Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə17/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

Bütün bunlara bədnam qonşularımız ermənilərin də  bi­

zə  qarşı  tarixi  düşmənçilik,  separatçılıq  hərəkatlan  əlavə 

edildi.

1945-ci  ilin  noyabrında  Ermənistan  rəhbərliyi  (birinci 



katib Q.A.Arutyunov)  İ.V.Stalinə  məktubla müraciət etdi ki, 

Ermənistanın  sovetləşməsinin  25  illiyi  münasibətilə  Qara­

bağ  və  Naxçıvanın  Ermənistana  verilməsi  məsələsi  həll 

edilsin.  Mərkəz  bu  məsələ  haqqında  Azərbaycanın  rəhbəri 

Mir Cəfər Bağırovun rə’yini soruşdu və bu sorğuya M.C.Ba- 

ğırov cavab  vermişdi ki, Şuşa istisna  olmaq şərti  ilə Qarabağ 

o  zaman  Ermənistana  birləşdirilə  bilər  ki,  Azərbaycanın 

əzəli  torpaqları  olan  və  əhalisinin  əksəriyyəti  azərbaycanlı­

lar olan üç rayon -  Basarkeçər,  Vedi  və  Qafan  Azərbaycana 

birləşdirilsin.  Məsələnin  belə  həlli  ermənilərin  gələcək 

planlarına zidd olduğu üçün bu  təklifi  onlar qəbul  etmədilər 

və bununla da həmin məktub arxivə verildi.

Sovet  hökumətinin  bütün  varlığı  dövründə  Moskvada 

yüksək  siyasi  rəhbərlikdə  olan  daşnak  Anastas  Mikoyanın 

Azərbaycana  qarşı  hələ  Nəriman  Nərimanovun  sağlığında 

başladığı  düşmənçilik  siyasəti  davam  etdirdi.  Bu  düşmənçi­

liyin  bir  halqası  (əvvəlki  bölmədə  deyildiyi  kimi)  azərbay­

canlıların  Böyük  Vətən  müharibəsi  illərində  öz  vətənlərin­

dən  Qazaxstana  və  Orta  Asiyaya  sürgün  etmək  cəhdi  idisə 

(xoşbəxtlikdən baş  tutmamışdı),  ikinci  halqası  Ermənistanda 

yaşayan  Azərbaycanlıların  1948-ci  ildə  öz  ata-baba  yurdla­

rından  Azerbaycana  köçürülməsi  (qovulması)  oldu.  Anastas 

Mikoyanın  və  SSRİ  xarici  işlər  nazirinin  müavini  daşnak 

Dekanozovun  köməyi  ilə «Xarici  ölkələrdə  yaşayan erməni­

lərin Ermənistana gəlmək arzusu» haqqında Moskva rəhbər­

liyinə  tələblər  və  təkliflər  göndorilidi  və  Sovet  siyasi  rəh­

bərliyi  qərar  qəbul  etdi  ki,  xaricdən  köçərək  Ermənistana 

gələcək ermənilərin  orada yerləşdirilməsi  üçün  Ermənistan­

da  yaşayan  azərbaycanlılardan  100-150  min  nəfərin  Azər­

baycanın  düzən  rayonlarına  (Kür-Araz  zonasına)  köçürmək

66

ч

lazımdır.  1948-1953-cü illərdə həyata keçirilən bu tədbir Er­



mənistanın dağ zonasından Azərbaycanın isti zonasına köçü­

rülmüş minlərlə azərbaycanlı üçün fəlakətlərlə nəticələndi.

Sovet  siyasi  sistemi  dövründə  Azərbaycanda  «Cənubi 

Azərbaycan»  üslubunu  işlətməyə  faktiki olaraq qadağa  qoy­

ulmuşdu,  elmi  ədəbiyyatda  yalnız  «İran  Azərbaycam»  üslu­

buna  icazə  verilirdi.  Deməli,  xalqın  170  il  bundan  əvvəlki 

yaxın  keçmişi,  faciəvi  parçalanması  (1828)  heç  olmamış  ki­

mi  yaddan  silindirilirdi.  Buna  uyğun  olaraq,  Azərbaycan 

ərazilərinin  XX  əsr  kəsiyində  hissə-hissə  ermənilərə  veril­

məsi  də  «qardaşlıq»  rəmzi  kimi  ara-sıra  vurğulanırdı.  Bütün 

bunlar  Vətəninin  tarixini  bilən  vətənpərvər ziyalıların  daxi­

lən  gizli  etirazlarına  səbəb  olsa  da,  mövcud  üsul-idarə 

şəraitində tədbir görmək qeyri- mümkün idi.

70  illik  Sovet  rejiminin  ən  böyük  qəbahəti  insanlarda 

milli  mənlik  hissini  öldürmək  və  yeni  manqurt  nəsilləri  ye­

tişdirmək olmuşdur.  Buna  nail  olmaq  üçün  isə  ən  əvvəl  xal­

qımızın  tarixi saxtalaşdırılmışdır.  Bu sahədə ən  böyük  saxta­

laşdırma iki məsələdə olmuşdur:

1.  1918-1920-ci  illərdə  yaradılmış  və  yaşamış  Azər­

baycan  Xalq  Cümhuriyyətinin  fəaliyyətinə  və  onun 

xadimlərinə vurulan  millətçi  damğası;

2.  Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsinə 

verilən saxta qiymət.

Azərbaycan Xalq Cümhuriyyətinə -  xalqımızın XX əs­

rdə  ilk  müstəqil  dövlətçiliyinə  Sovet  siyasi  ədəbiyyatında 

«burjua-millətçi  qurum»  qiymətinin  verilməsi  şovinist  rus- 

bolşevik  ideologiyasının  tələbinə  tamamilə  uyğun  idi.  Bu 

cümhuriyyətin  fəaliyyəti  haqqında  əvvəlki  bölmədə  deyil­

mişdir və əlavə izahata ehtiyac duyulmur.

II  dünya  müharibəsindən  sonrakı  illərdə  SSRİ-nin  bü­

tün  xalqlarının  çar  Rusiyası  tərkibində  olduqları  dövrə  qiy­

mət  məsələsinə  yenidən  baxıldı.  Marksizmin  barilərindən



67


olan Fridrix Engels tərəfindən Rusiya çarizminin xarici siya­

sətinin  işğalçılıq  siyasəti  kimi  qiymətləndirilməsinə  bax­

mayaraq  İ.V.Stalin  bu  qiyməti  tənqid  edərək  göstəriş  verdi 

ki,  yeni  tərtib  ediləcək  «SSRİ  tarixi»  dərsliklərində  qeyri- 

rus  xalqların  Rusiya  imperiyası  tərəfindən  ilhaq  edilməsi 

mütərəqqi tarixi fakt kimi qiymətləndirilsin və həmin məsə­

lədə  bu  müddəa  əsas  götürüldü  ki,  qeyri-rus  xalqlar Rusiya 

dövləti  tərkibində  rus  mədəniyyətinin  tə’siri  ilə  daha 

sür’ətlə  inkişaf  etmişlər.  Əlbəttə  bu  «əsaslandırma»  həqi­

qətdən  çox  uzaq  idi.  Burada  əsas  məqsəd  yaxın  gələcəkdə 

qondarma  «sovet  xalqı»,  «sovet  adamı»  üslublanna  keçmək 

üçün «əsas» yaratmaq idi.

Azərbaycanlı  müsəlman  gənclərin  Sovet  hakimiyyəti­

nin  ilk  illərində  və  1941-1945-ci  illər müharibəsi  dövründə 

orduda xidməti və onlardan zabit kadrlarının müəyyən qədər 

hazırlanması  müharibə  dövrünün tələbi idi. Lakin müharibə­

nin  qurtarmasından sonrakı onilliklərdə  Sovet ordusunun za­

bit  hissəsinə  azərbaycanlıların  az  cəlb  edilməsi  yuxandan 

istiqamətləndirilən  şovinist  siyasətin  nəticəsi  idi.  Xoşbəxt­

likdən  uzaqgörən  siyasi  xadim  Heydər  Əliyev  Azərbaycana 

rəhbərlik  etdiyi  ilk  illərdən  (1969-cu  ildən)  başlayaraq  xal­

qımız  üçün  bu  zərərli  siyasətin  qarşısını  almaq  üçün  təsirli 

addımlar atdı.

Bakıda Cəmşid  Naxçıvanski  adma hərdi məktəb açıldı. 

Azərbaycanlı  gənclərin  respublikadan  kənarda  olan  hərbi 

məktəblərə  qəbul olunması  sahəsində  böyük  işlər görüldü 

 

hər  il  yüzlərlə  azərbaycanlı  gənclər  Sovetlər  İttifaqının 



mərkəzi  şəhərlərində  olan hərbi  məktəbləri  qurtararaq zabit 

rütbələri  aldılar.  Bütün  bunlar gələcəkdə  milli  ordu  yaradıl­

ması işinə çox gərəkli  olan nailiyyətlər idi və bu uğurlar XX 

əsrin  sonuncu  onilliyində  Azərbaycanda  çətin  müstəqillik 

yolunda milli ordu yaradılmasında gərəkli oldu.

Göründüyü  kimi  Azərbaycan  xalqının  70  illik  Sovet 

hakimiyyəti  dövpündəki  həyatını  yalnız  qara boyalarla  boy-

68

ayaraq,  mənfi  qiymət  vermək  düzgün  olmazdı.  Əvvəla  ona 



görə  ki,  göstərilən  70  ildə  xalqın  həyatının  iqtisadi  və  mə­

dəni  sahələrində  əldə  edilmiş  nailiyyətlər  olmasa  idi,  on  il 

bundan əvvəl öz müstəqilliyini  bərpa etmiş  Azərbaycan  xal­

qı  bu  müstəqilliyə  daha zəif iqtisadi  və  mədəni  özül  üzərin­

də başlamalı  olardı.  Bu  isə keçid dövründə  ölkənin onsuz  də 

ağır vəziyyətini daha da ağırlaşdırardı.



§6. Azərbaycanda siyasi 

təhsil sistemi

Azərbaycanda yüksək tipli  ilk  siyasi  təhsil  müosssisəsi 

1921-ci  ilin  dekabrında  təşkil  edilmiş  Mərkəzi  Sovet  -  Par­

tiya  məktəbi  olmuşdur.  Bu  məktəb  1928-ci  ildə  Bakı  partiya 

komitəsi  nəzdində  olan  Ali  Sovet  Partiya məktəbi  ilə  birlə­

şərək,  ikiillik  Azərbaycan  Mərkəzi  Sovet  -  Partiya  məktəbi 

adı  altında  fəaliyyətini  Böyük  Vətən  müharibəsinin  başlan­

masına qədərki dövrdə davam etdirmişdir.

II  dünya  müharibəsi  qurtardıqdan  sonra  cəbhələrdən 

külli  miqdarda  müharibə  iştirakçıları  hərbi  xidmətdən  təxris 

edilərək  qayıtmağa  başladı.  Ölkədə  başlanmış  dinc  qurucu­

luq  dövründə  partiya (siyasi)  və  təsərrüfat  sahələri  üzrə  təh­

silin  vacibliyi  hiss olunurdu.

1945- 


ci  ilin  payızında  Respublika üzrə  ilk  təhsil  müəs­

sisəsi  olan  bir  illik  partiya  məktəbi  Bakının  ətrafında  yerlə­

şən  Buzovna  qəsəbəsindəki  malikanədə  yerləşirdi.  Sonrakı 

(1946)  ilin  1  noyabrında  həmin  məktəb  iki  illik  respublika 

partiya  məktəbi  adı  ilə  Bakı  şəhərində  fəaliyyətə  başladı  və 

onun  müdavimlərinin  yandan  çoxu  Böyük  Vətən  müharibə­

sinin  iştirakçıları  idilər.

1946- 


cı  ilin  avqustunda  Kommunist  Partiyası  mərkəzi 

komitəsi  «Rəhbər partiya  və  sovet işçiləri hazırlamaq  və on-



69


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə