Səhənddə yaylaq etdikdən və Məhəmməd xanı Herata göndərdikdən sonra
əvvəlki kimi darüssəltənə Təbrizə gəlib, Çərəndabadda düĢərgə saldı. Zülqədər və
ƏfĢar tayfaları arasında çəkiĢmə oldu və yenidən sakitləĢdi.
Əlqas mirzənin anası Xanbiki xanım Əlqasın böyük oğlu Sultan Əhməd
mirzə ilə üzr istəmək üçün gəldilər.
Nəvvabi-kamyab (ġah Təhmasib) Seyid bəy adı ilə Ģöhrət tapan və
eĢikağası vəzifəsini icra edən Seyid Mənsur ibn Seyid Məhəmməd Kəmunəni,
divan əmiri Bədr xan Ustaclunu, möhrdar ġahqulu Xəlifə Zülqədəri, qorçibaĢı
Sevindik bəy ƏfĢarı, o vaxtlar Səfəvilərin Müqəddəs nurlu, ali astanasının
mütəvəllisi olan Məsum bəy Səfəvini, zəmanənin ibrətamiz, dövranın misilsiz və
Ġran məmləkətinin ĢərəflənmiĢ sədaqətli seyiddərinin, zadəganların və dünya
alimlərinin (M-248a) baĢçısı Ġbrahim Səfəvini və zəfər təsirli əsgər [lər] in qazısı
Əmir Feyzülla Bağdadini Əlqas mirzənin anasına qoĢub, ona nəsihət vermək üçün
göndərdilər. Onlar Cavad
345
vilayətində onunla (Əlqas mirzə ilə) görüĢüb and
içdirdilər ki, bir daha itaətkarlıq yolundan kənara qədəm qoymasın.
Nəvvabi-ali (ġah Təhmasib) əmirləri yola saldıqdan sonra ölkənin
bayraqları (Səfəvi ordusu) Gürcüstan tərəfə yönəldi. ġorakil və Dərəpənbəyidən
keçib Gürcüstana gəldi. [ġah Təhmasib] o qıĢı vuruĢaraq həmin ölkəni istila etməyi
buyurdu. Oradan Arran Qarabağına
346
gəldi. Zilhiccə [ayının] 11-də (2 fevral 1547)
Qoyunölümü [adlı yerdən] Kür çayını keçib ġirvan ölkəsinə gəldilər. ƏrəĢ tərəfdən
Əliçobana təĢrif gətirdilər.
Əlqas çərkəzlərin [üstünə] qoĢun çəkmiĢdi. O, ġirvanda yox idi. Nəvvabi-
kamyab [ġah Təhmasib] məhərrəm 954-cü ilə [təsadüf edən] qoyun ilinin
novruzunda (mart 1547) orada idi. Xəbər gəldi ki, Əlqas mirzə çərkəzlərlə döyüĢdə
məğlub olub. ġəki [hakimi] DərviĢ Məhəmməd xanın qardaĢı ġahnəzər və Əlqasın
qorçi-baĢısı Əhməd bəy Ustaclu və baĢqa əyanların əsgərləri döyüĢdə öldürülüblər.
Əlqas məğlub olmuĢ ordusu ilə Qaytaq Ģamxalının paytaxtı Tərqu tərəfə, oradan da
Dəmirqapı
Dərbəndə gəlib, öz adına qızıl (pul) kəsdirmiĢdir.
[Əlqas mirzə] anasını Köhnə ġahverdi, Tənbəllu Əhməd və baĢqa inanılmıĢ
adamları ilə Dərbənd qalasında qoyub, özü möhkəm bir yer ələ keçirərək əlahəzrət
[ġah Təhmasib] vuruĢmaq niyyəti ilə (B-267b) hərəkət etdi. ĠnanılmıĢ adamlarının
uĢaqları ġirvanda idilər və onların hamısı yenilməz dövlətin böyüklərinin əlinə
keçdi. Nəvvabi-kamyab [ġah Təhmasib] onların ailəsinə toxunmağı hamıya
qadağan etdi. (M-248b) Onları [sağ]-salamat Kür çayından keçirib Azərbaycana
347
çatdırmaq üçün inanılmıĢ adamlar təyin etdi. Buna görə Əlqasın yaxın adamları
dəstə-dəstə, yığın-yığın, oymaq-oymaq onu qoyub, əlaHəzrət [ġah Təhmasibin]
dərgahına gəldilər. Əlqası pis öyrədən Çoban bəy Elcikoğlu Ustaclu və Kor Söhrab
Zülqədər ələ keçdilər və ali dərgahda da öz adamlarının əli ilə öldürüldülər.
Əlqas Xınalıqda möhkəmlənmiĢdi. [Oradan] Qumuq və Qaytaq [tərəfə] yola
düĢdü. Möhrdar ġahqulu xəlifə Zülqədər, ġahverdi Sultan Ziyad oğlu Qacar və
Məhəmmədi bəy ibn Əmirxan Mosullu kimi qoĢunun ön dəstə əmirləri Axtının