Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə44/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

ilde nəşr etdirdiyi kitabında məlumat verilmişdir1.

Azərbaycan  mühacirətinin  görkəmli  nümayəndələri 

olan  Məmməd  Əmin Rəsulzadənin,  Əlibey  Hüseynzadənin, 

Mirzə  Bala  Məmmədzadənin,  Hüseyn  Baykaranm,  Almas 

İldırımın,  Əhməd  Cəfər  oğlunun,  Əhməd  bəy  Ağayevin, 

Əhməd Cavadın və  digərlərinin Türkiyədə uzun müddət ya­

şamaları və  onlar üçün münasib şəraitin yaradılması Türkiyə 

xalqının  qardaş Azərbaycan xalqına qayğısının və  sevgisinin 

gözəl təzahürüdür.

Sovet hakimiyyəti  illərində yaradılmış bütün sün’i ma­

neələrə  baxmayaraq,  Azərbaycan və  Türkiyə xalqlan həmi­

şə qəlbən bir-birinə  çox yaxın olmuşlar. Bu yaxınlığı iki xal­

qın  iki  böyük  yaradıcı  ziyalısı  -   Rəsul  Rza  və  Nazim  Hik­

mətin dostluğu və əməkdaşlığı çox dolğun tərənnüm edir.

Nazim  Hikmətin  ilk  şerlər  kitabı  «Günəşi  içənlərin 

türküsü»  Bakıda  1928-ci  ildə  nəşr  olunmuşdur.  Sonrakı  il­

lərdə  yazdığı  «Şöhrət  və  ya  unudulan  adam»  (1935)  pyesi, 

«Alman faşizmi və irqçiliyi» (1936) kitabı, «Şeyx Bədrəddin 

dastanı»  (1936)  Türkiyədə  nəşr  olunmuşdur.  Siyasi  baxışla­

rına  görə  1938-50-ci illərdə  həbsdə olan şair «İnsan mənzə­

rələri»  epopeyasını,  «Həbsxanadan  məktublar»  silsiləsini, 

«Məhəbbət  əfsanəsi»  və  «Yusif  və  Züleyxa»  pyeslərini 

yazmışdır.

Yaradıcılığının  son  illərində  yazdığı  «Türkiyədə» 

(1952),  «Qəribə  adam»  (1955),  «Damokl  qılıncı»  (I960) 

pyeslərində Nazim  Hikmət XX  əsrin ortalarının  siyasi  mən­

zərəsini xüsusi ustalıqla şərh etmişdir.

Nazim  Hikmətin  əsərlərinin  süjetləri  əsasında  «Bir 

məhəlleli  iki  oğlan»  (1957),  «Yaşamaq  gözəldir,  qardaşım» 

(1966), «Məhəbbətim, kədərim mənim» (1978)  və digər ad­

larda  kino  filmlər  çəkilmişdir.  «Məhəbbət  əfsanəsi»  pyesi

İsrafil  İsmayılov.  Dünya Azərbaycanlıları  XX əsrdə, B.,  1997,  s.210- 

226.

176


əsasında eyni adlı baleti görkəmli  Azərbaycan bəstəkarı  Arif 

Məlikov yazmışdır.

Nazim Hikmət Ümümdünya Sülh Şurası Bürosunun və 

onun Rəyasət heyətinin üzvü olmuşdur.

Qonşu  Türkiyə  dövlətinə  düşmənçilik siyasəti  yeridən 

Sovet  dövləti  rəhbərliyi  Nazim  Hikmətə  Türkiyə  xalqının 

məhəbbətini  düzgün  qiymətləndirməmişdir.  Xüsusilə  onun 

sağlığında  və  hətta  60-80-ci  illərdə  Türkiyədə  onun  əsərlə­

rinin  qadağan  edilməsi  haqqında  Sovet  mətbuatında  tez-tez 

təkrarlanan  məlumatlar  əsassız  idi.  Həmin  illərdə  SSRİ-nin 

türkdilli  xalqlarının  ziyalıları  üçünTürkiyəyə  səfər  etməyə 

qarşı da cürbə-cür əngəllər və  bəzi  hallarda qadağalar həya­

ta keçirilirdi.

Keçmiş  Sovet  İttifaqının  dağılması  əsasında  müstəqil­

lik qazanmış  türkdilli  xalqlar indi  qardaş  Türkiyə  dövləti  ilə 

hərtərəfli əlaqələrini genişləndirirlər.



Rəsul  Rzanın  TT dünya  müharibəsi  ərəfəsində  yazdığı 

«Almaniya» poeması  (1934),  və  «Madrid»  şeri  (1937),  SSRİ 

xalqlarının  Almaniya  faşizminə  qarşı  böyük  itkilərlə  apar­

dığı  Vətən  müharibəsinin  qələbəsinə  həsr  olunmuş  «1418» 

poeması,  müharibə  illərində  hərbi  müxbirlik  fəaliyyəti, 

Azərbaycan  Ensiklopediyasının  ilk  baş  redaktoru  vəzifəsin­

də  gərgin  doqquz  illik  (1966-1975)  fəaliyyəti,  Asiya  və  Af­

rika ölkələri  ilə Respublika həmrəylik Komitəsi sədri  (1960- 

1984)  vəzifəsində  çoxsahəli  fəaliyyəti  onu  dünya  miqyaslı 

ictimai  xadim səviyyəsinə qaldırdı.

Rəsul  Rza Nəriman Nərimanovun fəaliyyətinə həsr et­

diyi  «Xalq  həkimi»  (1961)  poeması,  çoxsaylı  digər  poema 

və  şerləri  ilə  saf insani  əxlaq keyfiyyətləri  təbliğ etmiş, yeni 

yollarla mal-dövlət toplayan rüşvətxorlara «evi muzey, qəlbi 

quzey» damğası vurmuşdur.

Azərbaycanın  dövlət  müstəqilliyini  bərpa  etməsindən 

(1991)  sonrakı  on  ildə  Azərbaycan-Türkiyə  siyasi  əlaqələri 

xeyli  güclənmiş  və  genişlənmişdir.  Burada,  onu  da  demək

177



yerinə  düşər ki,  Azərbaycanın  dövlət  müstəqilliyini  tanıyan 

ilk ölkə Türkiyə oldu.

Türkiyə  Prezidenti  Turqut  Özal  1993-cü  ilin  14-15  ap­

relində  Azərbaycana  rəsmi  səfər  etdi  və  burada  çıxışlarının 

birində  bəyan  etdi  ki,  «erməni  (Azərbaycandan)  çıxmazsa, 

çıxarılacaqdır».  Təəssüflər  olsun  ki,  həmin  dövrdə  Azor- 

baycanm prezidenti  olan  Əbülfəz  Elçibəy  Türkiyə  ilə  ikitə­

rəfli  ittifaq  bağlamaq  haqqında  təşəbbüs  göstərmədi,  (halbu 

ki, az sonra Ermənistan Rusiya ilə belə ittifaqı bağladı).

Türkiyənin  X prezidenti  Əhməd  Necdət  Sezer 2000-ci 

ilin  11  iyununda Azərbaycana rəsmi səfər etmişdir.  Bu səfər 

onun xarici ölkəyə ilk səfəri idi.

Türkiyə  80  illik  Cümhuriyyət  quruluşu  təcrübəsinə, 

ondan  əvvəl  isə  700  i İllik  imperatorluq  təcrübəsinə  malik 

möhtəşəm  bir  dövlətdir.  Heydər  Əliyev  demişdir:  «Mehz 

Türkiyə Cümhuriyyətinin  ve  mərhum prezident Turqut öza- 

lın,  və  Türkiyənin  doqquzuncu  prezidenti  Süleyman  Dəmi­

rəlin  təşəbbüsü  ilə  «Türkdilli  Dövlətlər  birliyi»  (1992)  ya- 

ranmışdır.'sfHeydər  Əliyev  göstərmişdir  ki,  «ötən  dövrdə  bu 

birlik  çox  işlər  görmüşdür,  Türkiyənin  indi  dünyada  böyük 

dövlətlərdən  biri  olması  bizim  hamımız  üçün  böyük  dayaq 

olmuşdur»1.



I

178

«Xalq» qəzeti,  15  iyun 2000-ci  il.

AZƏRBAYCANIN NEFT STRATEGİYASI



X f i s i l

«Azərbaycanın  neft  strategiyası  və 

bu sahədə həyata keçirilən məqsəd­

yönlü  tədbirlər nəinki  mühüm  siya- 

si-iqtisadi,  həm  də  böyük  siyasi 

əhəmiyyət kəsb edir».

HEYDƏR ƏLİYEV

Neftlə  zəngin  olan  Azərbaycanda  bu  yanacaq  böyük 

iqtisadi  imkan, gəlir mənbəyi  olmaqla yanaşı, ayrı-ayrı dövr­

lərdə  xarici  siyasi  qüvvətlərin  pozuçuluq  işləri  üçün  imkan 

yaratmışlar.

Azərbaycan  Prezidenti  Heydər Əliyevin  öz xalqı  qarşı­

sında  ən  böyük  xidmətlərindən  biri  hazırladığı  möhtəşəm 

neft  strategiyası  və  onun  həyata  keçirilməyə  başlanmasına 

rəhbərliyi  sayılmalıdır.

Azərbaycanın  neft  strategiyası  xalqın  siyasi  həyatında 

tarixi  bir hadisədir və  bir sıra ölkələrin  müəyyən  qüvvələri­

nin  mənafelərinə  toxunduğu  üçün  qarşıya  çıxan  maneələri 

dəf etmək  böyük  uzaqgörənlik,  iradə  və  dözümlülük  tələb 

edir.


Azərbaycan  nefti  yalnız  iqtisadi  amil  (gəlir  mənbəi) 

deyil,  eyni  zamanda  siyasi  faktordur.  Əlbəttə,  bu  sərvət  əv­

vəllər  bəzi  hallarda  Azərbaycan  xalqı  üçün  «baş  ağrısı»  da 

vermişdir.  (Azərbaycanın  ilk  Mərkəzi  İcraiyyə  Komitəsi 

sədri  Səmadağa Ağamalı oğlunun üslubudur).

Məlumdur  ki,  1918-22-ci  illərdə  Azərbaycan  neftini 

xaricə  sataraq  əvəzində ərzaq  almaq  və  əhalini  təmin  etmə-

179



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə