Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə46/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

çətinliklərə  baxmayaraq,  xalq  öz  müstəqilliyini  davam  etdi­

rəcək  və  dünya  xalqları  ailəsində  özünün  bərabərhüquqlu 

müstəqil dövlətini möhkəmlədərək, inkişaf edəcəkdir.

1993-cü  ildə  Heydər  Əliyevin  yenidən  hakimiyyət 

qayıtması bu ümüdləri artırdı.

Fəlsəfə  elmləri  doktoru,  professor  Ramiz  Mehdiyev 

Azərbaycan  xalqının  müstəqillik  əldə  etdikdən  sonrakı  on 

illik dövrünü aşağıdakı üç mərhələyə bölür;

1992- 

1993-cü  ilər:  kütləvi  şüurda  aydınlaşma,  dərket­



mə mərhələsi.

1993- 


1995-ci  illər :müstəqillik  və  dövlətçilik  şüurunun 

qələbəsi mərhləsi

1995-ci  ildən  sonrakı  dövr:  tammiqyaslı  hüquqi  demo­

kratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu mərhələsi1

Müstəqillik  dövrünn  bütün  çətinliklərinə  baxmayaraq 

dünya miqyaslı  böyük  siyasətçi  Heydər Əliyev  Azərbaycanı 

demokratiyaya  sadiq  dövlət  kimi  bütün  dünyaya  tanıtdı  və 

Ermənistanın  həkim  dairələrinin,  xüsusilə  daşnaqların  sepa­

ratçılığı  və  işğalçılıq  siyasətinin  nəticəsi  olaraq  Azərbaycan 

ərazilərinin  20%  işğal  edilməsi  və  bir  milyona  qədər  azər­

baycanlı  əhalisinin  öz  doğma  yurdlarından  vəhşicəsinə  qo­

vulmalarının  səbəbkarı  erməni  faşizminin  tarix  qarşısında 

cavab verməli olacağını faktlarla sübüt etdi.

Azərbaycan  prezidenti  Heydər  Əliyev  bütün  dünyaya 

boyan etdi  ki, erməni  terrorizmi  lokal hadisə deyildir.  Bu ter­

ror çoxşaxəlidir və bəşəriyyətə  qarşı yönəlmişdir.  İndi  hamı 

üçün  təmamilə  aydındır ki,  Qafqaz  böhranın  da yaranmasın­

da  erməni  separatizmi  mühüm  rol  oynamışdır.  Erməni  sepc- 

ratizmi  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  hərbi 

əməliyyatlara  başladıqdan  sonra,  Gürcüstanın  Ermenistanla 

həmsərhəd  olan  rayonlarında  yaşayan  ermənilər  də  ərazi

1

184



Ramiz Mehdiyev.  Azərbaycanda  müstəqil  dövlət  quruculuğu  təcrü­

bəsi:  uğurlar,problemlər və perspektivlər,  «XXI əsr,  Dirçəliş» jurna­

lı; iyun,  2001,  səh.  20.

iddiaları  ilə  çıxış  etməyə  başladılar.  Son  illərdə  ermənilərin 

Şimali  Qafqaza  (xüsusisilə  Armavir  zonasına)  mühacirət 

axını  geniş  miqyas  almışdır  və  bu  axın  Kuban  qazaklarını 

narahat etməyə bilməz.

2000-ci  ilin  7  sentyabrında  Nyu-Yorkda  keçirilən  mi­

nilliyin  zirvə  toplantısındakı  çıxışında prezident Heydər Əli­

yev demişdir:  «Biz çox çətin dövrdə yaşayırıq,  düzgün olma­

yan  bircə  addım  vəziyyəti  alt-üst  edər  və  keçmişə,  faciəli 

qayıdışa  səbəb  ola  bilər.  Ədalətli  və  təhlükəsizlik  dünya 

qaydası  yaratmaq  üçün  çətin  yol  keçmək  lazım  gələcək  və 

biz hamımız bu məqsədə can atmalıyıq. ■.

Təcavüzkarlıqdan, ərazi  işğallarından və etnik təmizlə­

mələrdən,  təcavüzkar  separatizmdən  və  terrorizimdən  əzab 

çəkən  dövlətlər  tam  hüquqla  gözləyirlər  ki,  Birləşmiş  Mil­

lətlər  Təşkilatı  ədalətli  sülhün  və  təhlükəsizliyin  bərqərar 

edilməsi  və  BMT  nizamnaməsi  prinsiplərinin  müdafiəsi

üçün maksimum səmərəli  tədbirlər görəcəkdir»1.

Bu  xəbərdarlıqdan  düz  bir  il  sonra,  2001-ci  ilin  II 

sentyabrında  dünyanın  ən  güclü  dövləti  olan  Amerika  Bir­

ləşmiş  Ştatlarının  özü  genişmiqyaslı  terrora  məruz  qaldı. 

Nyu-Yorkda  və  Vaşinqtonda  onmindon  çox  insanın  həlak 

olması  ilə  nəticələnən  terror  əməliyyatı  baş  verdi.  Həmin 

terror  hadisəsinin  baş  verməsi  ilə  əlaqədar  olaraq  Azərbay­

can  prezidenti  Heydər Əliyev  xüsusi  bəyanatla çıxış  etdi.  Bu 

Bəyanatda  deyilir:  «Terrorçuluğun  qorxunc  və  acı  nəticə­

lərini  öz  üzərində  dəfələrlə  hiss  edən  Azərbaycan  xalqı  bu. 

gün  döst  Amerika  xalqının  istirab  və  sarsıntılarını  hamıdan 

yaxşı anlayır və onun sonsuz kədərinə şərik çıxır»  .

Müstəqilliyinin  10  illiyini  inamla  qeyd  edən  Azər­

baycan  xalqı  beynəlxalq  birliyin  bərabərhüquqlu  üzvü  kimi 

hələ  1992-ci  ildə  Birləşmiş Millətlər Təşkilatına daxil olmuş



« A z ə r b a y c a n »   q a z e t i, 

12

  s e n ty a b r  

2000

- c i   il 

« A z ə r b a y c a n »   q ə z e t i  

13

  s e n ty a b r  

2001

185



və  bundan  sonrakı  illərdə  dünyanın bütün  beynəlxalq  təşki­

latlarına qəbul olunmuşdur.

Avropa  ilə  Asiya  qitələrinin  dövlətləri  arasında  böyük 

strateji  məkan  sayılan  Azərbaycan  2001-ci  ilin  25  yanvarın­

da Avropa şurasına tamhüquqlu üzvü kimi qəbul olundu.  Qi­

tənin  43  ölkəsini təmsil edən Avropa Şurası yüksək  iqtisadi, 

hərbi və mədəni-intellektual qüvvəyə malik bir qurumdur.

Müasir  dövrdə  Dünya  miqyasında  həyatın  bütün  sahə­

ləri  üzrə  qloballaşma  prosesi  genişlənir  və  bu  proses  daha 

çox  iqtisadiyyat  sahəsini  əhatə  edir.  Keçmiş  imperiyalar 

dövründə  imperiya tərkibinə  daxil olan ölkə  və  xalqların  iq­

tisadi-siyasi-mədəni  əlaqələrə  cəlb  edilməsindən  fərqli  ola­

raq,  müasir qlabollaşma prosesi  bütün  dünyanı  əhatə  etmək­

dədir.


Azərbaycanın  neft  strateqiyası  esasvnda  xarici  ölkələ­

rin şirkətləri  ile bağladığı  müqavilələr, Traseka proqramında 

iştirakı,  tarixi  ipək yolu  üstündə  olması  onun  beynəlxalq  iq­

tisadi əlaqələri üçün geniş imkanlar yaratmışdır.

Mətbuatda  bildirilmişdir  ki,  Azərbaycanın  «Mədəniy­

yət  siyasəti  üzrə  Milli  məruzəsi»  Avropa  Şurasının  Mədə­

niyyət  Komitəsində  müzakirə  ediləcəkdir  və  bu  məruzənin 

hazırlanmasında  Avropa  Şurasının  beş  nəfər  eksperti  iştirak 

etmişdir1.

Bununla belə  indi  hiss  olunur ki, milli  mədəniyyətimi­

zin bütün  sahələrinin ahəngdar inkişafına nəzəri  və metodo- 

loyi  istiqamətlərdə  rəhbərlik  etmək  üçün  müəyyən  bir  qu­

rumun  yaradılması  məqsədəuyğun  addım  olardı.  Təkcə  onu 

demək  kifayətdir  ki,  milli  musiqi  mədəniyyətimizin  bəzi 

klassik janrlarının  son  illordo  müəyyən  dərəcədə  sıxışdırıl- 

ması  xalqımızın  mədəni  irsdən  istifadədə  varislik prinsiplə­

rinə xələl gətirə bilər.

186

«Xalq» qəzeti,  3  fevral 2002-ci il

X II fəsil

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN 

ON İLİNİN İLK YEKUNLARI VƏ 

XALQIN  SİYASİ MƏDƏNİYYƏTİNİN 

İNKİŞAFI

«...Bu  on  illik yubiley,  bayram gə­

rək  bizim xalqımızda  dostluq,  mehri­

banlıq əhval-ruhiyyəsi yaratsın.

Azərbaycan  dövlətinin  başçısı  ki­

mi,  Prezident  kimi  bunu  istəyirəm, 

bunun üçün çalışıram».

HEYDƏR ƏLİYEV

Azərbaycanın  son  əsrlik tarixi  ümumbəşəri  tarix  ilə  vo 

onun  mədəni  dəyərləri  ilə  bilavasitə  əlaqədar  olmuşdur. 

Respublika prezidenti  Heydər Əliyev demişdir:  «Azərbaycan 

Şərqlə Qərbin,  Avropa  ilə Asiyanın kəsişdiyi  nöqtədə yerlə­

şən, dinlərin,  tarixlərin  və  mədəniyyətlərin  qovuşduğu  mər­

kəzə,  iki  qitə  və  iki  sivilizasiya  arasında körpüyə  çevrilmiş-' 

dir.  Azərbaycan  xalqı  öz  Şərq  köklərindən  ayrılmayaraq, 

Qərb  sivilizasiyanın  sintezinə  əsaslanan  nadir  bir  mədə­

niyyət  yaratmış,  Qərbin  mütərəqqi  dəyərlərini  Qafqazda, 

Yaxın və Orta Şərqdə yaymışdır»1.

Bunun  nəticəsidir  ki,  müsəlman  şərqində  ilk  qəzet, 

Avropa  tipli  ilk  məktəb  və  ilk  teatr  da  Azərbaycanda  təşkil

«Xalq»  qəzeti,  26 yanvar 2001-ci il.

187



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə