Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə43/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

IX  fəsil

XX ƏSRDƏ AZƏRBAYCAN-TÜRKİYƏ 

SİYASİ ƏLAQƏLƏRİNİN 

ƏSAS MƏRHƏLƏLƏRİ

«Türkiyə  və  Azərbaycan  xalqları 

arasındakı  dostluq  həmişə  qırılmaz 

olubdur.  Ancaq  Azərbaycanın  döv­

lət  müstəqilliyi yolu  ilə  inamla  irə­

lilədiyi  son  illərdə  Türkiyə-Azər­

baycan  dostluğu  tarixində  görün­

məmiş  zirvəyə  qalxmışdır.  Biz  hə­

yatın  bütün  sahələrində  Türkiyə- 

Azərbaycan  dostluğuna,  əməkdaşlı­

ğına  xüsusi  əhəmiyyət  veririk,  bu 

əməkdaşlıqdan  böyük  bəhrələr  gö­

türürük»

HEYDƏR ƏLİYEV

Hesablamalara  görə  indi  Türkiyədə  və  Azərbaycanda 

yaşayan^arixi kökləri  və mənşələri  etibarilə,  şifahi  dil  quru­

luşu  və  üslub  tərzi,  adət-ən’ənələri  ilə  biri-birinə  çox  yaxın 

və  bəzi  hallarda  oxşar  olan  azəri  və  osmanlı  türkləri  tarixin 

əksəriyyət  mərhələlərində  biri  diqərinə  dayaq  olmuşlar.  Bu 

yaxınlıq  XX  əsrdə  böyük  sınaqlardan  uğurla  çıxmışdır.  Ha­

zırda  qardaş  Türkiyədə  əslən  Azərbaycanlı  olan  3  milyona 

qədər azəri türkü yaşayır.

Azərbaycanlıların  XX  əsrdə  Türkiyəyə  axını  əsasən



172

aşağıdakı devrlərdə olmuşdur:

1905-1907-ci  illər;  1918-20-ci  illər;  30-cu illər,  II dün­

ya müharibəsi  illəri  və  1970-80-ci ilər (əsasən İranda yaşay­

an azərbaycanlılar hesabına).

Göstərilən dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin 

əsas istiqamətlərinə nəzər salaq.

1905-ci  ilin  fevralın  6-10-da  Bakıda,  eləcə  də  Azər­

baycanın  digər  ərazilərində  ermənilərin  törətdikləri  milli 

qarşıdurma  zəminində  min  nəfərə  qədər  insan məhv  edildi. 

Görkəmli  yazıçı  Məmməd  Səid  Ordubadinin  «Qanlı  illər» 

romanında  (1911-ci  ildə  yazılmışdır)  deyilən  milli  qırğın 

haqqında  geniş  melumat  verilmişdir.  Sovet  siyasi  ədəbiyya­

tında bu  hadisə,  Bakı  şəhərində  çar  Rusiyanın polis  rəisinin 

güclənən  inqilabi  hərəkatın  qarşısını  almaq  üçün  təşkil  et­

diyi  milli  qırğın  kimi  şərh  edilirdi.  Həqiqət  isə  bundan  iba­

rətdir  ki,  ermənilərin  Azərbaycan  ərazilərində  terror  əmə­

liyyatları  1813-cü ildən başlanmışdır və  1905-ci ildə göstəri­

lən  qanlı  qarşıdurma  və  erməni  terroru  qorxusu  Azərbaycan 

türklərindən xeyli adamın Türkiyəyə köçməsinə səbəb oldu.

1918-1920-ci  illər Azərbaycan  xalqının siyasi həatında 

çox gərgin dövr olmuşdur.

Rusiya Sovet höküməti  başçısı  Lenin  tərəfindən xüsusi 

mandat  verilmiş  Stepan  Şaumyan  özünü  Qafqazın  canişini 

kimi  aparırdı  və  Rusiyanın  hərbi  köməi  ilə  Bakıda  yaradıl­

mış  Bakı  kommunası  hökümətinə  başçlıq  edirdi.  Türkiyə 

generalı  Nuru  Paşanın  başçılığı  altında  Şaumyan-daşnaq- 

bolşevik  ordu  dəstələrinə  qarşı  hərbi  əməliyyatlar  beş  ay 

davam  etdi  və  1918-ci  ilin  15  sentyabırında  Bakı  düşmən 

qüvvələrdən  azad edildi.  Bu döyüşlərdə  1300  türk əsgəri  və 

zabiti,  bundan  bir  qədər  çox  Azərbaycan  hərbiçisi  şəhid  ol­

dular.


1918-20-ci  illərdə  23  ay  yaşamış  Azərbaycan  Xalq 

Cümhuriyyəti  dövlətinin  ərazisi  Rusiyanın  XI  ordusu  tərə­

findən zəbt  edildikdən  (28/IV-20)  sonra Azərbaycanda yerli

173



müsəlman  əhaliyə  qarşı  kütləvi  terror  başlandı  və  əhalinin 

xeyli  hissəsi  Türkiyəyə mühaciət etməyə məcbur oldu.  Gör­

kəmli  dramaturq Cəfər  Cabbarlı  1919-cu  ildə  yazdığı  «Bakı 

müharibəsi»  pyesi,  Mirzə  bala  Məmmədzadənin  «Bakı  uğ- 

runda  müharibə»  pyesi  göstərilən  hərbi  döyüşlərə  həsr 

olunmuşdur.

Qədim  türk  adət-ənənələrinə  görə  türk  əsgəri  öldüyü 

yerdə  dəfn  edilməlidir.  Bakı  uğrunda döyüşlərdə (1918) hə­

lak olmuş türk əsgər və zabitləri  Bakıda dağüstü parkda (in­

diki  şəhidlər xiyabanının  alt  qatında)  dəfn  edilmişdilər.  Şa­

maxı  ilə  Mərəzə  arasında  Acı derə  adlanan  yerdə  1918-ci 

ildə  dəfn edilmiş  türk zabiti  Qədir əfəndinin  məzarı  indi  də 

böyük qayğı və ehtiram ilə saxlanılır.

1923-cü  ilin  29  oktyabrında  Türkiyə  Cümhuriyyəti  öz 

müstəqilliyinə  nail  oldu və  böyük öndər Mustafa Kamal  pa­

şa  Atatürkün  başçılığı  altında  yeni  dövlətin  quruculuğuna 

başlandı.  Həmin  günlərdə  Atatürk  demişdi:  «...Türkiyənin 

yeni və modern bir dövlətə ehtiyacı var.  Bu məmləkət yuxa­

rıdan  aşağıya  dəyişdirilməlidir.  Ordu  biliksiz,  ləyaqətsiz za­

bitlərdən  təmizlənməlidir.  Köhnə  qanunlar ləğv edilməlidir. 

Fəs  atılmalı,  qadın  qəfəsdən  çıxarılmalı,  onlara  azadlıq  ve­

rilməlidir.  Bir kişi bir qadından  artıq başqasıyla evlənməmə­

lidir!..  Kişilər və qadınlar eyni  hüquqlara sahib  olmalı,  avro­

palılar kimi yaşamalıdırlar.

Demokratik  bir  cəmiyyətdə  Türkiyənin  bütün  sosial 

məsələlərini həll etmək olar...»

Atatürkün  başçılıq  etdivi  demokratik  Türkiyə  Azər- 

baycana bacardığı köməyi  əsirgəmədi.

XX əsrin 30-cu illərində Azərbaycanda aparılan elliklə 

kollektivləşmə  dövründə  din  xadimləri,  ziyalılar  və  varlı 

əhalinin bir hissəsi Türkiyəyə mühacirətə məcbur oldular.

II  dünya  müharibəsi  illərində  hərbi  əməliyyatlarda 

mühasirə  vəziyyətində  olaraq  əsir  düşmüş  əzəri  döyüşçülə­

rin  bir hissəsi  Məmməd  Əmin Rəsulzadənin  köməyi  ile  Al­



174

maniyada  və  Polşada  olan  əsir  düşərgələrindən  Türkiyəyə 

ötürüldülər.

Böyük  öndər  Atatürk  dahi  uzaqgörənliklə  demişdi: 

«Ola  bilər  ki,  Sovetlər  Birliyi  də  bir vaxtlar Osmanlı  impe­

riyası  və  Avstriya-Macarıstan  kimi  dağılsın və ovcunda sax­

ladığı  ölkələr  qaça  bilərlər.  Nəticədə  dünya yeni  bir  dilem­

ma  qarşısında  qalar.  O  zaman Türkiyə  nə  edəcəyini  indidən 

bilməlidir.  Çünki  Sovetlər  Birliyində  bizim  dil  bir,  inancı 

bir,  özü  bir  qardaşlarımız  var.  Onlara  sahib  çıxmağa hər za­

man  hazır  olmalıyıq.  Xüsusilə  də  Azərbaycanın  tam  bir 

müstəqil dövlət halına gəlməsinə tərəfdarıq...»’.

II  dünya müharibəsindən  sonrakı  illərdə,  əvvəlki  illər­

də  olduğu kimi,  Mərkəzi  sovet höküməti  Azərbaycanın Tür­

kiyə  ilə  əlaqələrinə  imkan vermədi.  Sovetlər İttifaqı rəhbər­

liyinin  Türkiyəyə  düşmənçilik  siyasəti  bir  kökdən  olan  iki 

türk xalqının  arasında  keçilməz  bir  sədd  yaratmışdı  və  Tür­

kiyədə  yaşayan  bütün  Azərbaycan  türkləri  millətçi  və  «mu- 

savat»çı  kimi  qələmə  verilirdi.  70-ci  illərin  ortalarında 

SSRİ-də  demokratikləşmə  istiqamətlərində  müəyyən  irəli­

ləyiş  başladıqda  bu  proses  Türkiyə  ilə  münasibətlərə  kiçik 

bir  yumşalma  gətirdi.  Məsələn,  1975-ci  ilin  sentyabrının 

ikinci  yarısında  Azərbaycandan  böyük  bir  qrup  ziyalının 

Türkiyəyə  turist kimi  göndərilməsinə  icazə verildi.  Bu sətir­

lərin müəllifi  də Türkiyəyə getməyə  icazə  verilən  həmin 24 

nəfər  azəri  türklərindən  biri  olmuşdur.  15  gün  davam  edən 

Türkiyəni  bu  ziyarət  zamanı  Azərbaycanlı  mühacirlərin  öv­

ladları  ilə  də  ara-sıra  görüşürdük  və  onlar Sovet siyasi  siste­

minə öz nifrətlərini gizlətmirdilər.

Türkiyədə yaşamış Azərbaycan mühacirətinin görkəm­

li  nümayəndələri  haqqında  bu  sətirlərin  müəllifinin  1997-ci

Atatürkün  milli  xarici  siyasəti.  1919-1923-cü  illər.  Ankara,  1981, 

s.201.

175



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə