Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə55/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

dərs demişdir. Sonra Dehliyə köçmüş və orada müsəlmanlığı 

qəbul  etmişdir.  Bakıda  nəşr  edilən  «Haqq  söz»  qəzeti 

«Türkiyə»  qəzetində  nəşr edilmiş «Niyə müsəlman oldular» 

kitabından  iqtibas  edilmiş yazıda A.Germanusun  İslamı necə 

qəbul  etməsi  haqqında  söhbeti  bir  səhifə  həcmində  yazıda 

şərh  edilmişdir.  Bu  yazıda  o  söyləyir ki,  «Dehliyə  gəldiyim 

gecə  yuxuda  Həzrəti  Məhəmmədi  gördüm»  və  yuxuda  ona 

«Ya  rəsulullah!...  Əgər  müsəlman  olsam,  dincliyə  qovu- 

şacağammı?» -  deyə müraciət etdim...»1.

Bu və buna oxşar etiraflar göstərir ki, dünyanın hər ye­

rində  sadə  adamların  islama  marağı  və  inamı  artmaqda  da­

vam edir və görünür davam edəcəkdir.

Azərbaycan  Respublikası  Prezidenti  Heydər  Əliyev

1994-cü  ilin  martının  ortalarında Mərakeşdə  çağnlmış  İslam 

konfransı  təşkilatına  daxil  olan  ölkə  başçılarının  görüşündə 

etdiyi  çıxışında  demişdir:  «Biz  haqlı  olaraq  fəxr edə  bilərik 

ki,  islam dünyası ümumbəşəri  sivilizasiyaya öz layiqli  töhfə­

sini  vermişdir  və  neçə  əsrlərdir  ki,  onun  mənəvi  inkişafına 

və təkmilləşməsinə kömək edir».

XX  əsrin  90-cı  illərinin  əvvəlində  Sovet imperiyasının 

dağılması  sayəsində  70  il  onun  tərkibində  dini  etiqadları 

boğulmuş  onlarla  türkdilli  xalqların  bir  hissəsi  milli  müstə­

qillik  qazandılar  və  indi  öz  islami  etiqadlarını  azad  surətdə 

icra  edirlər.  Rusiyanın  tərkibində  qalmış  türkdilli  xalqların 

vicdan  azadlığı  məsələsində  də  müəyyən  müsbət  amillər 

mövcuddur.  Təkcə  onu  demək  kifayətdir ki,  Rusiyada  sovet 

dövründə dinə qarşı kommunist qadağaları ləğv edilmişdir.

İslami  mənəvi  və  mədəni  dəyərlər  indi  müsəlman 

xalqlarının  öz  mənafelərinin  müdafiəsi  naminə  birləşmələri 

və həmrəylikləri üçün mühüm vasitələrdən biridir.

1

220


«Haqq söz» qəzeti, 22  iyun  1993.

İstifadə edilmiş ədəbiyyat

1. 

Adam   M ets.  M üsəlman  intibahı.  M.,  1973.

2. 

Əl  M audidi.  İslamın əsasları.  M .,  1993  (rus dilində).

3. 

K obişanov  Y.  Afrikada  islamın  yayılm ası  tarixi.  M.,  1987.

4. 

U .M .U ott.  İslamın  orta  osr  Avropasına  təsiri.  Edinburq, 

1972,  M oskva,  1976.

5. 

«İslam   dünyası»  qəzeti.  1992.

§4. İslam  mədəniyyəti və Qafqazın 

müsəlman xalqları

(1998-ci ilin 4-6 iyununda Bakıda keçirilmiş 



dördüncü Beynəlxalq simpoziumda məruzə)

Dünyada  müsəlmanların  sayı  bir  milyard  nəfərdən 

çoxdur.  Bunların  əksəriyyəti  (2/3)  Asiyada  və  Afrikada  ya­

şayırlar.  Müsəlman  icmaları  dünyanın  140  ölkəsində  mövc­

uddur. 

50  ölkədə  isə  müsəlmanlar  əhalinin  böyük 



əksəriyyətini təşkil  edirlər.

İslam  dövlətlərinin  beynəlxalq  təşkilatda  (İslam  Kon­

fransı  Təşkilatı)  birləşməsi  ideyasını  1965-ci  ildə  Səudiyyə 

Ərəbistanı  kralı  Feysol  irəli  atmışdı  və  islam  həmrəyliyi 

haqqında  bu  təşəbbüs  1969-cu  ilin  sentyabrında  Rabatda 

(Mərakeşin paytaxtı)  keçirilən  təsis  konfransında  həyata  ke­

çirildi.  Növbəti  konfranslar  (zirvə  toplantısı  adı  ilə)  üç  ildə 

bir  çağrılır.  Təşkilatın  siyasi  orqanı  İslam  dövlətləri  xarici 

işlər nazirlərinin konfransıdır və bu  konfranslar ildə bir dəfə 

keçirilir.

İslam  Konfransı Təşkilatı  (İKT)nin cari fəaliyyət orqa­

nı  Baş  katiblikdir.  Baş  Katib  4  il  müddətinə  təyin  olunur. 

Baş  Katiblik  «Qüds»  azad  edilənə  qədər  Ciddə  şəhərində 

(Səudiyyə  Ərəbistanı)  yerləşir.  1981-ci  ildə  «Beynəlxalq 

İslam  Mərkəzi»,  1973-cü  ildə  isə  İslam  İnkişaf Bankı  yara­

dılmışdır.  Həmin  Bank  1986-cı  ildə  Azərbaycan  qaçqınlan-

221



na 1,5 milyon dollar yardım etmişdir.

Azərbaycan  İKT-na  1991-ci  ilin  dekabnnda  təşkilatın 

Dakar (Seneqal Dövlətinin paytaxtı) konfransında qəbul (46- 

cı  üzv  kimi)  olmuşdur.  1997-ci  ilin  sonunda  İKT  tərkibində 

57 üzv olmuşdur.

*  *


*

Şərq  mədəniyyətinin  yunan-latın  qolundan  sonra  tari­

xən  İslam  (müsəlman)  mədəniyyəti  en  güclü  qol  olmuşdur. 

Onu ərəblər,  türklər,  farslar və  digər müsəlman xalqları  ya­

ratmışlar.

Türk  dilli  xalqlar  toplusuna  mənsub  olan  Azərbaycan 

türkləri  (Osmanlı türkləri kimi)  bu toplunun  qolları  içərisin­

də  mədəniyyət sahəsində qədim və zəngin qollardan biridir. 

Məlumdur  ki,  «Kitabi  Dədə  Qorqud»  dastanının  boyları 

türkdilli  xalqların  abidəsi  olaraq  islamdan  əvvəl  (VI  əsrdə) 

yaranmağa başlamışdır.

İslamın  Qafqazda  yayılması  hicrətin  17-ci  ilində,  xəli­

fə Ömərin dövründə başlamışdır.

Ərəb ordusunun  süvari  dəstələrinin  sərkərdə  Süleyma­

nın başçılığı altında Dağıstana gəlməsi 651-ci ildə olmuşdur, 

az  sonra  Dərbənd  işğal  olunmuşdur.  Şimali  Qafqazın  indi 

dağlılar yaşayan ərazisində İslamın  qəbul edilməsi  150 il da­

vam  etmiş,  Çeçen-İnquşetiyada  isə  bu proses  XV  əsrə  qədər 

davam etmişdir.

Qafqazın  indi  müsəlman  olan  əhalisi  Sasanilərin  və 

Bizansın zülmündən  cana doymuşdu  və  buna görə  də  islamı 

dünyaya yayan ərəbləri xilaskar kimi qəbul etmişlər.

İslam  dini  bütün  əsrlər  boyu  öz  elmi  əsaslan  ilə  möh­

təşəm müsəlman mədəniyyətinin  əsasında durmuş və  Qərb­

də  mədəni  inkişafa  böyük  təsir göstərmişdir.  İngilis  şərqşü­

nası  U.M.Uott  «İslamın  orta  əsr  Avropasına  təsiri»  (Edin- 

burq,  1972,  Moskva,  1976)  əsərində  yazır ki,  Şərqin müsəl­

22 2


man  xalqlarının  yaratdıqlan  əzəmətli  elmi  irs  «ən  azı  XVII 

əsrə  qədər  yüksək  səviyyədə  qalmışdır».  F.S.Risler  isə 

«Ərəb  mədəniyyəti»  adlı  əsərində  (Paris,  1955)  yazır  ki, 

«Beş  əsr boyunca  islam elmləri  yüksək mədəniyyət və  əzə­

məti ile cahana  hökm etdi.  Yunan fəlsəfəsi və elm xəzinələ­

rinin  varisi  olmaq etibarilə müsəlmanlar bu xəzinələri  islami 

dəyərləri  ilə  zənginləşdirdikdən  sonra Qərbi  Avropaya nəql 

etdilər».  Müəllifin  müddəalarındakı  bəzi  iddialara baxmaya­

raq,  o da islam mədəniyyətinin Qərbə təsirini təsdiq edir.

Bu  bir  tarixi  faktdır ki,  İspaniyanı  ərəblər  idarə  etdik­

ləri  dövrdə  (756-1031-ci  illər)  Kordova buradakı  ərəb  döv­

lətinin  (Kordova  xəlifəliyi)  paytaxtı  olmuşdur.  Bu  şəhər, 

eləcə  də  Qrenada  və  Sevilya,  müsəlman  mədəniyyətinin 

mərkəzləri  idilər.  Kordova  «elmlərin  məskam»  adlanırdı  və 

buraya  Fransadan,  Almaniyadan  və  İngiltərədən  təhsilə  gə­

lirdilər.  Kordova  universiteti  və  kitabxanası  bütün  dünyada 

məşhur idi.

İngiltərənin  məşhur professoru  Bertran Rassel  yazmış­

dır:  «Şərqin  üstünlüyü  təkcə  hərbi  sahədə  deyildi.  Elm,  fəl­

səfə,  nəzm,  incəsənət  -  bütün  bunlar Məhəmmədin  dünyası 

dövrü  çiçəklənmişdi.  Halbu  ki,  həmin dövrdə  Avropa vəhşi­

lik çirkabı  içərisində  idi»  (Bax:  Əl Maudidi.  İslamın əsasları, 

M.,  1993, s. 128, rus dilində).

Beləliklə,  müsəlman  mədəniyyəti  dünyada  təxminən 

on  əsr ərzində  ən  geniş yayılan qabaqcıl  mədəniyyət olmuş­

dur.


Şərq  mədəniyyəti  üzrə  digər  mütəxəssis  Qustav  Le 

Bon  «Ərəblərin  mədəniyyəti»  (Paris,  1955)  kitabında  yaz­

mışdır:  «Avropa  vəhşilik zamanlarının  on  qatı  qaranlıqların­

da  boğulduğu  bir  vaxtda  islam  dairəsindəki  Bağdad  və  Kur- 

tubə  sənət  və  elm  işıqlarını  bütün  dünyaya yayan  iki  mədə­

niyyət mərkəzi idi».

Orta  əsrlərin  sonundan  başlayaraq  müsəlman  mədə­

niyyətinin  Qərbə  təsirinin zəifləməsi  Qərbin buraya iqtisadi



223


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə