Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə11/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

IVfəsil

AZƏRBAYCANIN SSRİ TƏRKİBİNDƏ 

OLDUĞU DÖVRDƏ (1923-1991)

XALQIN SİYASİ MƏDƏNİYYƏTİ

§1. Siyasi mühacirət və «sinfi düşmən» 

axtarışı illərində (1920-1938) 

xalqın  siyasi mədəniyyəti

Azərbaycan  xalqının  XX  osrdo  siyasi  mühacirəti  və 

siyasi  terrora  məruz  qalması  tokco  bolşevik  hakimiyyəti  tə­

rəfindən  deyil, xüsusilə  türk  xalqlarının  açıq  vo qatı düşməni 

olan  erməni-daşnakların  geniş  «fəaliyyəti»  sayəsində  daha 

ağır və uzunmüddətli  olmuşdur.

Hələ  keçən əsrdə yaradılmış  «Hnçak» (1887) və «Daş- 

naksütun»  (1890)  partiyaları  «Böyük  Ermənistan»  yaratmaq 

naminə  Azərbaycan  vo Türkiyədə yaşayan türklərə qarşı ter­

rorçuluq  əməliyyatları  keçirmək  məqsədini  ön  plana  çək­

mişdilər.  Ermənilərin  1905-ci  ildə,  1918-1920-ci  illərdə 

Azərbaycan  türklərinə  qarşı,  öz  tarixi  ərazilərində  yaşayan 

azərbaycanlılara  qarşı  soyqırım  və  terror  əməliyyatları  bu 

partiyaların  əvvəlcədən  planlaşdırdıqları  və  həmişə  nəzarət 

altında saxladıqları hərbi əməliyyatlar idi.

Vyanada  yaşayan  alman  professoru  Erix  Fayql  «Bir 

terror  əfsanəsi»  adlı  kitabına  «Terror  haqqında  həqiqət»  adı 

vermiş  və  bu  kitabı  Avropada  2  dildə  (alman  və  fransız  dil­

lərində) nəşr etdirmişdir.  Həmin  kitabda o,  bu  nəticəyə  gəl­

mişdir  ki,  «əsl  terrorçular,  soyqırım  törədənlər məhz  ermə­

nilər  olublar».  E.Fayql  bu  əsərini  yaxın  dostu  Türkiyənin 

42

Vyanadakı  səfirliyinin  attaşesi,  erməni  terrorçuları  tərəfin­

dən  qətlə  yetirilmiş  Ərdoqan  Özənin  xatirəsinə  həsr  etmiş­

dir.


Göstərilən  kitabın  hər  iki  dildə  nəşr  olunmuş,  demək 

olar  ki,  bütün  nüsxələri  ermənilər  tərəfindən  mağazalardan 

alınaraq məhv edilmişdir.  Bu  isə mənəvi və ideoloji terrorun 

ən  alçaq  formasıdır  və  riyakar  erməni  mentalitetini  bir daha 

ifşa edən böyük bir sübutdur.

Erix  Fayql  apardığı  araşdırmalar  əsasında  bu  nəticəyə 

gəlmişdir ki,  ermənilərə  qarşı  heç bir soyqırım  olmamış,  ək­

sinə türklərə həmişə  və  hər yerdə  qənim kəsilmiş ermənilər 

Azərbaycanda  və  Türkiyədə  2,5  milyon  müsəlman-türkü 

qəddar vəhşiliklərlə məhv etmişlər.

Hələ  XX  əsrin  əvvəllərində  ermənilər  tərəfindən  uy­

durulmuş  «erməni  soyqırımmnı  bütün  dünyada  yaşayan  er­

mənilər  xüsusilə  son  illərdə  daha  geniş  miqyasda  təbliğ 

edirlər.


Azərbaycanda  daşnakların  vəhşiliyi  Qarabağ,  Naxçı­

van  və Zəngəzur bölgələrində,  Bakı, Quba, Şamaxı  vo digər 

rayonlarda  xüsusi  qəddarlıqla  olmuşdur.  Bütün  bunlara  bax­

mayaraq  türklərə  qarşı  erməni  terrorizminin  ifşası  istiqamə­

tində  hələlik  çox  az  iş  görülmüşdür:  Alman  müəllifi  Erix 

Fayql  kimi,  sənədlərə  əsaslanaraq  yazılmış  tədqiqat  əsərləri 

isə  yox  dərəcəsindədir.  2001-ci  ilin  əvvəlində  Azərbaycan 

Prezidentinin  İcra aparatının  rəhbəri  fəlsəfə elmləri  doktoru, 

professor  Ramiz  Mehdiyevin  təşəbbüsü  ilə  Erix  Fayqlın  gö­

stərilən  əsəri  Azərbaycan  dilində  çapdan  çıxmışdır.  Xəbər 

verilir  ki,  bu  əsərin  bir  neçə  xarici  dillərdə  nəşr  edilərək, 

geniş miqyasda yayılması  işinə başlanmışdır.

Soyqırım  haqqında  ermənilrin  həyasızcasına davam  et­

dirdikləri  iddialar  faktlarla  tekzib  edilir.  Rus  tədqiqatçısı, 

Rusiyanın  Van  və  Ərzurumdakı  baş  konsulu  işləmiş  diplo­

mat  V.Mayevski  qondarma  «erməni  soyqırımı»  haqqında  Öz 

xatirələrində  yazmışdır:  «Türkləri  hər  hansı  bir  vəhşilikdə

43



ittiham  edirlər  etsinlər,  lakin  mən  bir  şeyi  deyəcəyəm: 

Türkiyənin müxtəlif şəhərlərində  ermənilər və müsəlmanlar 

arasında  toqquşmalar barədə  şəxsən mənim bildiklərim belə 

bir qənaətə gətirir ki,  qanlı işlər hər yerdə məhz ermənilərin 

özlərinin təşəbbüsü ilə başlanmışdır».

Birinci  dünya  müharibəsi  ərəfəsində  Qafqazda  və 

Türkiyə  ərazilərində  cəmisi  1,8  milyona  yaxın  erməni  ol­

muşdur.  XX  əsrin  ərəfəsində  isə  ermənilərin  miqdarı  bun­

dan da az olmuşdur. Ermənilər Türkiyənin heç bir vilayətin­

də əhalinin çoxluğuna malik olmamışlar.

Tədqiqatçı  Vital  Kunnet  1892-1894-cü  illərdə  Parisdə 

dörd  cildlik  «Sarı  kitab»ım  nəşr  etdirmişdir.  Özünün  12  il 

müddətində  Türkiyənin  ermənilər  yaşayan  ərazilərdə  apar­

dığı  ekspedisiyaların  yekunu  olaraq  müəllif yazır  ki,  Şərqi 

Anadolunun 6 vilayətində  666 min erməni, Türkiyənin digər 

ərazilərində  isə  448  min  erməni,  cəmisi  1  milyon  115  min 

nəfər erməni  yaşamışdır.  1915-ci  ilin  yazında  silahlı  erməni 

dəstələri  Türkiyənin  Van  vilayətində  türklərə  qarşı  silahlı 

üsyan  təşkil  edərək,  bütün  türkləri  vilayətdən  qovdular,  ək­

səriyyətini isə güllələdilər.

1918-ci ilin mart-aprel  aylarında  erməni  terrorçuları  və 

quldur  silahlı  dəstələri  Bakıda,  Şamaxıda,  Qubada,  Muğan­

da,  Lənkəranda  50  mindən  çox  azərbaycanlını  qətlə yetirdi­

lər.  Bunlardan  30 min nəfəri həmin  ilin  mart ayının sonunda 

başlanaraq  3  gün  Bakıda  davam  edən  soyqırımda  amansız­

lıqla məhv edilmişlər.

Təəssüflər olsun ki,  Azərbaycan və Türkiyədə erməni­

lərin  türklərə  qarşı  1915-1922-ci  illərdə  törətdikləri  kütləvi 

qırğınlar haqqında son vaxtlara qədər sənədlərə əsasən sam- 

ballı  əsərlər  yazılmamış  və  buna  görə  də  məsələnin  həqiqi 

mahiyyəti  Avropa  və  ABŞ  siyasi  dairələri  və  xalqlan  üçün 

hələ də m ə’lum deyildir.

1918-1922-ci illərdə Azərbaycandan mühacirətin geniş 

miqyasda olmasının  əsas səbəblərindən biri də erməni terro­



44

ru olmuşdur.

Ceyhunbey  Hacıbəyli  1952-ci  ilin  mayında  Münhen 

şəhərində  (Almaniya)  nəşr  edilən  «Azərbaycan»  qəzetində 

dərc  etdiyi  «28  may  Parisdə»  adlı  məqaləsində  yazırdı:  «32 

ildən  bəri  (yəni  1920-ci  ildən  bəri)  mühacirətlə  bolşevizm 

arasında  bir  mübarizə  davam  edir:  hansı-hansını  basdıracaq, 

onu  Allah  bilir.  Lakin bir şey də var ki, onu biz  də çox yaxşı 

bilirik:  mühacirətdən  yalnız  bir  fərd  də  qalarsa,  milli  bay­

rağımız enməz».

XX  əsrin  20-30-cu  illərində  Türkiyədə  olan  Azər­

baycan  mühacirəti  son  dərəcə  güclü  və  mütəşəkkil  idi.  Bu 

vəziyyət  Sovet  rəhbərliyini  «narahat  etdiyinə»  görə  Azər­

baycan  mühacirətinin  böyük  bir hissəsi  1932-ci  ildə Türkiy­

əni tərk etməyə məcbur olmuşdu.

Azərbaycanda  20-ci  illərdə  aparılmış  erməni  terroruna 

əlavə  olaraq  1937-1938-ci  illərdə  Sovet  siyasi  sisteminin 

təşkil  etdiyi  sinfi  düşmən  axtarışı  və  bu  «düşmənlərin» 

məhv  edilməsi  dövründə  Azərbaycanın  80  min  ziyalısı 

məhv  edildi.  Şair  Gültəkinin  sözləri  ilə  desək,  Sibiryanın 

«buzlu  cəhənnəmləri» azəri  gəncləri üçün bir məzar oldu.

Xüsusi  nifrət doğuran hal bundan ibarətdir ki, bu «sinfi 

düşmənlər»  haqqında  tərtib  edilən  ittihamnamələrdə  hər bir 

ittiham  edilən  «xalq  düşməni»nin  dilindən  onlarla  digər 

«xalq  düşmənləri»nin  adları  ittihamı  tərtib  edənlər  tərəfin­

dən  sadalanır və beləliklə de Azərbaycanda bir neçə millətçi 

təşkilatların  olması  haqqında cəfəng faktlar uydurulurdu1.

Hələ  1923-cü  ildə  Moskvanın  «Butırka»  həbsxanasın­

da  «Müsavat»  partiyasının  300  nəfərə  yaxın  fəal  üzvü  həb­

sdə idi2.

1920-ci  ildə  Azərbaycan  generallarından  on  nəfərdən 

çoxu  məhkəməsiz  və  istintaqsız güllələndi.  Yalnız  iki  gene-



Ziya Bünyadov.  Qırmızı  terror.  B.,  1993, s.38.

Yenə orada.  S.49.

45


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə