Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə33/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

Azərbaycanda N.Nərimanov  1920-22-ci  illərdə  Levon 

Mirzoyan,  Sarkis  (Danielyan), Anastas  Mikoyan, Lominadze 

və  Çakin,  yerli  kommunistlərdən  Mirzə  Davud  Hüseynov, 

Əliheydər  Qarayev  və  digər  «sollar»  ilə  mübarizə  aparmalı 

olmuşdur.

Bakı  partiya  komitəsinə  uzun  müddət  bir-birinin  da­

lınca A.Mikoyan, Sərkis, L.Mirzoyan rəhbərlik etmişdilər və 

göstərilən  yerli  «solları»  öz  təsirləri  altma salaraq Respubli­

kada  böyük  hörmətə  malik  olan  N.Nerimanova  qarşı  gizli 

yollarla mübarizə aparmışlar.

N.Nərimanov  Zaqafqaziya  Federasiyası  İttifaq  Soveti­

nə  sədr  seçildikdən  sonra  Bakıdakı  daşnak  rəhbərlərin  əl- 

qolu  daha da  açılmışdı.  Bu  bir faktdır ki,  Azərbaycan  xalqı­

nın  böyük  oğlu N.Nərimanov  öz  xalqının  naminə  daşnaklar 

və şovinistlərlə mübarizədə özünü qurban verdi.

N.Nərimanov üçün  Stalinin partiya quruculuğunda mü­

dafiə və  tətbiq etdiyi federallaşma ideyası -  bütün respublika 

partiya  təşkilatlarının  vahid  mərkəzə  (Siyasi  büroya,  Mos­

kvaya) tabe olması  ideyası yabançı idi.  Digər tərəfdən, Sovet 

dövlətinin  SSRİ  şəklində bərabər  hüquqlu  respublikalar itti­

faqı  kimi  yaradılması  haqqında  Leninin  tərtib  etdiyi  plana 

N.Nərimanov da razı  olmuşdu. Az sonra bu iki  planın birinin 

digərinə zidd olduğu N.Nərimanovda daxili (şəxsi) konfliktə 

çevrildi.

Yuxarıda deyildiyi  kimi,  Azərbaycanın öz  idarəçiliyin­

də  müstəqilliyinin  tərəfdarı  olan  N.Nərimanov  bir çox  mə­

sələlərdə  mərkəzi  partiya və  Sovet  orqanlarının  Azərbayca­

nın  daxili  işlərinə  qarışmalarına kəskin  etirazlar edirdi.  Dig­

er  tərəfdən,  N.Nərimanov  hesab  edir  və  əsaslandırırdı  ki, 

müstəqil  Azərbaycanda  sosial  və  milli  məsələlər  üzrə  əldə 

edilmiş  nailiyyətlər  Şərq  üçün  böyük  nümunə  rolu  oynaya 

bilər.


Lakin Lenindən  sonra  Sovetlər ölkəsində  respublikala­

rın  idarə  edilməsi  ifrat dərəcədə  mərkəzləşdirmə prinsipinə



132

keçirildi və belə bir  şəraitdə N.Nərimanovun bütün  inam  və 

arzulan xəyala çevrildi.

Təəssüflər olsun ki, N.Nərimanov  kimi dərin zəkalı  və 

görkəmli  şəxsiyyətin  yaradıcılığına bəzi  hallarda onun yaşa­

dığı  dövrü və  yaradıcılığını  dərindən  öyrənməyən  yekəxana 

şəxslər bayağı  qiymət verməyə cəhdlər edirlər.  Belə cəhdlər

1990-92-ci  illərdə daha çox olmuşdur.

N.Nərimanov  hesab  edirdi  ki,  Azərbaycanı  müsəlman 

Şərqi  üçün  nümunəvi  bir  respublikaya  çevirmək  olar.  Bu­

nunla əlaqədar  olaraq  o,  1919-cu  ildə  Rusiya  K(b)P  MK-nə 

göndərdiyi  yazılı  məruzədə  göstənnişdi  ki,  1918-19-cu  il­

lərdə  Qərbdə  sosialist inqilabının  yaxın qələbəsinə  inanmaq 

Sovet Rusiyasının  xarici  siyasətinin  səhvi  idi.  İnqilabi  dəyi­

şikliklər  üçün  Şərqə  istiqamət  götürmək  lazım  idi.  Şərqdə 

yaranmış  bu  boşluqdan  istifadə  edən  İngiltərə  burada 

müəyyən uğurlar qazandı'.

Nəriman  Nərimanovun  yazdığı  əsərlər  əsasında  Sovet 

dövründə  «V.İ.Lenin  və  Şərq»  adlı  kitab  nəşr  edilsə  də, 

onun  özünün  Şərq  xalqlarının  heyatı  və  müqəddəratı  haq­

qında  qoyub  getdiyi  miras  çox  zəngindir.  Buna  görə  də  tə­

sadüfi  deyildi  ki,  Moskvadakı  Mərkəzi  Şərqşünaslıq  İnstitu­

tu  Nəriman  Nərimanovun  ölümündən  sonrakı  ilk  illərdə 

onun adını  daşıyırdı.

Tessüflər  olsun  ki,  N.Nərimanovun  siyasi  fəaliyyəti 

haqqında  səhv  fikirlərə  indi  də  rast  gəlirik.  N.Nərimanovu 

ictimai-siyasi  «aldanmışlar nəsli»nə  daxil  edənlər də vardır2. 

Bu  sətrlərin  müəllifi  professor Şamil Qurbanovun «Nəriman 

Nərimanovu  tənqid  etmək  heç  kəsə  baş  ucalığı  gətirməz» 

məzmunlu məqaləsindəki fikirlərlə həmrəyliyini bildirir1.



N.Nərimanov.  Seçilmiş  əsərləri,  II  cild.  B.,  1957  s.235-241  (rus  di- 

lirıdə)

Bax:  Ədəbiyyat və  incəsənət» qəzeti,  12 yanvar  1990.

Dirçəliş. XXI əsr.  İyun  2001,  s .121-137

133


HEYDƏR ƏLİYEV

XX  əsrin  təxminən  üçdə  bir  hissəsi  ərzində  Azer­

baycana  rəhbərlik  etmiş  və  etməkdə  davam  edən  Heydər 

Əliyev xalqımızın ən görkəmli  siyasi xadimidir.

Heydər Əliyevin  Azərbaycana rəhbərliyinin  1-ci dövrü 

14 ilə  yaxın müddəti  (1969-1982)  əhatə edir.  Amerika azər- 

baycanşünası  Oldri  Armstad  1982-ci  ildə  ABŞ-da nəşr etdir­

diyi  «Azərbaycan  türkləri  -   Dövlət  və  fərd  rus  hakimiyyəti 

altında»  kitabının  bir  bölməsini  «Azərbaycanda  Heydər 

Əliyev  erası  (1969-1982)»  adlandırmışdır.  Burada  o  yazır: 

«Bütün  güclü  siyasi  şəxsiyyətlər  kimi  Heydər  Əliyev  də 

hamını  arxasınca apara bilirdi.  O,  son dərəcə işgüzar və ziy­

alı bir rəhbər kimi zəifləmiş  iqtisadiyyata yeni nəfəs gətirdi. 

Azərbaycanın nüfuzunu yüksəltməyə nail oldu...»

Prezident  Heydər  Əliyev  1994-cü  ilin  9  fevralında 

Türkiyə  Böyük  Millət  Məclisindəki  çıxışında  demişdir: 

«Sovet  quruluşunun  şübhəsiz,  ziddiyyətli  cəhətləri  var  idi. 

Biz bundan  imtina  etmişik.  Onu  da  demək lazımdır ki,  70  il 

ərzində  Azərbaycan xalqı öz milli mənliyini,  dilini, hətta din 

yasaq  olunsa  da,  dinini  də  itirməmişdir.  Bu  quruluşun  im­

kanlarından  istifadə  edən  Azərbaycan xalqı  elmini,  təhsilini, 

mədəniyyətini yüksək zirvələrə qaldırmışdır'».

XXI  əsrin  əvvəlində  etdiyi  çıxışların  birində  Heydər 

Əliyev xalqımızın XX əsrdə keçdiyi tarixi yola qiymət verə­

rək  demişdir:  «XX  əsr bir tərəfdən  Azərbaycanın  böyük  in­

kişaf,  sıçrayış  dövrü,  ikinci  tərəfdən  də  faciələr,  itkilər,  re­

pressiyalar  və  insanlara  əziyyət  verən  başqa  hallar  dövrü 

olmuşdur2...»

Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  1969- 

82-ci  illərdə  Azərbaycanda  milli  gəlirin  ümumi  həcmi  2,5



1

2

134



«Azərbaycan» qəzeti,  16  fevral  1994 

«Xalq»  qəzeti,  7  iyul  2001

dəfə,  sənaye  istehsalı  2  dəfə,  kənd  təsərrüfatı  məhsulları 

həcmi  2,7  dəfə,  xalq  istehlakı  mallarının  istehsalı  isə  3  dəfə 

artmışdır.  Belə güclü inkişaf elm, mədəniyyət və xalq maari­

fi  sahəsində  də  həyata  keçirilmişdi.  Məsələn,  Respublika 

üçün  yüksək  ixtisaslı  milli  kadrların  hazırlanması  qayğısını 

götürək:  1969-cu  ildə  Respublikadan kənarda təhsilə göndə­

rilməyə  cəmisi  47  nəfər planlaşdırılmışdısa, 80-ci  illərin  əv­

vəllərində  bu  rəqəm  hər  ildə  1000-1400  nəfərə  çatmışdı. 

1984-cü  ildə  Azərbaycandan  kənarda  244  ixtisas  üzrə  3600 

nəfərdən  çox  azərbaycanlı  təhsil  alırdı.  Bunlann  böyük  bir 

hissəsi  hərbi  təhsil  müəssisələrində  oxuyurdular.  80-ci  illə­

rin  əvvəllərində  Azərbaycandan  SSRİ-nin  digər  respublika­

larında  hərbi  təhsil  alanların  sayı  800-1000  nəfərə  çatmışdı 

və  bunlann  yarıdan  çoxu  milliyyətcə  azərbaycanlı  idi.  Mü­

qayisə  üçün  qeyd  edək  ki,  Bakıda  fəaliyyətdə  olan  ümumi 

hərbi  komandirlər  məktəbinin  və  hərbi  Dəniz  Donanması 

məktəbinin  hər  birinə  1960-ci  illərin  sonunda 300  müdavim 

qəbul  edilirdi  və  bunlardan  birincisinə  hər  il  Azərbaycan 

millətindən  olan  gənclərdən  10-15  nəfər,  ikincisinə  isə  2-3 

nəfər qəbul edilmişdi.

70-ci  illərin  əvvəllərinə  doğru möhtəşəm  görünən  So­

vet  Dövlətinin  daxili  və  xarici  siyasətində  böyük  səhvlərin 

mövcudluğu  aşkar  olurdu.  Nikita  Xruşovun  uğursuz  islahat­

ları,  Çernobıl  Atom  Elektrik  Stansiyasında  dəhşətli  qoza, 

Əfqanistana  heç  bir  əsas  olmadan  Sovet  qoşunlarının  yeri­

dilməsi,  80-ci  illərin  sonlarından  ölkə  daxilində  başlanan 

milli  münaqişələr buna  sübut  idi.  Bu  da bir  faktdır ki,  Sovet 

rəhbərliyinin  yüksək zirvəsində  bu  məsələlərə  münasibətdə 

də  yekdillik  yox  idi.  Məsələn,  məlumdur ki,  Çernobıl  Atom 

Elektrik  Stansiyasında  qəza  baş  verdikdə  Siyasi  Büro  üzvü 

olan  Heydər  Əliyev  ilk  gündən  bu  hadisənin  dünya  ictima­

iyyəti  qarşısında  açıqlanmasını  təkidlə  tələb  edənlərdən  biri 

idi.


Nyu-Yorkda  «Zaman  və  biz»  nəşriyyatının  çap  etdir­

135


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə