Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

[ġah  Təhmasib]  oradan  Ləvasanın  (Laurasbın)  ölkəsinə  təĢrif  aparıb:  din 
uğrunda müharibə ilə məĢğul oldu. Bu müharibədə böyüklü-kiçikli 30 000-ə qədər 
əsir döyüĢçülərin əlinə keçdi. 
O  qıĢ  orada  baĢa  çatdı.  [ġah  Təhmasib]  qıĢın  axırında  Arran  Qarabağına 
təĢrif gətirdi. Bərdədə cəlalla düĢərgə saldılar. 
Ali  Səfəvi  xanədanının  fədakar  Qaradağ  seyidlərindən  olan  eĢikağası 
Fərruxzad  bəy  elçilik  və  sülh  məsələsini  canlandırmaq  üçün  Xandigarın  yanına 
göndərildi. Ondan sonra yenə qədim sufilərdən olan Təbət ağa Mehnalu Zülqədər 
də göndərildi . 
Bu il Xandigar [sultan Süleymanın] ordusunda ġirvanĢahlar nəslindən olan 
Qasım  adlı  [bir]  Ģirvanlı  onun  hökmü  ilə  (B-273a)  500  nəfər  tüfəngli  yeniçəri, 
araba  və  toplarla  Kəfə  yolu  ilə  ġirvana  tərəf  yollandı.  O,  Xandigarın  hökmünə 
əsasən, qumuq və qaytaq qoĢunlarını özü ilə birləĢdirib, tam hazırlıqlı bir ordu ilə 
ġirvana gəldi. 
Abdulla  xan  Ustaclu  ali  hökmə  əsasən  özünün  500  nəfərlik  adlı-sanlı 
mülazimini  oğlu  Xanməhəmmədlə  birləĢmək  üçün  Naxçıvana  yəsaqa
387
 
göndərməsinə  baxmayaraq,  qalan  qoĢunu  və  ġirvan  əmirləri  olan  Kəbə  [adı  ilə] 
tanınan  Ġbrahim  bəy  ġamlu  və  Əliqulu  bəy  Qasarla  Qasımın  qarĢısına  çıxdılar. 
Təbərsəranın
389
  Tənkə  [adlı  yerində]  ordular  qarĢılaĢdılar.  Qasımın  qoĢunu 
[Abdulla]  xanın  qoĢunundan  artıq  olduğu  üçün  o  gün  gecəyə  qədər  davam  edən 
döyüĢdə üstün oldu. [Abdulla] xan gecə köçüb ġamaxıya tərəf yola düĢdü. Qasım 
onu  təqib  etdi.  Abdulla  xan  Biğord  [qalası]  dərəsinə  gəldi.  Orada  bütün  ġirvan 
camaatı onun (Qasımın) baĢına toplaĢaraq, ordusu 20 minə qədər (M-256b) atlı və 
piyadaya çatdı. [Abdulla xan] Biğordla Gülüstan arasında  düĢmənlə  üz-üzə  gəldi. 
Yenə  ġamaxı  çayına  qayıtdı.  Qasım  və  qoĢunu  özlərini  qalib  sayaraq  Gülüstan 
qalasının altında, Qəbələ tərəfdə düĢərgə saldılar. 
[Abdulla] xan SarıqamıĢda olan ordusunun yükü ilə köçüb gecə ikən öz əsas 
ordusu  ilə  birləĢdi.  Qasımın  ordusu  səhər  [Abdulla]  xanın  ordusunu  müĢahidə 
etdikdə  o,  xanın  köməyinə  yeni  bir  ordu  gəldiyini  təsəvvür  etdi.  Onların  odunun 
üstünə  su  töküldü.  Həmin  gün  [Abdulla]  xan  ata  minib,  onlara  tərəf  üz  tutdu. 
Onların  gününü  qara  elədi.  Qasımın  qoĢunundan  minə  qədər  adam  öldürüldü. 
Qasım  canını  o  mərəkədən  bir  təhər  qurtardı.  ġirvanlı  müxaliflərin  qovğaları 
tamamilə  yatdı.  ġirvan  əsgərlərinin  baĢlarından  ġamaxı  meydanında  bir  minara 
düzəltdilər. 
Bu  xəbər  nəvvabi-kamyaba  (ġah  Təhmasibə)  çatıb,  yenilməz  dövlətin 
baĢçılarını sevindirdi. 
DovĢan ili (mart 1555-mart 1556) - bəzi ayları 962, bəzi ayları isə [96] 3-cü 
ildə  (26.XI.1554  -  10.XI.1556)  Ģahın  müĢayiətçilər  dəstəsi  qıĢlaq  yurdundan 
darüssəltənə Təbrizə yola düĢdü. ġah Nemətüllah Baqi Yəzdinin qızını kainatı fəth 
edən Ġsmayıl  mirzə  üçün alaraq, dünyanın  gözü  mislini  heç bir zaman  görmədiyi, 


cahan əhlinin ona bənzərini heç bir dildən, heç bir vaxtda eĢitmədiyi bir toy etdi.
389
 
Toydan sonra darüssəltənə Qəzvin qıĢlağına təĢrif apardılar. 
Qəzvinə  xəbər  çatdı  ki,  ġiraz  hakimi  Ġbrahim  xan  Kərmsir  [Ģəhərinin] 
kələntəri Əmir ġəmsəddin ġəhriyar Cəhrəminini kor edib. Ədalət naminə Ġbrahim 
xanı  və  bu  qəbahəti  iĢlətməyi  ona  tövsiyyə  edən  onun  nökərlərini  (B-273b)  ələ 
keçirib  cəzalandırmaq  üçün  fərman  verildi.
390
  Buna  görə  Əli  sultan  Dəmirçulu 
Zülqədərin  oğlu  ġahrux  bəy
391
  Tatioğlu  (M-257a)  ġiraza  yola  düĢdü.  ġirazın 
idarəsi  məzkur  Əli  sultana  verildi.
392
  ġahrux  bəy  hökmə  əsasən  ġiraza  gedib 
Ġbrahim  xanın  boynuna  zəncir  vurdu.  Həmçinin  mülazimlərinin  təhsildarı  olan 
baĢqa qorçilər öz cəzalarına çatdılar. ġahrux bəy atası müqəddəs MəĢhəddən ġiraza 
gələnə qədər ġiraz hökumətini idarə etdi. MəĢhəd hökuməti hökmə əsasən Bəhram   
mirzənin oğlu sultan Ġbrahim mirzəyə verildi. 
Balıq ili (mart 1556 - mart 1557) - bəzi ayları 963, bəzi ayları isə [96] 4-cü 
ildə  (16.XI.1555  -  23.X.1557)  Heratın  idarəsi  Ġsmayıl  mirzəyə  verildi.  Onun 
lələliyi  oranın  hakimi  Məhəmməd  xan  ġərəfəddin  oğlu  Təkəluya  tapĢırıldı. 
Paytaxtda  (Qəzvində)  olan  ġərəfəddin  Təkəlunun  oğlu  Əli  sultan  onunla  yola 
düĢdü.  Məqsəd  bu  idi  ki,  aləm  və  aləm  əhlinin  Ģahzadəsi  Məhəmməd  mirzə 
Heratdan aləmin pənahı (ġah Təhmasibin)  dərgahına gəlsin. 
Rəbiüs-sani [ayının] 6-da (18 fevral 1556) yola düĢdülər
393 
Cümadiəl-əvvəl 
[ayının] 26-da (7 aprel 1556)  Herata çatdılar. 
ġahzadə  sultan  Məhəmməd  mirzə  Ģaban  [ayının]  4-də  (13  iyun  1556) 
məzkur  Əli  sultanla  birlikdə  Heratdan  çıxıb,  Ģəvval  ayının  axırlarında  (sentyabrın 
əvvəli  1556)  ali dərgaha   [Qəzvinə]   çatdılar. 
Cəlal  bayraqları  (ġah  Təhmasib)  Dəryavəkə,  oradan  Cəbuqluya  və  oradan 
Savucbulağa  gəldi.  Orada  bəlli  oldu  ki,  məzkur  Əli  sultan  mayeyi-fəsad  olub 
dövlətə  layiq  olmayan  bəzi  iĢlər  düĢünüb  və  indi  ikitirəlik  məqamındadır.  [Əli 
sultan]  ali  əmr  ilə  əmirlərin,  Rüstəm  ürəkli,  günün  Ġsfəndiyarı  olan  qorçilərin 
zərbəsi ilə tapdalanıb, hadisələrin ayağı altında əzildi. 
Zilqədə  ayında  (sentyabr,  1556)  günün  və  ayın  gözünün  nuru,  CəmĢid 
cəlallı,  dinin  pənahı  Ģahzadə  sultan  Heydər  mirzə  xoĢbəxt  tale,  mübarəklik  və 
səadətlə  anadan  oldu.  Onun  iqbalı  Allahın  əbədi  kölgəsi  altında  olsun.  Lələliyi 
Məsum bəy Səfəviyə tapĢırıldı. 
Həmçinin  bu  ildə  Bəhram  mirzənin  oğlu  sultan  Ġbrahim  (M-257b)  mirzə 
MəĢhəd vilayətinə [hakim təyin] olundu. O, pəncĢənbə [günü] məzkur rəbiüs-sani 
[ayının]  əvvəlində  (13  fevral  1556)  yola  düĢdü.  Həmin  ildə  çox  yaĢlı  və  zəif 
olduğuna görə darüssəltənə Təbrizdə oturan, vəkilliyini oğlu Mir Seyid Əli etdiyi 
ġahmar [adı ilə] məĢhur olan Sədr ġəmsəddin Əsədullah ġüĢtəri vəfat etdi. Onun 
cənazəsini  [imam]  Rzanın  müqəddəs  məĢhədinə  apardılar.  Onun  [vəfat]  tarixi  bu 
sınıq xatirimə belə gəldi: 
 
TARİX 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə