Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə53/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

planında  Almaniyanın  başlayacağı  müharibə  «Şərq  kompa­

niyası»  adlandırılmışdı  və  onun  qələbə  ilə  qurtarmasına  üç 

aydan beş aya qədər vaxt müəyyən edilmişdi.

1941- 


ci  ilin  fevralında  Almaniya  ordusunun  yüksək 

komandanlığına  Hitlerin  bu  tələbi  çatdırılmışdı  ki,  «Şərq 

kompaniyası»  qurtaran kimi  Hindistana yürüşün  başlanması­

na  hazırlıq  nəzərdə  tutulmalıdır.  Həmin  ilin  iyun  ayının əv­

vəllərində  Almaniya  hərbi  komandanlığı  planlaşdırmışdı  ki, 

İranın,  İraqın,  Misirin  və  Hindistanın  zəbt  edilməsi  üzrə 

hərbi  əməliyyatlara  1941-ci  ilin  payızından  başlanacaqdır. 

Göründüyü kimi Hitlerin  bu qlobal  işğalçılıq planının həyata 

keçirilməsi üçün ən əvvəl Qafqaz zəbt edilməli idi.  Aydındır 

ki,  Hitlerin  bu  geniş  işğalçılıq planına  qarşı  Sovet  rəhbərliyi 

ölkənin cənub sərhədlərinin,  ilk növbədə Qafqazın müdafiə­

si üçün lazımı tədbirlər görməli idi və görürdü.

Almaniya  faşist  ordusunun  SSRİ-yə  qəflətən  hücumu 

dövründə  İranda Almaniyanın 4  min nəfərlik casus şəbəkəsi 

var  idi və  bu təxribat  qüvvəsi  gizli  yollarla Sovetlər İttifaqı­

na  qarşı yönəldilmişdi.  Sovet höküməti  İran  şahı  Rza Pəhlə­

viyə  öz  ölkəsinin  faşist  Almaniyası  ilə  ittifaqının  yolveril­

məzliyi  haqqında  dəfələrlə  xəbərdarlıq  etmişdisə  də,  Rza 

şah  Pəhləvi  bu xəbərdarlıqlara  məhəl  qoymurdu.  Buna görə 

də  Sovet höküməti  İran rəhbərliyinə göndərdiyi rəsmi Nota­

da  bildirdi  ki,  1921-ci  ilin  26  fevralında  imzalanmış  Sovet 

Rusiyası  -   İran  müqaviləsinin  6-cı  maddəsinə  uyğun olaraq 

Sovet qoşun  hissələri  Şimali  İran  ərazilərinə göndərilir.  Ey­

ni  zamanda  Sovet-İngiltərə  razılaşmasına  əsasən  İngiltərə­

nin  qoşun hissələri  də  Cənubdan  İran ərazisinə  daxil olacaq 

idi.  1941-ci ilin avqustundan bu tədbirlər reallaşdı.

1942- 

ci  ilin 29  yanvarında Tehranda  SSRİ,  Böyük Bri­



taniya və  İran arasında müttəfiqlik haqqında müqavilə imza­

landı və həmin müqavilədə göstərildi ki, müttəfiqlərə (SSRİ 

və  Böyük Britaniya)  İran  ərazisində quru,  dəniz və havadan 

silahlı müdafiə üzrə  qüvvələr yerləşdirməyə  icazə verilir və 

212

bu  ordu  hissələri  Almaniya  ilə  müharibə  qurtardıqdan  so­



nrakı  6 ay müddətində çıxarılacaqdır.

Almaniya ordusu  komandanlığı  SSRİ-yə qarşı qəflətən 

başladığı  müharibənin  ilk  həftələrinin  uğurlarından  məst 

olaraq,  1941-ci  ilin  iyulunda  müharibənin  III  mərhələsinin 

planını  cızmağa  başlamışdı.  Bu  plana  görə  1942-ci  ilin 

sentyabrında  Almaniya  ordusu  Qafqaz  keçidlərindən  keçə­

rək  İran-İraq  ərazisi  ilə  Bağdad  üzərinə  hücumu  davam  et­

dirməli idi.

Lakin Sovet-Almaniya cəbhələrində müharibənin 1941- 

ci  ilin sonunda gedişi Hitlerin bu planlarını alt-üst etdi.  1941- 

ci  ilin  5  dekabrında  Sovet  ordusu  Moskva  altında  əks  hücu­

ma keçərək  faşist  ordusunu  100-350  kilometrə  qədər Qərbə 

sıxışdırdı  və bununla da  düşmənin  Moskvanı  və  Şimali  Qaf­

qazı  1941-ci  ildə zəbt etməsi planı boşa çıxdı.

1942-ci  ilin  yayında faşist  ordusu  komandanlığı Cənub 

istiqamətində  yeni  hücum  əməliyyatına  başladı  və  burada 

əsas  vəzifə  Qafqazı  zəbt etmək  idi.  Bunun üçün  «Edelveys» 

adlı  xüsusi  plan  hazırlanmışdı  və  həmin  planda  göstərilirdi 

ki,  faşist  ordusu  Qafqaza  yaxınlaşdıqda  bu  diyarda  yaşayan 

xalqlar rus xalqına qarşı müharibəyə başlayacaqlar.

Müharibənin  gedişi  faşist nəzəriyyebazların  bu  ümüdi- 

ni  də  boşa  çıxardı.  Qafqazın  bütün  xalqları  ölkənin  diger 

xalqları  ile birlikdə ümumi düşmən olan faşizmə qarşı  ölüm- 

dirim  mübarizəsinə  qalxdılar.  Qafqazı  müdafiə  edən  cəb­

hələrdən biri olan Zaqafqaziya cəbhəsi  tərkibində şəxsi  hey­

ətləri  əsasən  Qafqaz  xalqlarından  tərtib  edilmiş  12  milli  di­

viziya  vuruşurdu.  Bunların  içərisində  77-ci,  223-cü,  396-cı, 

402-ci, 416-cı  diviziyalar Azərbaycan milli diviziyaları  idi.

Qafqaz  uğrunda  döyüşlərin  ikinci  mərhələsinin  baş­

lanması  və  Stalinqrad  uğrunda  ağır  döyüşlər  faktiki  olaraq 

eyni  zamanda  (1942-ci  ilin  iyulunda) başlanmışdı.  Lakin  fa­

şist  orduları  1943-cü  ilin  fevralının  əvvəlində  Stalinqrad  ət­

rafında  darmadağın  edildikdən  sonra,  Almaniya  hərbi  ko-

213



mandanlığı  bütün  qalmış  qüvvələrini  Qafqaz  cəbhəsinə  yö­

nəltdi və Qafqaz uğrunda döyüşlər  14 ay davam etdi.

Qafqaz  regionunda  iqtisadi  və  hərbi  strateji  cəhətdən 

ən  güclü  respublika  Azərbaycan  orduğuna  görə  düşmənin 

əsas  qüvvələri  də  bu  istiqamətə  yönəldilmişdi.  Təkcə  onu 

demək  kifayətdir  ki,  müharibənin  bütün  gedişi  dövründə 

cəbhələri  benzin  və  digər  yanacaqla  əsasən  Azərbaycan 

neftçiləri  təchiz  edirdi.  Azərbaycan  neftçilərinin  bu  böyük 

tarixi  xidmətləri  hələ  müharibə  illərində  Marşal  G.K.Jukov 

və  marşal  K.K.Rokossovski  tərəfindən  dəfələrlə minnətdar­

lıqla  qeyd  edilmişdir.  Bütün  bunlara  baxmayaraq  Sovetlər 

İttifaqının matorlar müharibəsində  əldə  etdiyi tarixi  qələbə­

də  cəbhənin benzin  və  sürtgü  materiallarına olan tələbatının 

75-90%-ni  fasiləsiz  olaraq təchiz edən  Bakı  şəhərinə  «Qəh­

rəman şəhər» adı verilmədi, halbuki  bu ada o, bəzi  şəhərlər­

dən  daha əvvəl  layiq görülməli  idi.  Azərbaycan Respublika­

sı  Prezidenti  Heydər  Əliyev  böyük  iftixar  hissi  ilə  qeyd  et­

mişdir  ki,  «əgər  Bakının  nefti  olmasaydı,  Sovetlər  İtti­



faqının qələbəsi bəlkə də mümkün deyildi...».

Faşist  Almaniyasının  Qafqazı  zəbt  etmək  planının  baş 

tutmaması  onun  Türkiyəni  de  bu  müharibəyə  cəlb  etmək 

ümidini  də  puça  çıxardı  və  SSRİ-nin  cənub  sərhədlərinin 

təhlükəsizliyi təmin edildi.

Bununla  belə  Almaniyanın  o  dövrdəki  müttəfiqləri 

olan Yaponiya və Türkiyənin  1942-ci ildə Sovetlər İttifaqına 

qarşı  müharibəyə  başlamamalannm  səbəbləri  indi  də  bəzi 

hərbi  tarixçilərin  və  hərbi  sərkərdələrin  tədqiqat  obyekti 

kimi qalmaqdadır.

Aydındır ki,  Sovetlər İttifaqı  Ali  Baş komandanlığı be­

lə  təhlükənin  mövcudluğunu  hiss  edirdi  və  ölkəyə  qarşı 

ikinci  və  ya üçüncü  cəbhənin  açıla bilməsi  ilə əlaqədar ola­

raq  həmin  istiqamətlərdə  kifayət  qədər  hərbi  qüvvə  sax­

layırdı.  Təkcə  Qafqazda  1942-43-cü  ildə  II  atıcı  diviziya və

214

2 hərbi hava qüvvələri ordusu saxlanılırdı.1 Qafqaz, eləcə de 

Qaradəniz,  Kaspi  və Azov  dənizləri  donanmaları tərəfindən 

müdafiə edilirdi.

Müharibə  illərinin diplomatik sənədlərinin öyrənilmə­

si  sübut edir ki,  1943-cü ilin əvvəlində Yaponiya və  Türkiy­

ənin  faşist  Almaniyasına  münasibəti  xeyli  soyumuşdu.  Al­

maniya  ordusunun  güclü  müqavimətinə  baxmayaraq,  o,

1943-  cü  ilin  sonundan  etibarən  heç  bir  əməliyyatda  təşəb­

büsü  öz  əlinə  ala bilmədi  və  dünya xalqları Almaniya hərbi 

qüvvələrinin yaxın  vaxtlarda məğlub olmasını gözləyirdilər.

Faşist  ordusunun  Qafqaz  dağlan  ətəklərində  məğlub 

edilərək  geriyə  çəkildiyi  dövrdən az  sonra Sovet  siyasi  rəh­

bərliyi  öz  daxili  siyasətində  bağışlanılmaz bir səhv buraxdı:

1944-  cü  ilin  fevralında  Şimali  Qafqazda  yaşayan  çox  saylı 

müsəlman  xalqları  bütövlükdə  Qazaxstan  və  Sibirə  sürgün 

edildilər.  Öz  ölkəsinin  bir  qrup  müsəlman  xalqına  qarşı  bu 

qəddar cəza tədbiri  üçün heç bir əsaslı  səbəb yox  idi  və  Sta- 

lin-Beriya-Mikoyan  qrupunun  bu  qanlı  tədbiri  müharibə 

dövrünün  siyasətinin  qara  ləkəsi  kimi  tarixə  düşdü.  Belə 

mürtəce  siyasətin  davamım biz müharibə qurtarandan  az  so­

nra  öz  evlərinə  qaytarılmış  hərbi  əsrlərin  1949-cu  ildə hərbi 

düşərgələrə sürgün  edilməsində gördük.

Əziz  veteranlar  və  qonaqlar!  Bu  məruzənin  müəllifi 

1965-ci  ildə  (Qazaxstana  1944-cü ildə sürgün edilmiş) çeçen 

yazıçısı  Xalid  Oşayev ilə  öz mənzilində  görüşmüşdür.  1926- 

cı  ildən  Sovetlər İttifaqı  Kommunist Partiyası  üzvü olan  Xa­

lid  Oşayev  söylədi  ki,  NKVD-də  xidmət edən  azğınların  tə­

ləbi  ilə  gecə  qapını  açdıqda,  onlara  partiya  biletimi  göstər­

dim,  lakin  həmin  bileti  üzümə  çırparaq  mənə  dedilər,  «çe­

çensən?,  düş  qabağıma,  sürgünə  gedirsən»  və  bizi  mal-qara 

daşıyan  çirkli  vaqonlara doldurdular.  Məlumdur ki,  onları  17



A.A.Qrcçko.  Qafqaz  uğrunda  döyüşlər.  M.,  1967,  s.473-477  (rus 

dilində).

215


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə