15
və istiqlal deyildir”. Budur Moskvanın mədəni təsirindən uzaqlaşmaq şüarı altında
saxlanan əsl məqsəd, milli istiqlal məqsədi!
Ukrayna Kommunist Firqəsinin ən mühüm rəhbərlərindən olan Çubar
Xarkov firqə yığınsağında Ukrayna kəndlilərinin əhvali-ruhiyyə və siyasi
təmayüllərini təhlil edərkən bu kəndlilərin “Moskvadan uzaq, Moskvaya heç bir
şey verməyəyin. Sosializmin təsisi uçün nə lazımsa hamısı bizdə vardır. Kafi
dərəcədə kömür, dəmir və ərzaq bizdə varkən nədən Moskva ilə bağlanaq. Nədən
ruslara tabe olaq!” deyə düşündüklərini təhlil eləmişdir. Bu ruh yalnız kəidliləri
deyil, firqə üzvlərindən bəzilərini dəxi cəlb edirmiş. Belə ki, Çubardan
öyrəndiyimizə baxılırsa “şovinizm kənddə artdığı kimi, şəhərdə də artır. Şəhərli
Ukrayna ziyalısı qanadlanır və özünə mühüm bir mövqe tutmaq istəyir... Nəticədə
şovinist Ukrayna ziyalılarının yaydığı məfkurə Ukrayna gəncliyinə də təsir edir”.
Budur sovet mətbuatından çıxan həqiqətlər və etiraflar ki, bizə son
zamanlarda aktual (əməli) bir şəklə girdiyindən bəhs olunan və Ukrayna
separatçılığının xalq kütləsi içində dərin köklər buraxmış ciddi bir hərəkat
olduğunu iddia etməyə imkan verir.
Milliyyətçilik yalnız Ukraynada deyil, Azərbaycanda dəxi vəziyyət
almaqda olduğundan sovet mətbuatı az şikayət etməyir. Azərbaycan şerinin indi
milliyyət ruhuna tərcüman olduğundan, ədəbi məcmuələrin “xırda burjua
təmayülatı”na qapıldığından “Qızıl Azərbaycan” tənqidçiləri daima şikayət edib
dururlar.
Rəsmi sovet komissarlarının ruscanı Azərbaycanda yaymaq üçün
uydurduqları əsarət fəlsəfəsinə rəğmən Avropa mədəniyyəti ilə bilavasitə təmas
edən Azərbaycan kəndləri (kommunist olanları belə), ruscanın Azərbaycan üçün
bir mədəniyyət naqili olduğunu qəbul etməyir; Ukraynada olduğu kimi, “bizə rus
mədəniyyəti deyil, Avropa mədəniyyəti lazımdır!” deyirlər və bunun üçün
Moskvaya deyil, Avropaya tələbə göndərməyin vacib olduğunu irəli sürürlər.
Mahmud Qarayev bundan bir neçə ay əvvəl söylədiyi nitqlərindən birində “Açıq
çarpışmada məğlub olan müsavatçılığın məktəb sıralarında pusqu qurub bolşevizmi
oradan devirmək fikrində olduğunu” zikr və sovet hökumətini milliyyət ruhunu
yayan müəllimlərlə mübarizəyə dəvət edirdi. Bakıda toplanan türkoloji konqresin
“pantürkistlər tərəfindən istifadə olunmamasını təmin üçün yaxşı əmək sərf
edilməsinə rəğmən, yuxarıda adı çəkilən konqresdə “nə yapsalar da bizi böyük türk
kültür və mədəniyyəti yaratmaq əzmindən döndərəməzlər” mənasında söylənən
hərarətli nitqlər iradını qadağan edə bilməmişlərdi.
Əvəl, kəndli fəaliyyəti şəklində sinif müxalifətinə məruz qalan kommunist
hakimiyyəti, eyni zamanda milli separatçılıq müxalifətinə də məruzdur. Çar
Rusiyasının məhvinə səbəb olan iki mühüm amil Qızıl rus imperializminin də
əsaslı zəifliyini təşkil edir.
16
BEYNƏLMİLƏL VƏZİYYƏT
Lenin yeni iqtisadi siyasəti elan edərkən bunun kommunizm üçün
müvəqqəti bir tənəffüsdən ibarət olduğunu elan eyləmişdi. Halbuki kommunist
firqəsinin 14-cü konqresi bu “tənəffüs”ün kapitalist dövlətlərlə Sovetlər Birliyinin
dinc yanaşı yaşamalarını ifadə edən uzunca bir dövr”lə əvəz olunmasını
qüvətləndirmişdir
*
.
Kommunistlər “İqtisadi Brest-Litovsk” dedikləri bu “təpəffüs”ün elanı ilə
bütün ümidlərini Avropada zühur edəcək inqilabi hərəkatların qüvvətlənməsinə
bağlamışdılar. Halbuki indi 14-cü konqresin qərarı nəticəsində kommunistlər
“kapitalist dövlətlərdə qismən olsun sabitləşmə hasil olunduğuna və Avropa
burjuaziyasının
siyasi
cəhətdən
qüvvətləndiyinə”
qane
olmaq
məcburiyyətindədirlər
*
.
Əvvəlcə sosialist Rusiya ilə kapitalist Avropanın “bir arada yaşamayacağı
qənaətində olan bolşeviklər indi “uzunca bir dinc münasibət” dövrünə girdiyindən
sonra bu münasibətin pozulması ehtimalına qarşı çox həssaslıq göstərir və bunu
heç də arzu etməyirlər. “Avropa dövlətləri ilə təsis etdiyimiz bu münasibət
beynəlmiləl əmniyyətimizi təmin edirmi?” sualına 14-cü konqres qərarlarını şərh
edən Yaroslavski “bu münasibət çoxaldıqca onun günün birində pozulması
ehtimalı bizi daha çox qorxuda buraxır” deyə cavab vermişdi. Eyni müəllif
beynəlmiləl vəziyyətdə hərb ehtimalı olub-olmadığını təhlil edərkən sonra belə bir
təhlükənin mövcud olduğunu irəli sürərək “sovetlər”in bu ehtimala qarşı hazır
olmaları lüzumundan ciddiyyətlə bəhs eyləmişdir.
Bu iqtibaslardan da göründüyü kimi, bolşevik hökuməti beynəlmiləl
siyasətdə müdafiə vəziyyəti almışdır. Onun qonşuları ilə bağladığı bitərəflik və
hücum etməmə anlaşmaları, qüvvətindən irəli gələn müsbət bir hadisə olmaqdan
daha çox mənfi bir zəiflik əlamətidir. Bütün qeyrət və səylərinə baxmayaraq
Moskva diplomatları “Avropa sabitliyini” pozmaq üçün Almaniyanın Millətlər
Cəmiyyətinə girməsinə mane ola bilmədilər. Və bu gün, bu mühüm hadisə
qarşısında “Avropa sabitliyinin hələ davam etməkdə olduğunu” etiraf etmək
məcburiyyətindədirlər.
Beynəlmiləl münasibətlərdəki sabitlikdən öz hesabına çox böyük
təhlükələr görən sovet hökuməti bir tərəfdən Estoniya və Bolqarıstan kimi sui-
qəsdləri qüvvətləndirir, digər tərəfdən də Avropa fəhlə sindikatları ilə anlaşmaya
və vahid cəbhə təsisinə səy edirdi. Birinci növdən olan təcavüz təşəbbüsləri puç
olmağa məhkum qaldığı kimi, ikinci növdən müdafiə manevrləri dəxi suya düşmüş
*
“14-cü konqres nələri Həll etdi?” səhifə 9, Moskva.
*
Eyni əsər, səhifə 10.