«Hər şeydən əvvəl Azərbaycan Cümhuriyyətinin əsas
idarəsi bütün vətəndaşların bərabər bir hüquqda yaşaması
üzərində qurulmuşdur. Burada hər bir insanın möhtərəm
şəxs, Azerbaycan vətəndaşı olduğu üçün hüququ qorunurdu,
erkək-qadm, müsəlman-xristian, türk-türk olmayan, cins və
milliyyət fərqi gözləmədən, zəngin-fəqir, müdir-işçi, torpaq
sahibi-günemuzdlu, öyrətmən-tələbə, möhtərəm-cahil, sinif,
məslək, təbəqə, rütbə, məqam, nəsil, bilgi imtiyazı arama
dan bütün vətəndaşlar məmləkət idarəsində iştirak edir, qa
nun yapan quruluşlara girmək haqqına dəxi sahib idilər. Bu
rada bir sinif diger sinfə hakim deyildir. İnsan nə vanna görə
haqlı, nə də yoxsulluğuna görə haqsız görünmürdü. Bunun
kimi ona nə yoxsulluğu üçün sayğı edilir, nə zənginliyi üçün
aşağılanırdı... Burada misli Avropada təqlid olunmayan hə
qiqi bir Xalq Cümhuriyyəti qurulmuşdur».
1918-
ci ilin 6-14 dekabnnda keçirilən demoktarik
müşavirələrdə siyasi partiyalann gələcək parlamana müna
sibəti məsələsi müzakirə edildi. Burada bolşeviklərdən baş
qa digər partiyalann hamısının nümayəndələri iştirak edirdi.
Müşavirədə kadetlər və menşeviklər «Vahid və bölünməz
Rusiya» ideyası ilə çıxış etdilər. Buna cavab olaraq Azər
baycanın milli partiyalan «Müsavat» və «İttihad» Rusiya ilə
yenidən birləşmək ideyası əleyhinə kəskin çıxışlar etdilər.
Parlamanda hökumətin başçısı te ’yin edilmiş F.Xoyski
dekabnn 28-de (1918) koalisiya əsasında təşkil edilmiş yeni
Nazirlər Kabinəsinin tərkibini Parlamanm təsdiqinə təqdim
etdi. Sıra ilə bu, hökumətin üçüncü Kabinəsi idi. (Hökumə
tin I və II kabinələri «Müvəqqəti hökumət» kimi fəaliyyət
göstermişdir). «Bitərəflər» blokunun nümayəndəsi Fətəli
xan Xoyski - Baş Nazir və Xarici işlər Naziri tə ’yin edildi.
(6/X-19-dan sonra xarici işlər naziri Ə.Topçubaşov olmuş
dur).
1919-
cu ilin ikinci yarısında parlamanda 11 müxtəlif
partiya fraksiyası və qrupu tərkibində cəmisi 96 deputat fəa
26
liyyət göstərmişdir.
XX əsrin əvvəllərində müsəlman şərqində yeganə par-
lamanlı Cümhuriyyət olan Azərbaycanın parlamanı 17 ay
fəaliyyət göstərmiş və bu dövrdə 145 iclasını keçirmişdir.
Bu iclaslarda 230-a yaxın qanun təsdiq edilmişdir: vətəndaş
lıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, məh
kəmə qanunvericiliyi haqqında, Bakı Dövlət Universitetinin
yaradılması haqqında qanunlar xüsusi əhəmiyyət kəsb edir
di.
1919-cu ilin 19 iyulunda Azərbaycan parlamanmın qə
bul etdiyi qanuna əsasən Bakıda, Qazaxda, Şəkidə, Şuşada,
Qubada, Gəncədə, Zakatalada və Salyanda iki aylıq pedaqoji
kurslar açıldı və bu kurslarda dərs deyən müəllimlərin əksə
riyyəti Türkiyədən də’vət edilmişdi.
1919-cu ilin 1 sentyabrında Parlamanm 70-ci iclasında
«Bakı Dövlət Universitetinin təsis olunması haqqında qa
nun» qəbul olundu. Universitetdə dərslər isə həmin ilin 15
noyabrında başlamışdır. Birinci tədris ilində Universitetdə
877 nəfər tələbə və 217 nəfər azad dinləyici, 44 nəfər müəl
lim (onlardan 12 nəfəri professor) olmuşdur ki, bu müəllim
lərdən də yalnız 9 nəfəri azərbaycanlı idi.
Milli müəllim kadrları kifayət qədər olmadığı üçün
Universitet rus dilində işə başlamışdı və sonrakı illərdə
Azərbaycan dilində tədrisə keçildi.
Parlaman eləcə də xarici ölkələrdə təhsil almaq üçün
100 nəfər azərbaycanlının Azərbaycan dövləti hesabına xa
rici ölkələrə təhsilə göndərilməsi haqqında qərar qəbul etdi.
Fransaya - 45 nəfər, İtaliyaya - 23 nəfər, İngiltərəyə
10
nəfər, Türkiyəyə - 9 nəfər. Rusiyada vətəndaş müharibəsi
davam etdiyi üçün oraya göndərilməsi nəzərdə tutulan 13
nəfər gedə bilmədi.
Parlamanm əsas vəzifələrindən biri Azərbaycanın müs
təqilliyinin beynəlxalq aləmdə tanınmasını tə’min etmək idi.
Bu məqsədlə parlamanm sədri Ə.M.Topçubaşovun sədrliyi
27
ilə yaradılmış xüsusi komissiya Paris sülh konfransında işti
rak etmək üçün göndərilmişdi ve 1920-ci ilin 12 yanvarında
konfrans tərəfindən Azərbaycan de-fakto olaraq tanınmışdı.
Müstəqil dövlətlərdən isə Azərbaycan Xalq Cümhuriyyətini
hamıdan əvvəl Türkiyə dövləti tanımışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamanmm 1919-
cu il 29 may tarixli iclasında məlumat verilmişdi ki, Deniki-
nin könüllülərdən ibarət ordusu Dağıstanı zəbt etmişdir.
Məmməd Əmin Rəsulzadə bu xəbər haqqında Parlamanda
çıxışını belə başlamışdı: «Xarici təhlükə qarşısında fırqələr
arasında ixtilaf olmaz. Hamısı yekvücud olaraq istiqlal yo
lunda bir adam kimi hazır olacaqdır»1.
Parlamanın müzakirə etdiyi mühüm məsələlərdən biri
Zaqafqaziyanın 3 respublikası arasında sərhəd mübahisələ
rinin həlli olmuşdur. 1919-cu ilin sonunda Azərbaycan əra
zisinin (113,9 min kv. kilometr) 15,6 min kv. km-i mübahi
səli ərazi hesab edilirdi (Bunlar: Borçalı, Qarayazı, Şərur-
Dərələyəz və s. ərazilər idi).
Azərbaycan Parlamam torpaq islahatı haqqında qanunu
nəinki qəbul etmədi, hətta bu haqda Zaqafqaziya Seyminin
qərarının icrası Xoyskinin 1918-ci ildə təşkil etdiyi hökumə
tin qərarı ilə dayandırıldı və həmin məsələnin həlli gələcək
Müəssislər Məclisinin müzakirəsinə keçirilməsi müəyyən
ləşdirildi.
Parlamanda 1920-ci ilin martında Azərbaycan ilə Gür
cüstan arasında iqtisadi və siyasi əlaqələr haqqında müqavi
lə imzalanması təsdiq edildi. Ermənistanla isə «mübahisəli
ərazilər» haqqında danışıqlar nəticə vermədi.
Qonşu İranın Azerbaycan Xalq Cümhuriyyətinin müs
təqilliyini tanıması Paris sülh konfransından iki ay sonra,
1920-ci ilin 20 martında olmuşdur. Rusiya isə Azərbaycan
1
28
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqra-
fık hesabatlar), I cild. B., 1998, s.622.
Xalq Cümhuriyyətini de-fakto tanımamışdı.
1920-ci ilin ilk günlərindən başlayaraq Rusiya Sovet
hökuməti Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı
diplomatik hücumlarım kəskinləşdirdi. 1920-ci ilin 2 və 22
yanvarında, 20-si fevralında Rusiyanın Xarici İşlər Nazirliy
inin göndərdiyi notalarda Rusiyanın Denikinə qarşı mübari
zəsində Azərbaycanın Rusiya ilə ittifaq bağlamadığı irad
tutulur və bəhanə edilirdi. Azərbaycan hökuməti bu notalara
cavabında bildirmişdi ki, Azərbaycan Rusiyanın daxili işlə
rinə qarışmır. (Halbuki, daşnak Ermənistanı Denikin ilə itti
faq bağlamışdı, və Denikin məğlub olduqdan sonra Erməni
stan dərhal Rusiya Sovet hökuməti ilə ittifaq bağladı. Həmi
şə iki əks cəbhələrə xidmət etmək erməni diplomatiyasına
xas olmuşdur).
Rusiya və Ermənistanın bolşevik-daşnak rəhbərliyinin
və hökumətlərinin gizli danışıqları əsasında belə bir razılıq
əldə edilmişdi ki, Azərbaycana şimaldan ediləcək hücum
ərəfəsində onun hərbi qüvvələrini şimaldan ölkənin cənu
buna çəkmək üçün Dağlıq Qarabağda erməni hücumları təş
kil edilməlidir ve belə də edildi: 1920-ci ilin 22 martında
Novruz bayramı axşamı Qarabağa yeganə keçid olan Əskə-
ran keçidini daşnak hərbi dəstələri zəbt etdilər. Azərbaycan
hökuməti general-mayor Həbib bəy Səlimovun komandan
olduğu ordu korpusunu Qarabağa göndərməyə məcbur oldu
və aprelin 3-də Azərbaycan ordu korpusunun döyüşçüləri
Şuşa və Xankəndinə daxil oldular.
Rusiyanın XI ordusunun Azərbaycana dinc yolla daxil
olmasına nail olmaq üçün Rusiya diplomatiyası ikinci bir al
dadıcı addıma əl atdı: geniş təbliğ edilirdi ki, Rusiyanın XI
ordusu Azərbaycandan və Ermənistandan keçərək Azər
baycana qardaş olan Türkiyəyə hərbi köməyə göndərilir.
Belə bir şəraitdə Azərbaycanda hökümət böhranı yara
dıldı və hökümət başçısı Nəsib bəy Usubbəyli 1920-ci ilin
30 martında iste’fa verdi və yeni hökuməti təşkil etmək so
29