ilir: «
Tarixən təşəkkül tapmış sərhədlər daxilində Azərbay
can Respublikasının ərazisi vahid, bölünməz və verilməzdir.
Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç
bir formada kimsəyə vermir, yalnız Azərbaycan Respublikası
Parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasın
da xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azər
baycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə
və düzəliş aparıla bilər.
Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi
başqa dövlət və ya başqa dövlətin hüquqi şəxsi tərəfindən
satın alına bilməz».
Və nəhayət, «Kosntitusiya Aktı»nm yekun maddəsi
olan 32-ci maddəsində yazılmışdır: «Bu Kosntitusiya Aktı
Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazır
lanması üçün əsasdır».
Beləliklə, Kosntitusiya Aktında dövlətçilik məsələləri,
iqtisadi və siyasi münasibətlərə aid, məzmunca yeni, mad
dələr öz əksini tapmışdır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın öz
müstəqilliyi haqqında Kosntitusiya Aktım qəbul etməsi Öz
bəkistan və Qırğızıstandan ay yarım sonra həyata keçiril
mişdir (Özbəkistan - 1/IX, Qırğızıstan - 2/ IX.91). Görünür
bu gecikmənin səbəblərindən biri Azərbaycana qarşı Ermə
nistan silahlı qüvvələrinin hərbi təcavüzü olmuşdur.
«Kosntitusiya Aktı» qəbul edilməsindən az sonra Ali
Sovetin 1991-ci ilin noyabrının əvvəllərində keçirilən II ses
siyasında ayrı-ayrı deputatlar Ermənistan silahlı qüvvələri
nin Azerbaycan Respublikasının ərazilərinə hücumları da
vam etdirmələri haqqında məlumatlar verdilər və göstərdilər
ki, Dağlıq Qarabağda və sərhəd rayonlarında Azərbaycan
kəndlərindən əhali öz doğma yurdlarını tərk edirlər.
Ali Sovetin sessiyasında eləcə də göstərildi ki, Dağlıq
Qarabağda yerləşdirilmiş SSRİ Daxili İşlər Nazirliyinin qo
şunları ermənipərəst mövqe tutur və bu da Azərbaycanın İt
90
tifaq müqaviləsini imzalamaqdan imtina etməsinə Moskva
nın münasibətinin nəticəsidir. Ali Sovetin sessiyasında Res
publika Müdafiə Nazirliyinin fəaliyyətsizliyi də ciddi tənqid
olundu.
Kosntitusiya Aktının qəbul edilməsindən sonrakı ilk ay
larda Respublikada hərbi və iqtisadi vəziyyətin təhlili onu de
məyə əsas verir ki, Müstəqillik elan olunandan sonra Azər
baycanda dövlət quruculuğu işi çox zəif aparılmışdır. Məsə
lən, 1990-cı ilin 27 yanvarında Xankəndində təşkilat komitəsi
yaradılmışdı və bu komitə böyük çətinliklərə döş gərərək
müəyyən işlər görürdü (onun işi millət vəkili Veli Məmmə
dovun rəhbərliyi altında az da olsa müsbət nəticə verirdi).
Prezident A.Mütəllibov özünün 10 yanvar 1992-ci il ta
rixli fərmanı ilə bu komitəni Xankəndindən Ağdama köçür
dü. Əlbətdə bu qərar səhv idi və sonrakı hadisələr bunu təs
diq etdi.
SSRİ dağıldıqda Azərbaycan erazilərində olan silahla
rın bir hissəsi Azərbaycan Respublikası hökuməti sərənca
mına keçdi. Bu silahların əksəriyyəti köhnəlmiş hərbi texni
ka idi. Eyni vəziyyət Kaspi hərbi gəmilərinin bölünməsində
də baş verdi.
Görünür Ermənistana daxildə və xaricdən rəhbərlik
edən siyasətçilər hadisələrin istiqamətini özləri üçün daha
düzgün müəyyənləşdirə bildilər və ona görə də Ermənista
nın Ali Soveti 1989-cu ilin 1 dekabrında Dağlıq Qarabağın
Ermənistan ərazisinə birləşdirmək haqqında qərar qəbul etdi
və beynəlxalq hüquq normalarına zidd olan həmin qeyri qa
nuni qərar bu günə qədər ləğv edilməmişdir.
Azərbaycan və Ermənistanın silah kvotası (icazə ve
rilmiş silah miqdarı) Ermənistan mətbuatının açıqlamasına
görə aşağıdakı miqdarda müəyyən edilmişdir: tanklar - 220-
yə qədər, bronemaşm - 220-yə qədər, artilleriya sistemləri -
285-ə qədər, hərbi təyyarələr - 100-dən çox olmayaraq, hər
bi vertalyotlar - 50-dən çox olmayaraq.
91
Yenə də Ermənistan mətbuatında verilən məlumata gö
rə bu göstərilən silah miqdarından SSRİ dağılması dövründə
Zaqafqaziyada yerləşən 4-cü ordunun silahlan hesabına Azer
baycan almışdır: tanklar - 285, bronemaşınlar - 42, artilleriya
sistemləri - 346, hərbi təyyarələr - 8 vahid və min vaqondan
çox silah güllələri. Bu mənbədə həm də göstərilir ki, Kaspi
hərbi donanmasının silahlanmn 35%-i Azərbaycanın ixtiya
rına keçmişdir.
Burada eləcə də göstərilir ki, Dağlıq Qarabağın silahlı
qüvvələri 253 tankdan, 278 bronemaşmdan və 298 artilleriya
qurğularından ibarətdir.
Rusiya dövlətinin işğalçı Ermənistana dəfələrlə hərbi
silah verməsini və orada hərbi bazaların saxlamasını nəzərə
alsaq, bu gösterilən rəqəmlərin1 dünyada ictimai rəyi aldat
maq üçün açıqlandırıldığı^ h$ inandırıcıdır.
Ermənistan hərbi qüvvələrinin 1992-ci ilin fevralının
25-dən 26-a keçən gecə Rusiyanın 366-cı alayı ilə birlikdə
Azərbaycanın Xocalı şəhərinə hücumu, dinc və müdafiəsiz
əhalini misli görülməmiş vəhşiliklərlə məhv etməsi bir daha
sübut etdi ki, erməni faşistləri üçün insanlıq məvhumu yox
dur, və onlar «Böyük Ermənistan» yaratmaq naminə bütün
vəhşiliklərə ol atırlar.
Xocalı faciəsinin baş verməsi və onun hətta Azər
baycan xalqından ilk günlərdə gizlədilməsi prezident A.Mü-
təllibovun Azərbaycanda hakimiyyətinə son qoydu və o,
Moskvaya qaçdı. Belə bir vəziyyətdə hakimiyyətə 1989-cu
ilin iyulunda yaradılmış Azərbaycan Xalq Cəbhəsi gəldi və
bu hakimiyyət bir il davam etdi.
Məlumdur ki, hələ 1961-ci ildə Zaqafqaziya hərbi dairəsinin köhnə
silahları ləğv edilərkən (yeniləri ilə əvəz edildi) köhnə silahlar mar
şal K.Voroşilov və marşal İ.Baqramyanın bilavasitə iştirakı ilə çox
məxvi və gizli yollarla Gürcüstandan Ermənistana ötürülmüşdü. Be
lə faktlar göstərir ki, ermənilərin "Böyük Ermənistan" yaratmaq pla
nı bəzilərinin düşündüyü kimi heç do xülya deyildir.
92
§ 2. Azərbaycanda milli birlik ideologiyasının
məzmunu
Milli ideologiya dövlətçiliyin əsasıdır. O, eyni zaman
da xalqın siyasi mədəniyyətinin əsasını təşkil edir. Siyasi
məzmun və siyasi xarakter daşıyan milli ideologiya xalqın
siyasi mədəniyyətinin səviyyəsində həlledici rol oynayır.
Sovet siyasi sistemində milli ideologiyaya qeyri-rəsmi
olsa da, qadağa qoyulmuşdu. Ümumsovet, beynəlmiləl ideo
logiya bütün vasitələrlə geniş təbliğ edilirdi, «Sovet adamı»,
«çoxmillətli sovet xalqı» üslubları formalaşmaqda olan bir
həqiqət kimi qələmə verilirdi. Halbuki, kommunist ideolog
iyasının yaradıcılarından olan V.İ.Lenin əsərlərində dəfələr
lə yazmışdır ki, milli fərqlər çox uzun bir müddətdə mövcud
olacaqdır.
Arzu ediləni bir fakt kimi qəbul etmək və ya qəbul et
dirmək Sovet ideologiyasına uzun illər rəhbərlik etmiş boz
kardinal Mixayıl Suslov və onun ətrafındakılara xas olan bir
mərəz idi. Buna görə də SSRİ-də milli ideologiyalar, milli
hisslər boğulur və tapdalanırdı. Qırğız şairi Oljas Sulcyme-
ııovun başına gətirilənlər bynun təsdiqidir1.
Müasir Azərbay&ÜTİıq ideologiyasının əsasım təşkil
edən türkçülük, islamçılıq, vətənçilik və müasirlik durumla
rının əsasını hələ XX əsrin əvvəlində görkəmli filosof Oli-
bəy Hüseynzadə nəzəri planda əsaslandırmışdı2.
Azərbaycanın milli ideologiyasının əsasını dövlətçiliy
imizin qorunub saxlanması ideyası təşkil edir. Bu ideyanın
kökündə isə azərbaycançılıq məfkurəsi durur. Azorbaycan-
çılıq ideyası eyni zamanda dünyada yaşayan bütün azərbay
canlıların ideyasıdır.
Bu haqda bax: İ.Z.İsmayılov, Türk dünyası XX osrin 90-cı illərində,
B., 2001., s, 94-96
Bax: İ.Z.İsmayılov, Azərbaycanda dövlətçilik fikri oçerkləri, B.,
1996, s. 54-59
93