Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

Bu    ildə     Xacə     Qasım     Nətənzi
330
  yenidən ölkənin  istifa (vergi  yığma) 
iĢlərini idarə etməyə baĢladı (yəni mustovfi oldu) Xacə Qiyasəddin Əli ġirazi [bu 
iĢdən] çıxarıldı və cəzalandırıldı. 
[ġah  Təhmasib]  seĢənbə  günü
331
  rəcəb  [ayının]  12-də  (11  oktyabr  1542) 
yaxĢıca qıĢlamaq üçün behiĢt zinətli darüssəltənə Qəzvinə gəldi. 
Qazı  xan  Təkəlu  hər  cəhətdən  hökumətin  düĢməni  olduğu  üçün  öz 
tabeliyində olanarla birlikdə ġirvanda öldürüldü. Əlqas mirzə lələsiz qaldı. 
Balıq ili (mart 1544-mart 1545)-bəzi [ayları] [9] 50 və bəzi [ayları] 951-ci 
ildə  (6.IV.1543-14.III.1545)  novruzdan  sonra  950-ci  ilin  zilhiccə  (B-266a)  (25.II-
24.III.1544)  ayı  idi,  [ġah  Təhmasib]  rəbiüs-sani  [ayının]  14-də  (5  iyul  1544) 
yaylamaq üçün Qəzvinə gəldi. Əbhər çəmənində düĢərgə saldığı vaxt əfqan ġirxan 
[tərəfindən]  məğlub  edilib,  Kabil  və  Qəndəhar  sərhəddinə  gələn  və  öz  qardaĢları 
Kamran, Əskəri və Hindaldan kömək istədikdə, Humayun Ģaha qarĢı təĢkil edilən 
qəsdlə əlaqədar olaraq, Kamran onun  yolunun  üstünü  kəsib, onu bir daha  məğlub 
etdikdən sonra yardım üçün Sultanlar pənahı [ġah Təhmasibin] dərgahına müraciət 
edən  Hindistanın  Dehli  və  s.  böyük  vilayətlərinin  padĢahı  Kürəkani  Teymuri 
Sultanlarından  Humayun  Məhəmməd  padĢah  ibn  Babur  padĢah  özünün  əmirləri, 
adamları  və  məğlub  olmuĢ  əsgərləri  ilə  gəldi.
332
  Mümkün  olan  qədər  hədiyyələr 
gətirmiĢdi. O cümlədən 4 misqal
333
 və 4 dank
334
 ağırlığında olan bir almaz idi. 
Nəvvabi-kamyab (ġah Təhmasib) onun gəliĢinə sevindi və (M-246b) heç bir 
padĢahın  vermədiyi  bir  ziyafət  təĢkil  etdi.  Ona  səltənətə  lazım  olan  padĢahanə 
çadırlar, Ģahanə  çətirlər, hərəmxanə  və  divanxana  üçün  naxıĢlı və  sadə  xeymələr, 
qızıl, gümüĢ, çini qablar, mis alətlər, ipək müxəlləfat, nər dəvə qatarları, o padĢahın 
bütün əsgərlərinin minməsi üçün tövlələrlə gözəl qaçağan atlar, həmçinin padĢaha 
məxsus adamlar üçün misli-bərabəri görünməmiĢ atlar bağıĢlanıldı. Məzkur padĢah 
[humayun]  onları  (atları)  çox  bəyəndi  və  hər  birinə  bir  ad  qoyub,  həmiĢə  onlara 
tamaĢa edirdi.
335
 Həmçinin onun əmirləri, yaxın adamları, əsgərləri, xidmətçilərinə 
-  rəisdən  tutmuĢ  sərbanlarına  qədər  dərgahdan  gözəl  xələt,  at,  silah  və  əlahiddə 
xərclik  bağıĢlanıldı.  Neçə  min  tümən  xalis  qızıl,  gümüĢ  pul,  daĢ-qaĢ,  gümüĢlə 
bəzədilmiĢ  qılınc  və  xəncər  kəmərləri,  hazır  və  qayib  əsgərlərinə
336
  döyüĢ  günü 
kara  gələn  silah  və  yaraq  bağıĢladılar.  Onunla  cürbəcür  söhbətlər  edildi  və 
hörmətlər  göstərildi.  Əcəmdə  misli-bərabəri  olmayan  Surluq  və  Təxti-Süleyman 
ovlaqlarında onunla birlikdə çoxlu ov etdilər. Bu ovların birində Əbulqasim Xüləfa 
Qacar  ovdan  yayınmıĢ  bir  güllə  ilə  öldürüldü.  Xülasə,  humayun  padĢahın  gözəl 
söhbətləri  var  idi  və  o,  məclisi  zinətləndirirdi.  O  və  ordu  nəfərləri  on  iki  imam 
Ģiələrinin  əlaməti  olan-taci-Ģahini
337
  (Ģahlıq  tacını)  baĢlarına  qoydular.  On  dörd 
məsumə
338
  salam-salavat  söylədilər.  Əbu-bəkr,
339
  Ömər,
340
  Osman,
341
  Müaviyə, 
Yezid və onların varislərini, onlara iman gətirənləri söyüb, lənət oxudular. Ondan 
sonra  Humayun  padĢah  ordu  ilə  (M-247a)  Azərbaycanı  seyr  və  Səfəvilərin 
Ərdəbildəki müqəddəs astanasını ziyarət etmək arzusu ilə ayrılıb (B-166b) o tərəfə 
yola düĢdü. Onlar ziyarətlə Ģərafətlənib, ali dərgaha qayıtdılar. Budaq xan Qacar və 


baĢqaları kimi ölkələr fəth edən əmirlər təbəqəsi və zəfər Ģuarlı qorçilər Humayun 
Ģahın  müĢaiyəti  ilə  yola  düĢdülər.  O,  adlı-sanlı  əmirlər  və  QızılbaĢların  qələbə 
dairəli  əsgərlərinin  köməyi  ilə  əvvəlcə  Qəndəharı  tutdu.  QardaĢı  Kamrana  qalib 
gəlib [onu] əsir aldı. Kabil və baĢqa [yerlərdə] olan qardaĢlarını da ələ keçirdi. Az 
vaxta  öz  taxtına  yiyələndi.  Əfqanlıların  əfqanını  [göyə]  qaldırdı.
342
  ĠnĢallah 
gələcəkdə  onun  (Humayunun)  əhvalatını  yazanda  hadisələr  ətraflı  təsvir 
olunacaqdır. 
Nəvvabi-kamyab  darüssəltənə  Qəzvinə  qayıdıb  qıĢladı.  Bundan  sonra 
qıĢlağın  [həmiĢə]  Qəzvində  olması  qərara  alındı.  Orada  bağ  və  dövlətxananın 
layihəsini hazırladılar. 
Həmin  tikintilər  ruzgarın  gözü  onların  bərabərini  görmədiyi  bir  tərzdə 
tamamlandı. 
Biz  o  imarətlərin  və  bağların  tərif  və  [təsvirinə]  aid  məsnəvinin  beĢ 
bəhrində  5000  beytlik  «Cənnəti-ədn»  adlı  bir  kitab  nəzmə  çəkib  nəvvabi-
Humayunun (ġah Təhmasibin) qulağına və nəzərinə çatdırdıq. 
Ġlan ili (mart 1545-mart 1546) - 951-ci ildə Zilhiccə ayının 27-də (11 mart 
1545)  novruz  daxil  oldu.  952-ci  ilin  məhərrəm  [ayına]  3  gün  qalmıĢdı.  Həmin  il 
(siçan ili) - 953-cü ildə məhərrəm [ayının] 7-də (10 mart 1546)  sona çatdı. 
Cəlal  bayraqları  (ġah  Təhmasib)  Sultaniyyə  yaylağında  yayladı.  Oradan 
Xorasanın  Damğan  [Ģəhərinə]  qədər  təĢrif  apardı  Mazandaran  hakimi 
Ağaməhəmməd  Ruzəfunun  qərarlaĢdırılmıĢ  xəracı  ödəməyə  əhəmiyyət 
vermədiyindən xəbərdar olan [ġah Təhmasib] o tərəflərə  getdi və oradan Qəzvinə 
tərəf yola düĢdü. 
Bu ildə MüntəĢa Sultan ġeyxlər Ustaclu (M-247b) vəfat etdi. Onun qoĢunu, 
bayrağı, təbili oğlu Teymur xana verildi və Reyin idarəsi ona tapĢırıldı. 
ġirvandan Əlqas mirzənin üsyanı xəbəri Qəzvinə gəlib yetiĢdi. 
At  ili  (mart  1546-  mart  1547)-əksər  [ayları]  953-cü  ildə  (4.III.1546-20.II 
1547)  əvvəlcə  Ģayiə  yayıldı  ki,  Bəhram  mirzə  Həmədan  və  ona  tabe  olan   
(yerlərdə) baĢ qaldırıb. 
Sultan Məhəmməd mirzənin lələsi Herat hakimi Məhəmməd xan ġərəfəddin 
oğlu da yolunu azmıĢdı. 
Nəvvabi-kamyab  bu  iki  mühüm  iĢin  hansı  tədbirlərlə  islah  etməsini 
fikirləĢirdi. 
Möhkəm əbədi dövlət adamları cəmimiyyətdən bir-birinin ardınca gələn hər 
iki  xəbəri  dünyanın  pənahı  [ġah  Təhmasibin]  dərgahına  çatdırdılar.  O,  bunları 
aradan  qaldırmaq  istədi.  PəncĢənbə  günü  rəbiül-əvvəl  [ayının]  19-da  (20  may 
1546)  Qəzvindən  çıxıb,  əvvəlcə  Seyid  Əbdüləzimi  ziyarət  üçün  Reyə  təĢrif 
apardı.
343
  Oradan  (B-267a)  Xərrəqana,  sonra  isə  Əlqasın  üsyanının  düzgünlüyünü 
öyrənmək üçün Azərbaycana təĢrif gətirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə