Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə48/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

səlman  ölkəsi  öz  müstəqilliyini  bərpa  etdi.  Türk  dünyası 

xeyli  gücləndi.  Bununla  əlaqədar  olaraq  müəllif hesab  edir 

ki,  bəzi  üzdən  iraq  «vətənpərvər  siyasətçilər»imiz  tərəfin­

dən ara-sıra söylənən «XXI əsr türk əsri  olacaqdır» müddəa­

sını  yerli-yersiz  təkrarlamaq  zərərli  bir  təbliğatın  təzahürü 

kimi başa düşülə bilər, və belə müddəanın Qərb siyasətçiləri 

tərəfindən  mənfi  qəbul  edilə  biləcəyi  şübhəsizdir.  Belə  ol­

duqda  həmin  müddəani  təbliğ  edən  «siyasətçilərimiz»in  nə 

qədər dayaz düşündüyü aydın olur!

Yaddan  çıxarmayaq  ki,  Azərbaycan  Türkiyədən  sonra 

Avropa şurasına qəbul edilmiş  ikinci  müsəlman ölkəsidir və 

bu  müsbət  fakta da düzgün  qiymət vermək,  və bu məsələdə 

düzgün mövqe tutmaq lazımdır.

2001 -ci  ilin  may  ayına  aid  məlumata görə  Azərbaycan 

140-a  qədər  ölkə  ilə  diplomatik  əlaqələr  yaratmışdır.  Azər­

baycanda  63  ölkənin  səfirliyi  fəaliyyət  göstərir.  Bunlardan 

24-ü  Bakıda  yerləşir.  Azərbaycanın  isə  21  ölkədə  səfirliyi 

ve ya nümayəndəliyi vardır1.

Müstəqil  Azərbaycanın  mühüm  uğurlarından  biri  onun 

2001-ci  ilin  yanvarında  Avropa  şurasına  qəbul  olunmasıdır. 

Avropa  Şurası  Parlament  Assambleyasında  Azərbaycan  nü­

mayəndə  heyətin  işinin  xeyli  gücləndirilməsi  də  nailiyyət­

dir,  və  bu  da  Dağlıq  Qarabağ  münaqişəsinin  dinc  yolla  həll 

edilməsi  yolunda ümüdləri artırır.

2001-ci  ilin  24  sentyabrında  Avropa Şurasının Nazirlər 

Komitəsi  9212  nömrəli  sənəd  ilə  BMT-nin  nizamnaməsinə 

və  helsinki  Yekun  Aktına  əsaslanaraq  Azərbaycanın  ərazi 

bütövlüyünü  bir  daha  tanımışdır.  Bu  sənəd  konsensusla  qə­

bul olunmuşdur2.

Azərbaycanın  siyasi  həyatı  ilə  bağlı  yuxarıda  sadala­

nan  məsələlərdə əldə edilmiş  müəyyən uğurlar onu deməyə

1

2



192

«Xalq»  qəzeti, 27 may  2001-ci  il 

«Xalq» qəzeti,  26  sentyabr 2001-ci  il

əsas  verir  ki,  qədəm  qoyduğumuz  XXI  əsrin  başlanğıcında 

müstəqil  Azərbaycan  öz  ərazi  bütövlüyünü bərpa  edəcək  və 

əsası  qoyulmuş  güclü iqtisadiyyatının  inkişafına nail  olacaq­

dır.

Azərbaycan  müstəqilliyinin  elan  edilməsindən  sonrakı 



on  illiyi  Prezident  Heydər  Əliyev  aşağıdakı  mərhələlərə 

bölür:


1.  1991-ci  ilin  18  oktyabrından  1992-ci  ilin  iyununa 

qədər dövlət böhranı dövrü;

2.  Xalq cəbhəsinin bir illik hakimiyyəti mərhələsi.

Bu  dövrün  sonunda  Azərbaycanda  vətəndaş  mühari­

bəsi başlandı.  Ölkə daxilində separatçılıq meyilləri gücləndi.

3.  1993-cü  ilin  yayından  sonrakı  bir  illik  mərhələ.  Bu 

mərhələdə  ölkədə  ictimai-siyasi  sabitlik  tədricən  normal- 

laşmağa başladı.

4.  1994-cu  ilin  oktyabrında  və  1995-ci  ilin  martında 

dövlət çevrilişi cəhdləri  oldu və bu cəhdlərin qarşısı alındı.

5.  1995-ci  ildən sonrakı dövr.

Prezident  Heydər  Əliyev  demişdir:  «1995-ci  ildon  biz 

bu  hadisələrin  qarşısını  alandan  sonra  Azərbaycanın  iqtisa­

diyyatının  inkişaf  etməsi  üçün  əsas  və  imkan  yaratdıq.  Bu 

sahədə  bizim  ən  böyük  nailiyyətimiz  1994-cü  ilin  sentyabr 

ayında  Azərbaycanın  zəngin  neft  və  qaz  yataqlarının  işlən­

məsi  və  xalqın  ondan  istifadə  etməsi,  iqtisadiyyatın  inkişaf 

etməsi  və  xalqın  rifah  halının  yaxşılaşdırılması  üçün  həyata 

keçirilən tədbirlər olubdur»1.

Müstəqilliyin  10  ilinin  ən  böyük  nailiyyətlərindən  biri 

Azərbaycan dilinin dövlət dili  kimi  işlədilmosine keçiddir.

Beləliklə  1995-ci  ildon  sonrakı  dövrdə  Azərbaycan  iq­

tisadiyyatı  inkişafa başladı.Azərbaycan  dünyanın bir çox  şir-

«Xalq»  qəzeti,  18 oktyabr 2001-ci il

193



kətləri  ilə  21  neft  müqaviləsi  imzaladı.  Bakı-Supsa,  Bakı- 

Tbilisi-Ceyhan,  Bakı-Novorossiysk  ixrac  boru  kəmərləri 

Azərbaycanın  Neft  doktrinasının  tərkib  hissəsidir  və  bunla­

rın  inşasında  prezident  Heydər  Əliyevin  fəaliyyəti  tarixi 

xidmətdir.

1991-ci  ilin  oktyabrında  bərpası  elan  edilmiş  müstəqil 

Azərbaycan  dövləti  1918-ci  ildə  Azərbaycanda yaranmış  və 

iki ilə yaxın  yaşamış  ilk müstəqil  Xalq  Cümhuriyyətinin va­

risidir.

Bütün bu uğurlar  və  çətinliklərlə yanaşı  arxada  qalmış 

10  illikdə  ən  ağır problem  olan  Qarabağ  problemi  bu  vaxta 

qədər həll  edilməmişdir.  Heydər  Əliyev  demişdir:  «Ən  ağır 

problemimiz  Azərbaycanın  ərazi  bütövlüyünün  pozulması 

və  torpaqlarımızın  20  faizinin  işğal  olunması,  bir  milyona 

qədər  Azərbaycan  vətəndaşının  qaçqm-köçgün  şəraitində 

yaşamasıdır.

Azərbaycan  heç  vaxt  öz  torpaqlarını  kiməsə  verə  bil­

məz.  Biz  torpaqlarımızı  mütləq  azad  edəcəyik.  Əgər sülh 

yolu  ilə  həll  edilməsə,  bizim  bütün  imkanlarımız,  güclü  or­

dumuz vasitəsilə bu məsələni həll edəcəyik»'.

*  *

*

Prezident H.Əliyev 2001-ci  ilin noyabrında «Vaşinqton 



Tayms»  qəzeti  müxbirinə  verdiyi  müsahibədə  (bu  geniş 

müsahibə həmin qəzetin  29  noyabr sayında çap olunmuşdur) 

demişdir:  «...  Təbii  ki,  yeni  müharibə  başlana  bilər.  Lakin 

mən  hesab  edirəm ki,  tökülmüş  qanlar bəsdir.  Zənnimcə,  bu 

məsələni dinc yolla nizama salmaq lazımdır»2.

Müstəqil  dövlətçilik  dövrü  xalqın  siyasi  mədəniyyə­

tində  də  fəallaşma  üçün  şərait  yaradıldı.  Bunun  üçün  ilk 

növbədə  gənclərin  siyasət  elmini  ali  məktəblərdə  tədris  et-



1

2

194



Yenə də orada.

Bax:  «Xalq» qəzeti,  12 dekabr 2001-ci  il

mələri vacibdir.

Sovetlər  İttifaqının  mövcudluğu  illərində  siyasət  elmi 

yalnız Moskvanın bir neçə  ali məktəbində tədris  edilirdi.  İt­

tifaq  respublikalarında  belə  ali  məktəblər  yox  idi.  Görünür 

Respublikalarda  bunun  üçün  böyük  ehtiyaç  da  olmamışdır. 

Çünki  müharibədən  sonra  İttifaq  respübilkalarmda  yaradıl­

mış  Xarici  İşlər  nazirliklərinin  fəaliyyəti  çox  məhdud  sahə­

ləri əhatə  edirdi.  Və  həmin nazirliklərdə işləyənlərin tərkibi 

də məhdud dərəcədə idi.

Azərbaycanın  ali  məktəblərində  siyasətşunaslıq fənni­

nin  tədrisinə  1991-ci  ildə  başlanmışdır.  Bundan  sonrakı  il­

lərdə  respublikanın  bütün  ali  məktəblərində  müvafiq kafed­

ralarda  və  ya  birgə  içtimai  kafedralarda  «Siysətşunaslıq» 

fənninin  tədrisi həyata keçirildi və respublikada/Azerbaycan 

dilində bu fənnə aid bir neçə dərslik və  dərsvəsaiti yazılaraq 

nəşr edilmişdir'.

Azərbaycan  dilində nəşr edilmiş bu dərslik və  dərs və­

saitləri  Moskvada nəşr edilmiş dərsliklərin güclü təsiri altın­

da yazılmışdır və respublika materiallarından nisbətən az  is­

tifadə  edilmişdir.  Hətta  dərsliklərin  adları  da  təəssüflər  ol­

sun  ki,  «Siysətşunaslıq»  yox,  «Politologiya»  adlandırılmış­

dır.

Əlbəttə,  qısa  müddətdə  bu  qədim  elm  haqqında  mü­



kəmməl dərslik yazmaq və bu dərslikdə Azərbaycan xalqının 

tarixinə  aid  qaynaqlardan  da  istifadə  etmək  arzu  edilsə  də,



H.Şirəliycv, F.Abbasov. Politologiya (dərslik). B.,  1993.

Q.Hüseynli,  Ə.Tağıyev,  E.Məmmədov,  S.Həsənov.  Politologiya 

(dərs vəsaiti).  B.,  1993.

Q.Hüseynov,  T.Əliycv,  S.Hesənov.  Politologiya  kursunun  proqramı 

(dərs vəsaiti).  B.,  1991.

Ş.Məmmədov.  «Politologiya»  fənni  üzrə  mühazirə  və  seminar m əş­

ğələlərin  keçirilməsinə dair metodik tövsiyələr.  B.,  1995.

Musayev Nüsrət.  Politologiya (mühazirə mətnləri).  B.,  1995. 

H.Şirəliycv,  Ə.Əhmədov.  Politologiya  (Ali  məktəblər üçün dərslik). 

B.,  1997.

195



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə