Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə32/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

çapdılar,  bədənlərinin  müxtəlif  əzalarını  kəsdilər.  Bütün 

bunlar  dünyaya televiziya  vasitəsilə nümayiş etdirildi.  Lakin 

vicdanı  yatmış  dünya  oyanmadı,  silkələnmədi,  erməninin 

vəhşiliyi üzünə deyilmədi1». Nə üçün?

Onun  üçün  ki,  hələ  də  dünya  xalqlarına  münasibətdə 

ikili standart vardır.  İki cür yanaşma ləğv edilməmişdir.



126

Bax: «Xalq qəzeti», 21  fevral 2001  (4-cü səhifədə)

VII fəsil

AZƏRBAYCAN XALQININ XX ƏSRDƏ 

YETİŞDİRDİYİ SİYASİ XADİMLƏR

Hər  bir  xalqın  siyasi  mədəniyyətinin  formalaşmasında 

və  zənginləşməsində  onun  yetişdirdiyi  siyasi  xadimlərin 

böyük rolu danılmazdır.

XX  əsrdə  Azərbaycan  xalqının  yetişdirdiyi  görkəmli 

siyasi  xadimlər  haqqında  düşündükdə  ilk  əvvəl  fəaliyyət 

dövrləri  sırası  ilə  Nəriman  Nərimanovun  və  Heydər  Əliye­

vin şəxsiyyəti  diqqət mərkəzində  olmalıdır.  Bu  iki  görkəmli 

şəxsiyyət  siyasi  fəaliyyətləri  dövründə  həqiqətən  də  xalqı­

mızın XX əsrdə yetişdirdiyi görkəmli siyasi xadimlərdirlər.

Bunlarla  yanaşı  xalqımız  özünün  XX  əsr  tarixi  kəsiy­

ində  böyük  dəstədən  ibarət  siyasi-ictimai  xadimlər  yetişdir­

mişdir.  Bu  gün  böyük  təəssüf hissi  ilə  qeyd  etmək  lazımdır 

ki,  xalqımızın  mübarizə  tarixində  müəyyən  xidmətləri  ol­

muş  həmin  şəxsiyyətlərin  fəaliyyətləri  siyasi  konyukturanın 

tələbləri  və  bəzən  də  subyektiv  yanaşma əsasında  təftiş  edi­

lir.  Bu isə siyasi naqislik və siyasi nigilizmdır.

127



§  1. Görkəmli siyasi xadimlər

NƏRİMAN NƏRİMANOV 

(1871-1925)

Nəriman  Nərimanov  öz 

dövrünün,  yaşadığı  mühi­

tin  çərçivəsində  böyümüş 

görkəmli  simadır,  böyük 

siyasi xadimdir.

Heydər ƏLİYEV

XX əsrin ilk 25  ilində Azerbaycanda və Rusiyada siya­

si  və  ədəbi  fəaliyyət  göstərmiş  görkəmli  siyasi  xadimlər 

içərisində  Nəriman  Nərimanov  xüsusi  yer  tutur.  Azər­

baycanda,  Rusiyada vəl923-25-ci  illərdə  SSRİ-də  siyasi ha­

disələrdə iştirak  etmiş N.Nərimanov geniş  siyasi  fəaliyyətdə 

olmuşdur.

Dövrünün zəka sahiblərindən biri olan N.Nərimanovun 

siyasi  fəaliyyəti  1904-ci  ildən başlasa da,  bu  fəaliyyət  1918- 

25-ci illərdə daha dolğun olmuşdur.

Göstərilən  yeddi  illik  gərgin  siyasi  fəaliyyət  dövrünün 

əvvəlində  N.Nərimanov  Rusiyada  yaşamış  və  işləmiş,  son­

rakı  illərdə  isə  Azərbaycanda  və  Moskvada  fəaliyyət  gö­

stərmişdir.

Təbiətən  yaltaqlığın  düşməni  olan  N.Nərimanov  üçün 

göstərilən  mürəkkəb  və  ziddiyyətli  dövrdə  yüksək  vəzifə­

lərdə işləmək çox çətin olmuşdur.  O,  siyasi fəaliyyətində də 

cəsarətli  və  safqəlbli  olduğu  üçün  heç  bir zaman  ikili  (ikiti­

rəli) xett seçməmişdir.  V.İ.Leninə böyük ehtiram vo hörmət­

lə  yanaşan  N.Nərimanov  bəzən  ona  da  çox  sərt  məktublar 

yazmaqdan çəkinməmişdir.

128

1920-ci  ilin  iyununda  Moskvaya  göndərdiyi  teleqra­

mında N.Nərimanov  yazmışdı:  «Azərbaycanı köhnə  sərhəd­

lərində  saxlaya  bilməməsi  müsəlman  kütlələri  tərəfindən 

Sovet  hakimiyyətinin  xəyanəti,  ermənipərəstliyi  və  yaxud 

da zəifliyi  hesab ediləcəkdir»1.

Azərbaycanda  XI  ordunun  olmasından  istifadə  edən 

Rusiya  Sovet  höküməti  nazirlərinin  bəziləri  Azərbaycan 

hökümətinə  1920-22-ci  illərdə  göndərdikləri  məktublarında 

öz  hüquqlarını  aşaraq  müxtəlif  tələblər  irəli  sürürdülər. 

Bütün  bunlara  qarşı  Azərbaycan  hökümətinin  başçısı 

N.Nərimanov  V.İ.Leninə  göndərdiyi  məktubunda  yazmışdı: 

«Mərkəzdən  hər  gün  nümayəndələr  gəlib  əllərində  olan 

mandatlara  əsasən  bu  və  ya  digər  səbəblərə  görə  ...  xalq 

komissarına  tabe  olmaq  haqqında  bizə  göstəriş  verirlər»... 

Halbuki  1920-21-ci  illərdə  Azərbaycan  Sovet  Respublikası 

olsa  da,  müstəqil  respublika  idi  (Sovet  Federasiyası  1922-ci 

ilin  sonunda yaradılmışdır).

Bir  çox  gərgin  siyasi  vəziyyətlərdə  və  məsələlərdə 

Lenin  N.Nərimanovun  tərəf ni  saxlamışdır.  Məsələn,  1920- 

ci  ilin  mayında  N.Nərimanovun  rəhbərliyi  altında  Azərbay­

canda  təşkil  edilmiş  ilk  Sovet  höküməti  sırf milli  hökümət 

idi,  tərkibində  bir  nəfər  də  olsa  erməni  və  ya  rus  yox  idi. 

Bunu  bəhanə  edən  daşnaklar N.Nərimanovu  millətçilikdə  it­

tiham  edərək  V.İ.Leninə  şikayət  məktubu  göndərmişdilər. 

N.Nərimanov öz  izahatında V.İ.Leninə yazmışdı  ki, Şərqi  in­

qilabımıza inandırmaq üçün Azərbaycanda mütləq  milli  döv­

lət qurulmalıdır.  N.Nərimanovun bu cavab məktubunun  üzə­

rində  V.İ.Lenin  belə  dorkənar qoymuşdu:  «Hesab edirəm  ki, 

yoldaş  Nərimanov  haqlıdır».  Ümumiyyətlə,  N.Nərimanov 

şərq siyasəti üzrə nadir xadimlərdən biri olmuşdur.

Görünür  qismən  buna  görərdir  ki,  Lenin  sağlığında 

partiya  rəhbərliyində  olan  liderlərdən  bir  çoxu  Nərimanova



N.Nərimanov.  Seçilmiş əsərləri, II cild., s.311  (rus dilində).

129


hətta  həsəd  aparmış  və  əllərinə  imkan  düşdükdə  ona  qarşı 

(gizlicə) mübarizədən də  çəkinməmişlər.  Bunlar sırasına ilk 

planda A.Mikoyan və S.Kirov daxil idi.

N.Nərimanovun  1923-1924-cü  illərdə  yazaraq  «Mər­

kəzi  Komitəyə,  yoldaş  Stalinə,  surəti  yoldaş  Trotskiyə,  yol­

daş  Radekə»  ünvanladığı  yazılar  «Ucqarlarda  inqilabımızın 

tarixinə  dair»  adlanır və  bu  əsər  66  ildən  sonra ilk dəfə  rus 

dilində  (1990-cı  ildə)  və  1992-ci  ildə  Azərbaycan  dilində 

nəşr edilmişdir.  Həmin  əsərində N.Nərimanov Kirovun,  Mi- 

koyanın  və  Mirzoyanm  Azərbaycanda  apardıqları  müstəm­

ləkəçilik və millətçilik siyasətini faktlarla ifşa etmişdir.

N.Nərimanov  «Ucqarlarda  inqilabımızın  tarixinə  dair» 

adlı Partiya Mərkəzi Komitəsinə məktubunda Azərbaycanda 

milli  siyasətin  həyata  keçirilməsində  S.M.Kirov  (Azər­

baycan partiya təşkilatının rəhbəri) və  Mirzoyanm (Bakı  şə­

hər partiya komitəsinin rəhbəri)  fəaliyyətini konkret faktlar­

la  «cinayətkar  siyasət»  adlandırmışdır.  20-ci  illərin  ilk  illə­

rində  Bakıda partiya  və  Sovet  idarələrində  azəri-türklordən 

müraciətlər  yalnız  rus  dilində  qəbul  olunurdu.  Bakıda  olan 

17  fabrik  -   zavod  şagirdliyi  məktəblərində  rus  uşaqlarının 

sayı  1192  nəfər,  müsəlman  fəhlələrinin  uşaqlarının  isə  cə­

misi  26 nəfər idi.  35  təqaüdçü  tələbənin 30  nəfəri  rus,  5  nə­

fəri  isə  türk  idi.  N.Nərimanov  yazır  ki,  Bakı  Sovetinin  500 

nəfər  üzvündən  türklər yalnız  200  nəfərdir.  Bakıda  olan  bi­

rinci  dərəcəli  57  məktəbdən yalnız 20-i türk məktəbi  idi.  16 

ikinci  dərəcəli  məktəbdən  isə  yalnız  4-ü  türk  dilində  idi. 

Göstərilən  məktuba  1924-cü  ilin  27  mayında etdiyi  əlavədə 

N.Nərimanov yazmışdı:  «erməni  «yoldaşlar» və rus şovinist­

ləri  Bakı  təşkilatının  rəhbərləri,  cinayətkar  siyasət  həyata 

keçirirlər».

Təəssüflər  olsun  ki,  Azəbaycanda  «cəbhəçi»  bəylərin 

bir  illik  hakimiyyəti  dövründə  (1992-93)  nəşr  edilən  bəzi 

kitab  və  qəzet  məqalələrində  Dağlıq  Qarabağ  məsələsində 

Nəriman  Nərimanovun  mövqeyi  də  səhv  və  qərəzli  veril­



130

mişdir.


Moskvada mərkəzi partiya arxivində  (fond 609, iş 456) 

saxlanan  sənəddə  1924-cü  ilin  27  mayında  MK-yə  göndər­

diyi  məktuba yazdığı  «əlavə»də N.Nərimanov qeyd etmişdi: 

«Dağlıq  Qarabağ Mirzoyanm güclü təzyiqi nəticəsində mux­

tar  vilayət  elan  edilmişdir.  Mənim  vaxtımda  bunu  etmək 

mümkün olmadı,  ona görə yox ki, mən bu muxtariyyətin ək­

sinəyəm,  sadəcə  olaraq  ona  görə  ki,  erməni  kəndlilərinin 

özləri  bunu  istəmirdilər»,  onlar Azərbaycan ilə  iqtisadi  əla­

qələri  üstün tuturdular.

N.Nərimanov  MK-ya  göndərdiyi  göstərilən  məktubda 

yazmışdı:  «Azərbaycan kəndlisi  ağ neft olmadığı üçün talaşa 

yandıranda,  azərbaycanlı vətəndaş Tiflisdə  ağ neftin Gəncə- 

dəkindon  ucuz  satıldığını  görəndə,  istər-istəməz bütün  bun­

ları  törədənlərin  ünvanına  tənə,  müstəmləkəçilikdə  ittiham 

və i.a. eşitməyə məcbur olursan'».

Məlumdur  ki,  Azərbaycanda  istehsal  edilən  neft  məh­

sullarından  Azərbaycanın  xeyrinə  faizlər  ayrılması  məsələ­

sini  N.Nərimanov  qaldırmışdır və  bu məsələ uğrunda o,  Az- 

neft  birliyinin  rəisi  Serebrovski  ilə  bir  il  mübarizə  aparmalı 

olmuşdur.  Həmin  ayırmalar  sonralar  5  milyon  manat  məb­

ləğində  «Neft  Fondu»  adlanırdı  və  yalnız  Nikita  Xruşovun 

dövründə  İttifaq büdcəsinə «bağışlanmışdır».

N.Nərimanov  1923-cü  ildə  Moskvada  SSRİ  Mərkəzi 

İcraiyyə  Komitəsinin  dörd  sədrindən  biri  vəzifəsində  işlə­

diyi  dövrdə  Azərbaycan  Xalq  Komissarları  Şurası  sədri  Qə­

zənfər Musabəyova yazdığı  məktubunda göstərmişdi:  «Yol­

daş  Musabəyov,  məncə  fikrim  aydındır:  neftin  əvəzinə  alı­

nan  vəsait  Azərbaycanın  yalnız  maarif və  səhiyyəsinə  xərc­

lənməlidir2...»

Nəriman 

Nərimanov. 

Ucqarlarda 

inqilabımızın 

tarixinə 

dair

(İ.V.Stalinə  məktub).  B„  1992, s.  36

Bax: «Azərbaycan  müəllimi» qəzeti,  14  sentyabr  1977

131



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə