Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
215
 Gəlirlərin  ilkin  dövlət  bölgüsü  zamanı  dövlət  sektorunda  əmək 
haqqının yuxarı həddi müəyyən olunur. Əmək haqqının tənzimlənməsinin 
iqtisadi  əhəmiyyəti  ondan  ibarətdir  ki,  onun  dəyişilməsi  cəmi  tələbə  və 
istehsal məsrəflərinə təsir göstərir. Gəlirlərin ilkin tənzimlənməsini dövlət 
tərəfindən milli məhsulun rəqabətqabiliyyətini artırmaq və investisiyalara 
dəstək  vermək,  həm  də  əmək  haqqının  kəskin  artırılmasının  və 
inflyasiyanın qarşısını almaq məqsədilə isifadə edilir. 
Gəlirlərin yenidənbölgüsü dövlət büdcəsi vasitəsilə  həyata keçirilir və 

 
gəlir 
əldə 
edən 
müxtəlif 
əhali 
qruplarının 
gəlirlərinə 
differensiallaşdırılmış  vergiqoymadan  ibarətdir.  Dövlətin  gəlirlərin 
yenidənbölgüsü 
prosesinə 
təsir 
dərəcəsini 
dünya 
təcrübəsindən 
göründüyü  kimi,  büdcə  hesabına  çəkilən  sosial  xərclərin  həcmi  və 
dinamikası ilə ölçmək olar. Bu meyarları nəzərə alaraq, hesab etmək olar ki,  
inkişaf etmiş ölkələrdə dövlətin gəlirlərin yenidənbölgüsündə rolu kifayyət 
qədər  yüksəkdir.  Belə  ki,  ABŞ-da  son  illərdə  sosial  ödəmələrinin 
(müavinatlar,  pensiyalar  və  s.)  payına  büdcə  xərclərinin  60%-ən  az 
olmayan  hissəsi  və  ÜDM-un  15%-i  düşür.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
ABŞ-da gəlirlərin yenidənbölgüsü xüsusi önəm kəsb etmir. Bəzi ölkələrdə, 
məsələn  Qərbi  Avropada  (Avstriya,  İspaniya,  Skandinaviya  ölkələri)    isə 
bu göstəricilər daha yüksəkdir. 
  Gəlirlərin  büdcə  vasitəsilə  yenidənbölgüsünü  təşkil  etməklə,  dövlət 
bir  neçə  problemi  həll  edir.Məsələn,    əhalinin  aztəminatlı  təbəqələrinin 
gəlirlərinin artırılması, işçi qüvvəsinin normal təkrar istehsalı üçün şəraitin 
yaradılması, sosial gərginliyin azalması.  
Gəlirlərin  yenidənbölgüsündə  imkanlar  bir  çox  halda  büdcə 
daxilolmaları  ilə  məhdudlaşır.  Sosial  xərclərin  vergi  daxilolmalarını 


 
216
üstələməsi  büdcə  kəsirinə  və  inflyasiyaya  səbəb  olur.  Belə  vəziyyət  əsas 
islahatlar  zamanı  və  keçid  dövründə  müşahidə  olunur.  Yeri  gəlmişkən 
bazar  iqtisadiyyatı  cəhətdən  inkişaf  etmiş  bütün  ölkələr  gəlirlərin  və 
istehlakın tənzimlənməsi sahəsində müəyyən nailiyyətlər əldə etmişlər. Bu 
təcrübənin sayəsində aztəminatlı əhali qruplarının sosial müdafiəsini, eyni 
zamanda cəmiyyətdə sosial gərginliyin azalmasını təmin etmək  məqsədilə 
fəaliyyət göstərirlər.   
   Əhalinin gəlirlərinin dövlət tənzimlənməsi mexanizminin əsas forma 
və  metodları  gəlirlərə  təsir  prosesini  həyata  keçirirlər.  Dövlət 
tənzimlənməsinin  formaları  maddi,  institusional  və  konseptual  tərkib 
hissələrindən ibarətdir. 
 Gəlirlərin  dövlət  tənzimlənməsin  maddi  əsası  milli  istehsalın 
həcmindən  və  mərkəzləşmiş  qaydada  dövlət  büdcəsi  vasitəsilə 
yenidənbölüşdürülən paydan asılıdır.  
Gəlirlərin dövlət tənzimlənməsinin institusional əsası yenidənbölgü 
prosesinin və müvafiq müəssisələrin fəaliyyətinin təşkili ilə bağlıdır. 
Gəlirlərin dövlət tənzimlənməsin konseptual əsası hökümətin sosial 
siyasətinin  həyata  keçirilməsində  bu  və  ya  digər  nəzəriyyədən  istifadə 
olunması ilə əlaqədardır.  
 
 6.3. Gəlirlərin və əmək haqqının dövlət tənzimlənmənin forma və 
metodları 
 
 Əhalinin  gəlirlərinin  dövlət  tənzimlənməsinin  formalarına  aiddir: 
büdcə, vergi, pul-kredit və institusional tənzimləmə  metodları.( sxem 6.1).  
 
 


 
217
 
 
 
 
 
 
 
 
 
 
Sxem 6.1 
Tənzimləmənin formaları 
Tənzimləmənin metodları 
-  büdcə 
-  vergi 
-  pul-kredit 
-  institusional 
Təsir növü üzrə 
-  inzibati 
-  qanunverici 
-  iqtisadi 
-  razılaşma 
Təsir üsulu üzrə 
-  birbaşa 
-  dolai 
-  sosial transfertlər 
-  gəlirlərin indeksləşməsi və kompensasiyası 
-  cəmi gəlirlərə mütərəqqi vergiqoyma 
-  vergiqoyma üzrə güzəştlər 
-  əmək haqqının munimum səviyyəsinin müəyyənləşdirilməsi 
-  sosial proqramların maliyyəşdirilməsi 
-  sosial  tərəfdaşlıq sistemi 
-  pul kütləsinin tənzimləməsi 
-  sosial cəhətdən əhəmiyyətli mal və xidmətlərin qiymətlərinin 
tənzimləməsi 
 Əhalinin gəlirlərin dövlət tənzimlənməsinin forma və metodları 
Tənzimləmə alətləri 


 
218
 
 
Büdcə tənzimlənməsi sosial infrastruktur sahələri üzrə (təhsil, səhiyyə, 
mədəniyyət və s. ) müxtəlif sosial inkişaf proqramlarının dövlət tərəfindən 
maliyyəşdirilməsi  və  sosial  transfertlərin  ödənilməsi  vasitəsi  ilə  həyata 
keçirilir. 
Büdcə  tənzimlənməsinin  mühüm  aləti  qiymətlər  üzrə  güzəştlər,  yəni 
xidmətlərin  bəzi  növlərinin  pulsuz  və  yaxud  aşağı  qiymətlə  göstərilməsi 
(pulsuz təhsil, səhiyyə xidmətləri, kommjunal xərclərin qismən ödənilməsi 
və s. ) hesab olunur. 
Dövlət 
büdcəsi 
vasitəsilə,həmçinin, 
cəmiyyətin 
aztəminatlı 
təbəqələrinin  normal  həyat  səviyyələrinin  təmin  olunması  məqsədilə  
əhalinin gəlirlərinin yenidənbölgüsü həyata keçirilir. 
Büdcə tənzimlənməsinə əməyin ödənilməsinin minimum səviyyəsinin, 
pensiya və müavinatların məbləğlərinin müəyyən olunması da daxildir. 
Gəlirlərin  dövlət  tənzimlənməsinin  institusional  forması  dedikdə, 
əhalinin  gəlirlərinin  normativ-hüquqi  əsaslarını  müəyyən  edən  və  bu 
normaların  təcrübədə  tədbiqini  həyata  keçirən  müvafiq  qurumların  və 
təşkilatlar sisteminin cəmi başa düşülür. 
 Sosial  sahədə  dövlətin  məqsədlərinin  həyata  keçirilməsində 
tənzimləmə metodları əsas rol oynayır. 
Gəlirlərin  dövlət  tənzimlənməsinin  metodu  dedikdə,  əhalinin 
gəlirlərinə müəyyən təsir üsulları və yolları  nəzərdə tutulur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə