Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə49/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

yerinə  yetirilməsi  çətindir.  Görünür  yaxın  gələcəkdə  Azər­

baycanda yazılacaq və nəşr ediləcək «Siyasətşünaslıq»  dərs­

liklərində  Nizami  Gəncəvinin «İsgəndəmamə»  və  digər po­

emalarında,  Nizamülmülkün  «Siyasətnamə»  əsərində,  Uzun 

Həsənin  ve  Sara  Xatunun  diplomatik  fəaliyyətlərində,  Şah 

İsmayıl  Xətainin  dövlətçilik  fəaliyyətində,  M.F.Axundovun 

dövlətçiliyə  aid görüşlərində,  Əlibəy Hüseynzadənin «Siya­

səti  Firusət»  əsərində1  siyəsət elminə  aid  görüşləri  geniş  is­

tifadə ediləcəkdir. Həmin dərsliklərdə,  eləcə də Azərbaycan 

Xalq  Cümhuriyyətinin  hakimiyyətinin  iki  ilə  yaxm  dövrü 

əhatə edən dövlətçilik təcrübəsi də öz əksini tapmalıdır.

§  1. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi 

və xalqın əxlaqi dəyərlərinin qorunması

«Biz heç  vaxt Azərbaycan  torpaqlarının 

bir  qarışını,  bir  metrini  də  əlimizdən 

verməyəcəyik.  Xalqımız  buna  əmin  ola 

bilər.  Yaranmış  vəziyyət  müvəqqətidir, 

biz  Azərbaycanın  ərazi  bütövlüyünün 

bərpa  olunmasına,  torpaqlarımızın  eti­

barlı  müdafiəsinə,  sərhədlərimizin  bər­

pa edilməsinə nail olacağıq».

Heydər ƏLİYEV

Qədim tarixə malik olan Azərbaycan xalqının hələ orta 

əsrlərin  əvvəllərindən  öz  milli  dövləti  olmuşdur (VII  əsrdə 

yaranmış  Kirdman  dövlətindən  başlayaraq  XVI  əsrdə  yara­

dılmış  Şirvanşahlar dövlətinə qədər) və o, zəngin dövlətçilik



Bütün  bunlar haqqında  bu  sətrlərin  müəllifinin  1996-cı  ildə  nəşr et­

dirdiyi  «Azerbaycanda  dövlətçilik  fikri  oçerkləri»  kitabının  9-59-cu 

səhifələrində müfəssəl  məlumat verilmişdir.

196

ənənələrinə malikdir.

XX  əsrin  əvvəlində  yaranmış  Azərbaycan  Xalq  Cüm­

huriyyəti  dövləti  2  ilə  yaxm  davam  edən  gərgin  siyasi  və­

ziyyətdə  həmin  ənənələri  davam  etdirdi.  Bu  müstəqil  döv­

lətçilik  ənənələri  70  illik  sovet  üsuli-idarəsi  dövründə  qırıl­

dı.  Azərbaycan  xalqı  əsrin  sonunda  öz  müstəqilliyini  yeni­

dən bərpa edə bildi.

Azərbaycan  xalqı  milli  dövlətçiliyini  milli  vətənpər­

vərliyinə sadiqliyi yolunda tarixi sınaqlardan çıxarmışdır.

Bununla belə  SSRİ-nin  dağılması  ərəfəsindən,  1987-ci 

ildən  başlayaraq  xain  M.Qorbaçovun  ermənipərəst  siyasəti 

nəticəsində  erməni  millətçiləri  əllərinə  düşmüş  əlverişli  şə­

raitdən  istifadə  edərək  Dağlıq  Qarabağı  Azərbaycandan  qo­

parmaq  istiqamətində  əvvəllərdən  planlaşdırılmış  tədbirlə­

rin  icrasına  başladılar.  Prezident  Heydər  Əliyev  demişdir: 

«Azərbaycanlılar hələ  1988-ci  ilin  əvvəlində  SSRİ-nin  mər­

kəzi kütləvi  informasiya vasitələrində və Ermənistanın müx­

təlif mətbu  orqanlarında  məqsədyönlü  şəkildə  həyata  keçi­

rilən  ideoloji  təcavüzə  məruz  qalırdılar.  Mənfi  azərbaycanlı 

obrazı yaratmaq həmin kompaniyanın əsas məqsədi  idi»1.

Xain Mixayıl 

Qorbaçovun  1990-cı ildə  Rusiya silah­

lı  qüvvələrinin  iştirakı  ilə  Azərbaycanda  təşkil  etdiyi  yanvar 

faciəsi,  erməni  faşistlərinin  vəhşiliklərlə  törətdikləri  Xocalı 

soyqırımı  (1992),  erməni  silahlı  qüvvələrinin Rusiyanın  hər­

bi  köməyi  ilə  ərazilərimizin  20%-ni  işğal  etməsi  Azərbay­

can xalqının  milli qürur hissini boğa bilmodi.

Azərbaycan  xalqı  müstəqillik  qazandıqdan  sonrakı  on­

illiyin  bütün  çətinliklərinə  baxmayaraq,  ölkədə  siyasi  sabit­

liyini  yarada  bildi,  milli  ordu  quruculuğuna  başladı  və  haqq 

işimizi  bütün dünyaya inandırmağa nail oldu.

Sovet  siyasi  sisteminin  70  ili  ərzində  beynəlmiləlçilik 

siyasətinin  güclü  təsiri  ilə  sıxışdırılmış  milli  vətənpərvərlik



«Xalq» qəzeti,  30 dekabr 2000-ci il.

197


hissi xalqımızda yenidən dirçəldi. Dağlıq Qarabağın və onun 

ətrafındakı  ərazilərimizin  erməni  işğalından  azad  edilməsi 

istiqamətində  xalqımızın  tələblərinin  son  zamanlar  daha  da 

güclənməsi  bunun  bariz  sübutudur.  Sevindirici  haldır  ki,  bu 

tələb gənclərimiz arasında daha güclüdür.

Böyük  hərbi  sərkərdə  Şah İsmayıl  Xətaidən  xalqımıza 

vəsiyyət  edilmiş  tələb:  «Vətəni,  dili  və  qeyrəti  qorumaq» 

tələblərinə  xalqımız  sadiq  qalmışdır.  1920-ci  ilin  22  martın­

da  general  Həbib  bəy  Səlimovun  komandanlığı  altında  er­

məni  hərbi  dəstələrinin  Dağlıq  Qarabağın  Əskəran  keçidin­

də,  Şuşada  və  Xankəndində  darmadağın  edilməsi  tarixi  bir 

fakt kimi çox qiymətlidir.

Azərbaycan xalqı II dünya müharibəsi cəbhələrində də 

döyüş  rəşadəti  göstərmişdir.  Almaniyanın  faşist  ordusuna 

qarşı  döyüşlərdə  fəal  iştirak  etmiş  Azerbaycanın  5  milli  di­

viziyasının  döyüş yolu da xalqımızın qəhrəmanlığının  böyük 

təzahürüdür:  Qafqazdan  döyüşə  başlamış  416-cı  milli  divi­

ziya  Berlinədək,  77-ci milli  diviziya Pribaltikayadək, 223-cü 

milli  diviziya  Rumıniyaya qədər böyük döyüş yolu keçdilər. 

Bu müharibə  illərində xalqımızın  176  min  döyüşçüsü dövlə­

tin orden və döyüş medalları  ilə təltif edildilər.  Bu  o  demək­

dir  ki,  müharibəni  qələbə  ilə  qurtararaq  Azerbaycana  qayı­

dan  hər  iki  Azərbaycanlıdan  biri  döyüş  ordeni  və  ya  döyüş 

medalı  ilə  təltif edilmişdilər.  Həmin  müharibədə  xalqımızın 

geniş  iştirakı  siyasi  ədəbiyyatda  kifayət  qədər  şərh  edilmiş­

dir.  '


II  Dünya  müharibəsi  illərində  dünyanın  demokratik 

qüvvələrini  Almaniya  faşizminə  qarşı  mübarizəsində  Azər­

baycan  xalqının  tarixi  xidməti  bu  müharibənin  bütün  gedi­

şində  Sovet  ordusunun  hərbi  texnikasını  yanacaq  ilə  təmin 

etməkdən  ibarət  idi.  Tarix  qarşısında  bu  qədər xidməti  olan

Bax: İ.İsmayılov. Azərbaycanlıların II Dünya müharibəsində iştirakı, 

B,  2000-ci il.

198


Azərbaycan  xalqı  Sovet  rəhbərliyinə  1985-ci  ildə  gəlmiş 

şovinist  Mixayıl  Qorbaçov və  onun əhatəsi  (birinci  növbədə 

erməni  əhatəsi)  tərəfindən  böyük  hücumlara  məruz  qaldı. 

Ermənilərin  1987-ci  ildən  həyata  keçirməyə  başladıqları 

«Dağlıq  Qarabağı  Ermənistana  birləşdirmək  planı»  ikiüzlü 

M.Qorbaçovun  şəxsi  razılığı  ilə  başlanmışdı.  Bu  dövrdən 

sonrakı  15  ildə cərəyan edən  siyasi hadisələr göstərir ki,  Ru­

siya dövləti, eləcə  də Cənubi  Azərbaycan xalqını müstəmlə­

kə  şəraitində  saxlayan  İran  dövləti  Dağlıq  Qarabağda Azər­

baycanın  qanuni  hüquqlarının  bərpa  olunmasına  mane  olur­

lar.

Hərbi  vətənpərvərlik  tərbiyəsi  milli  vətənpərvərlik 



tərbiyəsinin  tərkib  hissəsidir.  Hər bir hərbçidə  vətənpərvər­

lik  hissi  daha  qabarıq  biruzə  verir,  çünki  onun  xidmətində 

Vətəni  müdafiə milli-qeyrətin  və milli şərəfin meyarıdır.

Milli  vətənpərvərlik  insan  fəaliyyətinin  bütün  sahələ­

rində  biruzə  verir.  Elm  və  təsviri  mədəniyyətə  xidmətlə 

əlaqədar iki  faktı  qeyd etmək yerinə  düşər:  1990-cı  ilin  yan­

var  şəhidlərinin  xatirəsinin  birinci  il  dönümünə  Bakıda 

«Azərbaycan  milli  naxışları»  şirkətinin  hazırladığı  çox  zərif 

və  nadir  «Şəhidlər»  xalçası  (onda  bir  milyondan  çox  ilmə 

vardır və  o  126 rəng çaları  ilə toxunmuşdur.) respublika tarix 

muzeyində  saxlanılır.  Amerika  milyonçusu,  nadir  xalçalar 

kolleksioneri  Ceferson  həmin  xalçanı  istənilən  qiymətlə  al­

maq üçün Bakıya gəlmişdi  (onun  cv  muzeyində dünyanın on 

nadir  62  xalçası  vardır).  Diplomat  professor Oziz  Abduləzi- 

mov  əcnəbi  milyonçunun  «axı  yer  üzündə  hər  şey  satılır» 

sözlərinə  məhəl  qoymayaraq  ona  cavab  vermişdi  ki,  «bu 

xalçanın  qiyməti  yoxdur,  o,  həmişə  Azərbaycanda  qalmalı­

dın).  Bu  cavab  milli  vətənpərvərliyin  gözəl  bir  ifadəsidir. 

Diger  bir  misal:  bir sıra alimlərimiz  xarici  ölkələrdə  işləyə­

rək  öz  istedadları  ilə  millətimizin  şöhrətini  ucaldırlar.  Belə- 

lindən  biri  də  1921-ci  ildə  Bakıda  dünyaya  göz  açmış  gör­

kəmli  kibernetika  alimi  Lütfı  Ələkbərzadədir.  Alimin  1965-



199


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə