Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə65/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

Yevlaxda  dəmir  yol  qatarının  vaqonuna minməklə  ağ­

caqanadların  amansız  hücumlarından  canımızı  qurtarıb  bir 

qədər dincəldik və  səbirsizliklə  gözlədiyimiz Bakıya çatdıq. 

Qısa istirahətdən sonra yenə də qatarla üç sutkaya Moskvaya 

çatdıq və o zaman Krapotkin küçəsində İnturistin 9 mərtəbə­

li  mehmanxanasının  8-ci  mərtəbəsinə  lift ilə  qalxmaq  da bi­

zim  üçün  böyük  bir  yenilik  idi.  Moskvanın  məşhur  Qızıl 

Meydanı  yerləşdiyimiz mehmanxananın yaxınlığında olduğu 

üçün  oradan  hər  gün  keçirdik.  Gəzdiyimiz  muzeylər,  istira­

hət  parkları,  zoopark  və  digər  əyləncə  yerləri  bizim  dünya 

görüşümüzə  çox  böyük  təsir  bağışladı.  Qumlax  kəndində 

1937-1937-ci  illərdəki  müəllimlik  fəaliyyətində  də  Moskva 

səfərinin təsirini həmişə hiss etmişəm.

1939-cu ilin dekabrında hərbi xidmətə çağrıldım.



Hərbi xidmət illəri

İkinci  dünya  müharibəsi  Avropada  1939-cu  ilin  I 

sentyabrından  davam  edirdi.  Kənd  məktəblərində  müəllim­

lər  çatışmadığına  görə  Sovetlər  İttifaqında  onların  hərbi 

xidmətə  çağrılmasına  möhlət  verilmişdi.  Lakin  1939-cu  ilin 

30  noyabrında  Sovet-Finlyandiya  müharibəsi  başlandığı 

üçün  bu  möhlət  ləğv  edildi  və  dekabrda  hərbi  xidmətə 

çağrıldım.  Moskva  hərbi  dairəsində Zenit  artilleriyası  hissə­

sində  xidmətə  başladım.  51  saylı  diviziyanın  ştabı  Losino- 

Ostrovski  deyilən  şəhərcikdə  (sonralar  Babuşkin  şəhəri  ad­

landı)  yerləşirdi.  Diviziyanın  176  saylı  alayının  (müharibə 

başlandıqdan  sonra  1798-ci  alay)  2-ci  divizionunun  5-ci  ba­

tareyasında  xidmətə  başladım.  Batareyamız  Moskvadan  30 

km  şimalda  Sovyolovsk  dəmir yolu  xətti  üstündə  olan  Xov- 

rino stansiyasına yaxın düzənlikdə yerləşmişdi.

Almaniya hərbi  komandanlığı  Finlyandiyaya güclü kö­

mək  edirdi  və  fınlərin  Mannerheym  müdafiə  xəttini  dağıt- 

258

maq  üzrə  hərbi  əməliyyatlarda  Sovet  ordusu  böyük  itgilər 

verirdi və müharibə uzandı.

Bizim  hərbi  hissə  də  həmin  müharibə  cəbhəsinə  gön­

dərilmək  üçüe  hazırlanırdı.  Finlandiya  ərazisi  qışda  uzun 

müddət  qar ilə  örtüldüyü üçün və  əsasən meşəliklərdən  iba­

rət  olduğuna  görə  bizə  xizək  üstündə  hərəkəti  öyrətdilər. 

Ordunun  bütün  heyəti bir saata 25  km meşə zolağını xizəklə 

qət  etmək  üzrə  imtahan  verməyə  başladı.  Qış  mövsümünə 

uyğun  olaraq  ağ  xalatda  məşq  edirdik.  Ordu  günü  olan  23 

fevralda (1940)  «əskəri  and»  içdik və hər gün cəbhəyə «yü­

rüş»  komandasını  gözləyirdik.  Lakin  martın  12-də  Finlandi­

ya ilə sülh müqaviləsi imzalandı.

1941-ci  il  hərbi  sahədə'Sovetlər Ölkəsi üçün çox gərg­

in  il  idi.  Ölkə  Almaniya  ilə  gözlənilən  müharibəyə  hazırla­

şırdı.  Həmin  ilin  aprelində  Moskva  hərbi  dairəsində  döyüşə 

hazırlıq  üzrə  ciddi  yoxlama  aparıldı.  Bu  yoxlama  zamanı 

mən  top  mərmilərinin  atılandan sonra  fəzada düşmən təyya­

rəsinin uçduğu  hündürlükdə  düşmən təyyarəsi  ilə görüşməsi 

üçün mərminin başındakı  siferblatda bərabər rəqəm yığılma­

sı  əməliyyatına  bir  səmərələşdirici  təklif  verdim:  o  zaman 

bu  əməliyyat  iki  nəfər  tərəfindən  dairəvi  açar  ilə  «Puazo» 

adlı  pribordan  səs  ilə  verilən  komanda əsasında  yerinə  yeti­

rilirdi.  Bu  açarda cəmisi  iki dəlik var idi, və bəzən pribordan 

deyilən  rəqəmlər mərminin  siferblatının  görünməyən  hissə­

sində  olduğundan əməliyyatda  çətinlik  törədirdi.  Mən  təklif 

etdim  ki,  bu  dəliklər  dörd  olarsa,  həmin  uyğunsuzluq  ləğv 

edilər.  Mənim bu təklifim oradaca yüksək tərkibli  komissiya 

tərəfindən  qəbul  olundu  və  bir  neçə  gündən  sonra  Moskva 

hərbi  dairəsi  komandanı  ordu  generalı  İ.V.Tülenov  tərəfin­

dən  mən  üzərində  müvafiq yazı  olan  qol  saatı  ilə  təltif edil­

dim.


Müharibənin  başlandığı  gecə  (22  iyun  saat  400)  bizim 

51-ci  diviziya  Moskvadan  200  km  cənubda  yerləşən  Koste- 

revo  şəhəri  yaxınlığındakı  Klyazma  çayı  sahilində  məşqlər

259



keçirdi  və  səhər  saat  5-də  «Həyacan»  komandası  ilə  Mosk­

vaya qayıtdıq:  şəhərə  daxil  olduqda (səhər saat 800) küçələr­

də olan telefon dirəklərindəki radio aparatlarından eşitdik ki, 

Almaniyanın  faşist  ordu  hissələri  qəflətən  müharibəyə  baş­

layaraq geniş miqyasda hücumlarını davam etdirirlər.

Müharibənin ilk ayları  Sovet ordusu üçün ağır və uğur­

suz  keçdi.  İyul  ayının  sonunda  düşmən  Kiyev  şəhərinin  ya­

xınlığına çatmışdı.

Müharibənin  başlanmasından  düz  bir  ay  sonra,  iyulun 

22-i  gecəsi Almaniya təyyarələrinin  Moskvaya  ilk uçuşu  ol­

du.  Moskvaya  yaxınlaşa  bilən  200  bombaatan  təyyarədən 

iyirmiyə  qədəri  qırıcı  təyyarələrimiz  və  zenit  artilleriyamız 

tərəfindən  vuruldu.  Səhəri  gün  İ.V.Stalin  Moskvanı  22  iyul 

gecəsi  hava hücumundan  müdafiə  edən  bütün  ordu  hissələ­

rinə  təşəkkür  elan  etdi  və  bu  sənədi  mən  böyük  qürur hissi 

ilə saxlayıram.

1941-ci  ilin  noyabr-dekabrı  düşmən  paytaxt  Moskva­

nın 30 kilometrliyində idi, ağır döyüşlər gedirdi.

1941-ci  il  6  noyabr  axşamı  xüsusi  hazırlıq  tapşırığı 

alındı. Lakin səbəbi  məlum deyildi.

Səhəri  gün  bildik  ki,  6  noyabr  axşamı  Moskvada met­

ronun Mayakovski  stansiyasının  meydançasında  Oktyabr in­

qilabının  24-cü  ildönümünə  həsr olunmuş  təntənəli  iclas  ol­

muşdur və İ.V.Stalin orada məruzə etmişdir.

O  biri  gün,  7  noyabrda  isə  yuxarıdan  tamamilə  gizlə­

dilmiş  Qızıl  meydanda  Sovet  ordusunun  rəsmi-keçidi  (para­

dı)  oldu  və  paradda  iştirak  edən  bütün  ordu  hissələri,  o 

cümlədən Sibir diviziyaları birbaşa döyüşə getdilər.

Moskvanın şimalında gedən döyüşlərin birində, dekab­

rın  3-də  azərbaycanlı  İsrafil  Məmmədov  böyük  şücaət  gö­

stərdi  və  ona  Sovet  İttifaqı  qəhrəmanı  adı  verdilər.  Səhəri 

gün  divizionda  bu  münasibətlə  keçirilmiş  siyasi  toplantıda 

mən  öz  adaşım  İsrafil  Məmmədov  haqqında  fəxrlə  çıxış  et­

dim.


260

Ali  Baş  Komandan  Stalinin əmri  ilə Moskvanın müda­

fiəsi Qərb  cəbhəsinə komandan təyin olunmuş ordu generalı 

G.K.Jukova tapşırıldı  və  bizim  51-ci  diviziya da bu cəbhədə 

döyüşən  5-ci  ordunun  tərkibinə  daxil  edildi.  Bizim  diviziy­

aya  Moskvanı  şimali-qərbdən  qorumaq  tapşırılmışdı  və  təy­

yarə  vuran  toplarımız  eləcə  də  tank  və  piyadaya  qarşı  bir 

başa atəş açmaq haqqında  əmr aldı.  Buna uyğun olaraq divi­

ziyamız  Klin  rayonunda  Moskva-Volqa  çayı  üstündəki  kör­

pünü müdafiə  etmək haqqında əmr aldı və dekabrın əvvəlin­

də biz 40-50  dərəcə şaxta şəraitində  açıq havada həmin  kör­

pünün  yanında  düşmən  tankları  və  piyadası  ilə  ilk  döyüşdə 

11  nəfər itgi  verdi  və  biz  bunların cəsədlərini  Moskva-Kali­

nin şosse yolu kənarında torpağa tapşırdıq.

1941- 

ci  ilin  dekabrının  əvvəli  müharibənin  ən  ağır 



dövrü  olmuşdur.  Düşmən  Moskvanı  ələ keçirməklə  mühari­

bəni  qurtarmaq  istəyirdi,  hər  gün  təyyarələrdən  üstümüzə 

minlərlə vərəqələr atırdılar və bu vərəqələrdə yazılmışdı  ki, 

«Stalinin  oğlu  da  bizim  tərəfimizə  keçmişdir,  siz  də  bu  və­

rəqə  ilə  (buraxılış  kimi)  bizim  tərəfə  keçin,  onsuz da  müha­

ribəni  uduzmuşunuz».

Bu  gün  böyük  iftixar hissi  ilə  deməyi  lazım bilirəm ki, 

Moskvanın  23  kilometrliyinə  çatan  düşmənin  bu  riyakar  hə­

rəkətləri  alayımızın  bütün  döyüşçüləri  tərəfindən  nifrətlə 

qarşılanırdı.

1942- 

ci  ilin  noyabrında  Sovet  ordusunda  komissar  in­



stitutu  (vəzifəsi)  ləğv  edilərək,  əvəzinə  komandirin  siyasi 

işlər  üzrə  müavini  təsis  edildi.  Hərbi  komissar  vəzifəsi 

1918-20-ci  illərin  Vətəndaş  müharibəsi  təcrübəsindən 

götürülmüşdür  və  «motorlar müharibəsi»  olan  bu müharibə­

də  özünü  doğrultmadı.  Ekstremal  hallarda  ordu  hissələrində 

vahid  komandanlıq tələb  olunurdu.  Bununla  əlaqədar olaraq 

hərbi  hissələrdə  partorq  (partiya  təşkilat  katibi)  vəzifəsi  də 

təsis  edildi  və  məni  alayımızın II  divizionunun partorqu  təy­

in  etdilər.  İşə  başlayarkən  divizionda  11  nəfər partiya  üzvü

261



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə