Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə41/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

adlı  fəal  azərbaycanlılar  30-cu  illərin  əvvəllərində  Anastas 

Mikoyanm şəxsi göstərişi ilə məhv edildilər.

Təkcə  onu  demək  kifayətdir  ki,  1937-38-ci  illərdə 

Azərbaycan  Xalq  Daxili  İşlər  Komissarlığının  51  rayon  şö­

bəsindən  38-nə  ermənilər  başçılıq  edirdi.  Cəza  orqanların- 

dakı  müstəntiqlərin  isə  80%-i  ermənilərdən  ibarət  idi.  Bu 

vəzifələr Moskvanın nomenklaturası idi və erməni -  daşnak­

lar oradan əksər hallarda birbaşa göndərilirdilər.



Sovet  hakimiyyəti  illərində  xaricdə  fəaliyyət  göstərən 

daşnak partiyası  ilk  əvvəl  Dağlıq  Qarabağın  Azərbaycandan 

qoparılaraq  Ermənistana  birləşdirilməsinə  nail  olmaq  üçün 

fəaliyyətə başladı.

Dağlıq  Qarabağın  Azərbaycandan  qoparılaraq  zəbt 

edilməsi  haqqında ilk qərar  1951-ci  ildə  İsveçrənin Lozanna 

şəhərində  «Daşnaksütyun»  və  «Hnçaq»  partiyalarının  birgə 

iclasında  qəbul  edilmiş  və  oradaca bu  planı  yerinə yetirmək 

üçün «Asala» adlı erməni ordusunu yaratmaq haqqında qərar 

qəbul  olunmuşdu.  Azərbaycanın  tərkibində  olan  Dağlıq  Qa­

rabağ muxtar vilayətində də müvafiq tədbirlər görülürdü.

1981-ci  ildə  Qarabağda  yaşayan  daşnakların  Dağlıq 

Qarabağ Muxtar vilayəti  haqqında qəbul  etdirdikləri  qərarda 

deyilirdi:  «Vilayət  sovetinin  razılığı  olmadan  DQMV  ərazi­

sini  və  statusunu  dəyişdirmək olmaz».  Bu  qərar  1988-ci  ilin 

20  fevralında  Ermənistan  Ali  Sovetinin  Dağlıq  Qarabağı 

Ermənistana  birləşdirmək  haqqında  qərar  çıxartmalarına 

müəyyən  dərəcədə  kömək  etdi  və  bu  qərar  hələ  də  ləğv 

edilməmişdir.

Təəssüf doğuran  haldır ki,  həmin  dövrdə  Azərbaycana 

rəhbərlik edən  şəxslər göstərilən kobud qanun pozğunluqla­

rına  qarşı  fəal  hüquqi  mübarizə  aparmaq  əvəzinə,  1991-ci 

ilin  26  noyabrında  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  ləğv 

edilməsi  haqqında qərar qəbul etdilər (və  bu  qərar mətbuat­

da  1992-ci ilin 7 yanvarında dərc edildi).

Beynəlxalq miqyasda erməni terror təşkilatı olan «Asa-

164

la»nın  taktikasının  əsasını  kütləvi  terror təşkil  edir.  Türkiyə 



mətbuatında bildirilmişdir ki, bu terrorçu təşkilat yüzdən çox 

türk diplomatını qətlə yetirmişdir.

1985-ci ildə Mixayıl Qorbaçov SSRİ rəhbərliyinə sahib 

olduqdan  sonra  öz  ətrafına  erməni-daşnak  liderləri  nümay­

əndələrini  geniş  miqyasda  cəlb  etdi.  Məlumdur  ki,  Mixayıl 

Qorbaçovun  ilk  arvadı  erməni  millətinə  mənsub  qadın  ol­

muşdur.  M.Qorbaçovuıı  siyasi  məsləhətçisi  professor Şahııa- 

zarov (Şahnazaryan)  idi.  Həmin  Şahnazarovun oğlu  M.Qor­

baçovun  qızma  evləndi.  Bakıdan  1952-ci  ildə  Moskvaya 

İctimai  Elmlər  Akademiyasına  təhsilə  göndərilən  Karo  Bru- 

tens  akademiyanı  qurtaran  (1955)  kimi  Moskvada  mərkəzi 

partiya  aparatında  Beynəlxalq  əlaqələr  şöbəsinə  işə  götü­

rüldü  və  sonralar  bu  şöbənin  müdir  müavini  vəzifəsinə  irəli 

çəkildi.  Və  tez-tez  ermənilərin  Livan  dövləti  ərazisində  ya­

ratdıqları  gizli  «Asala»  ordusu  qərargahına  ezamiyyətə  gön­

dərilirdi.

Beləliklə  erməni  mafiyası  Dağlıq  Qarabağ  haqqında 

1951-ci  ildə  qəbul  etdiyi  qərarın  həyata  keçirilməsi  üzrə 

bütün  tədbirlər  görülmüşdü  və  Azərbaycan  ərazilərində 

əməliyyat  işlərinə  başlamağın  vaxtı  çatmışdı.  Bu  əməliyyat 

on  əvvəl  Azərbaycanın  çoxmillətli  Sumqayıt şəhərində  baş­

landı.


SSRİ  Dövlət  Təhlükəsizliyi  orqanları  və  erməni  sepe- 

ratçılarının  birgə  səyi  ilə  Sumqayıt  şəhərində  1988-ci  ilin 

27-29  fevral  arası  qanlı  ixtişaşlar törədildi:  26 nəfər erməni, 

5  nəfər azərbaycanlı,  1  nəfər ləzgi  qətlə yetirildi, 400 nəfər­

dən  çox  adam  bədən  xəsarəti  aldı,  200-dən  çox mənzil  talan 

edildi,  50-dən  artıq  mədəni-məişət  obyektləri  dağıdıldı.  Bu 

hadisələrlə  əlaqədar  olaraq  SSRİ  Baş  Prokurorluğu  tərəfin­

dən  444  nəfər  azərbaycanlıya  qarşı  cinayət  işi  qaldırılmışdı 

ki,  bunlardan  1  nəfərinə ölüm  cəzası,  digərinə  15  il  həbs cə­

zası  tətbiq  edildi.  Qalanlarına  isə  2-14  il  arası  azadlıqdan 

məhrum etmə cəzası  verildi.

165



Hadisələrdən bir müddət  keçdikdən  sonra  Azərbaycan 

Respublikası  Prokurorluğu  427  cinayət  işinə  yenidən  bax­

mışdı  və  Sumqayıt  şəhər məhkəməsi  bunlardan 414 nəfərin 

cinayət işinin tam əsassız olması haqqında qərar çıxartmışdı.

Sumqayıtda  1988-ci  ilin  fevralında  təşkil  edilmiş  qanlı 

ixtişaşın yaradılması  şəraiti akademik Ziya Bünyadovun  mə­

lum  araşdırmalarında geniş şərh edilmişdir1.  Sumqayıt faciə­

si  ərəfəsində  ermənilər Dağlıq  Qarabağın  Əskəran rayonun­

da iki azərbaycanlı (Bextyar Quliyev və Əli Yaçiyev) heç bir 

əsas  olmadan  qətlə  yetirdilər.  Hadisələrin  cərəyan  etdiyi 

günlərdə  Xankəndində  yaşayan  azərbaycanlıların  evləri  ta­

lan  edilmişdi və həmin azərbaycanlıların bir hissəsi  köçərək 

Sumqayıtda  yerləşmişdilər.  Belə  bir  şəraitdə  özünə  «Paşa» 

ləqəbi  götürmüş  Qriqoryan  Sumqayıtda beş nəfər erməninin 

öldürülməsini təşkil etdi.

«Sumqayıt  qırğını»  haqda  tələsik  çəkilmiş  kinofılmi 

ermənilər  ildırım  surəti  ile  Avropa  ölkələrində  və  ABŞ-da 

geniş miqyasda təbliğ etməyə başladılar.

Beləliklə  ermənilərin  fəal  iştirakı  ilə  SSRİ  Dövlət Or­

qanlarının  silahlı  qüvvələri  Sumqayıta yeridilmişdi  və  Sovet 

ordusu  tanklarının  tırtılları  altında  6  nəfər  azərbaycanlı 

məhv edildi, yüzlərlə azərbaycanlı  həbs edildi.

Sovet  üsul-idarəsi  dövründə  Azərbaycan  xalqına  qarşı 

geniş  miqyaslı  cinayət  1920-ci  ilin  20  yanvarı  gecəsi  Bakı 

şəhərində  təşkil  edildi.  Burada da əsas  məqsəd müstəqilliyə 

can  atan  Azərbaycan  xalqına  «qulaq  burması»  vermək  idi. 

Bakıya  yeridilmiş  ordu  hissələrinin  əksəriyyəti  Şimali  Qaf­

qazdan  toplanmış  erməni  hərbçiləri  idilər  və  onlar  Bakının 

əhalisinə qarşı ən qəddar hərəkətlərə əl atdılar.

Lenindən  başlayaraq  M.Qorbaçovun  prezidentliyi  ilə 

qurtarmış  Sovet  Siyasi  sistemi  qeyri-rus  xalqlarının  həyatm-

1

166



Z.M.Bünyadov.  «Niyə  Sumqayıt?»,  «Elm»  qəzeti,  13  may  1989 

(Elmlər Akademiyasının nəşri).

da Rusiya çarizmin imperiya siyasətinin demokratiya pərdəsi 

altında davamı  olmuşdur.  Bu demokratiya pərdəsinin əsasım 

isə  çarizmdən  qalmış  milli  nifaqlara  qadağalar  qoyulması 

təşkil etmişdir.

Azərbaycana  qarşı  erməni  terrorizminin  3-cü  dövrü 

SSRİ  dağıldıqdan  sonrakı  dövrü  əhatə  edir.  Bu  dövrdə  er­

məni  terrorçuluğu  dövlət  siyasəti  səviyyəsində  aparılmışdır 

və indi də aparılır.

Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdiyi  dövrdə  (18 

oktyabr  1991)  terrorçu  Ermənistan  ilə  müharibə  vəziyyətin­

də  idi:  Ermənistanın  silahlı  dəstələri  Azərbaycanın  Dağlıq 

Qarabağ Muxtar Vilayətini işğal etmişdi.

Hərb  tarixində  qəbul  edilmişdir  ki,  müharibə  dövrü 

dinc  əhaliyə  qarşı  edilən  hər hansı  bir xəyanət  siyasi  əxlaq­

sızlığın yüksək zirvəsidir.

Xocalı  şəhərinin  1992-ci  ilin  fevralının  25-dən  26-a 

keçən  gecə  yerlə-yeksan  edilməsi  əməliyyatında  erməni 

daşnakların  vəhşiliyi  alman faşistlərinin 11  dünya müharibəsi 

illərində  etdikləri  vəhşilikləri  çox  arxada  qoydu:  erməni  dı- 

ğaları  Xocalı  sakini Əntiqə nənənin kiçik nəvəsi  Xasanqulun 

qabağında  onun  atası  Təvəkkül  kişini  ona görə  diri-diri  yan­

dırdılar  ki,  atası  və  böyük  bacısı  ermənilərin  dedikləri  bu 

sözləri  təkrar etməyiblər:  deyin  ki,  «bu  yerlər Böyük  Ermə­

nistanın  bir  parçasıdır»'.  Erməni  faşistləri  Xocalıda  613  nə­

fər azərbaycanlını  vəhşiliklə qətlə yetirdilər.

Daşnakların  tez-tez  tətbiq  etdiyi  qisas  üsulundan  biri 

də türklərin  başını  kəsməkdir.  Xocalı  sakini  Səriyyə Talıbo­

va söyləyir:  «Bizi  erməni qəbristanlığına gətirdilər...  4 nəfər 

gənc  məsxeti  türkünü  və  3  nəfər  azərbaycanlını  erməni 

«boyeviklərinin»  qəbri  üstündə  qətlə  yetirdilər.  Bədbəxtlə­

rin  başlarını  kəsdilər...  Bu  vəhşilər Milli  ordu formasında iki 

azərbaycanlı  gətirdilər  və  vintburanla  onların  gözlərini  çı-



!

Bax:  «Xalq qəzeti»,  18 noyabr  1992.

167


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə