Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə45/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

yə  böyük  maneçiliklər  olmuşdur  (daşnak  Ermənistanı,  Şi­

maldan  Denikin  ordusu  və  s.)  və  ölkə  iqtisadi  blokada  və­

ziyyətində idi.

Azərbaycanlı  müəllif Miryaqub  Mehdizadə’  «Beynəl­

xalq  siyasətdə  petrol»  adlı  kitabında  (ilk  dəfə  1928-ci  ildə 

İstanbulda  nəşr  edilmişdir)  1918-22-ci  illərdə  Rusiyanın  və 

beynəlxalq  şirkətlərin  Bakı  neftini  öz  ellərinə  keçirmək 

üçün  apardıqları  siyasi  rəqabətləri  geniş  şərh  etmişdir  (əsər

1994-cü ildə Bakıda yenidən nəşr edilmişdir).

Göstərilən  illərdə  Nəriman  Nərimanovun  böyük  fəa­

liyyəti  nəticəsində  Azərbaycan  neftinin  bir  hissəsi  Sovet 

Rusiyası  höküməti  vasitəsilə  xaricə  satılaraq,  kapital  əldə 

edilmişdi.  Digər tərəfdən N.Nərimanov ona nail  olmuşdu ki, 

SSRİ  yaradıldıqdan  sonra  İttifaq  büdcəsindən  Azərbaycana 

«neft fondu»  adı  ilə  (Respublika büdcəsindən əlavə) hər il  5 

milyon  rub.  verilirdi  və  bu  məbləği  Azərbaycan  höküməti 

hər il özü istədiyi məqsədlər üçün istifadə edirdi.

Göründüyü  kimi  zəngin  sərvətimiz  olan  neft  bizim 

üçün həmişə «baş ağrısı» olmamışdır.

II  dünya  müharibəsi  ərəfəsində  Azərbaycan  neftinin 

qələbədə  rolu  beynəlxalq  əhəmiyyət  kəsb  etmişdir.  Heydər 

Əliyev  demişdir  ki,  «Azərbaycan  nefti  keçmiş  SSRİ  kimi 

böyük  bir  dövlətin  inkişaf  etməsində  xüsusi  rol  oynamış­

dır»2.


Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  (1991) 

sonra zəngin  sərvətimiz  olan neftdən Azərbaycanın  mənafe­

lərinə  istifadə  edilməsi  məsələsi  prezident  Heydər Əliyevin 

Neft strategiyasının əsasını  təşkil edir.

Azərbaycan  dünyada  ilk  dəfə  neft  hasil  edən  ölkədir. 

Məşhur  İtaliya  səyyahı  Marko  Polo  «Kitab»  adlı  memuann- 1

 2



Azərbaycan Xalq Cumhurriyyəti dövründə beynəlxalq  konfranslarda 

iştirak  etmək  üçün  təşkil  edilmiş  komissiyamn  (Əlimərdan  bəy 

Topçubaşovun rəhbərliyi  altında) üzvü  olmuşdur.



«Xalq» qəzeti,  16 dekabr 2000-ci  il.

180

da  Çinə  gedərkən,  yolüstü  Azərbaycandan  keçməsi  haqqın­

da yazır və qeyd edir ki,  1272-ci ildə o,  Azərbaycanda quyu­

lardan  küllü  miqdarda  neft  çıxarıldığını  görmüşdür  və  bu 

nefti  dəvə karvanları daşıyırdı.

Xəzər  dənizində  olan  200-dən  çox  neft  yatağından 

145-ə  qədəri  dənizin  Azərbaycan  sektorundadır.  Dənizin 

dibindən  neft çıxarılmasında  da Azərbaycan dünyada birinc­

idir.  Məşhur  «Neft  daşları»  adlanan  yerdə  1949-cu  ildə  də­

nizin dibindən neft çıxarılmasına başlanmışdır.

Prezident  Heydər  Əliyev 90-cı  illərin  ortalarından baş­

layaraq  müstəqil  Azərbaycan  dövlətinin  neft  strategiyasını 

işləyərək «Əsrin  müqaviləsi»nin bağlanmasına (1994),  «Bö­

yük  ipək  yolunun  bərpasına,  Neft  və  qaz  üzrə  Transqafqaz 

magistralının  inşası  üzrə  tədbirlərin  həyata  keçirilməsinə 

nail  oldu  və  bu  tədbirlərin  hər  biri  ayrılıqda  mühüm  siyasi 

və  iqtisadi  tədbirlərdir.  Böyük  uzaqgörənliklə  işlənib  hazır­

lanmış  neft  strategiyası  Azərbaycanın  gələcəyə  istiqamət­

lənən nəhəng inkişaf planıdır»1.

Azərbaycan  neftinin  geniş  miqyasda  istahsalı  üzrə 

bağlanmış  «Əsrin  müqaviləsı’»ndən  sonra  Azərbaycan  xarici 

şirkətlərlə 21  neft müqaviləsi  bağlamışdır və bu müqavilələr 

əsasında  neft  sənayesinin  inkişafına  60  milyard  ABŞ  dolları 

həcmində  investisiya  qoyulması  nəzərdə  tutulur.  2000-ci 

ildən  başlayaraq  Azərbaycanda  Dövlət  Neft  Fondu  yaradıl­

mışdır.


Prezident  Heydər  Əliyevin  hazırladığı  neft  strategiya­

sının  mühüm  tərkib  hissəsi  Bakı-Tbilisi-Ccyhan  əsas  ixrac 

boru kəmərinin inşasıdır ki, onun da tikintisinə başlanmışdır.

Azərbaycan  Respublikası  Prezidenti  İcra  Aparatının 

rəhbəri  Ramiz  Mehdiyev  2001-ci  ilin  iyununda  mətbuatda 

dərc  etdiyi  «Azərbaycanda  müstəqil  dövlət  quruculuğu  təc-



Ramiz  Mirzəycv.  Heydər Əliyev  və  müstəqil  Azərbaycan dövlətinin 

yeni  neft strategiyası,  B.,  1999.

181


rübəsi:  uğurlar,  problemlər və  perspektivlər»  adlı  məqalədə 

yazır  ki,  «...  indi  dövlətin  bir  milyard  dollardan  çox  (Neft 

fondu  da daxil olmaqla) valyuta ehtiyatı vardır»1.

Azərbaycan  eləcə  də  Bakı-Qroznı  neft  kəməri  (1983- 

cü  ildə  işə  başlamışdır),  Bakı-Novorossiysk  boru  xətti 

(1997),  Bakı-Tiflis-Ərzrum qaz kəməri  (tikilməkdədir)  vasi­

təsilə  öz yanacağını  xarici bazarlara çıxarmaq  imkanına ma­

likdir.


Prezident  Heydər  Əliyevin  təşəbbüsü  ilə  neft  və  qaz 

üzrə  transqafqaz  magistralının  da  inşasına  başlanmışdır.  Be­

ləliklə  yaradılan  Avropa-Qafqaz-Asiya  (Traseka)  nəqliyyat 

dəhlizi  Azərbaycanın  dünyada  geosiyasi  mövqeyini  qat-qat 

gücləndirmişdir.  «Vaşinqton  Tayms»,  qəzuti  hələ  1997-ci 

ilin  sentyabrında  yazmışdı:  «1900-cu  ildən  dünyada  aparıcı 

neft  istehsalçısı  olan Azərbaycan  yenə  də  əfsanəvi sərvətlər 

məmləkəti hesab edilir»2.

Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  prezidenti 

Devid  Vurvord  2001-ci  ilin  avqustunda  etdiyi  çıxışların  bi­

rində  demişdir:  «Dünyanın  öz enerji  ehtiyatlarına görə  arxa­

lanmaqda  davam  etdiyi  bir sənayeni  150  il  bundan  öncə  ya­

ratmış  bir ölkə  kimi  Azərbaycan heç  də  təsadüfi  deyildir ki, 

yenidən beynəlxalq  enerji  miqyasında həlledici  rol oynamaq 

ərəfəsindədir»3.

Heydər  Əliyevin  neft  və  qaz  strategiyası  Azərbaycan 

üçün  tarixi  əhəmiyyəti  olan  siyasi  bir  aktdır.  Bu  strategiya 

Azərbaycanı  bərabərhüquqlu  tərəfdaş  kimi  Türkiyə  ilə  sıx 

bağladı və Azərbaycanın təhlükəsizliyini  möhkəmlətdi.

2

3



182

«Xalq»  qəzeti, 23  iyun 2001-ci il.

Bax.:  «Xalq» qəzeti, 25  sentyabr  1997-ci  il. 

Bax.:  «Azərbaycan» qəzeti,  31  avqust 2001-ci  il

X I  fasil

DÜNYA SİYASƏTİNDƏ AZƏRBAYCANIN 

İŞTİRAKININ GENİŞLƏNMƏSİ

SSRİ  tərkibində  olduğu  70  ildə  Azərbaycan  xalqının 

Dünyanın  digər  xalıqları  ilə  əlaqələri  çox  zəif  olmuşdur. 

Rəsmi  xarici  siyasətdə  bunun  üçün  çoxsaylı  qadağalar  qoy­

ulmuşdu.  Əcnəbi  ölkələrdə  yaşayan azərbaycanlı  mühacirlər 

ve  II  dünya müharibəsi  illərində  əsir düşərək xarici ölkələr­

də yaşayan həmvətənlərimizə «antisovet»  element və poten­

sial  düşmən  kimi  baxılırdı,  və bu  da xarici  əlaqələri  ifrat də­

rəcədə məhdudlaşdıran əsas bəhanələrdən biri idi.

Stalinin  ölümündən  (1953)  sonra  Sovet  imperiyasının 

inzibati amirlik sistemində bir qədər demokratikləşmə meyli 

baş verdisə  də,  bu  əhvali-ruhiyyə  davam etdirilmədi:  bu illə­

rin ən  böyük üğürü  siyasi məhbusların  və əsirlikdə  olmuşla­

rın  sürgün  düşərgələrindən  buraxılması  və  siyasi  məhbusla­

ra bəraət verilməsi oldu.

Yenidənqurma  dövrü  dalğasında  üzə  çıxaraq  haki­

miyyətə  gəlmiş  Mixayıl  Qorbaçovun  hakimiyyəti  dövründə 

də  davam  edən  rüsvayçı  Sovet-Əfqanıstan  müharibəsi,  Çe­

çenistanda  mənasız  hərbi  əməliyyatlar  Sovet  siyasi  sistemi­

nin tənəzzülünü daha da sürətləndirdi.

Bütün  böyük  imperiyalar  kimi  Sovet  imperiyası  da 

(xoşbəxtlikdən,  dinc  yolla)  dağıldı  və  SSRİ  tərkibində  olan 

12 respublika xalqları  öz müstəqilliklərini  e’lan etdilər.

Azərbaycan  öz müstəqilliyini  e’lan  edərkən  şovinist və 

ermənipərəst  M.Qorboçovun  xəyanəti  səbəbindən  Erməni­

stan  ilə  faktiki  olaraq  müharibə  vəziyyətində  idi.  Bununla 

belə  müstəqilliyin  əldə  edilməsi  ümüd  verirdi  ki,  bütün  ağır

183



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə