Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
277
2008-ci  illər  üçün  Yoxsulluğun  azaldılması  və  Davamlı  İnkişaf 
Proqramı» və s. 
 
  9.4. Əhalinin həyat səviyyəsinin göstəricilər sistemi. Həyat 
səviyyəsini müəyyən edən amillərin təsnifatlaşdırılması 
 
Həyat  səviyyəsinin  xarakterizə  edən  göstəricilərin  başlıca  olaraq 
məhsuldar  qüvvələrin  inkişaf  dərəcəsmi  ilə  müəyyən  olunur.  Bu  o 
deməkdir  ki,  məhsuldar  qüvvələrin  yüksək  dərəcədə  inkişaf  etdiyi 
ölkələrdə əhalinin həyat səviyyəsi də yüksək olur. 
Həyat səviyyəsinin göstəriciləri çoxdur və onları adətən üç qrupda 
birləşdirirlər: 
1)  sintetik dəyər göstəricilər, çünki onlar həyat səviyyəsinin daha 
ümumi  xarakteristikasını  verir.  Burada  milli  gəlirin  həcmi,  milli 
gəlirdə  istehlak  fondlarının  kəmiyyəti,  əhalinin  real  gəlirləri,  işçilərin 
real  əmək  haqqı,  sosial  müdafiə  fondların  həcmi,  pərakəndə  əmtəə 
dövriyysinin həcmi və s. 
2) maddi sərvətlərin isteklakı və xidmətin səviyyəsini xarakterizə 
edən  cinsi    göstəricilər.  Bu  qrup  göstəricilərə  ərzaq  məhsullarını  və 
qeyri-ərzaq  mallarının  istehlakı,  uzun  müddət  istifadə  olunan 
əşyalarla  əhalinin  təmin  olunması,  mənzil  sahəsi,  uşaq  tərbiyə 
müəssisələri, xəstəxana çarpayıları, məktəblər, kitabxanalar və s. 
3) əhalinin sosial qrupları və ərazi üzrə təhlilində istifadə olunan 
nisbi göstəricilər. 
Həyat  səviyyəsi  aşağıdakı  göstəricilər  vasitəsi  ilə  xarakterizə 
olunur: 


 
278
-  hər  ay  ərzində  əhalinin  adambaşına  düşən  orta  aylıq  pul 
gəlirləri; 
- iqtisadiyyata çalışınların orta aylıq əmək haqqı; 
- təyin olunmuş pensiyaların orta səviyyəsi; 
- əhalinin yaşayış minimumu; 
 - pul gəlirlərin yaşayış minimumundan aşağı olan əhalinin sayı; 
-  yaşayış  minimumu  ilə  adambaşına  düşən  orta  gəlirlərin,  orta 
aylıq  əmək  haqqının  və  təyin  olunmuş  orta  aylıq  pensiyaların 
müqayisəsi. 
Bu  göstəricilər  əhalinin  hər  bir  nəfərinə  düşən,  yaxud  hər  min 
nəfərə düşən hesablamalarla müəyyən olunur.  
2002-ci  ilin  sonunda  MDB-nin  Statistika  komitəsi  bu  ölkələrdə 
əhalinin həyat səviyyəsini qiymətləndirmək üçün müvafiq indikatorlar 
sistemi işləmişdir. Bu sistemə aşağıdakı göstəricilər daxildir: 
1. Həyat səviyyəsinin inteqral göstəriciləri 
1.1. Makroiqtisadi göstəricilər  
1.2. Demoqrafik göstəricilər 
1.3. Əhalinin iqtisadi fəallıq göstəriciləri 
1.4. Əhalinin pensiya təminatının göstəriciləri 
2. Əhalinin maddi təminatının göstəriciləri 
2.1. Ev təsərrüfatlarının gəlirləri 
2.2. 
Əhalinin 
ayrı-ayrı 
qruplar 
arasında 
gəlirlərin 
bölüşdürülməsində baş verən bərabərsizlik 
2.3. Əhalinin  yoxsulluq göstəriciləri  
3. Şəxsi istehlak (tərkibi və dəyəri) 
4. Əhalinin yaşayış səviyyəsi 


 
279
5. Sosial gərginlik. 
 
Cədvəl 9.1 
Əhalinin həyat səviyyəsini əks etdirən göstəricilər 
Mütləq 
Nisbi 
Milli gəlirin həcmi 
Milli gəlirin tərkibində istehlak 
xərclərin payı  
Əhalinin nominal gəlirləri 
Əhalinin adambaşına düşən real 
gəlirləri 
Sahibkarlıq fəaliyyətindən 
gəlirlər 
Sahibkarlıq fəaliyyətindən 
adambaşına düşən  
orta gəlir 
Mal dövriyyəsinin həcmi 
Əhalinin adambaşına düşən mal 
dövriyyəsi 
Göstərilmiş xidmətlərin 
həcmi 
Əhalinin adambaşına düşən 
xidmətlərin miqdarı 
Əhalinin banklara 
qoyduqları əmanətlərin məbləği 
Banklara qoyulan əmanətlərin orta 
məbləği 
Mənzil fondunun həcmi 
Əhalinin adambaşına düşən yaşayış 
sahəsi  
Əmək haqqı fondu 
Orta əmək haqqının səviyyəsi 
Pensiya fondlarının ümumi 
həcmi 
Orta pensiya səviyyəsi 
 
Əhalinin  həyat  səviyyəsinə  təsir  göstərən  amillərin  öyrənilməsi 
olduqca vacib məsələlərdən biridir. 
Həyat  səviyyəsi  mürəkkəb  sosial-iqtisadi  kateqoriya  olmaqla 
bərabər  insanların  istehlakının  həcmini  müəyyən  edir.  Amillər 
aşağıdakı kimi fərqlənir: 
1) bilavasitə həyat səviyyəsini formalaşdıran amillər; 
2) həyat səviyyəsini şərtləndirən amillər. 


 
280
Birinciyə  şəxsi  istehlak  prosesini  müəyyənləşdirən  maddi  və 
mənəvi  nemətlər  və  xidmət  göstəriciləri  aiddir.  Bu  əhalinin  gəlirinin 
səviyyəsi,  maddi  rifahı,  istehlakın  həcmi  və  quruluşu,  əhalinin 
mənzillə  təmin  olunması  səhiyyənin,  təhsilin  və  mədəni-maişət 
xidmətin səviyyəsi, sığorta, asudə vaxtın uzunluğu və ondan səmərəli 
istifadə  olunma  şərtləri,  işləyənlərin  istirahət  şəraitini  əks  etdirən 
göstəricilərin məcmusudur.  
Qeyd  etmək  lazımdır  ki,  həyat  səviyyəsini  formalaşdıran  amillər 
maddi-istehsal  sferasından  kənarda  əhalinin  yaşayış  şəraitini 
səciyyələndirir. 
İkincidə,  yəni  həyat  səviyyəsini  şərtləndirən  amillər  sırasında 
əmək  qabiliyyətli  əhalinin  məşğulluğu  əsas  yer  tutur.  Burada  əmək 
şəraiti,  iş  vaxtının  ümumi  uzunluğu,  əmək  haqqı  və  müvafiq  sosial 
müdafiə və sosial təminat ödəmələrin kəmiyyəti nəzərdə tutulur. 
Bununla  yanaşı,  əhalinin  həyat  səviyyəsinə  təsir  edən  amillərin 
sırasına  əhalinin  işlə  təmin  olunması,  doğum  və  ölüm  səviyyəsi, 
əhalinin  uzun  ömürlülüyü,  təbii  şərait,  əhalinin  gəlirlərin  həcmi  və 
digər  bazar  amilləri,  o  cümlədən  inflyasiya,  rəqabət,  qiymətlərin 
sərbəstləşdirilməsi və s. komponentlər daxildir.  
Ümumiyyətlə,  əhalinin  həyat  səviyyəsinə  təsir  edən  amillər 
sistemində ümumi daxili məhsulun (ÜDM)  həcmi aparıcı rol oynayır. 
 
9.5. Həyatın keyfiyyəti sosial-iqtisadi kateqoriya kimi, 
onun strukturu.  Həyatın keyfiyyətinin əsas göstəriciləri. Əmək 
həyatının keyfiyyəti  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə