Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə47/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

edilmiş,  müsəlman  şərqində  demokratik  respublika  tipli  ilk 

dünyəvi  dövlət  (1918)  olan  Xalq  Cümuriyyoti  do  Azər­

baycanda meydana gəlmişdir.

XX  əsrdə  Azərbaycannm  öz müstəqilliyinə  nail  olma­

sına  iki  dəfə -   1918-ci  ilin yazında və  1991-ci  ilin payızında 

-   imkan  əldə  edildi  və  bu  imkan  dövrlərinin  məzmunu  vo 

xarakteri  fərqli  olsa da,  hər iki  dəfə bu imkan  Azərbaycanın 

ərazi  etibarilə daxil  olduğu böyük  dövlətin  (Rusiya imperiy­

ası  vo  Sovetlər birliyi)  ləğvi  ilə  əlaqədar  olmuş,  və  bu mə­

nada  həmin  müstəqillik  sırf  hərb  yolu  ilə  yox,  nisbətən 

yüngül  yolla  -   xalqın  öz  müstəqilliyinə  doğru  hərəkatı  və 

şərait mövcudluğu sayəsində həyata keçirilmişdir.

1918-ci  ilin  28  mayında  elan  edilmiş  müstəqillik  Tif­

lisdə baş vermişdisə,  1991-ci  ilin  18  oktyabrında müstəqillik 

haqqında  Konstitusiya-aktı  Bakıda  qəbul  olundu.  İlk müstə­

qillik  23  ay  davam  etdisə,  ikinci  dəfə  əldə  edilmiş  müs­

təqilliyin on yaşı tamam oldu və bu böyük tarixi  nailiyyətdir.

Beləliklə,  XX yüzilliyin  11  ilində  Azərbaycan  müstə­

qil  dövlət  statusu  ilə  yaşamışdır  və  yaşayır.  Bundan  iki  ili 

əsrin  əvvəllərində,  9  ili  əsrin sonunu əhatə edən  müstəqillik 

dövrüdür. Bu 9 illik dövrün əvvəlki 3  ilində ölkədə siyasi və 

iqtisadi  vəziyyət  çox  gərgin  olmuşdur.  «Azərbaycan  Res­

publikasının  dövlət  müstəqilliyinin  10-cu  il  dönümü  haqqın­

da»  Azərbaycan  Respublikası  prezidenti  Heydər  Əliyevin 

2001-ci  il  20  mart  tarixli  fərmanında  deyilir:  «Müstəqilliyi 

bəyan  etmiş  1991-ci  ilin  18  oktyabrından  sonrakı  dövrdə, 

xüsusilə  1991-1993-cü  illərdə  xalqımızın  XX  əsrdə  gərgin 

əməyi  ilə  yaradılmış  qüdrətli  iqtisadi  potensial  amansızcası­

na  dağıdıldı,  milli  sərvətlər talan  edildi.  İctmai-siyasi  həyat­

da,  iqtisadiyyatda hərcmərclik,  bir qarışıqlıq,  «dövlət reketi» 

hökm  sürürdü...  Nəticədə  1993-cii  ilin  yazında  Azərbaycan 

dövlətçiliyi  böhran  və parçalanma həddinə  çatdı...»1.

188

«Xalq» qəzeti,  23  mart, 2 00)-ci  il.



Azərbaycanın  öz  müstəqilliyini  bərpa etdikdən  sonrakı 

10  il  çox  gərgin  bir  dövr olmuşdur.  Bu  dövrün  əvvəlinə  aid 

olan  1988-92-ci  illərdə  bir neçə  dəfə  hakimiyyət  dəyişikliyi 

baş  verdi.  1993-cü  ilin  yayında  isə  faktiki  olaraq  vətəndaş 

müharibəsi  başlandı.  Bütövlükdə  1995-ci  ilə  qədərki  dövr 

müstəqilliyi  qoruyub  saxlamaq  dövrü,  bundan  sonrakı  ikinci 

dövr  isə  Azərbaycanda  ictimai-siyasi  sabitliyin  yaradılması 

və inkişafı dövrü adlandırmaq olar.

XX  əsrin  son  9  ilinin Azərbaycana gətirdiyi  «yenilik»- 

lərdən biri  çoxsaylı  müxalifət partiyalarının və  qüvvələrinin 

olmasıdır.

Əslində  müxalifət  siyasi  mübarizə  üçün  yaradılır  və 

onun  fəaliyyətində  siyasi  mədəniyyət  əsas  amillərdən  biri 

olmalıdır.

Siyasi  mədəniyyət  bu  kitabın  mövzusunun  əsası  ol­

duğu  üçün  Azərbaycanın  müasir  siyasi  müxalifəti  haqqında 

bəzi  tikirləri söyləmək yerinə düşər.

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünü  əhatə  edən 

iki  ilə  yaxın  bir  müddətdə  parlamanın  və  dörd  dəfə  dəyişən 

hökümətin  tərkibində  olan  şəxslərin  intellektual  səviyyəsi 

ilə  1992/93-cü  ildə  bir il  ərzində  Azərbaycana  rəhbərlik  et­

miş  Xalq  Cəbhəsi  -   müsavat  hakimiyyətini  təmsil  edən 

şəxslərin  intellektual  səviyyəsini  müqayisə  etdikdə  (70  il 

keçməsinə  baxmayaraq)  sonuncular  çox  zəif  görünürlər. 

Deməli  70  illik  Sovet  sisetmi  dövrü  indiki  müxalifət  qüvvə­

lərinin  yetişməsi  üçün  uğurlu  olmamışdır.  Görünür  qismən- 

də buna  görədir  ki,  Azərbaycanda  indi  40-a yaxın  müxalifət 

partiyası və qrupu vardır.

Son  illər  Azərbaycan  mətbuatında  ara-sıra  «Biz  nə 

üçün  birləşə  bilmirik?»  və  buna  bənzər  adda  yazılara  rast 

gəlirik.  Bu  yazıların çoxusu giley xarakterlidir vo  məzmunca 

səthidir.  Bunu  xalqımızın  mentaliteti  ilə  əlaqələndirənlər də 

vardır.  Lakin  bu  səhv  fikirdir.  Görünür  bunun  səbəbi  məsə­

ləsinə kompleks şəkildə baxılmalıdır və onda məlum olur ki,



189


bu  vəziyyətin  daxili  və  xarici  səbəbləri  vardır.  Bu  səbəblər 

haqqında  əvvəlki  bölmələrdə  bəzi  mülahizələr  söylənmiş­

dir.  Burada  əlavə  olaraq  bir  səbəb  haqqında  ayrıca  deməyə 

ehtiyac  duyulur.  Azərbaycan  diasporu  xarici  ölkələrdə, 

Azərbaycan müxalifəti  isə  ölkə  daxilində hətta öz  aralarında 

birlik  yarada  bilməyiblərsə,  hazırki  dövrdə  Azərbaycan xal­

qının hansı birliyindən danışmaq olar?!

Azərbaycan  üçün  hazırda  taleyüklü  məsələ  bədnam 

qonşu  Ennənistanla,  Dağlıq  Qarabağla  bağlı  münaqişənin 

nizama  salınmasıdır.  Lakin  məsələnin  həllini  çətinləşdirən 

də odur ki, Azerbaycanın ərazi  bütövlüyünü hazırda  Erməni­

standan başqa bütün dünya qəbul  etsə  də, bu pozulmuş  ərazi 

bütövlüyünü  bərpa  etmək  üçün  Dünya  birliyi  tərəfindən 

konkret və  real köməklik edilmir,  bu məsələdə  ikili  standar­

ta yol verilir.

Azərbaycan  Prezidenti  Heydər  Əliyev  2000-ci  ilin  7 

sentyabrında  Nyu-Yorkda  keçirilmiş  Minilliyin  zirvə  görü- 

şündəki  çıxışında demişdir:  «XX  əsr başa çatır.  Bu  yüzüllük 

bəşəriyyətin  yaddaşında  mənəvi-intellektual  tərəqqi  ilə  və 

iki  dünya  müharibəsində  tökülmüş  qanlarla,  imperiyaların 

süqutu  və  onlarca  yeni  suveren  dövlətlərin  yaranması  ilə, 

«soyuq  müharibənin»  doğurduğu  gərginlik  və  sülh,  sabitlik 

naminə  göstərilən  kollektiv  səylərlə  qalacaqdır.  Bəs  qarşı­

dan gələn yüzillikdə dünya necə olacaqdır...

Təəsüflər  olsun  ki,  Cənubi  Qafqaz  həmin  problemlə­

rin,  hədələrin  və  risklərin  aydın  şəkildə  təzahür  etdiyi  re- 

qiona çevrimişdir.  Ermənistanın  Azərbaycana qarşı təcavüzü 

milyonlarla  insana  saysız-hesabsız  fəlakətlər  gətirmiş,  bu 

təcavüz  Cənubi  Qafqazda  vəziyyətin  sabitliyini  pozan  baş­

lıca amil olmuşdur.

Bu  təcavüz  gedişində  Ermənistan  silahlı  qüvvələri 

Azərbaycan  ərazisinin  20  faizini  işğal  etmiş,  etnik  təmizlə­

mə  apannış  və  bir  milyon  əhali  öz  doğma  yerindən-yur­

dundan  zorla qovulub  çıxarılmışlar.  Bununla  əlaqədar BMT-



190

nin  Təhlükəsizlik  Şurası  qəbul  etdiyi  dörd  qətnamədə  Azər­

baycan  Respublikasının  suverenliyini,  ərazi  bütövlüyünü  və 

sərhədlərinin  pozulmazlığını  birmənalı  şəkildə  təsdiqləmiş 

və  Ermənistan  silahlı  qüvvələrinin  işğal  etdikləri  Azər­

baycan  ərazilərindən  dərhal,  qeyd -   şərtsiz çıxarılmasını  tə­

ləb  etmişdir.  Ancaq  Təhlükəsizlik  Şurasının  qərarları  1993- 

cü  ildən  bu  günə  qədər  hələ  də  kağız  üzərində  qalmaqda­

dır...»


Azərbaycana  münasibətdə  bu  ögeylik  üçün  heç  bir 

əsas yoxdur.

Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  22 

yanvar  tarixli  fərmanı  ilə  Şərq  aləmində,  ilk  dəfə,  hamıdan 

əvvəl,  ölkədə  ölüm  cəzası  ləğv  edilmişdir.  Bu,  çox  böyük 

tarixi addımdır.

Türkiyənin  Cümhur başqanı (Prezidenti) cənab Əhməd 

Necdət  Sezər 2000-ci  ilin  iyununda demişdir: «İslam ölkələ­

ri  arasında  ilk  teatr tamaşası  göstərən,  ilk  qəzet çıxardan,  ilk 

respublika  quran,  latın  əlifbasım  birinci  qəbul  edən,  ölüm 

hökmünü  birinci  ləğv edoıı ölkə kimi Azərbaycan bölkəmizə 

vo dünyaya çox böyük töhvəler vermişdir»1.

Prezident  Heydər  Əliyevin  «Dövlət  dilinin  tətbiqi  işi­

nin  təkmilləşdirilməsi  haqqında»  fərmanı  ve  milli  mədə­

niyyətimizin  və  mədəni  dəyərlərimizin  qorunması  ilə  əla­

qədar bəyanatı  son  dövrdə  Azərbaycan  xalqının  mədəni  vo 

mənəvi  həyatının  inkişafına  istiqamət  verən  mühüm  sənəd­

lərdir.  Bütün  bunlar  da Azərbaycanın  son  illərdə  əldə  etdiyi • 

nailiyyətlərdir.

XX  əsrin  son  dövrünün  nailiyyətini  əks  etdirən  daha 

bir  məsələ  türk  xalqları  birliyinə  aiddir.  Türkçülük,  islamçı­

lıq  və  müasirlik  rəmzlərini  ifadə  edən  üç  rəngli  milli  bay­

rağımız xalqa yenidən qaytarıldı.  XX əsrin 90-cı  illərinin əv­

vəlində  (SSRİ-nin  dağılması  zəminində)  dünyada  altı  mü-



«Xalq» qəzeti,  13  iyul 2000-ci  il.

191


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə