Nərimanov,  Məmməd  Əmin  Rəsulzadə  və  digər xadimləri­

miz  sünnü-şiə  məzhəb  ayrılığına  qarşı  öz etirazlarını  kəskin 

surətdə bildirmişlər.

Azərbaycançılıq  ideologiyasının  əsasları  XX  əsrin  əv­

vəllərində  görkəmli  siyasi  xadimlər  olan  Əlibəy  Hüseynza­

dənin,  Məmməd  Əmin  Rəsulzadənin,  Nəriman  Nərimano­

vun,  Cəlil  Məmmədquluzadənin,  Üzeyir  bəy  Hacıbəyovun 

və  digerlərinin  əsərlərində  Öz  şərhini  tapmışdı  və  1918-20- 

ci  illəri  əhatə  edən  Azərbaycan  Xalq  Cümhuriyyəti  haki­

96

miyyəti  dövründə əməli  fəaliyyətdə özünü doğrultdu.

Azərbaycançılıq  ideologiyasının  əsasını  müstəqil  döv­

lətçilik,  demokratiya,  respublikaçılıq,  bəşəriliyin  qəbulu, 

milli  tərəqqi,  ədalətlilik  və bu qəbildən olan  mütərəqqi key­

fiyyətlər  təşkil  edir.  Əlbəttə  bu  keyfiyyətlərin  deyilişinin 

üslub formasım dəqiqləşdirmək olar.

Azərbaycan  Prezidenti  Heydər  Əliyev  göstərir  ki, 

«milli  ideologiyamız  tarixi  keçmişimizlə,  millətimizin  adət- 

ənənələri  ilə,  xüsusiyyətləri  ilə,  xalqımızın, dövlətimizin bu 

günü və gələcəyi  ilə bağlı olmalıdır».

1990-cı  ilin  qanlı  yanvar  faciəsi  günlərində  Azər­

baycan  xalqı  bütün  dünyaya  böyük  birlik  nümayiş  etdirdi. 

Şəhidlərin  Bakının  əsas  meydanından bərpa edilmiş «Şəhid­

lər  Xiyabanı»na  qədər  çiyinlərdə  qırmızı  qərənfillər  yağışı 

altında aparılması  və  dəfni  bütün  dünyanı  heyran etdi.  Qeyd 

edək ki,  137  nəfər şəhid  içərisində  Azəri  türklərindən  əlavə 

ruslar,  tatarlar,  lezgilər,  yəhudilər  və  digər  milli  azlıqların 

nümayəndələri  də vardır.

Lakin  sonrakı  3-4  il  ərzində  Azərbaycanda  cərəyan 

edən  mürəkkəb  hadisələrdən  baş  çıxara bilməyən  rəhbərlə­

rin  təqsirinə görə yanvar faciəsi günləri yaranmış milli  birlik 

getdikcə sönməyə  başladı.

§ 3. Azərbaycanda İslam mədəniyyətinə 

qayıdış

Bəşər  tarixinin  ən  qədim,  ilk  qatlan  haqqında  müasir 

elm  heç  bir  dəqiq  məlumat  verə  bilmir.  Görünür  ki,  bu  heç 

mümkün  də  deyil.  Ən  qədim  dövrə  aid  arxeoloji  qazıntılar 

ilk  insanların  cəsədlərinin  qalıqlarının  formalarını  müəyyən 

etsə  də,  onlann  yaşadıqları  dövrlər,  insanların  həyat  tərzi 

haqqında dəqiq məlumatlar söyləməyə qadir deyildir.

Bu  məsələdə  müasir bəşəriyyət  müəyyən  məlumatları



97


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə