Qafqaz müsəlmanlarının I qurultayı 1917-ci ilin 15-20
aprelində Bakıda keçirildi.
1917-ci il oktyabrın sonunda «Müsavat» partiyasının
növbəti qurultayı keçirildi və M.Ə.Rəsulzadə partiyanın səd
ri seçildi.
Göründüyü kimi Rusiyada çarizm üsul-idarəsi dağıldı
qdan az sonra Azerbaycanda siyasi partiyaların fəaliyyətlə
rini gücləndirmək üçün şərait yaranmışdı və onlar bu şərait
dən istifadə edirdilər.
14
II fəsil
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
HAKİMİYYƏTİ İLLƏRİNDƏ XALQIN
SİYASİ MƏDƏNİYYƏTİ
Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının siyasi-
ideoloji kökləri XIX əsrin ortalarında əsası qoyulmuş milli
oyanışdan başlayır. Bu başlanğıc siyasi ədəbiyyatda maarif
çilik və intibah dövrü kimi qələmə verilir: Mirzə Kazım bəy,
Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və digərləri tərə
findən əsası qoyulmuş bu milli-istiqlal məfkurəsi Əlibəy
Hüseynzadə tərəfindən milli-istiqlal məfkurəsi kimi tamam
landı.
XX əsrin əvvəlində Azerbaycan xalqı böyük bir milli-
azadlıq mübarizləri qrupu yetişdirmişdir. Burada ən xoşa gə
lən cəhət ondan ibarət idi ki, bu mübarizlər yüksək intellek
tual səviyyəyə malik idilər. Məsələn, Xalq Cümhuriyyəti
hökumətinin gələcək liderlərindən olan Fətəli xan Xoyski
Moskva universitetinin hüquq fakültəsini, Əlimərdan bəy
Topçubaşov Peterburq universitetinin hüquq fakültəsini, Nə
sib bəy Usubbəyli Odessa universitetinin hüquq fakültəsini,
Beybut ağa Cavanşir Frayberq Dağ-mə’dən Akademiyasını
(Almaniyada) bitirmişdilər.
1917-ci ilin fevral burjua demoktarik inqilabının qələ
bəsi nəticəsində Rusiyada 300 il davam etmiş Romanovlar
sülaləsinin hakimiyyəti devrildi və Rusiyada olduğu kimi,
Zaqafqaziyada da iki hakimiyyətlilik yarandı. Tiflisdə noya
brın 16-da (1917) yaradılmış Zaqafqaziya Komissarlığı (mü
vəqqəti hökumət) Zaqafqaziyanın müstəqilliyini e’lan etdi
və seçkilər keçirərək, 1918-ci ilin 22 fevralında Zaqafqaziya
15
seymini yaratdı. Seymin 1918-ci ilin 23 fevralında keçirilmiş
ilk iclasında Zaqafqaziyanın müstəqilliyi rəsmi olaraq e’lan
edildi. Aprelin 9-da təsdiq edilmiş Zaqafqaziya federativ hö
kuməti (13 nəfərdən ibarət) tərkibində 5 yer Azərbaycan
nümayəndələrinə verilmişdi: Ədliyyə Naziri (F.Xoyski),
Maarif Naziri (N.Usubbəyli), Ticarət Naziri (M. Hacmski),
Yollar Naziri (X.Məlik Aslanov), Dövlət Nəzarəti Naziri
(İ.Heydərov), Baş Nazir və Xarici İşlər Naziri A.Çxenkeli
təsdiq edilmişdi.
Zaqafqaziya respublikalarının xarici orientasiyaları
müxtəlif olduğu üçün (Gürcüstan Almaniyaya, Azərbaycan
Türkiyəyə, Ermənistan isə gah Rusiyaya, gah İngiltərəyə,
gah da Amerikaya meyl edirdi) Zaqafqaziya federasiyası
Seyminin ömrü uzun ola bilməzdi. 1918-ci ilin 26 mayında
Gürcüstan bu federasiyadan çıxdı. Seymin Azərbaycan frak
siyası da mayın 27-də federasiyadan çıxaraq özünü Milli Şu
ra e’lan etdi və Milli Şuranın sədrliyinə «Musavat»ın lideri
M.Ə.Rəsulzadə seçildi. Mayın 28-də Tiflisdə Milli Şura
adından Azərbaycanın müstəqilliyi haqqında «Bəyanna-
mə»ni 26 nəfər imzaladı: Milli Şuranın sədr müavini Həsən
bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyli və к
digərləri imza edənlərdən idilər.
D
Azərbaycanın müstəqilliyi haqqında Bəyannamədə
deyilirdi: «Yaranmış vəziyyət Şərqi və Cənubi Zaqafqaziya
dan ibarət olan Azərbaycanın öz dövlət orqanlarını yaratmaq
zərurətini qəti surətdə tələb edir. Buna görə də xalq seçkilə
ri ilə seçilmiş Azərbaycan Milli İslam Şurası bildirir:
1. Bu gündən e’tibarən Azərbaycan xalqları suveren
hüquqlara malikdirlər. Şərqi və Cənubi Zaqafqa
ziyadan ibarət olan Azərbaycan tam hüquqlu
müstəqil dövlətdir.
2. Müəssislər Məclisi çağrılana qədər bütün Azər
baycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş
16
Milli Şura və Milli Məclis qarşısında məsuliyyət
daşıyan Müvəqqəti Hökumət durur».
Milli Şura özünün 28 may tarixli iclasında Azerbaycan
Xalq Cümhuriyyətinin müvəqqəti hökumətini təşkil etməyi
bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Həmin gün Fətəli xan
Xoyskinin təklifi ilə Müvəqqəti Hökumətin (Nazirlər Şura
sının) tərkibi aşağıdakı tərkibdə təsdiq edildi:
♦ Fətəli xan Xoyski (bitərəflər fraksiyasından) - Na
zirlər Şurasının sədri və Daxili İşlər Naziri;
♦ Nəsib bəy Usubbəyli («Müsavat» partiyasından)
Maliyyə Naziri və Xalq Maarifi Naziri;
♦ Xosrov Paşa bəy Sultanov («İttihad») - Hərbi Nazir;
♦ Məmməd Həsən Hacınski («Müsavat») - Xarici İş
lər Naziri;
♦ Xəlil bəy Xasməmmodov («Bitərəf»lərdən) - Tica
rət və Sənaye Naziri;
♦ Əkbər ağa Şeyxulislamzadə («Hümmət») - Əkinçi
lik Naziri və Əmək Naziri;
♦ Xudadat bəy Məlikaslanov («Müsəlman sosialist
bloku») - Yollar Naziri, Poçt və Teleqraf Naziri;
♦ Camo bəy Hacmski («Müsəlman sosialist bloku») -
Dövlət Müfəttişliyi Naziri.
Beləliklə hökumətin tərkibində olan 9 nəfərdən 3 nə
fəri - Müsavat partiyasından, 2 nəfəri - bitərəf, 1 nəfəri
hümmətçi, 2 nəfəri «Sosialistlər» blokundan, 1 nəfəri «İtti
had» partiyasından idi.
Şərqi Azərbaycan (Bakı quberniyası) 1918-ci ilin apre
lindən Sovet Rusiyanın mandatı ilə buraya gəlmiş Stepan
Şaumyanın başçılıq etdiyi Bakı Kommunasını təmsil edən
bolşevik-daşnak hökuməti tərəfindən zəbt edilmişdi və
Azerbaycanın digər hissəsinin müstəqilliyini böyük qorxu
altında saxlayırdı. Ölkənin müstəqilliyini öz milli sərhedlə-
~
I
17
Azərbaycan Respublikası Prezidentinin
işlar İdarəsi
PREZİDENT KİTABXANASI