Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə38/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

lində  Respublikanın  dövlət  müşaviri  təyin  edilmişdi.  Res­

publika  üçün  son  dərəcə  gərgin  olan  həmin  dövrdə  dövlət 

müşaviri  Məmməd Əsədov da Dağlıq  Qarabağ məsələsi  üz­

rə  Ermənistan-Azərbaycan  münaqişəsinin  həllinə  çəlb  edil­

mişdi  və  o  da erməni  terrorçularının  1991-ci  ilin  noyabrında 

etdikləri xəyanətin qurbam oldu.

Millət vəkili 

VAQİF CƏFƏROV

(1942-1991)

Azerbaycanın  dilbər  güşəsi  olan  Şuşada  dünyaya  göz 

açan  Vaqif Cəfərov  Neft  və  Kimya  institutunu  (indi  Dövlət 

Neft  Akademiyası  adlanır)  bitirdikdən  sonra  aldığı  ixtisası 

olan  mühəndis-elektrik  peşələrində  işləmiş,  Şuşa  rayonu 

xalq  deputatları  sovetinin  sədri  vəzifəsində  çalışmış,  keçmiş 

SSSRİ  Ali  Sovetində  Dağlıq  Qarabağdan  deputat  seçilmiş­

dir.

Millət vəkili Vaqif Cəfərov bütün fəaliyyətində Dağlıq 



Qarabağda  yaşayan  azəri-türklərinin,  və  xüsusilə  Şuşa  əha­

lisinin  milli  mənafelərinin  müdafiəsi  ilə  daimə  məşğul  ol­

muşdur.  O,  erməni millətçilərinin azərbaycanlılara qarşı mil­

lətçilik  hərəkətlərinin  ifşası  və  zərərsizləşdirilməsi  istiqa­

mətində  daimə  fəaliyyət  göstərirdi.  Alovlu vətənpərvər Va­

qif Cəfərov da erməni terrorunun qurbanı oldu.



ZÜLFİ HACIYEV

(1935-1991)

Zülfi  Saleh  oğlu  Hacıyev  Ermənistanın  Basarkeçər 

rayonunda  anadan  olmuşdur.  Gənc  yaşlarında  valideyinləri 

ilə birlikdə Azərbaycana köçmüş,  ali  məktəbdə inşaatçı  ixti­

sası  alaraq  Sumqayıt şəhərində  inşaat tresti rəhbəri  vəzifəsi­

nə qədər yüksəlmişdi.

Z.Hacıyev  1990-cı  ildə  Dağlıq  Qarabağ  üzrə  təşkilat 

komitəsinin  üzvü  təyin  edilmişdi  və  münaqişə  üzrə  bütün 

məsələlərin müzakirəsində fəal  iştirak edirdi.

Az  sonra  Azərbaycan  Respublikasının  baş  nazirinin 

müavini  təyin edilmiş  Zülfü  Hacıyev Dağlıq Qarabağ müna­

qişəsinin  həlli  üzrə  müzakirə  edilən  bütün məsələlərdə  dai­

ma iştirak edirdi.

Ömrünün  məhsuldar  çağını  yaşayan  alovlu  vətənpər­

vər Z.Hacıyev də erməni terrorunun qurbanı oldu.

*  *

*

Vəhşiləşmiş  erməni  faşistləri  tərəfindən  xüsusi  qəd­



darlıqla  məhv  edilmiş  sülhməramlı  Azərbaycanlı  siyasi  xa­

dimləri  dəstəsi  tərkibində  adları  çəkilmiş  6  nəfər  vətənpər­

vər  oğullarımızdan  əlavə  Prezident  aparatının  şöbə  müdiri 

Osman Mirzəycv, Nazir müavini  Qurban Namazəliyev,  Döv­

lət  katibinin  kömokçisi  Rafiq  Məmmədov,  məşhur jurnalist 

Alı  Mustafayev,  televiziya  operatorları  Arif Hüseynzadə  və 

Fəxrəddin  Şahbazov da daxildirlər.

Dövlət xadimi, millət vəkili 



AFİYƏDDİN CƏLİLOV

(1946-1994)

Naxçıvanda  dünyaya  göz  açmış  Afiyəddin  Cəlil  oğlu 

Cəlilov  1969-cu  ildə Leninqrad Dağ-mədən  institutunu fərq­

lənmə  diplomu  ilə  bitirdikdən  sonra  dörd  il  Naxçıvanın 

məşhur  duz  mədənlərində  mühəndis  işləmişdir.  Sonrakı  il­

lərdə Naxçıvanda rəhbər vəzifələrdə çalışmışdır.

153



A.C.Cəlilov  Moskvada  İctimai  Elmlər  Akademiyasını 

bitirmiş  və tarix elmləri namizədi  alimlik dərəcəsinə  disser­

tasiya müdafiə edərək, Bakıya qayıtmışdır.

1984-89-cu  illərdə  A.Cəlilov  Bakının  Nəsimi  rayonu 

partiya  təşkilatına  böyük  uğurlarla  rəhbərlik  etmiş  və  dəfə­

lərlə  Azərbaycan  Respublikası  Ali  Sovetinin  deputatı  seçil­

mişdir.

A.C.Cəlilov  1989-cu  ildə  Naxçıvan  Muxtar  Respubli­



kasının  Nazirlər  Şurasının  sədri  təyin  edildi.  İki  illik uğurlu 

fəaliyyətdən  sonra  Muxtar  Respublikanın  Ali  Məclisinin 

sədri,  az  sonra  isə  Vilayət partiya  komitəsinin  I  katibi  vəzi­

fəsinə seçildi və uğurla işlədi.

A.C.Cəlilov  Naxçıvana  rəhbərlik  etdiyi  illər  Erməni­

stanın  şovinist  daşnak  rəhbərliyinin  Azerbaycana  qarşı  baş­

ladıqları hərbi  əməliyyatların başlanğıc dövrü idi və blokada 

şəraitində  olan Naxçıvana rəhbərlik etmək böyük bacarıq və 

məharət tələb edirdi.

Azərbaycan  Respublikasının  Ali  Sovetinə  təkrarən  de­

putat  seçilmiş  A.C.Cəlilov  1991 -ci  ildə  Ali  Sovetin  Milli 

siyasət  və  millətlərarası  münasibətlər  daimi  komissiyasına 

başçılıq edirdi və sonrakı  il Ali  Sovetin sədrinin müavini və­

zifəsinə seçildi.

Görkəmli  dövlət  xadimi  A.C.Cəlilov  1994-cü  ildə  Qa­

ra Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı  Baş  Assambleyasının 

3-cü sessiyasında bu təşkilatın  vitse-prezidenti  seçilmişdir.

Bacarıqlı  Dövlət  xadimi,  böyük  perspektivli  parlaq 

şəxsiyyət  olan  Afıyəddin  Cəlilov  1994-cü  ilin  sentyabrında 

terror aktının qurbanı oldu.



154

§ 6. XX əsrin 90-ci illərində Azərbaycanın 

siyasi partiyaları

Azərbaycanda  XXI  əsrin  əvvəlinə  40-a  yaxın  qey­

diyyatdan keçmiş və keçməmiş partiya olmuşdur:

1.  Yeni Azərbaycan Partiyası (YAP)

Yeni  Azərbaycan  Partiyasının  təsis  konfransı  1992-ci 

ilin 21  avqustunda Naxçıvanda keçirilmişdir.  Partiyanın təsis 

konfransının  Naxçıvanda  keçirilməsinin  əsas  səbəblərindən 

biri  Sovetlər  İttifaqının  saxlanılması  üzrə  1991-ci  ilin  mar­

tında keçirilmiş  referendumda Naxçıvan Muxtar Respublika­

sının iştirak etməməsi  sayılmalıdır.  Deməli  Naxçıvan ictima­

iyyəti  SSRİ  əvəzinə  yeni  bir qurumun  olmasını  istəyirdi  və 

buna  hazırlıq  gedirdi.  Beləliklə,  partiyanın  yaradılması  tə­

şəbbüsü Naxçıvana qismət oldu.

Partiya yaradılarkən  qəbul  edilmiş  sənədlərində  göstə­

rilir  ki,  YAP  hakimiyyət  partiyası  məqsədi  ilə  yaradılma­

mışdır.  YAP-ın  iqtidar  partiyası  olması  1993-cü  ildən  baş­

landı.

Milli  Məclisə 2000-ci ildə keçirilmiş  seçkilərdə 9 siya­



si  partiya  iştirak  etmişdir  (həmin  dövrdə  qeydiyyatdan  32 

partiya  keçmişdi).  Bu  seçkidə  Milli  Məclisə  seçilmiş  124 

deputatdan  53  nəfəri  Yeni  Azərbaycan  Partiyası  üzvüdür. 

Onlardan  19  nəfəri  (Konstitusiyaya  görə  25-dən)  YAP-ın 

siyahısı üzrə seçilmişdir.

Bütün  bunlar  həmin  partiyanın  cəmiyyətdə  müəyyən 

qüvvəyə malik olduğunu göstərir.

YAP-m  1  qurultayı  1999-cu  ilin  oktyabrında,  II  qurul­

tayı  isə 2001 -ci  ilin  noyabrın sonunda keçirilmişdir.

Hazırda YAP-ın 230 mindən  nəfərdən çox  üzvü vardır.

2.  Azərbaycan Xalq Cəbhəsi Partiyası (AX CP)

1989-cu  ildə Əbülfəz Əliyevin (Elçibəyin) başçılığı  şə­

raitində yaranmışdır.AXCP-in lideri  Əbülfəz Elçibəyin  vofa-

155



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə