Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix


§5. Bəşəri tərəqqidə islamın rolu və yeri



Yüklə 1,94 Mb.
səhifə57/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

§5. Bəşəri tərəqqidə islamın rolu və yeri

(1998-ci ilin 9-11 dekabrında Bakıda «İslam 

sivilizasiyası Qafqazda» mövzusunda keçirilmiş 

simpoziumda məruzə)

İslam  özündən  əvvəl təşəkkül tapmış  digər  dünya din­

lərilə  müqayisədə  daha  humanist  və  demokratik  dindir. 

Onun  ədalət və  bərabərlik prinsipləri,  şəxsiyyətin hüququna 

hörmət tələbi daha geniş və mükəmməldir.

Qanunçuluq sahəsində  islamın  əsas  dəyərləri  sırasında 

bütün  insanların  qardaşlığı,  rasizmin  inkarı  və  humanizm 

xüsusi  yer  tutur.  Professor  Seyid  Qütb  «İslamda  sosial  əda­

lət»  adlı  kitabında  (1950)  islamın yaradıcısı  həzrət Məhəm­

mədin  rolunu  və  onun  yaratdığı  təlimin  geniş  təsir  gücünə 

malik olmasını xüsusi olaraq qeyd edir.  Məşhur Fransa tarix­

çisi  Lamartin  150  il  bundan  əvvəl  «Türklərin  tarixi»  adlı 

əsərinin II cildində (Paris,  1854) yazmışdır: «...  Məhəmməd 

qanunlar  yaradılmasına,  ordulara,  yaratdığı  iyirmi  imperiya 

xalqlarına,  dünyanın üçdə bir hissəsində yaşayan milyonlarla 

insanlara rəhbərlik etmiş,  ölümündən sonra isə böyük  şöhrə­

tə  nail  olmuşdur.  O,  saysız-hesabsız  sosial  və  siyasi  islahat­

ların, əxlaq normalarının müəllifi hesab edilə bilər...»

İslamın  bəşər mədəniyyətinin inkişafına müsbət  təsiri­

ni  qəbul  edən  İngiltərənin  məşhur  filosofu  Bertran  Rassel 

yazmışdır:  «Şərqin  üstünlüyü  təkcə  hərbi  sahədə  deyildi. 

Elm,  fəlsəfə,  nəzm,  incəsənət -  bütün  bunlar Məhəmmədin 

dünyası  dövrü çiçəklənmişdi;  halbuki  həmin  dövrdə  Avropa 

vəhşilik çirkabı içərisində idi».

Lev  Tolstoy  da  islami  dəyərlərə  yüksək  qiymət  ver­

mişdir.


Bəşər tarixində  ilk əvvəl  Şərqdə elmin  sürətli  inkişafı­

na  və  dünya  miqyaslı  elm  xadimlərinin  yetişməsinə  islamın 

güclü təsiri danılmazdır.

Elmin  öyrənilməsinin  vacibliyi  haqqında  Məhəmməd



228

Əleyhissalamm  çoxsaylı  kəlamları  bunun  əyani  sübutdur: 

«Elmi beşikdən qəbrədək öyrənin»,  «Ən xeyirli  sədəqə odur 

ki, bir müsəlman elm öyrənə və  sonra onu müsəlman qarda­

şına  öyrədə»,  «Elm  Çində  də  olsa,  onun  ardınca  gedin», 

«Alimləri  eşidin,  çünki  onlar dünyanın çırağı,  axirətin nuru­

durlar»,  «Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi 

ilə bərabər tərəziyə qoyular» və s.  kimi kəlamlar böyük təsir 

gücünə malikdir.

İslama  qədərki  Ərəbistan  ibtidai  icma  quruluşu  sə­

viyyəsində  idi.  İslamın  güclü  təsiri  ilə  ərəb  icmaları  faktiki 

olaraq bəşəri inkişafın quldarlıq mərhələsini arxada qoyaraq, 

birbaşa feodalizmə  qovuşdular.  Bu, həm maddi,  həm  də  mə­

nəvi  (zehni) mədəniyyət sahəsində böyük sıçrayış idi.

İslam mədəniyyəti  ilk  10 əsr ərzində  (VI1-XV1I əsrlər) 

dünya  miqyasında  ən  qabaqcıl  mədəni  kəşflər  və  nailiyyət­

lər əldə  etmişdir:  Orta əsrlərdə «kimyanın atası»  sayılan Ca­

bir İbn  Kənan kimyəvi elementlərdən  19-nun kəşfinin müəl­

lifidir və Avropada onu  «Müdriklik professoru» adlandırmış­

lar.  Min  il  bundan  əvvəl  Qahirədə  yaradılmış  «Əl  Əzhar» 

Universiteti,  Bağdadda  4  milyon  cild  kitabı  olan  «Dahilik 

evi»  adlı  kitabxana və  onlarla belə  elm məbədlərinin  varlığı 

İslam  aləmində  böyük  alimlərin  yetişməsi  üçün  şərait  ya­

ratmışdır.  Əl-Kindi  (IX  əsr),  Əl-Fərabi  (IX  əsr).  İbn-Sina 

(X-XI  əsr),  Əl-Biruni  (XI  əsr)  və  digərləri  bu  sıradandır. 

Türkdilli  xalqlar  içərisindən  Əl-Xorezmi,  Nəsirəddin  Tusi, 

Nizami  Cəncovi,  Yunis  İmrə,  Əlişir  Nəvai  kimi  dahi  mütə­

fəkkirlər yetişmişdir.



islamda  elmilik və əxlaq fəlsəfəsi çox güclüdür.  Döv­

ləti  idarəçilik  məsələləri  üzrə  də  İslami  dəyərlər  zəngin 

mənəvi  əsaslar  verir  və  təbliq  edir.  Qurani-Kərimin  4-cü 

«Ən  Nisa»  surəsinin  58-ci  ayəsində  insanlara  «Ölkəni  əda­

lətlə idarə etmək» tapşırılmışdır.

Peyğəmbər  Əleyhissəlam  (Həzrət  Məhəmməd)  bütün 

Ərəbistan  yarımadasında  İslamın  qəbul  edilməsinə  10  il  ər­

229



zində nail olmuşdur.  Cihad müharibəsi  adlanan bu döyüşlər­

də  islam  ordusunun  itkisi  çox  az olmuşdur.  Həzrət Məhəm­

məd  öz naib  və  döyüşçülərinə,  nail  olduqları  ərazilərdə  qətl 

və talan tədbirlərini qadağan etmişdi.

Dünyanın  və  xüsusilə  Qərbin  zəka  sahiblərindən  bir 

çoxu  «İnsanın  sirli  təbiətinə  islam  necə  yol  tapır?»  sualına 

cavab axtarırlar.  İslamın yaradıcısı Muhamməd (ərəbcə belə 

tələffüz  edilir)  «Allahdan  başqa  Allah  yoxdur»  kəlamı  ilə 

Allaha inamı mənəvi tərbiyənin əsas  mənbəyinə  çevirdi.  Bu 

o  deməkdir  ki,  müsəlman  yalnız  Allahın  qarşısında  səcdə 

etməlidir.  Həmin  Ulu  Tanrı  isə  ona  inananları  cənnətlə 

mükafatlandırır,  cəhənnəm  qorxusu  ilə  düzlüyə  dəvət  edir 

(pozğunçuluğa  cəhd  edənlər bu  qorxu  ilə  düz  yolu  seçir və 

əgər seçmirlərsə vicdan əzabı çəkirlər).



islamda əxlaq fəlsəfəsi insan paklığının əsasını təşkil 

edir.

 

İnsanın  sirli  təbiətinə  islamın  necə  yol  tapmasının  sə­



bəbini  bəzi  Qərb  alimləri  belə  şərh  edirlər:  «Avropada  ən 

çox  tənqid  olunan  məsələ  Şərqdə  çoxarvadlıhq  adətidir... 

(Lakin).  Şübhə yoxdur ki,  Şərqdə  olan  qanuni  çoxarvadlıhq 

Qərbdəki  saysız-hesabsız  gizli  evlənmələrdən  daha  yaxşı­

dır»1.  Digər  Qərb  müəllifi  teoloq  Anna  Bezan  belə  yazır: 

«Nə  vaxt  ki,  men  gecələr  bizim  küçələrimizdə  qadınları 

görürəm,  bu  qənaətə  gəlirəm  ki,  Qərb  islamdan  öyrənərək, 

onun  bu  adətinə  hiyləgərcəsinə  təəccüblənməyə  son  qoy­

malıdır:  çünki  islam  qadın  üçün  ər  və  övlada  malik  olmağa 

imkanını  qanuni olaraq həyata keçirir2».  Digər Qərb sosiolo­

qu  Artur  Şopenqauer  «Qadınlar  haqqında  bir  neçə  söz»  adlı 

kitabında  yazır:  «Mən  başa  düşə  bilmirəm,  əyər  qadın  son- 

suzdursa  (ailəyə  uşaq  bəxş  etməkdən  məhrumdursa)  nə 

üçün onun əri  ikinci qadınla evlənə bilməsin». Məlumdur ki,



Bax:  Seyid  Mudjtaba  Rukni  Muavi  Lari.  Qərb  mədəniyyəti  müsəl­

manın gözü ilə {rus dilində).  Baku,  1992, s.180.

Yenə orada.  S.179-180.

230

kilsə buna icazə vermir, islam isə (icazə) verir.

İslami  dəyərlərə  əsaslanan 

islami  həmrəylik

 

müasir 



dövrdə  bütün  müsəlman  xalqlarının  inkişafı  və  gələcəyi 

üçün mühüm zəmanətdir.

Təəssüflər  olsun  ki,  sünni-şiə  məzhəb  ayrılığı  bu  bir­

liyə ve həmrəyliyə  müəyyən dərəcədə mane olur.

Ceyms  Hay der «Dəstəksiz Xəncər»  kitabında yazır  ki, 

«sünni-şiə  məsələsi  islamın  bütün  düşmənləri  üçün  hə­

diyyədir».  Müəllif  islamın  təsir  qüvvəsini  zəiflətmək  üçün 

məsləhət  verir  ki,  farslar  və  türklər  arasında  milli  zəmində 

təfriqələr  və  ədavəti  qızışdırmaq  lazımdır  (neft  üzrə  müna­

qişələr də belə təfriqə səbəblərindən biridir).

Məlumdur  ki,  Amerika  qitəsindən  kənarda  əsas  neft 

yataqları  Şərqdə,  müsəlman  xalqlarının  yaşadıqları  ərazilər­

də yerləşir.

Azərbaycanlı  mühacir  Miryaqub  Mehdizadə  1922-ci 

ildə  Beynəlxalq  Cenevrə  konfransında  Sovet  nümayəndə 

heyəti  tərkibində  olmuş  və  «Beynəlmiləl  siyasətdə  petrol» 

adlı  əsərində  (1928-ci  il)  Rusiya  hökümətinin  1922-ci  ildə 

Azərbaycan  neft  rayonlarını  Qərb  şirkətlərinə  icarəyə  ver­

mək  planına  qarşı  N.Nərimanov  və  digər  azərbaycanlıların 

mübarizəsini şərh  etmişdir.

Azərbaycan  xalqının  görkəmli  nümayəndələri  olan 

Nəriman  Nərimanov,  Məhəmməd  Əmin  Rəsulzadə,  Mirzə 

Ələkbər Sabir,  Cəlil  Məmmədquluzadə,  Seyid Əzim  Şirvani 

sünni-şiə  ayrılığına  qarşı  kəskin  mövqe  tutmuş  və  onu  mü­

səlman  xalqlarını  parçalayan  mürtəce  bir  cərəyan  kimi  pis­

ləmişlər.  Onlar  eyni  zamanda  islami  dəyərlərə  böyük  hör­

mətlə  yanaşmışlar.  1920-22-ci  illərdə  Azərbaycan  formal 

müstəqilliyə malik idi.  Lakin Rusiyanın XI ordusunun  Azər­

baycanda  qalması  və  Sergey  Kirov,  Serebrovski,  Anastas 

Mikoyan  kimi  şovinist  bolşeviklərin  burada  rəhbər  partiya 

və  təsərrüfat  vəzifələrində  olması  Azərbaycan  hökümətinə 

başçılıq  edən  Nəriman  Nərimanovun  fəaliyyətini  məhdud­



231


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə