Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix


MÜƏLLİFİN BEYNƏLXALQ KONFRANSLARDA



Yüklə 1,94 Mb.
səhifə52/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

MÜƏLLİFİN BEYNƏLXALQ KONFRANSLARDA 

ETDİYİ MƏRUZƏLƏRİN MƏTNLƏRİ

§1. Sürətli inkişaf yolu təcrübəsi

(Konqo  Xalq  Respublikasının  paytaxtı  Brazzavil  şəhə­

rindəki  Sovet Mədəniyyət Mərkəzində 26.X.72  edilmiş mə­

ruzə)1.


Sovetlər  İttifaqı  çoxmillətli  ölkədir  və  bu  dövlətdə 

120-dən  çox  millət və  xalq  50  il  ərzində  yüksək  iqtisadi  və 

mədəni  inkişafa  nail  olmuşlar.  Bunlardan  100-dən  çox  xalq 

50  il bundan əvvəl  zəif inkişaf səviyyəsində  idilər (yəni  ka­

pitalist inkişaf səviyyəsinə çatmamışdılar).

Çoxmillətli  Sovetlər  ölkəsi  tərkibində  (Sovet  federa­

siyası)  15  müttəfiq  respublika,  20  muxtar  respublika,  18 

muxtar  vilayət  və  20  milli  dairə  vardır.  Bu  milli  bölmələr 

çərçivəsində  yaşayan  xalqların  inkişafı  haqqında  bəzi  mə­

lumatlar:



Afrikanın  3  ölkəsinə  (Misir,  Konqo  və  Mərkəzi  Afrika  respublikası) 

15  nəfərdən  ibarət  ilk  Sovet  elmi  nümayəndə  heyəti  1972-ci  ilin 

oktyabrında  göndərilmişdi  və  əsas  vəzifə  çoxmillətli  Sovetlər  ölkə­

sində  milli  dövlətçilik  təcrübəsinin  nailiyyətlərini  Afrikada  təbliğ 

etmək  idi.  Bu tədbir SSRİ-in  təşkil  edilməsinin  50  illiyi  ərəfəsi  üzrə 

Beynəlxalq əlaqələr planının tərkib  hissəsi  idi.

Bu  sətrlərin müəllifi  1968-ci  ilin  sonunda  z ə if inkişaf etmiş  xalqla­

rın  sürətli  inkişaf problemi  üzrə  doktorluq  dissertasiyasını  müdafiə 

etdiyinə  görə  Afrika  xalqları  üçün  maraqlı  olan  bu  mövzuda  çıxış 

etmək  üçün  göstərilən  elmi  nümayəndə  heyəti  tərkibinə  daxil  edil­

mişdi.  Müəllifin  Afrikaya  bu  elmi  ezamiyyəti  haqqında  «Baku»  qə­

zetinin  1972-ci  il  14  noyabr v ə  «Bakı»-  qəzetinin  15  noyabr sayında 

yazı verilmişdir.

Məruzə rus dilində edildi  və hissə-hissə  fransız dilinə  tərcümə edi­

lirdi  (ikinci  dünya  müharibəsinə  qədərki  dövrdə  Fransanın  müstəm­

ləkəsi  olan  Konqoda  və  Mərkəzi  Afrikanın  əksəriyyət  ölkələrində 

rəsmi  dövlət dili fransız dili olmuşdur).

Göstərilən  Afrika  səfəri  haqqında  müəllif  1974-cü  ildə  «Sovetlər 

ölkəsi və müasir Afrika»  adlı  24 səhifəlik kitabça nəşr  etdirmişdir.

208



Xalqların adını 

daşıyan res­

publikaların 

adları

1913-cü ilə nisbətən 

1971-ci ildə sənaye 

istehsalının artımı

(d ə fə  ilə)

Məktəbyaşlı uşaqların 

təhsilə cəlbi'

(m in  n əfərlə)

1914/15

1971/72

1. Qazaxstan

158

10,5

223,4

2.

Qırğızstan

211

7

41,5

3.

Tacikistan

95

0,4

36

4.

Türkmənistan

50

7

28,9

5. Ö zbəkistan

45

18

167,3

Konqoda  hakim  Əmək partiyası  (başçısı  Marian  Nqua- 

bi)  Sovetlər  İttifaqının  zəif inkişaf etmiş  xalqlarının  keçdiyi 

sürətli  inkişaf yolunu  Konqo  üçün  siyasi  proqram  səviyyə­

sində qəbul etmişdir.

Brazzavildə  yaradılmış  Sovet-Konqo «Dostluq evində» 

SSRİ-nin  yaradılmasının  50  illiyinə  həsr  olunmuş  sərgidə 

Bakı  neftçilərinin  qəhrəman  əməyi  haqqında  da  eksponatlar 

vardır.  Sovet  elmi  nümayəndə  heyətinə  Konqoda  olan  məş­

hur «Poto-poto»  rəsm yaradıcılığı  cəmiyyətinin  nailiyyətləri 

müsbət  təsir  bağışladı.  SSRİ-də  təhsilə  getmək  istəyən 

gənclər arasında rus dilini  öyrənməyə  böyük  maraq müşahi­

də olunur.  Bütün bunlar təqdirə layiqdir2.

Marksizmin  banisi  olan  Karl  Marks  zəif  inkişaf etmiş 

xalqların  sürətli  inkişaf imkanı haqqında nəzəri  müddəa  irəli 

sürərkən,  onu  əsas  götürmüşdür  ki,  belə  xalqlar  yalnız  inki­

şaf etmiş  xalqların  hərtərəfli  köməyi  sayəsində  (kapitalizm

SSRİ-nin  1971-ci  ilə  nailiyyətləri.  Moskva,  1972,  s.85  (rus dilində) 

Konqo  Demokratik  Respublikasında  olduğumuz  beş  gün  ərzində 

Sovet  hökümətinin  köməyi  ilə  tikilmiş  altı  mərtəbəli  Kosmos  adlı 

mehmanxanada  qaldıq.  Konqonun  əhalisi  1  milyona  yaxındır.  Pay­

taxtı  Brazzavildə  200  min  əhali  yaşayır.  1970-ci  ildə  burada  zəngin 

neft  və  əlvan  metal  yataqları  tapılmışdır.  Məktəb  yaşlı  uşaqların  92- 

95%  təhsilə  cəlb  olunmuşdu.  Ölkədə  93  müəllim  sovetlər  ittifaqın­

dan  gələnlər  idi  və  bunlardan  biri  də  azərbaycanlı  Vadim  Bayramov 

idi. Brazzavildə  1971-ci  ildə  700 tələbəsi olan Universitet açılmışdı.

209



inkişaf  mərhələsini  keçmədən)  müasir  demokratik  inkişafa 

nail ola bilərlər.

SSRİ-nin  tərkibində  olan  çoxsaylı  xalqlann  sürətli  in­

kişafı  bu  təcrübənin  beynəlxalq  aləmdə  ilk  dəfə  sınaqdan 

çıxması oldu.

İqtisadi  inkişaf dərəcəsinə  görə  qazax  xalqı,  Orta Asi­

yada yaşayan  özbəklər, qırğızlar, türkmənlər, taciklər və qa- 

raqalpaqlar, Şimali Qafqazda yaşayan 50-ə qədər xalq (təkcə 

Dağıstanda bunların sayı 30-dan çoxdur) Rusiya Federasiyası 

tərkibinə  daxil  olan  Volqa  boyunda,  Uzaq  Şərq  və Uzaq  Şi­

malda  (burada  26  xırda  xalq  yaşayır)  isə  təxminən  100  xalq 

oktyabr  inqilabı  (1917)  ərəfəsində zəif inkişaf etmiş  xalqlar 

qrupuna daxil idilər.

Gösterilən xalqların sürətli  iqtisadi inkişafı  nəticəsində 

SSRİ-nin mövcud  olduğu  50  il  ərzində  çox böyük nailiyyət­

lər əldə  edilmişdir:  50  il  əvvəl  sırf aqrar zona olan bu ərazi­

lərdə  indi  müasir sənaye qurğuları yaradılmışdır.  Burada ya­

şayan bütün  xalqlann ana dilində məktəbləri mövcuddur.  Bu 

xalqların gəncləri  SSRİ-nin bütün ali  məktəblərində oxumaq 

hüququna  malikdirlər  və  böyük  uğurlarla  təhsil  alaraq,  öz 

doğma  yurdlarına  qayıdır  və  yaxud  da  Sovetlər  İttifaqının 

hər hansı  (özü  seçdiyi)  şəhərlərində  elmi  və  ya  əmək  sahə­

lərində fəaliyyətlərini davam etdirirlər.

Sovetlər İttifaqının əvvəllər zəif inkişaf etmiş  xalqları­

nın  sürətli  iqtisadi  inkişafını  təmin  etmək  üçün  bu  xalqlara 

icazə  verilirdi ki,  ilk kollektiv  təsərrüfatlar  əsasən  bir  tayfa­

nın  nümayəndələrindən  təşkil  edilsin.  Əhalisi  müxtəlif tay- 

talara  mənsub  olan  Konqo  Respublikası  üçün  (Konqoda  77 

tayfa  əsasən  4  qrup  ətrafında  birləşmişdir)  bu  təcrübəni  qə­

bul  etmək olar.  Müasir Afrikada  350 milyon  əhali  800-ə qə­

dər  dil  və  ləhcədə  danışır.  Mövcud  iqtisadı  geriliklə  yanaşı 

əhalinin  təhsil  sahəsində  də  geriliyi  böyük  çətinliklər  törə­

dir.  Sovetlər  İttifaqının  təcrübəsi  bu  çətinliklərin  də  ləğv 

edilməsinə kömək edə bilər.

210

1960-cı  ilin  məlumatına  görə  Afrikada  məktəbyaşlı 



uşaqların  ibtidai  təhsilə  cəlb  edilməsi  16%  təşkil  edir.  Bu 

göstərici  həmin  ildə  Asiya  qitəsində  62%,  Latın  Amerika­

sında 26,1% olmuşdur.  1968-ci  ildə bu göstərici Afrika qitə­

si üzrə 40% çatdırılmışdır.

1968-ci  ildə  «YUNESKO»nun  elan  etdiyi  məlumata 

görə  gənclərin  orta  təhsilə  cəlbi  dünya  üzrə  40%,  Latm 

Amerikasında 30%, Asiyada 30%, Afrikada 15% olmuşdur.

Bütün  bunlar  göstərir  ki,  Afrika  xalqları  kimi,  Konqo 

xalqı  da  öz  mədəni  geriliyini  ləğv  etmək  üçün  qabaqcıl 

təcrübəni  öyrənməlidir.

Sovet  İttifaqı  tərkibində  olan  yuxarıda  göstərilən  5 

respublikanın  xalqları  1917-ci  ilə  qədər Çar  Rusiyası  tərki­

bində  müstəmləkə  vəziyyətində  olmuşdur.  Həmin  xalqlar 

son  50  ildə  SSRİ  tərkibində  yüksək  dərəcədə  inkişafa  nail 

olmuşlar.

§2. Qafqaz uğrunda döyüşlər -  

Böyük Vətən  müharibəsində qələbənin 

ən  mühüm mərhələlərindən biridir1

(məruzə konfransın plenar iclasında edilmişdir)

Almaniya  faşizmi  özünün  «Şərqə  yürüş»  (Dranq  nax 

Osten)  adlı  ümumi  işğalçılıq planında Qafqazı və onun zəng­

in neft yataqlarını zəbt etmək planına  xüsusi yer verirdi.  Bu­

nunla  da  eyni  zamanda  Şərqin  Hindistan  hüdudlarına  qədər 

uzanan  geniş  ərazilərini  zəbt  etmək  üçün  əsas  baza  əldə 

edilməsi  nəzərdə  tutulurdu.  Hitlerin  1940-cı  ilin  18  dekab­

rında  imzaladığı  21  saylı  gizli  direktiv  sənədində  Almaniya­

nın  SSRİ-yə  qarşı  müharibəyə  başlaması  üzrə  «Barbarossa»



«İkinci  dünya müharibəsinin dərsləri və faşizm üzərində qələbənin 

ahamiwf^i»  adlı  Beynəlxalq konfrans  1995-ci  ilin  18-19  aprelindo 

Moskvada keçirilmişdir.

211



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə