Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

kəsdən,  heç  zaman  eĢidilməmiĢ  və  müĢahidə  edilməmiĢdir.  Oradan  sonra 
keyfiyyətcə  Əxlatdan  yaxĢı  saxlanılmıĢ  və  daha  möhkəm  olan  ƏrciĢ  qalasının    
üstünə  getdilər.  Oranı  döyüĢlə  fəth  etdilər.
379
  Onun  qorçibaĢısı  olmuĢ  Əlqasın 
dayısı    oğlu    Əli    bəy    Mosullunun
380
  oğlu    Bədiüz  zaman    da  orada  öldürüldü.   
Bununla  bərabər  Barkir  qalası  da  alındı.    Hər  üç  qalanı  dağıdıb,  yerlə  yeksan 
etdilər. 
Bəzi  əmirlərlə  Ərzənrum  hakimi  Ġsgəndər  paĢanın  üstünə  getmiĢ  Ġsmayıl 
mirzə onunla Ģahanə vuruĢdu. Ona qalib gəlib, qoĢununu tarmar etdi. O (Ġsgəndər 
paĢa),  qılıncdan  keçirilməmiĢ  az  bir  [adamla]  qaçıb  qalanın  içərisinə  çəkildi. 
Ġsmayıl  mirzə  əmirlərlə  salamat,  qənimətlə,  müzəffər  və  qabiliyyətlə  dünyanın 
pənahı  [ġah  Təhmasibin]  dərgahına  gəldi.  Onların  qoĢunundan  az  adam  tapılardı    
ki, düĢmənlərdən bir [kəsik] baĢ, yaxud bir əsir və qəniməti olmasın. O döyüĢdən 
QızılbaĢ qoĢununun əlinə çoxlu qaçağan at, qızıl və ya gümüĢ yəhər, qılınc kəməri, 
qızıl və gümüĢ xəncər kəməri və nəfis silah keçdi. 
Zülqədər sancağının
381
 sahibi Kəsr Ġsa kimi çoxlu adam tutulub, ali orduda 
iti qılıncdan keçirildilər. Kəsr Ġsanın dərisini soydular. 
O  qıĢ  həmin  səfərlə  baĢa  çatdı.  Novruza  az  qaldığı  üçün  ġah  Təhmasibin 
adamları Urmiyəyə tərəf (B-272a)  qayıtdılar. 
Öküz ilinin novruzunda (mart 1553-mart 1554) - bəzi ayları 960, bəzi ayları 
isə  [9]61-ci  ildə  (18.XII.1552-25.XI.1554)  onlar  Urmiyədə  idilər.  Həmin 
sərhəddəki ayağını cızıqdan kənara qoyan kürdləri cəzalandırdılar. 
Xandigar [Sultan Süleyman] iĢi belə gördükdə sülh istəmək qərarına gəldi. 
(M-255a)  Sultan  [Süleymanın]  baĢ  hərəmi  və  qızı  dinin  pənahı  ġah  [Təhmasibin] 
yanında hörməti son dərəcə əziz olan əlahəzrət Ģahın bacısı Ģahzadə [Məhinbanu] 
Sultanım xanıma
382
 məktub yazdılar. Xandigarın baĢ vəziri və damadı olan Rüstəm 
paĢa da böyük əmirlərə məktub yazıb, sülh istədilər. 
Ali nəvvabi-kamyab [ġah Təhmasib] onların həqiqətən sülh istədiklərini və 
bu  sözlərin  etibarı  olub-olmamasını  yəqinləĢdirmək  üçün  Əcəm  Ġraqının  mötəbər 
seyidlərindən  və  o  vaxtlarda  gözəl  danıĢıq  qabiliyyətinə  malik  olub,  dolanan 
göylərin  GünəĢi  kimi  Ģöhrət  tapan  Seyid  Mehdinin  oğlu  Mir  ġəmsəddin  Əli  əl-
Hüseyni əl-Dilicanini oraya nümayəndə göndərdi. ġah Təhmasib baharın əvvəlində 
Naxçıvan  Ģəhərinə  təĢrif  gətirdi.  ġahın  dəstəsi  hərbi  yükü  ilə  birləĢərək 
Naxçıvandan yaylamağa getdilər. Səlmas və Xoya qədər [olan yerlər] seyr olundu. 
Həmin  səfərdə  Kürdüstanın  çoxlu  qalası  fəth  olundu.  XoĢbəxtliklə  Naxçıvan 
qıĢlağına meyl etdilər. 
Uzun müddət baĢ vəzir olmuĢ, sonradan istefaya çıxıb Qəzvində öz evində 
oturmuĢ  Qazı  Cahan  əl-Hüseyni  bu  il  bəzi  müddəaları  ərz  etmək  üçün  fələyə 
bənzər  ehrama  gəlib,  bəzi  iĢlər  gördükdən  sonra,  icazə  alıb  geri  qayıdarkən 
Zəncanda vəfat etdi. 
Rumda  baĢ  vəzir  Rüstəm  paĢa  Sultan  Süleymanın  oğlu  Sultan  Mustafadan 
qorxduğu üçün bir hiylə fikirləĢdi. Xandigar [Sultan Süleymanı] ona qəsd etməyə 


vadar etdi və sultan Mustafanı öldürdülər. «Məkri-Rüstəm»
383
 (Rüstəmin hiyləsi) o 
hadisənin  [maddeyi]-tarixi  idi.  Onun  ardınca  [sultan  Mustafanın]  oğlu  sultan 
Məhəmməd  öldürüldüyü  üçün  «setəmi-mükərrər»
384
  (təkrar  sitəm)  bunun   
[maddeyi ]-tarixi oldu. 
Pələng ili (mart 1554-mart 1555) - bəzi ayları 961, bəzi ayları [96] 2-ci ildə 
(7.XII.1553-5.XI.1555)  -  Xandigarın  Azərbaycana  tərəf  gəlməsi  xəbəri  qıĢlaq 
yurduna  çatdı  və  onun  Hələbdə  qıĢlaması  bu  xəbərin  doğruluğuna  dəlalət  edirdi. 
ġərafətli  [ġah  Təhmasibin]  ağlı  qələbə  mənalı  əsgərlərin  vəziyyətini  fikirləĢdi. 
[Bəzi]  iĢlər  görməyi  buyurdu.  Qələbə  ayəli  bayraqlar  pəncĢənbə  [günü]  rəcəb 
[ayının] 6-da (7 iyul 1554)  Bazarçay tərəfə yola düĢdülər. 
Xandigar  Ģaban ayının axırlarında  (iyulun axırları,  1554) Naxçıvana  gəldi. 
Ġki  gündən  sonra-məzkur  [Ģaban]  ayının  27-də  (28  iyul  1554)  geri  qayıtdı,  sülh 
danıĢıqlarına baĢlanılması üçün Ülamənin mülazimini göndərdilər. 
Nəvvabi-kamyab  [ġah    Təhmasib]  yasavul  Ülamənin  [yavərinin]  sözü  ilə   
sülhə razılaĢmadı. [Dedi ki], əgər mötəbər paĢalardan biri sülh  üçün  gəlsə,  sözüm 
yoxdur.  Nəvvabi-kamyab  rumluları  təqib  edən,  onların  ordularını  və  vilayətlərini 
xarab edən vaxtda  [iĢ] bir qədər  asanlaĢdı. Həm də ramazan ayı
385
 (avqust, 1554)   
baĢlandı.  ġahın  ramazan  ayına  hörməti  olduğu  üçün  Rum  ölkəsinə  deyil, 
Gürcüstanın,  ġuĢad  və  Qərqərə  [məntəqələrinə]    getdi.  Qalib  əsgərlər  kafirlərin 
ölkəsinə hücum [edib] oranı tarac etmək və əsir tutmaqla məĢğul oldular. Beləliklə, 
ramazan [ayı] qurtardı. Bu vaxt Xandigar   [sultan Süleyman]   Ərzənrumda idi. Ali 
dərgahda    olan      gürcü    Ləvənd  (Levan)  xanın  oğlu    Ġsa  bəyin    mülazimi    gürcü  
Nəsanabın  dilindən  Ayaz  paĢanın  tək-tənha  Ənti  qalasında    oturduğunu  və  
Xandigar  [sultan  Süleymanın]  Ərzənrumda  olduğunu  ərz  etdi.  Buna  görə  [ġah 
Təhmasib] Porkin qalası ətrafından möhrdar ġahqulu  xəlifə,  Məhəmməd bəy   ibn  
Əmirxan,  Div  sultanın  oğlu  Ədhəm  bəy,  Əmirxan  Mosullunun  oğlu  Yadigar   
Məhəmməd    bəy  Tərxan  və  bəzi  əmirləri  5000  nəfər  ilə  bərabər  Ayaz  paĢanın 
üstünə göndərdi.  Qərqərənin  oğlu Davtar və  gürcü  vəzirlərini onların çərxəçisi
386
    
etdilər.    Məzkur  Məhəmmədi    bəyin    oğlu  Əmirxan  200  nəfərlə  sol  tərəfdən 
qarovulda  durmuĢdu  ki,  əgər  qaladan  bir  adam  addımını  bayıra  atsa  xəbərdar 
olsunlar.  Təsadüfən  onlar  rumlu  Sinan  bəyə  rast  gəlib,  onun  qoĢununu  məğlub 
edirlər, özünü isə diri tutub  məzkur əmirlərin yanına aparırlar. Sinan bəy dedi: 
-  Bütün  qoĢun    Xandigar  [sultan  Süleymandan]  baĢqa  Ənti  [qalasına]   
gəlib. Xandigar da arxalarınca gəlir. 
Əmirlər  yoldan  qayıdıb,  Gürcüstanın  Qanlıçəməninə  gəldilər.  Sinan  bəy 
yenə həmin sözləri söylədi. 
Rum paĢaları tərəflər arasında təkrarən sülh məsələsini ortaya atdıqları üçün 
nəvvabi-ali [ġah Təhmasib] Sinan bəyin qanından keçib, ġahqulu ağa qorçi Qaçarı 
onunla birlikdə Xandigar [sultan Süleymanın]   yanına göndərdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə