Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə66/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   63   64   65   66   67   68   69   70   71

var idi.

Fəaliyyət göstərdiyim partorq vəzifəsində ağır şəraitdə 

gördüyüm  işləri  yadıma  salaraq  onu  yazmağı  lazım  bilirəm 

ki,  II  dünya  müharibəsi  illərində  Sovet  ordusunda  mənəvi- 

siyasi ruh çox yüksək səviyyədə olmuşdur.

Müharibənin davam etdiyi  1418 günün hər bir günü bir 

ömrə  bərabərdir.  Bu  sətrlerin  müəllifinin  bu  mövzuda  yaz­

dığı bir neçə kitab və məqalə həmin məsələyə aiddir1.

Hərbi  xidmətdən  müharibə  qurtardıqdan  üç  ay  sonra 

(1945-ci  ilin  iyulunda)  xəstəliyimə  görə  tərxis  edildim  və 

bir həftə qatarla yol gələrək kəndimizə çatdım.

Ehtiyatda olan kapitan rütbəsində zabitəm, üç orden və 

on yeddi medal ilə təltif edilmişəm.

Müharibədən sonrakı ilk illərdə

Almaniya  faşizmi  ilə  müharibənin  qurtarmasından  üç 

ay  keçmişdi  və  əkilmiş  taxıl  yığılmışdısa  da  aclıq  sanki  in­

sanların  gözünə  çökmüşdü.  Kəndimizdə  qonşu  Xəlil  kişinin 

5  uşağından  üçü  1944-cü  ildə  acından  ölmüşdü.  Əsgər ailə­

lərinə ərzaq və geyim sahədə köməklik edilirdisə  də, bu və­

ziyyətə hissedici təsir etmirdi.

Bir  ay  doğma  kənd  məktəbində  rus  dili  fənni  üzrə 

müəllim  işlədim  və  oktyabrda  (1945)  məni  rayon  partiya 

komitəsində  hərbi  şöbə  müdiri  vəzifəsinə  qəbul  etdilər,  az 

sonra  həmin  rayon  partiya  komitəsinin  büro  üzvü  seçdilər. 

Görünür,  kadr sahəsində  də  böhran vəziyyəti hökm  sürürdü. 

Bu  vəzifədə  mənim əsas  işim  əskər ailələrinə  və  hərbi xid­

mətdən  qayıtmış  müharibə  əlillərinə  köməyi  təşkil  etmək­



İsrafil  İsmayılov.  Azərbaycan  Moskva  uğrunda  döyüşlərdə.  Bakı, 

1991  (rus  dilində);  Azərbaycanlıların  II  dünya  müharibəsində  iştira­

kı. B., 2000.

262

dən ibarət idi.

1946-cı  ilin  əvvəlində  rayon  partiya  komitəsinə  Bakı­

dan  məktub  gəldi  ki,  noyabrın  (1946)  əvvəlindən  ikiillik 

Respublika  Partiya  məktəbi  işə başlayacaq və  rayon partiya 

komitələri  tərəfindən  oraya  təhsilə  göndərilənlər  işlədiyi 

yerdə aldığı  maaş qədər təqaüd alacaqlar.  Belə təminat məni 

təmin  edirdi  və  buna  görə  də  həmin  partiya  məktəbinə 

təhsilə göndərilməyə nail oldum.

Respublika partiya  məktəbini  1948-ci ilin yayında qur­

tardım  və  o  zamankı  Qasım  İsmayılov  (indi  Goranboy  adla­

nır)  rayon partiya komitəsinə  ikinci  katib  vəzifəsinə  göndə­

rildim.

Rayon  partiya  komitələrinə  katib  vəzifəsinə  göndəri­



lənləri Mircəfər Bağırov şəxsən qəbul etdi1.

Göstərdiyim  rayonda  üç  il  işlədim  və  1950-ci  ildə  Ali 

Pedağoji institutunun qiyabi şöbəsini  qurtardım.

Rəhbər  partiya  işində  olduğum  üçün  İctimai  Elmlər 

Akademiyasına  qəbul  olunmaq  imkanı  var  idi  və  Moskvaya 

40  səhifəlik  (maşinkada  yazılmış)  mətn  göndərdim.  Mətnin 

məzmunu  müsbət  qiymətləndirildiyi  üçün  şifahi  imtahan 

vermək  üçün  Moskvaya  dəvət edildim  və  məni  həmin  Aka­

demiyaya qəbul etdilər.

Moskvada təhsil illəri

Moskvada İctimai  Elmlər Akademiyasında 3  illik təhsil 

(1951-1954)  bir ziyalı  kimi  yetişməyimdə çox  böyük rol  oy­

namışdır.  Əvvela: bu təhsil ocağı  Sovetlər İdtifaqının ən mö­

təbər təhsil-elm  mərkəzi  idi.  Oxucuya bildirməyi  lazım  bili­

rəm  ki,  göstərdiyim  illərdə  İ.V.Stalinin  qızı  Svetlana  da  hə-



Bu  haqda bax: İsmayılov  L.Z. Azərbaycanın XX əsrdə dövlətçilik 

siyasəti məsələləri. B.,  1995.  s.88.

263


min Akademiyada oxumuşdur.

Həmin  illərdə  İctimai  Elmlər  Akademiyasında Taciki­

stan  Partiya  Komitəsində  I  katib  işləmiş  Ş.Taşlıyev,  Sovet 

İttifaqı  qəhrəmanı  məşhur  təyyarəçi  Maresyev  və  digərləri 

də oxumuşlar.

Svetlana  Stalina  bütün  dərslərə  gəlirdi  və  həmişə 

Tatyana  Krupina  adlı  qadınla  (Mərkəzi  partiya  aparatında 

Maliyyə-təsərrüfat  sektorunun  müdiri  K.Krupinin  qızı)  gə­

lirdi.  Svetlana  və  Tatyana  bəzən  hətta  Akademiyanın  ye­

məkxanasında nahar edərdilər.  Bir  dəfə  mən  və  şəkili  Fər­

rux  Yusubov  yeməkxanada,  onlarla  bir  stolda  oturaraq  kə­

ləm  dolması yedik və  onlara bildirdik ki, kələm dolması  (və 

ondan  daha  dadlı  olan  tənək  dolması)  Azərbaycanın  milli 

xörəyidir.

Nikita  Xruşşovun  Svetlana  Stalina  haqqında  ədalətsiz 

və  kobud  siyasi  hərəkətləri  haqqında  mən  1995-ci  ildə nəşr 

etdirdiyim kitabımda yazmışam1.

İctimai  Elmlər  Akademiyası  Mərkəzi  partiya  aparatı 

nəzdində  idi  və  yalnız  ona  tabe  idi.  Akademiyada  il  yarım 

ərzində  müvafiq nəzəri  fənnlərdən yüksək səviyyədə müha­

zirələri  dinlədikdən  sonra tarix  fənnindən,  fəlsəfədən və  al­

man dilindən  namizədlik minimumları  verdim,  sonrakı  il ya­

rımda  isə  aspirant  seçdiyi  mövzuda  kandidatlıq  dissertasi­

yasını yazaraq elmi  şurada müdafiə edir və oradaca ona elm­

lər  namizədi  diplomu  verilir.  1954-cü  ilin  22  iyununda  (tə­

sadüfə bax,  13  il əvvəl bu günü mən Moskvada müharibənin 

başlanmasını  qarşılamışam)  mən  dissertasiyam  (beynəlmi­

ləlçilik tərbiyəsi mövzusunda) müdafiə etdim.

Moskva  həyatı  1940-45-ci  illərin  hərbi  xidmətindən 

mənə  tanış  olsa  da,  Akademiyada  təhsil  illəri  son  dərəcə 

məhsuldar  oldu:  əvvəla,  Akademiyanın  professor-müəllim

İsmayılov İ.Z. Azərbaycanın XX əsrdə dövlətçilik siyasəti məsələlə­

ri.  B.,  1995, s.74-76.

264

heyəti  ən yüksək  tərkibdə  idi, burada  SSRİ-nin və  xarici  öl­

kələrin  yüksək  partiya  rəhbərliyi  nümayəndələri  ilə  tez-tez 

görüşlər  keçirilirdi.  Akademiyada  akademik-filosof Q. Alek­

sandrov,  tarixçi  akademik  Pankratova,  akademik  Tarle,  aka­

demik  Neçkina  və  digərlərinin  mühazirələri  böyük  maraq 

doğururdu.

Təşkil  edilmiş musiqi  lektoriyasında dünya opera sənə­

tinin  inciləri  haqqında  həftədə  bir  dəfə  mühazirələr  və  ta­

maşalar  təşkil  edilirdi  və  bunları  dinləmək  mənim  dünya- 

görümə güclü təsir etdi.

Bakı Ali Partiya Məktəbində yeddi il

Təhsildən Bakıya iyulda (1954) qayıtdıqda Partiya Mər­

kəzi  Komitəsində  bildirdilər  ki,  məzuniyyətdən  qayıdaraq 

avqustun  əvvəlindən  respublika Partiya məktəbində  işə  baş­

lamalıyam  (həmin  məktəbin  direktoru  və  onun  tədris  işləri 

üzrə  müavini  eyni  zamanda  işdən  azad edilmişdilər.  Məktə­

bə  müvəqqəti  rektorluq  isə  Xalq  Təsərrüfatı  institutunun 

rektoru  Xurşud  Məmmədova tapşırılmışdı).  Beləliklə  avqus­

tun  l-dən təkbaşına işə başladım.  Üç ay sonra Xurşud  Məm­

mədov  Naxçıvana  rəhbər  partiya  işinə  göndərildi,  və  bu 

sətrlərin müəllifini Partiya məktəbinə direktor təyin etdilər.

Əvvəlki  illər  (1946-48)  ikiillik  partiya  məktəbində 

təhsil almağım bu yeni  işdə mənə kömək etdi.

Partiya  məktəbində  təhsil  alanların  hamısı  rəhbər  par­

tiya-sovet  vəzifələrindən  gəlmiş  yaşlı  şəxslər  olduğu  üçün 

bunları  tədrisdə  intizama  tabe  etdirmək  çətin  iş  idi.  Bunu 

nəzərə  alaraq  sentyabrın  l-dən başlayaraq  dərsin  başlanması 

ərəfəsi  hər gün  məktəbdə  olur və  sadəcə  olaraq  dərsə  geci­

kənlərə  (heç bir söz deməyərək) nəzər-diqqət edir və jurnal­

larda  yoxlama  aparılmasına  nəzarət  edirdim.  Bu  ciddi  nəza­

rət  öz  nəticəsini  verdi  və  təhsildə  möhkəm  intizam  yarada

265



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə