Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix


§ 5. Siyasi mədəniyyətimizin müasir inkişafının



Yüklə 1,94 Mb.
səhifə28/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   24   25   26   27   28   29   30   31   ...   71

§ 5. Siyasi mədəniyyətimizin müasir inkişafının 

əsas istiqamətləri

«Müstəqillik illərində  biz əslində 

milli-mədəni  irsimizi,  milli  sər­

vətimizi  bir  daha  təhlil  edərək 

onu  ideoloji  buxovlardan  və  qa­

dağalardan xilas edirik».

HEYDƏR ƏLİYEV

Yetmiş  illik  Sovet  sisteminin  ifrat  dərəcədə  mərkəz­

ləşdirilmiş  avtoritar  idarəçilik  rejimindən  demokratik  üsul 

idarəçiliyə,  milli  mənafeləri  əsas  tutan  milli  siyasətə  keçid 

çoxsahəli  olduğu üçün  çətin  bir prosesdir.  Bu  milli  siyasətin 

icraçısı  1993-cü  ilin yayından sonrakı dövrdə prezident Hey­

dər Əliyevdir.

Əlbəttə,  bu  keçid  özündən  əvvəlki  dövrün  müəyyən 

özülünə  və nailiyyətlərinə  arxalanır.  Prezident  Heydər Əliy­

ev bu haqda belə  deyir:  70  illik  Sovet hakimiyyəti  illəri  «bi­

zim  xalqımız,  millətimiz  üçün  bir  tərəfdən  faciələr,  itkilər, 

məhrumiyyətlər  illəri  olmuş,  eyni  zamanda  xalqımızın  maa­

riflənməsi,  təhsil  alması,  inkişaf etməsi,  Azərbaycanda  bö­

yük iqtisadi potensialın yaranması,  xalqımızın dünya mədəni 

dəyərlərinə qoşulması  sahəsində müsbət rol  oynamıdır1».

Sovet  sisteminin  20-ci  illəri  siyasi  mədəniyyətimizin 

bu  sistemə  uyğun  formalaşması  dövrü  olmuşdur.  Hələ  20-ci 

illərin  ərəfəsində  bir musiqi xadimi  və  publisist kimi  forma­

laşmış  Üzeyir Hacıbəyov  30-cu  illərdə özünün məşhur «Ko­

roğlu»  operası  ilə  öz  xalqına  xidməti  yeni  sistem  şəraitində 

də  davam  etdirdiyini  bildirdi  və  bu  sistemin  rəhbərliyindən 

ən yüksək mükafata layiq görüldü.



1 Bax:,  «Xalq qəzeti»,  27 may 2001 

110


30-cu  illərdə  ədəbiyyatda  özlərinə  məxsus  dəsti  xətt­

ləri  olan  gənclər -  Mikayıl Müşfiq, Səməd Vurğun və Rəsul 

Rza  Sovet  sistemi  ideologiyasını  qəbul  edərək  milli  ruhda 

yaradıcılıqlarını davam etdirdilər.  Bu milli ruh eləcə də milli 

mənafeni  yaddan  çıxarmırdı.  Şair  Mikayıl  Müşfiq  1936-cı 

ildə  qələmə  aldığı «Tərtərhes  nəğmələri»  şerində böyük cə­

sarət  hissi  ilə  bu  gün  üçün  də  vacib  dərdimiz  haqda  belə 

yazmışdı:



Bu nə yoldur? Daşnak yolu,

Hər dərəsi qanla dolu,

Nə acıdır bunun adı,

O dənizdən bu dənizə,

Deyib,  çıxdı sinəmizə 

Bir tapdadı,  bir doğradı,

Orda dəhşət,  burda vəhşət,

Əlində baş, dişində ət 

Tanırsınız o Cəlladı!

Nə bağ qaldı,  nə də bağban 

Qurşun,  ölüm,  atəş duman.

Yaxamızı parçaladı 

Bilən bilir,  bu zülmətə,

Bu uğursuz fəlakətə 

Kim əl çaldı,  kim ağladı.

Səməd  Vurğunun  «Komsomol  poeması»  əsəri  «Yeni 

yol»  və  digər  qəzetlərdə  30-cu  illərdə  hissə-hissə  nəşr  olu­

nurdu:  Poemanın  «Gözəllik  və  məhəbbət»  bölməsinin  baş­

lanğıcını o dövrün gəncləri əzbərdən bilirdi:

Yüksək fəzalarda gəzinirdi ay 

Yaşıl çəmənlikdə Cəlal və Humay 

Birisi söz atar,  digəri gülər.

Könüllər döyünər, gözlər süzülər...

111



Şairin  «Poemalar»mm  1959  və  1961-ci  illərə  aid  nəşr­

lərində bu sətrlər belə verilir.



Uzaq buludlarda gəzinirdi ay,

Doqqazın ağzında  Cəlal və Humay

Fikrimizcə  ilk yazılışı  şairin  ölümündən  sonra nəşrlər- 

dəkindən daha uğurludur.

Bunu belə edənin Səməd Vurğuna sədaqətinə inanmaq 

çətindir.

Vo yaxud da Rəsul Rzanın Azərbaycan şerinə gətirdiyi 

sərbəst  şer  üslubunu  götürək,  Şairin  «Lenin»  poeması  bu 

günün  tələbinə  uyğun  gəlməsə  də  ,  bu  şer  öz  üslubuna  və 

ifadə formasına görə güclü idi və yenilik idi.

Mən hansı bir insana bənzədim ki,  Lenini, 

Məzarının başında cahan ağlamış olsun!

Məgər  indi  Səməd  Vurğunu  və  Rəsul  Rzam  ittiham 

etmək  olarmı  ki,  niyə  onlar  Komsomolu  və  ya  Lenini  tə­

rənnüm ediblor? Əsla!

Bununla belə, müasir dövrdə,  10 il  bundan əvvəl  bəıpa 

etdiyimiz  dövlət  müstəqilliyinin  qarşıya  qoyduğu  tələblərə 

uyğun  olaraq  xalqımızın  siyasi  mədəniyyəti  müasir  tələblər 

səviyyəsində  inkişaf  etməlidir.  Lakin  bu  inkişaf  əvvəlki 

dövrün nailiyyətlərinə arxalanmalıdır.

Görkəmli  publisist  və  ictimai  xadim  Hidayət  Orucov 

bu  yaxınlarda nəşr etdirdiyi  «Heydər Əliyev və Azərbaycan­

da milli  siyasət»  əsərində bu haqda belə yazır:  «Milli şüurun 

gücləndirilməsi,  milli  ideyanın  qeyri-rəsmi  şəkildə  formala­

şaraq  əqidə  və  inama  çevrilməsində  həlledici  rola  malik 

amillərin inkişafına rəvac verilməsi  1970-80-ci  illərin əvvəl­

lərinin  ən  böük  nailiyyəti  və  qələbəsi  idi.  Azərbaycançı- 

lığm,  türkçülüyün  şüurlara  yeridilməsinə,  milli  azadlıq  və

112


müstəqillik  uğrunda  mübarizə  inamının  bədii  ədəbiyyatda, 

incəsənət  və  mədəniyyət  nümunələrində,  elmi  əsərlərdə 

təbliğinə  münbit  şərait  yaradıldı.  Azərbaycan  xalqı  Azadlıq 

meydanına birdən-birə  və  təsadüfən  çıxmamışdı.  Xalq buna 

mənən, ruhən, əqidəcə artıq hazır idi. Tarixi  qələbəyə hazır­

lıq  1970-ci  ildən başlanmışdı1».

Milli  mənafelərin  düzgün  başa  düşülməsi,  heç  şübhə­

siz  ki,  milli  məsələnin  nəzəri  əsaslarından  qidalanmalıdır. 

Bəs Sovet dövründə bu məsələdə vəziyyət necə olmuşdur?

Sovetlər  hakimiyyəti  illərində  SSRİ-də  milli  məsələ 

əsasən  İ. V.Stalinin  millətə  verdiyi  məlum  tərif və  əksəriy­

yəti  ermənilərdən  və  rus-ukraynalılardan  olan  bir sıra  müəl­

liflərin  təbliğat  məzmunlu  məqalələri  əsasında şərh edilirdi. 

Belə  çıxırdı  ki,  milli  məsələ  üzrə  nəzəriyyə  ilk  dəfə  SSRİ- 

də yaradılıb, halbuki millətə  ilk tərifi İtaliya sosioloqu Stani­

slav Mancini  1851-ci  ildə vennişdir.  1903-cü ildə Karl Kaut- 

skinin  millətə  verdiyi  tərif daha  elmi  idi.  Kautski  1903-cü 

ildə  milli  məsələ  haqqında yazdığı əsərində millət üçün əra­

zi,  dil,  məişət,  ruh,  iradə  və  psixik  yönümün  birliyi  əlamət­

lərini  əsas  götürmüşdür.  Ədalət  naminə  demək  lazımdır  ki, 

on  ii  sonra,  !9!3-cü  ildə  İ-V-S^alinin  millətə verdiyi  məlum 

tərifində K.Kautskinin  millətə  verdiyi  tərifdən  geniş  istifadə 

edilmişdir.

Azərbaycan  mütəfəkkirlərindən  Nəriman  Nərimanov 

və  Məmməd  Əmin  Rəsulzadə  də  milli  məsələ  üzrə  bir  sıra 

tutarlı  nəzəri müddəalar irəli  sürmüşlər.

Məmməd  Əmin  Rəsulzadəyə  görə,  millət  insanların 

tarixi,  coğrafi,  iqtisadi  və  siyasi  faktorlar  əsasında  yaranmış 

dil,  din  və  qohum-oqrəbalıq  ümumiliyi  əsasında  meydana 

gəlmişdir.

Nəriman  Nərimanov  yazır  ki,  millətlər  bir-birindən

Hidayət  Orucov,  Heydər  Əliyev  və  Azərbaycanda  milli  siyasot,  Ba­

kı,  2000

113



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə