səlman ölkəsi öz müstəqilliyini bərpa etdi. Türk dünyası
xeyli gücləndi. Bununla əlaqədar olaraq müəllif hesab edir
ki, bəzi üzdən iraq «vətənpərvər siyasətçilər»imiz tərəfin
dən ara-sıra söylənən «XXI əsr türk əsri olacaqdır» müddəa
sını yerli-yersiz təkrarlamaq zərərli bir təbliğatın təzahürü
kimi başa düşülə bilər, və belə müddəanın Qərb siyasətçiləri
tərəfindən mənfi qəbul edilə biləcəyi şübhəsizdir. Belə ol
duqda həmin müddəani təbliğ edən «siyasətçilərimiz»in nə
qədər dayaz düşündüyü aydın olur!
Yaddan çıxarmayaq ki, Azərbaycan Türkiyədən sonra
Avropa şurasına qəbul edilmiş ikinci müsəlman ölkəsidir və
bu müsbət fakta da düzgün qiymət vermək, və bu məsələdə
düzgün mövqe tutmaq lazımdır.
2001 -ci ilin may ayına aid məlumata görə Azərbaycan
140-a qədər ölkə ilə diplomatik əlaqələr yaratmışdır. Azər
baycanda 63 ölkənin səfirliyi fəaliyyət göstərir. Bunlardan
24-ü Bakıda yerləşir. Azərbaycanın isə 21 ölkədə səfirliyi
ve ya nümayəndəliyi vardır1.
Müstəqil Azərbaycanın mühüm uğurlarından biri onun
2001-ci ilin yanvarında Avropa şurasına qəbul olunmasıdır.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nü
mayəndə heyətin işinin xeyli gücləndirilməsi də nailiyyət
dir, və bu da Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll
edilməsi yolunda ümüdləri artırır.
2001-ci ilin 24 sentyabrında Avropa Şurasının Nazirlər
Komitəsi 9212 nömrəli sənəd ilə BMT-nin nizamnaməsinə
və helsinki Yekun Aktına əsaslanaraq Azərbaycanın ərazi
bütövlüyünü bir daha tanımışdır. Bu sənəd konsensusla qə
bul olunmuşdur2.
Azərbaycanın siyasi həyatı ilə bağlı yuxarıda sadala
nan məsələlərdə əldə edilmiş müəyyən uğurlar onu deməyə
1
2
192
«Xalq» qəzeti, 27 may 2001-ci il
«Xalq» qəzeti, 26 sentyabr 2001-ci il
əsas verir ki, qədəm qoyduğumuz XXI əsrin başlanğıcında
müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və
əsası qoyulmuş güclü iqtisadiyyatının inkişafına nail olacaq
dır.
Azərbaycan müstəqilliyinin elan edilməsindən sonrakı
on illiyi Prezident Heydər Əliyev aşağıdakı mərhələlərə
bölür:
1. 1991-ci ilin 18 oktyabrından 1992-ci ilin iyununa
qədər dövlət böhranı dövrü;
2. Xalq cəbhəsinin bir illik hakimiyyəti mərhələsi.
Bu dövrün sonunda Azərbaycanda vətəndaş mühari
bəsi başlandı. Ölkə daxilində separatçılıq meyilləri gücləndi.
3. 1993-cü ilin yayından sonrakı bir illik mərhələ. Bu
mərhələdə ölkədə ictimai-siyasi sabitlik tədricən normal-
laşmağa başladı.
4. 1994-cu ilin oktyabrında və 1995-ci ilin martında
dövlət çevrilişi cəhdləri oldu və bu cəhdlərin qarşısı alındı.
5. 1995-ci ildən sonrakı dövr.
Prezident Heydər Əliyev demişdir: «1995-ci ildon biz
bu hadisələrin qarşısını alandan sonra Azərbaycanın iqtisa
diyyatının inkişaf etməsi üçün əsas və imkan yaratdıq. Bu
sahədə bizim ən böyük nailiyyətimiz 1994-cü ilin sentyabr
ayında Azərbaycanın zəngin neft və qaz yataqlarının işlən
məsi və xalqın ondan istifadə etməsi, iqtisadiyyatın inkişaf
etməsi və xalqın rifah halının yaxşılaşdırılması üçün həyata
keçirilən tədbirlər olubdur»1.
Müstəqilliyin 10 ilinin ən böyük nailiyyətlərindən biri
Azərbaycan dilinin dövlət dili kimi işlədilmosine keçiddir.
Beləliklə 1995-ci ildon sonrakı dövrdə Azərbaycan iq
tisadiyyatı inkişafa başladı.Azərbaycan dünyanın bir çox şir-
«Xalq» qəzeti, 18 oktyabr 2001-ci il
193
kətləri ilə 21 neft müqaviləsi imzaladı. Bakı-Supsa, Bakı-
Tbilisi-Ceyhan, Bakı-Novorossiysk ixrac boru kəmərləri
Azərbaycanın Neft doktrinasının tərkib hissəsidir və bunla
rın inşasında prezident Heydər Əliyevin fəaliyyəti tarixi
xidmətdir.
1991-ci ilin oktyabrında bərpası elan edilmiş müstəqil
Azərbaycan dövləti 1918-ci ildə Azərbaycanda yaranmış və
iki ilə yaxın yaşamış ilk müstəqil Xalq Cümhuriyyətinin va
risidir.
Bütün bu uğurlar və çətinliklərlə yanaşı arxada qalmış
10 illikdə ən ağır problem olan Qarabağ problemi bu vaxta
qədər həll edilməmişdir. Heydər Əliyev demişdir: «Ən ağır
problemimiz Azərbaycanın ərazi bütövlüyünün pozulması
və torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyona
qədər Azərbaycan vətəndaşının qaçqm-köçgün şəraitində
yaşamasıdır.
Azərbaycan heç vaxt öz torpaqlarını kiməsə verə bil
məz. Biz torpaqlarımızı mütləq azad edəcəyik. Əgər sülh
yolu ilə həll edilməsə, bizim bütün imkanlarımız, güclü or
dumuz vasitəsilə bu məsələni həll edəcəyik»'.
* *
*
Prezident H.Əliyev 2001-ci ilin noyabrında «Vaşinqton
Tayms» qəzeti müxbirinə verdiyi müsahibədə (bu geniş
müsahibə həmin qəzetin 29 noyabr sayında çap olunmuşdur)
demişdir: «... Təbii ki, yeni müharibə başlana bilər. Lakin
mən hesab edirəm ki, tökülmüş qanlar bəsdir. Zənnimcə, bu
məsələni dinc yolla nizama salmaq lazımdır»2.
Müstəqil dövlətçilik dövrü xalqın siyasi mədəniyyə
tində də fəallaşma üçün şərait yaradıldı. Bunun üçün ilk
növbədə gənclərin siyasət elmini ali məktəblərdə tədris et-
1
2
194
Yenə də orada.
Bax: «Xalq» qəzeti, 12 dekabr 2001-ci il
mələri vacibdir.
Sovetlər İttifaqının mövcudluğu illərində siyasət elmi
yalnız Moskvanın bir neçə ali məktəbində tədris edilirdi. İt
tifaq respublikalarında belə ali məktəblər yox idi. Görünür
Respublikalarda bunun üçün böyük ehtiyaç da olmamışdır.
Çünki müharibədən sonra İttifaq respübilkalarmda yaradıl
mış Xarici İşlər nazirliklərinin fəaliyyəti çox məhdud sahə
ləri əhatə edirdi. Və həmin nazirliklərdə işləyənlərin tərkibi
də məhdud dərəcədə idi.
Azərbaycanın ali məktəblərində siyasətşunaslıq fənni
nin tədrisinə 1991-ci ildə başlanmışdır. Bundan sonrakı il
lərdə respublikanın bütün ali məktəblərində müvafiq kafed
ralarda və ya birgə içtimai kafedralarda «Siysətşunaslıq»
fənninin tədrisi həyata keçirildi və respublikada/Azerbaycan
dilində bu fənnə aid bir neçə dərslik və dərsvəsaiti yazılaraq
nəşr edilmişdir'.
Azərbaycan dilində nəşr edilmiş bu dərslik və dərs və
saitləri Moskvada nəşr edilmiş dərsliklərin güclü təsiri altın
da yazılmışdır və respublika materiallarından nisbətən az is
tifadə edilmişdir. Hətta dərsliklərin adları da təəssüflər ol
sun ki, «Siysətşunaslıq» yox, «Politologiya» adlandırılmış
dır.
Əlbəttə, qısa müddətdə bu qədim elm haqqında mü
kəmməl dərslik yazmaq və bu dərslikdə Azərbaycan xalqının
tarixinə aid qaynaqlardan da istifadə etmək arzu edilsə də,
H.Şirəliycv, F.Abbasov. Politologiya (dərslik). B., 1993.
Q.Hüseynli, Ə.Tağıyev, E.Məmmədov, S.Həsənov. Politologiya
(dərs vəsaiti). B., 1993.
Q.Hüseynov, T.Əliycv, S.Hesənov. Politologiya kursunun proqramı
(dərs vəsaiti). B., 1991.
Ş.Məmmədov. «Politologiya» fənni üzrə mühazirə və seminar m əş
ğələlərin keçirilməsinə dair metodik tövsiyələr. B., 1995.
Musayev Nüsrət. Politologiya (mühazirə mətnləri). B., 1995.
H.Şirəliycv, Ə.Əhmədov. Politologiya (Ali məktəblər üçün dərslik).
B., 1997.
195