Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə54/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

il  tikanlı  məftillər  arxasında  yaşatdılar  və  əksəriyyəti  də 

məhv edildi.

Hörmətli  veteranlar!  50  il  bundan  əvvəl  II  dünya  mü­

haribəsi  kimi  qanlı müharibəni antifaşist və  demokratik qüv­

vələrin qələbəsi ilə  qurtararkən, biz hamımız guman edirdik 

ki,  ölkəmizdə,  o  cümlədən  Qafqazda,  həmişə  sülh və  əmin- 

amanlıq olacaqdır.  Lakin sizə məlumdur ki, Şimali Qafqazda 

indi  müharibə  gedir  və  qan  tökülür.  Zaqafqaziyanın  hər  üç 

respublikasını  əhatə  edən  iki  ərazidə  isə  qanlı  döyüşlərdən 

sonra  atəşkəsə  nail  olunmuşsa  da,  əldə  edilmiş  atəşkəs 

möhkəm deyildir.

Bütün  Qafqazın  xalqlarına  dinc  «Qafqaz  evi»  lazımdır. 

Bu dinc Qafqaz evinin açan isə Rusiyanın əlindədir.

Azərbaycan  respublikasının  Prezidenti  Heydər  Əliyev

1994-cü  ilin  iyulunda  «Rusiya  qəzeti»  və  1994-cü  ilin  de­

kabrında «Reklam  xəbərləri»  qazeti müxbirlərinin  suallarına 

cavabında  Rusiyanın  Qafqaz  problemlərinin  həllində  iştira­

kını  yüksək  qiymətləndirərək,  arzu  etmişdir  ki,  Rusiyanın 

siyasətində  Qafqazın  hər  bir  respublikasına  münasibəti  bu 

respublikaların xalqlarının  dini  mənsubiyyətindən və  Rusiya 

ilə  tarixi  əlaqələrindən  asılı  olmayaraq  formalaşsın.  Yalnız 

belə  ədalətli münasibət Qafqaz regionundakı bütün zidiyyət- 

ləri dinc yolla həll etməyə kömək edər'.

Məruzə  qurtardıqdan  sonra  fasilə  zamanı  Rusiya  veteranlarından 

olan  bir  neçə  yüksək  rütbəli  zabit  məruzə  müəllifinə  yaxınlaşaraq 

qeyd  etdilər  ki,  keçmiş  SSRİ  ərazilərində  indi  gedən  müharibələr 

Əfqanıstanda aparılmış  uğursuz müharibə  kimi  lazımsız və  səhv siy­

asətin  nəticəsində  başlanmış  müharibələrdir  və  xalq  arasında  belə 

müharibələr müsbət qarşılanmır.

216

§ 3.  İslam mədəniyyətinə siyasi baxış

(1997-ci ilin 30 oktyabrında Bakıda keçirilmiş 

Beynəlxalq konfransda məruzə)

İslam  mədəniyyəti  tarixi  üzrə  tədqiqatçılar (Əli Nəvai, 

Əl  Maudidi,  Seyid  Qutb  və  digərləri)  islamaqədərki  dövrü 

cahiliyyət (cahillik,  vəhşilik)  dövrü  adlandırmışlar və  bunun 

üçün kifayət qədər faktlar da göstərirlər.

Qədim  tarixdən  məlumdur  ki,  Aleksandr  Makedonski 

(Makedoniyalı  İskəndər)  müharibədə  İranın güclü  hökmdarı 

Dara  üzərində  qələbə  çaldıqdan  sonra  İran  7  il  (eramızdan 

əvvəl  330-323-cü  illər)  yunanların  hökmranlığı  altında  ol­

muşdur.  A.Makedonski  dünyasını  dəyişdikdən  sonra  yunan 

sərkərdəsi  1  Selevkinin  hökmranlığı  dövrü  başlandı  və  İran 

təxminən  100 il bu dövlətə tabe vəziyyətində qaldı.

Lakin  VI  əsrdə  İran hökmdarı  II  Xosrov  Roma üzərin­

də  qələbə  çaldı.  Misir  və  Suriyanı  zəbt  etdi,  Qüdsü  tarmar 

edərək oradan  müqəddəs xaçı götürdü.  Və beləliklə  do I  Da­

ranın  vaxtilə yaratdığı güclü İran imperiyasını bərpa etdi.

Həmin  dövrdə  çox  varlanmış  İran  hökmdarları  həqiqi 

mənada  vəhşi  adət-ənənə  şəraitində  yaşayırdılar.  Tarixi  sə­

nədlərdə  göstərilir  ki,  İranda  Sasanilər  hökmranlığı  döv­

ründə  oyanlar  üçün  kəbin  münasibətlərində  heç  bir  məhdu­

diyyət  olmamışdır.  Məsələn,  Bəhram  Çobin öz bacısına  ev­

lənmişdi.  II  Yezdakert  öz  qızma  evlənmiş  və  sonra onu  öl­

dürmüşdür.  Hökmdar  Xosrov  çoxarvadlılıqda  «nümunə»  ol­

muşdur.


Eramızın  VII  əsrində  dünya  dini  kimi  yaranmış  İslam, 

qısa bir müddətdə geniş yayılmış  və  islam  imperiyaları yara­

dılmışdı.  İslam  təxminən  500  il  (VII-XII  əsrlər)  dünya 

miqyasında  çox  böyük  təsir gücünə  malik  olmuşdur.  Göstə­

rilən  dövrdə  islam  mədəniyyəti  coşqun  inkişaf dövrü  keçir­

mişdir.


İslam  dini  özünün  çox  mütərəqqi  və  güclü  əxlaq  nor­

217


maları  ilə  özündən  əvvəlki  dövrdə bir sıra  Şərq ölkələrində 

hökm  sürmüş  cahilliyə,  əxlaq pozqunluğuna  öldürücü zərbə 

vura bilmişdi.

İslamın  tarixən  səhnəyə  gəlməsi  ərəblərin  adı  ilə 

bağlıdırsa,  islamı  qəbul  etmiş  türkdilli  xalqlar islam,  müsəl­

man  mədəniyyətinin  geniş  yayılmasında  ərəblərlə  bərabər 

geniş fəaliyyət göstərmişlər.

Məşhur  fransız  tarixçisi  Alfons  Lamartin  (1790-1869) 

“Türklərin  tarixi”  adlı  əsərinin  II  cildində  (Paris,  1854) 

Məhəmməd  Əleyhisəlamın  fəaliyyəti  haqqında  yazmışdı: 

«...Məhəmməd  qanunlar  yaradılmasına,  ordulara,  yaratdığı 

20  imperiya xalqlarına,  dünyanın üçdə  bir hissəsində  yaşay­

an  milyonlarla  insanlara  rəhbərlik  etmiş,  ölümündən  sonra 

isə  böyük  şöhrətə  nail  olmuşdur.  O,  saysız-hesabsız  sosial 

islahatların, əxlaq normalarının müəllifi hesab edilə bilər...».

Görkəmli  ingilis  filosofu  Bertran  Rassel  də  Həzrət 

Məhəmməd  dövründə  Şərqdə  mədəniyyətin  çiçəkləndiyini 

təsdiq edir və yazır ki, «Şərqin üstünlüyü təkcə hərbi sahədə 

deyildi.  Elm,  fəlsəfə,  nəzm,  incəsənət  -   bütün  bunlar  Mə­

həmmədin  dünyası  dövrü  çiçəklənmişdi.  Halbuki,  həmin 

dövrdə Avropa vəhşilik çirkabı  içərisində idi»1.

Müsəlman  Şərqinin görkəmli  mütəfəkkirləri -  Əl Kin­

di  (IX  əsr),  Əl-Fərabi  (X  əsr)  İbn-Sina  (XI  əsr),  Əl-Biruni 

(XI  əsr)  türkdilli  xalqların  dahi  alim  və  şairləri  -   Əl  Xoraz- 

mi, Nasirəddin Tusi, Cəlaləddin Rumi, Nizami Gəncəvi, Əf­

zələddin Xəqani,  İmadəddin Nəsimi, Yunis  İmrə, ƏlişirNə- 

vai  və  onlarla  digerləri  bəşər  mədəniyyəti  xəzinəsinə  gör­

kəmli əsərlər bəxş etmişlər.

Orta əsrlərdə  islam şərqində məntiq,  fəlsəfə, əxlaq, as­

tronomiya,  riyaziyyat,  təbabət  və  kimya  elmləri,  eləcə  də 

bədii ədəbiyyat yüksək dərəcədə inkişaf etmişdi.

Avropa  xalqları  ədəbiyyatının  ilk  nümunələri  olan





Bax:  Əl Maudidi, İslamın əsaslan.  M.,  1993, s. 128  (rus dilində). 

218

«İlahi  komediya»  (Dante),  «Don  Kixot»  (Servantes),  «Ro- 

binzon Kruzo» (Daniel Defo) və digərləri islam poeziyasının 

bilavasitə təsiri ilə yazılmışdır.

İslam  dövlətlərinin  orta  əsrlərdən  sonra  öz  keçmiş 

qüdrətlərini  itirməsinin  səbəblərini  islam  xadimləri  müsəl­

manların  islamın  tələblərinə  riayət  etməmələrində  görürlər. 

Əlbəttə,  yalnız  bu səbəbi  əsas  götürmək o  qədər də  inandı­

rıcı  deyildir.  Burada Qərb  dövlətləri  tərəfindən  Şərq ölkələ­

rinin  müstəmləkə  vəziyyətinə gətirilməsi üçün hərbi sahədə 

üstüntüklərindən  (oldu  silah  növlərindən)  istifadə  etmələri 

də əsas səbəblərdən biri  olmuşdur.

Orta əsrlərin  sonlarından başlayaraq İslam mədəniyyə­

tinin  Qərbə  təsiri  getdikcə  zəifləyirdisə  də,  bu  mədəniyyət 

islam  dünyasında,  o cümlədən  türk dünyasında öz  inkişafını, 

bəzi  təzyiqlərə  baxmayaraq  davam  etdirmişdir.  Bunun  nə­

ticəsidir ki,  indi,  XX  əsrin  sonunda  da  islam  mədəniyyətinə 

maraq  bütün  dünyada  davam  edir.  Bunun ən bariz nümunəsi 

qeyri  müsəlmanların  islamı  qəbul  etmələri  prosesinin  güc­

lənməsidir.  XX  əsrin  ilk  85  ilində  Afrikada  islamı  qəbul 

edənlərin sayı  10 milyondan  100 milyona çatmışdır'.

Yaponiyada  yaşayan  Abdullah  Yemura  «Niyə  müsəl­

man  oldum?»  sualına belə cavab  vermişdir:  «Zühurundan bu 

günə  kimi  saf və  təmiz  qalan  yeganə  din  İslam  dinidir.  Bu 

günə  qədər  Qurani-Kərimin  bir  kəlməsi  belə  dəyişməmiş­

dir»2.


Budapeşt  Universitetinin  «Şərq  elmləri»  fənni  üzrə 

profesoru,  doktor Əbdülkərim Germanus (millətcə macardır) 

6 yaşında ikən  türkcə  öyrənməyə başlamışdır.  I  və  II  dünya 

müharibələri  dövrü  Hindistanda yaşamış,  bir müddət Rabin- 

dranat Taqorun  rəhbərlik etdiyi  Şanti Jaketen  universitetində

Bax:  Kobişanov  Y.M.  İslamın  Afrikada  yayılmasının  tarixi.  M., 

1987, s.3  (rus dilində).

Bax:  «Haqq  söz»  qəzeti.  15  iyun  1993.

219



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə