D igər təltifatlar:
1. Azərbaycan Respublikasının əməkdar təbliğatçısı
fəxri adı, 26.IX.85.
2. Azərbaycan
5 .VII .71.
SSR Alı
Sovetinin fəxri
fərmanı
3. Azərbaycan
14.11.95.
SSR Ali Sovetinin Fəxri formanı
4. Azərbaycan SSR Ali və orta ixtisas təhsil nazirliyi
nin fəxri fərmanı 12.Ш.73.
5. SSRİ Elmlər Akademiyasının Sosioloji Assosiasiy
asının fəxri fərmanı 5.XI. 1985.
6. Azərbaycan Respublikası müharibə, əmək və silah
lı qüvvələr Veteranları Şurasının fəxri fərmanı
6.V.95.
7. Azərbaycan Respublikası təhsil nazirliyinin fəxri
fərmanı 17.V/2000.
8. Azərbaycan Respublikası Veteranlar Şurasının fəx
ri fərmanı 15.V.2000.
9. Azərbaycan respublikası Müdafiə nazirliyinin fəxri
fərmanı 9 may 2001.
10. Moskva hərbi dairəsi komandanı general-polkovnik
Tulenovdan adlı qol saatı - may 1941.
11. Azərbaycan Respublikası Veteranlar şurasının fəx
ri fərmanı. 16 yanvar 2002-ci il.
254
V. Ö M Ü R D Ə N S Ə H İF Ə L Ə R
İ n s a n l a r ı n ö m ü r y o l u
u z u n s ə y a h ə t ə b ə n z ə r
Hər bir insanın həyatı bir böyük romanın mövzusu ola
bilər müddəasını əsas götürərək bu sətirləri yazmağa başla
dım və əgər bir nəticə əldə edilərsə XX əsrin ab-havasmı
düzgün hiss etmək üçün oxucuya yararlı mənbə də ola bilər.
Uşaqlıq illərim Şirvan mahalının şimalında, Şəkidən
30km şərqdə yerləşən Bayan kəndində keçmişdir. Kənd Şə-
ki-Qəbələ şosse yolu üzərində olduğu üçün iqtisadi və mə
dəni cəhətdən nisbətən inkişafda olmuşdur.
Babam İsmayıl Xəlil oğlu XIX əsrin sonunda Həcc
ziyarətinə getmiş və kənddə Hacı İsmayıl adı ilə hörmət sa
hibi olmuşdur. Onun böyük oğlu Zakir kişi (mənim atam)
ərəbcə mükəmməl savadlı idi və hər axşam Quranın mətnlə
rini xüsusi avaz ilə oxuyardı. Atam 64 yaşında xəstəliyə gö
rə dünyasını dəyişəndə mən 7 yaşında idim. Nurani Gülzar
anam atamın itgisindən sonra mənə və məndən 4 yaş kiçik
bacım Münəvvərə eyni zamanda atalıq etmişdir. Uşaqlıq
dövründən iki hadisə yaddaşımda həkk olunub:
Birincisi, günəşin tam tutulması hadisəsidir. Bu hadisə
günortaya yaxın baş verdi: birdən tam qaranlıq oldu, kəndin
itləri ulamağa başladılar, ov tüfənglərindən atəşlər açıldı ki,
Günəşi cinlərin əllərindən xilas etsinlər.
İkinci hadisə kəndimizdə cavanların qorxmazlıqlarını
sübut etmok üçün başladıqları sınaqlar haqdadır: kəndin ca
vanları hər axşam məscid yanındakı gimgodə toplaşaraq on
ların qorxmazlıqlarına sübut olaraq növbə ilə gecə vaxtı
kəndin qobristanlığına tək gedərok qəbirlərin birinin yanına
hamının gördüyü taxta parçasını yerə çaxmalı idi. Səhər er
kən isə kəndin cavanları qəbristanlığa gedərək həmin taxta
255
parçasmm orada olduğunu görərək «əhsən» deyə dağılışar
dılar.
Əsrin əvvəlində oğlanlar və kişilər arxalıq adlı uzun
ətəkli pencək qeyərdilər. Gecələrin birində növbəti cavan
oğlan taxta parçasını qəbrin yanma vurarkən taxtanı arxa
lığın ətəyinin üstündən vurur və ayağa qalxmaq istədikdə
arxalığın yerə sancılmış ətəyi durmağa imkan vermir və ca
van oğlan oradaca həlak olur. Səhər erkən kəndin cavanlan
bu hadisə yerində peşimançılıqla həmin adəti ləğv edirlər.
1932-ci ildə kənd məktəbinin V sinfini bitirdim. Bi
rinci sinifdə müəllimlərim Fərrux Həşimov və Camal əfən
dini həmişə minnətdarlıqla xatırlayıram.
*
*
*
XX əsrin 20-ci illərinin sonlannda əksəriyyət kəndlər
də məktəblər 5 sinifli idi. Bu məktəbləri qurtaranlar yaxm
şəhərlərdə olan seminariya və texnikumlarda 5 il də oxuya
raq orta ixtisas təhsil alırdılar. 1927-ci ilin sentyabnnda kənd
məktəbinin 1-ci sinfinə getdim və 4 ay bizə ərəb əlifbası öy
rətdilər. 1928-ci ilin birinci yarısından isə məktəblərdə latın
əlifbasını öyrənməyə keçildi.
Şəki müəllimlər seminariyasında təhsil illəri
Şəki seminariyası ətraf kəndlərin cavanlarının təhsilə
can atdığı ən hörmətli təhsil ocaqlarından biri idi və bu sətr-
lərin müəllifi də 1932-ci ildə həmin seminariyaya qəbul
olundu.
Seminariyada gündə bir dəfə (günorta çağı) yemək ve
ririldi. İqtisadi vəziyyəti ağır olan tələbələr hər həftənin 6-cı
günü dərsdən sonra öz kəndlərinə piyada gedərək istirahət
günü axşam bir həftəlik un-çörək və meyvə ilə geriyə qayı
dırdılar. Bu unu Şəkidə çörəkçiyə verərək hər gün 200 qr.
256
çörək alırdılar.
Şəki ilə kəndimizin arası 30-35km-dir və 5 il təhsil
dövründə mən bu yolu ən azı 200 dəfə piyada gedib piyada
da qayıtmışam.
Şəki müəllimlər seminariyası 1921-ci ildə təşkil edil
mişdir. 30-cu illərin əvvələrində və ortalarında bu semina
riyada Seyfi Hüseynov, Mustafa İsmayılov, Qədir Əhmədov,
Qurban Abbasov, Musa Hacıyev, Balabəy Əfəndiyev və di
gər hörmətli təhsil xadimləri - müəllimlər işləmişlər. Bun
dan əvvəlki illərdə isə həmin seminariyada məşhur maarif
xadimi Rəşib bəy Əfəndiyev də müəllimlik etmişdir. İndiki
Oğuz rayonunda 20-30-cu illərdə kifayət qədər təcrübəli və
nümunəvi müəllimlər işləyirdi: Baba Vahabov, Bilqeyis Hə
şimova, Cuma Mustafayev, Əbülfət Aslanov, Əhməd Oru
cov, Fərrux Həşimov, Həmid Əzizov, Həbib Naxçıvanlı,
Kərim Kərimov, Məhəmməd Əfəndiyev, Musa Əliyev, Nü-
rəddin Əhmədov, Suleyman Əhmədov, Seyfulla Qocayev,
Umar Umarov, Zahid Əhmədli və digərləri bu sıradan idilər.
30-ci illərdə ölkədə iqtisadi vəziyyət çox ağır idi. Şə
hərlərdə işləyənlərə və tələbələrə gündə 400qr qara çörək
verirdilər.
Böyük çətinliklərlə olsa da seminariyanı əla qiymətlə
qurtaranlardan 15 nəfəri 1937-ci ilin yayında Moskvaya 15
günlüyə ezamiyyətə göndərdilər.
Ömrümün 17-ci yaşında, Şəkidən başqa heç bir yeri
görməyən bir gəncə bu səyahətin təsiri misilsiz oldu. Avto
bus ilə Şəkidən Yevlaxa getdikdə Hacı Kərim Şamlının
«Trut qaçaqları» poemasındakı
«Ərəşdən Şəkiyə avtobus yolu
Yanları pambıqlı, üzüm, nar kolu»
sətrləri ilə başlayan poeması yada düşdü və bunları görmək
də biz gənclər üçün yenilik idi.
257