Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə29/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

dilləri,  adətləri,  məişətləri  və  qismən  də  dinləri  ilə  fərqlə­

nirlər.


Göründüyü  kimi,  hər  iki  mütəfəkkir  millətin  forma­

laşmasında  qismən  də  dinin  müsbət  rolunu  qeyd  edirlər  və 

bu  da  həqiqətə  uyğundur.  Dini  birlik  milli  birliyi  başqa  et­

nosların  təsiri  altma  düşməkdən  qoruyur.  Lakin  məlumdur 

ki,  dünyada hər bir millətin öz milli dini yoxdur. Dünyada  17 

ərəb  dövlətinin  əhalisi  islam  dininə  sitayiş  edirlər.  İslamı 

qəbul  etmiş  bütün  türkdilli  millət  və  xalqlar  da  bir  dinə  -  

islam dininə  sitayiş edirlər və bu din  onlarm hər birinin mil­

lət kimi formalaşmasına qismən kömək etmişdir və milli bir­

liklərinin möhkəmlənməsinə indi də kömək edir.

Beləliklə müxtəlif dinlərin,  sitayiş  etdikləri  millətlərin 

millət  kimi  formalaşmalarına  qismən  müsbət  təsir  etməsi 

danılmazdır.  Bu  əsasda  ikinci  dünya  müharibəsi  illərində 

slavyan  birliyi  ideyası  da  ortaya  atılmışdı  və  Sovet  ordusu 

Bolqarıstandan başlayaraq digər slavyan xalqlarına da faşizm 

əsarətindən azad olmaqda kömək etdi.

Müasir Azerbaycanda xalqın  siyasi mədəniyyətinin  in­

kişafı məsələsinə aşağıdakı istiqamətlərdə yanaşmaq olar:

1)  Dövlətin  adını  daşıyan  millətin  siyasi mədəniyyəti­

nin  vəziyyəti.  Əlbəttə,  bu  milli  siyasi  mədəniyyət­

də, əsas  istiqamətləri  milli  dil, milli  yazı, milli ədə­

biyyat  və  incəsənətin  inkişafının  siyasi  problemləri 

və istiqamətləri diqqət mərkəzində olmalıdır.

2)  Cənubi  Azərbaycanda yaşayan soydaşlarımızla mil­

li-mədəni əlaqələrimiz.

3)  Dünyanın  60-dan  çox  ölkəsinə  səpələnmiş  diaspo­

rumuzun  siyasi  heyatında  milli  mədəniyyətin  zəif- 

ləməməsi qayğısı.

4)  Azərbaycanda  yaşayan  20-yə  qədər  etnosun,  milli 

azlıqların  siyasi  mədəniyyətinin  Azerbaycan  xalqı­

nın  milli  mədəniyyəti  ilə  əlaqələrinin  gücləndiril­

məsi.


114

Göstərilən  istiqamətlərin  hər  biri  xüsusi  bir  təd­

qiqat  mövzusudur  və  biz  burada  qısaca  olaraq  bəzi 

məqamları yada salmağa çalışacağıq:



4)  Müstəqilliyin  əvvəlində  elan  edilmiş  (1992)  latın 

qrafikalı  milli  yazıya keçid  ləng gedirdi.  Respub­

lika  Prezidenti  Heydər  Əliyev  özünün  «Dövlət 

dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında» 

2001-ci  ilin  18  iyun tarixli  fərmanı  ilə bu keçidin 

həmin  ilin  1  avqustuna  qədər həyata keçirilməsi­

ni müəyyənləşdirdi və həyata keçirildi;

Я)  Orta  məktəbləri  rus  dilində  qurtarmış  Azəri 

gənclərinin  böyük  bir  hissəsi  Azərbaycan  dilini 

çox  zəif  bilirlər,  rus  dilində  təhsil  almış  dövlət 

məmurlarının bir hissəsi  də Azerbaycan dilini  sə- 

list  bilmirlər.  Bu  məsələlərin həlli  də  xalqın  siy­

asi  mədəniyyəti  ilə  bilavasitə  bağlı  olan  məsələ­

lərdir.  Azərbaycanda  orta  təhsilin  yalnız  ana  di­

lində  aparılmasına  keçmək  haqqında  bezən  səs­

lənən  təkliflər  reallıqdan  çox  uzaqdır.  Lakin  elə 

etmək  lazımdır  ki,  orta  təhsili  rus  və  ya  başqa 

dildə  bitirən  azəri  gəncləri  ana  dilini  mükəmməl 

bilsin.  Bu  məsələ Təhsil  Nazirliyinin diqqət  mər­

kəzində olmalıdır.  Əlbəttə, bu arzudur.



3)  Azərbaycan  diasporunda  ana  dilinin  yaşaması 

məsələsi  çox  mühüm  siyasi  və  ağrılı  məsələdir. 

Bu  sətrlərin  müəllifi  son  illərdə  nəşr  etdirdiyi 

əsərlərində  deyilən  məsələnin  bəzi  məqamlarına 

toxunmuşdur'.  Lakin  məsələ  daha  genişdir.  Gü­

man  etmək  olar  ki,  2001-ci  ilin  noyabrında  keçi­

rilmiş  Diinya  Azərbaycanlılarının  1  qurultayından 

sonra bu məsələyə diqqət artırılacaqdır.



İsrafil  İsmayılov.  Dünya  Azərbaycanlıları  XX  əsrdə,  B.,  s.  239-243;

Yenə də onun.  Türk dünyası  XX  əsrin 90-cı  illərində,  B., 2001,  s.34-

38,  124-134

115


4)  Ümumbəşəri  mədəniyyətin  tərkib  hissəsi olan  siy­

asi mədəniyyət hər bir ölkənin və millətin həyatın­

da  öz  milli  köklərinə  və  xüsusiyyətlərinə  uyğun 

olaraq  inkişaf  edir.  Bununla  belə,  digər  xalqların 

siyasi  mədəniyyətinə  xas  olan  mütərəqqi  cəhətlər 

xalqların  siyasi  mədəniyyətinə  təsir  edir  və  onlar 

bu cəhətləri öz təcrübələrində istifadə edirlər.

5)  Siyasi mədəniyyət  ilə bilavasitə  əlaqədar olan mə­

sələlərdən  biri  ölkəmizdə  diplomatik  xidmətin  və 

diplomatik  təhsilin  vəziyyəti  məsələsidir.  70  illik 

Sovet  sistemi  dövründə  diplomatik  korpus  əsasən 

ruslardan  tərtib  edildirdi  və  müttəfiq  respublikalar­

da  ikinci  dünya  müharibəsindən  sonra  yaradılmış 

Xarici  İşlər  Nazirlikləri  məhdud  fəaliyyətə  malik 

idilər.


Son  on  ildə  Azərbaycanda  bu  sahədə  müəyyən 

işlər görülsə  də,  diplomatik korpusumuzun peşəkar­

lıq  səviyyəsinin  yüksəlməsinə  böyük  ehtiyac  hiss 

olunur.


6)  Gənclərin  milli  və  hərbi  vətənpərvərlik  ruhunda 

tərbiyə  edilməsi  ölkənin  müstəqilliyinin  keşiyində 

duran  Milli  ordunun  möhkəmlənməsi  üçün  əsas 

şərtlərdən  biridir.  Ölkə  prezidenti  Heydər  Əliyev 

göstərir  ki,  «hər  bir  gənc  orduda  xidmət  etməyi 

özünün  ən  böyük  vətəndaşlıq  və  vətənpərvərlik 

borcu kimi qəbul etməlidir'».

qf)  Və,  nəhayət,  Azərbaycanda  milli  münasibətlərin 

müasir  durumunun  vəziyyəti  haqqında.  Düşmən 

qüvvələr  Azerbaycanda  yaşayan  talışları,  kürdləri, 

ləzgiləri  və digər milli  azlıqları,  Azərbaycanın  əra­

zi  bütövlüyünü  pozmağa  qarşı  istifadə  etməyə 

cəhdlər  edirlər  və  belə  ekstremist  qüvvələrə  qarşı

1

Bax: «Xalq qəzeti», 26 iyun 2001

tədbirlər  görülür.  Burada  bütün  əhalinin  həmin 

dağıdıcı  qüvvələrə  qarşı  mübarizəyə  cəlb  edilməsi 

xüsusi  əhəmiyyət kəsb  edir.  Bu  isə  xalqımızın  bir­

liyi  məsələsinin  əsasını  təmin  edən  amillərdən bi­

ridir.


§ 6. Dünya Azərbaycanlılarının 

Birinci qurultayı

Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliye­

vin 23  may 2001-ci il  tarixli  fərmanına əsasən 2001-ci  ilin 8- 

9  noyabrında  Bakıda  çağrılmış  Dünya  azərbaycanlılarının  I 

qurultayında  dünyanın  37  ölkəsindən  (Azərbaycan  ilə  birlik­

də)  1105  nümayəndə  və  907  qonaq  iştirak  etmişdir (bunlar­

dan  403  nümayəndə  və  63  qonaq  xarici  ölkələrdən  gələn­

lərdir).


Qurultayın  öz  işini  başlamasının  əvvəlində  Azər­

baycan  Prezidenti  Heydər  Əliyev  söylədiyi  geniş  nitqində 

demişdir.  «Azərbaycanın  müstəqilliyi  və  on  il  müstəqil 

dövlət  kimi  yaşaması  bizim  çoxəsrlik  tariximizdə  ən 

əhəmiyyətli,  ən  vacib,  ən  dəyərli  bir  hadisədir.  Bizim 

üçün,  müstəqil  Azərbaycan  üçün  bu  10  il  asan  yol  ol­

mayıb.  Biz  Azərbaycanda  yeni  həyat  qurmağa  başlamı­

şıq.  Azərbaycanın  demokratiya  yolu  ilə  getməsini  bəyan 

etmişik.  Azərbaycanda  hüquqi,  demokratik,  dünyəvi 

dövlət qurulması işinə başlamışıq»1.

Dünya azərbaycanlılarının  I qurultayının çağrılması üz­

rə  hazırlığın  başlanmasının  tarixini  1991-ci  ilin  dekabrından 

hesab  etmək  olar.  Belə  ki,  Naxçıvan  Muxtar  Respublikası 

Ali  Məclisi  1991-ci  ilin  16  dekabrında  31  dekabrı  «Dünya

«Azərbaycan» qəzeti  15  noyabr 2001.

117



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə