Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə51/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

deməklə  müəllif heç  də  M.C.Bağırova  bəraət  qazandırmaq 

məqsədi  güdmür.  Tarixi  şəxsiyyətlərə  qiymət konkret tarixi 

yanaşma və obyektivlik tələb edir.

Üçüncü,  Dağlıq  Qarabağ  hadisələri  ilə  əlaqədar olaraq 

bəzi  yazılarda bu  vilayətin  yaradılması  N.Nərimanovun  cid­

di  səhvi  kimi  göstərilir.  Lakin  məlumdur  ki,  yalnız N.Nəri­

manovun təkidi  ilə Dağlıq Qarabağ Azərbaycanın tərkibində 

saxlanıldı.  O  ki,  qaldı  Muxtar  vilayətin  yaradılmasına,  bu 

məsələ  Mikoyan-Mirzoyan  dəstəsi  tərəfindən  hazırlanmışdı 

və  onlar Zaqafqaziyadakı  rus  və  gürcü  liderlərinə  də müəy­

yən  təsir  edə  bilmişdilər.  Həmin  dövrdə  partiyanın  Qafqaz 

bürosunun  yegana azərbaycanlı  üzvü olan  N.Nərimanov  çə­

tin  ki,  həmin  plana  uğurlu  müqavimət göstərə  bilərdi.  Həm 

də  yaddan  çıxarmayaq  ki,  Dağlıq  Qarabağa  vilayət  statusu 

veriləndə  (1923)  N.Nərimanov  Azərbaycanda  işləmirdi 

(Moskvada idi).

Dördüncü,  N.Nərimanov  və  M.Ə.Rəzulzadənin  qarşı­

lıqlı  münasibətləri  məsələsi  də  sənədlər  əsasənda  geniş  iş­

lənməlidir.  Bu  iki  şəxsiyyətin  Azərbaycan  xalqının  XX  əsr 

tarixində  müstəsna  rolu  olmuşdur.  N.Nərimanovun  və 

M.Ə.Rəsulzadənin  konkret tarixi  hadisələrə münasibəti  şərh 

edilərkən  onları  bir-birindən  ayıran  yox,  bir-biri  ilə  yaxınla- 

dıran  cəhətlər  ön  plana  çəkilməlidir.  Bu  iki  tarixi  şəxsiyyə­

timizin  bir-birinə  qarşı  qoyulması  yalnız  düşmənlərimizi  se­

vindirə bilər.

Beşinci,  müasir beynəlxalq  vəziyyət baxımından  dərin­

dən  işlənməsi  vacib olan problemlərdən biri  də milli  məsələ 

və  milli  münasibətlər  problemidir.  Daşnaqlann  uzunmüd­

dətli  və  məkirli  siyasəti  baxımından  heç  olmasa indi  bu mə­

sələyə həm  nəzəri,  həm siyasi,  həm  də praktik planda xüsu­

si  fikir  verməliyik.  Bəzi  ziyalılarımızın  bu  məsələyo  sadə­

lövh, bəzən fatalist mövqedən yanaşması  dözülməzdir.

Milli  münasibətlər  probleminin  işlənməsində  respubli­

kamızın  ziyalılan  üçün  on  böyük  qüsur  laqeydlik  xəstəliyi

204

sayılmalıdır.  Bu  qüsur  üzündən  əksəriyyətimizdə  milli  və­

tənpərvərlik  hissi  kütləşmişdir,  bəzilərimizdə  isə  yox  də­

rəcəsində idi.  «Vışka» qəzetinin  1992-ci  il  15  avqust nömrə­

sində  jurnalist  V.Əfendiyevin  məqaləsindən  öyrəndik  ki, 

bədnam  Qarabağ  prorbleminin  yaranmasının  bəlkə  də  baş­

lanğıcı  sayılmalı  olan Zori  Balayanın  «Ocaq»  kitabı  Erməni­

stanın sifarişi  ilə Bakıda keçmiş «Kommunist»  nəşriyyatında 

baş  texnoloq  Aida  Manuçarovanın  səyi  ilə  təcili  olaraq 

böyük  tirajla  çap  olunaraq  Ermənistana  göndərilmiş  və  tira­

jın bir hissəsi  Azərbaycanda yaşayan  ermənilərə  paylanmış­

dır.  Biz  isə  iş-işdən  keçəndən  sonra  bütün  dünyaya  bildir­

mək  istəyirik  ki,  Zori  Balayan  millətçidir.  Həmin  məqalədə 

jurnalist  daha bir  dözülməz  fakt haqqında xəbər verir.  1972- 

ci  ilin  mayında  o,  Belarusun  Qomel  şəhərində  olarkən  tarix 

diyarşünaslıq  muzeyində  Rusiya  ilə  İran  arasında  bağlanmış 

Türkmən  çay  müqaviləsinin  əslini  görür  və  Bakıya  qayıdan 

kimi  Azərbaycan  tarixi  muzeyi  rəhbərliyinə  bu  haqda  mə­

lumat  verir.  Həmin jurnalist  bir  ildən  sonra  yenə  Qomel  şə­

hərində olarkən  öyrənir ki,  Azərbaycdan bu sənədi  aparmaq 

üçün  heç kəs gəlməyib.  Lakin  Ermənistandan  gələn turistlər 

həmin  sənədi  görən  kimi  telefonla  Matenadarana  xəbər  ve­

rərək  onu  təcili  apartdırmışdır.  Təkcə  bu  iki  fakt  bizim  bəzi 

ziyalılarımızın  milli  vətənpərvərlik  hissindən  məhrum 

oduğunu subut etmirmi?

Altıncı, ziyalılarımızın  əksəriyyəti  xalq maarifi  şəbəkə­

si  ətrafında fəaliyyət göstərir.  Bu ziyalıların  işlədiyi  ali  mok-, 

təlordə  qəbulda  mövcud  olan  qüsurların  ləğv  edilməsi  ən 

vacib  məsələlərdəndir.  Lakin təəssüflə  qeyd  etmək  lazımdır 

ki,  hakimiyətə  gəlmiş  yeni  qüvvələrin  bu  sahədə  qayda- 

qanun  yaratmaq  cəhdinə,  xüsusilə  də  qəbul  imtahanlarının 

test  üsulu  ilə  aparılmasına  qarşı  bəzi  yerlərdə  ciddi  müqavi­

mət  göstərilir.  Xalqını  sevən  həqiqi  ziyalı  ali  məktəblərdə 

rüşvətxorluğun  kökünü  kəsmək  üçün  bütün  radikal  todbirlo-

205



rin  heyata  keçirilməsinə  kömək  etməlidir.  Bu, millətin  gə­

ləcək inkişafının ən mühüm və incə məsələsidir.



Və  nəhayət,  daha  bir  problem:  respublikada  ekoloji 

böhran  vəziyyəti  yaranıb.  Bu vəziyyətdən  çıxmaq  yollarının 

tapılmasında  fəal  iştirak  etmək  texniki  ziyalılarımızın  şərəf 

işi  olmalıdır.  Kifayət  qədər  təşkilat  və  tədqiqat  obyektləri 

yaradılmasına  baxmayaraq  Xəzərin  və  ətraf mühitin  hədsiz 

dərəcədə  çirklənməsinin qarşısını almaq üçün geniş miqyas­

lı  real  tədbirlər  görülmür.  Aydındır  ki,  müharibə  şəraitində 

bu  işlərin  görülməsi  üçün  vəsait  çatışmamazlığını  da nəzərə 

almaq  lazımdır.  Lakin  ekoloji  tarazlıq  pozulandan  sonra 

görülən tə’sir çox az olacaqdır.

Əlbəttə,  deyilənlərin  hamısı  Azərbaycanın  sabahkı 

qayğılarını  tam  əhatə  etmir.  Problemlərin  çox  geniş  və  mə­

suliyyətli  olduğunu  nəzərə  alfflaq  bu  məsələ  il o  əlaqədar 

mətbuatda  fikir  mübadiləsi  aparmaq,  diskusiya  açmaq  və 

konkret fəaliyyət planı hazırlamaq çox faydalı olardı.

206

XIII fəsil

Həyatın bütün sevinci 

yaratmaqdadır.

Romen Rollan

VƏTƏNDAŞLIQ MÖVQEYİ 

MÜƏLLİFİN ELMİ YARADICILIĞIDA

Müəlifın  50  illik  elmi  yaradıcılığının  bir  çox  sahələri 

işıq üzü görməmişdir.

Onun  elmi  yaradıcılıq  fəaliyyətinin  bəzi  cəhətlərinə 

aydınlıq  gətirən  bu  hissəyə  aşağıdakı  bölmələr'  daxil  edil­

mişdir:


1.  Beynəlxalq  konfranslarda  müəllifin  etdiyi  məruzələ­

rin mətnləri

2.  «Oğuz  rayonunun  memarlıq  abidələri  və  görkəmli 

ziyalıları» adlı kinofilmin  ssenarisi.

3.  Müəllifin nəşr olunmuş əsərlərinin siyahısı.

4.  Ömür yolunun  əsas mərhələləri.

5.  Ömürdən  səhifələr (oçerk).

6.  Müəllifin  vətənpərvərlik və xatirə şerləri.



207


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə