Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə23/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

ilir:  «Tarixən  təşəkkül  tapmış  sərhədlər  daxilində  Azərbay­

can  Respublikasının  ərazisi  vahid,  bölünməz  və  verilməzdir. 

Azərbaycan  Respublikası  öz  ərazisinin  heç  bir  hissəsini  heç 

bir formada  kimsəyə vermir, yalnız Azərbaycan Respublikası 

Parlamentinin  qərarı  ilə  respublikanın  bütün  əhalisi  arasın­

da  xalq  səsverməsi  (referendum)  keçirmək  yolu  ilə  Azər­

baycan  xalqının  razılığı  əsasında sərhədlərdə dəqiqləşdirmə 

və düzəliş aparıla bilər.

Azərbaycan  Respublikası  ərazisinin  heç  bir  hissəsi 

başqa  dövlət  və  ya  başqa  dövlətin  hüquqi  şəxsi  tərəfindən 

satın alına bilməz».

Və  nəhayət,  «Kosntitusiya  Aktı»nm  yekun  maddəsi 

olan  32-ci  maddəsində  yazılmışdır:  «Bu  Kosntitusiya  Aktı 

Azərbaycan  Respublikasının  yeni  Konstitusiyasının  hazır­

lanması üçün əsasdır».

Beləliklə,  Kosntitusiya Aktında  dövlətçilik məsələləri, 

iqtisadi  və  siyasi  münasibətlərə  aid,  məzmunca  yeni,  mad­

dələr öz əksini tapmışdır.

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  öz 

müstəqilliyi  haqqında  Kosntitusiya  Aktım  qəbul  etməsi  Öz­

bəkistan  və  Qırğızıstandan  ay  yarım  sonra  həyata  keçiril­

mişdir  (Özbəkistan  -  1/IX,  Qırğızıstan  -  2/  IX.91).  Görünür 

bu  gecikmənin  səbəblərindən  biri  Azərbaycana qarşı  Ermə­

nistan silahlı qüvvələrinin hərbi təcavüzü olmuşdur.

«Kosntitusiya  Aktı»  qəbul  edilməsindən  az  sonra  Ali 

Sovetin  1991-ci  ilin noyabrının əvvəllərində keçirilən II  ses­

siyasında  ayrı-ayrı  deputatlar  Ermənistan  silahlı  qüvvələri­

nin  Azerbaycan  Respublikasının  ərazilərinə  hücumları  da­

vam etdirmələri haqqında məlumatlar verdilər və göstərdilər 

ki,  Dağlıq  Qarabağda  və  sərhəd  rayonlarında  Azərbaycan 

kəndlərindən əhali öz doğma yurdlarını  tərk edirlər.

Ali  Sovetin  sessiyasında  eləcə  də  göstərildi  ki,  Dağlıq 

Qarabağda  yerləşdirilmiş  SSRİ  Daxili  İşlər  Nazirliyinin  qo­

şunları  ermənipərəst mövqe  tutur və  bu  da Azərbaycanın  İt­



90

tifaq  müqaviləsini  imzalamaqdan  imtina  etməsinə  Moskva­

nın  münasibətinin  nəticəsidir.  Ali  Sovetin  sessiyasında  Res­

publika Müdafiə Nazirliyinin fəaliyyətsizliyi  də ciddi  tənqid 

olundu.

Kosntitusiya Aktının qəbul edilməsindən sonrakı ilk ay­



larda Respublikada hərbi və iqtisadi vəziyyətin təhlili onu de­

məyə  əsas  verir ki,  Müstəqillik  elan  olunandan  sonra  Azər­

baycanda dövlət  quruculuğu  işi  çox  zəif aparılmışdır.  Məsə­

lən,  1990-cı ilin 27 yanvarında Xankəndində təşkilat komitəsi 

yaradılmışdı  və  bu  komitə  böyük  çətinliklərə  döş  gərərək 

müəyyən  işlər görürdü  (onun  işi  millət vəkili  Veli  Məmmə­

dovun rəhbərliyi altında az da olsa müsbət nəticə verirdi).

Prezident A.Mütəllibov özünün  10 yanvar  1992-ci  il  ta­

rixli  fərmanı  ilə  bu  komitəni  Xankəndindən  Ağdama köçür­

dü.  Əlbətdə  bu  qərar səhv  idi  və sonrakı hadisələr bunu  təs­

diq etdi.

SSRİ  dağıldıqda  Azərbaycan  erazilərində  olan  silahla­

rın  bir  hissəsi  Azərbaycan  Respublikası  hökuməti  sərənca­

mına  keçdi.  Bu  silahların  əksəriyyəti  köhnəlmiş  hərbi  texni­

ka  idi.  Eyni  vəziyyət  Kaspi  hərbi  gəmilərinin  bölünməsində 

də  baş  verdi.

Görünür  Ermənistana  daxildə  və  xaricdən  rəhbərlik 

edən  siyasətçilər  hadisələrin  istiqamətini  özləri  üçün  daha 

düzgün  müəyyənləşdirə  bildilər  və  ona  görə  də  Ermənista­

nın  Ali  Soveti  1989-cu  ilin  1  dekabrında  Dağlıq  Qarabağın 

Ermənistan ərazisinə birləşdirmək haqqında qərar qəbul  etdi 

və  beynəlxalq  hüquq  normalarına zidd  olan  həmin  qeyri  qa­

nuni  qərar bu  günə qədər ləğv edilməmişdir.

Azərbaycan  və  Ermənistanın  silah  kvotası  (icazə  ve­

rilmiş  silah  miqdarı)  Ermənistan  mətbuatının  açıqlamasına 

görə  aşağıdakı  miqdarda  müəyyən  edilmişdir:  tanklar -  220- 

yə  qədər,  bronemaşm  -  220-yə  qədər,  artilleriya  sistemləri  - 

285-ə qədər,  hərbi  təyyarələr -  100-dən  çox  olmayaraq,  hər­

bi  vertalyotlar - 50-dən çox olmayaraq.

91



Yenə də Ermənistan mətbuatında verilən məlumata gö­

rə bu göstərilən  silah miqdarından  SSRİ dağılması dövründə 

Zaqafqaziyada yerləşən 4-cü ordunun silahlan hesabına Azer­

baycan almışdır: tanklar -  285, bronemaşınlar - 42,  artilleriya 

sistemləri  - 346, hərbi təyyarələr -  8 vahid və min vaqondan 

çox  silah  güllələri.  Bu mənbədə  həm  də göstərilir ki,  Kaspi 

hərbi  donanmasının  silahlanmn  35%-i  Azərbaycanın  ixtiya­

rına keçmişdir.

Burada  eləcə  də göstərilir ki,  Dağlıq  Qarabağın  silahlı 

qüvvələri 253 tankdan, 278 bronemaşmdan və 298 artilleriya 

qurğularından ibarətdir.

Rusiya  dövlətinin  işğalçı  Ermənistana  dəfələrlə  hərbi 

silah  verməsini  və  orada hərbi  bazaların  saxlamasını nəzərə 

alsaq,  bu  gösterilən  rəqəmlərin1  dünyada ictimai  rəyi  aldat­

maq üçün açıqlandırıldığı^ h$ inandırıcıdır.

Ermənistan  hərbi  qüvvələrinin  1992-ci  ilin  fevralının 

25-dən  26-a  keçən  gecə  Rusiyanın  366-cı  alayı  ilə  birlikdə 

Azərbaycanın  Xocalı  şəhərinə  hücumu,  dinc  və  müdafiəsiz 

əhalini  misli  görülməmiş  vəhşiliklərlə  məhv etməsi  bir daha 

sübut  etdi  ki,  erməni  faşistləri  üçün  insanlıq  məvhumu yox­

dur,  və  onlar  «Böyük  Ermənistan»  yaratmaq  naminə  bütün 

vəhşiliklərə ol  atırlar.

Xocalı  faciəsinin  baş  verməsi  və  onun  hətta  Azər­

baycan xalqından  ilk günlərdə  gizlədilməsi  prezident A.Mü- 

təllibovun  Azərbaycanda  hakimiyyətinə  son  qoydu  və  o, 

Moskvaya  qaçdı.  Belə  bir  vəziyyətdə  hakimiyyətə  1989-cu 

ilin  iyulunda yaradılmış  Azərbaycan  Xalq  Cəbhəsi  gəldi  və 

bu hakimiyyət bir il davam etdi.



Məlumdur  ki,  hələ  1961-ci  ildə  Zaqafqaziya  hərbi  dairəsinin  köhnə 

silahları  ləğv  edilərkən (yeniləri  ilə  əvəz  edildi)  köhnə  silahlar mar­

şal  K.Voroşilov  və  marşal  İ.Baqramyanın  bilavasitə  iştirakı  ilə  çox 

məxvi və  gizli  yollarla Gürcüstandan Ermənistana ötürülmüşdü.  Be­

lə  faktlar göstərir ki, ermənilərin  "Böyük  Ermənistan"  yaratmaq pla­

nı bəzilərinin düşündüyü kimi heç do xülya deyildir.

92

§ 2. Azərbaycanda milli birlik ideologiyasının 



məzmunu

Milli  ideologiya  dövlətçiliyin  əsasıdır.  O,  eyni  zaman­

da  xalqın  siyasi  mədəniyyətinin  əsasını  təşkil  edir.  Siyasi 

məzmun  və  siyasi  xarakter  daşıyan  milli  ideologiya  xalqın 

siyasi mədəniyyətinin səviyyəsində həlledici rol oynayır.

Sovet  siyasi  sistemində  milli  ideologiyaya  qeyri-rəsmi 

olsa  da,  qadağa  qoyulmuşdu.  Ümumsovet,  beynəlmiləl  ideo­

logiya bütün  vasitələrlə  geniş təbliğ  edilirdi,  «Sovet adamı», 

«çoxmillətli  sovet  xalqı»  üslubları  formalaşmaqda  olan  bir 

həqiqət kimi  qələmə  verilirdi.  Halbuki,  kommunist  ideolog­

iyasının  yaradıcılarından  olan  V.İ.Lenin  əsərlərində dəfələr­

lə yazmışdır ki,  milli  fərqlər çox  uzun bir müddətdə mövcud 

olacaqdır.

Arzu  ediləni  bir  fakt  kimi  qəbul  etmək  və ya qəbul  et­

dirmək  Sovet  ideologiyasına  uzun  illər  rəhbərlik  etmiş  boz 

kardinal  Mixayıl  Suslov  və  onun  ətrafındakılara  xas  olan  bir 

mərəz  idi.  Buna  görə  də  SSRİ-də  milli  ideologiyalar,  milli 

hisslər  boğulur  və  tapdalanırdı.  Qırğız  şairi  Oljas  Sulcyme- 

ııovun başına gətirilənlər bynun təsdiqidir1.

Müasir  Azərbay&ÜTİıq  ideologiyasının  əsasım  təşkil 

edən  türkçülük,  islamçılıq,  vətənçilik  və  müasirlik  durumla­

rının  əsasını  hələ  XX  əsrin  əvvəlində  görkəmli  filosof Oli- 

bəy Hüseynzadə nəzəri planda əsaslandırmışdı2.

Azərbaycanın  milli  ideologiyasının  əsasını  dövlətçiliy­

imizin  qorunub  saxlanması  ideyası  təşkil  edir.  Bu  ideyanın 

kökündə  isə  azərbaycançılıq  məfkurəsi  durur.  Azorbaycan- 

çılıq  ideyası  eyni  zamanda  dünyada  yaşayan  bütün  azərbay­

canlıların ideyasıdır.



Bu  haqda  bax:  İ.Z.İsmayılov,  Türk dünyası  XX  osrin  90-cı  illərində, 

B.,  2001., s,  94-96

Bax:  İ.Z.İsmayılov,  Azərbaycanda  dövlətçilik  fikri  oçerkləri,  B., 

1996, s.  54-59

93


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə