Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

Sahiabadın  Nəsriyyə məscidinin  minarəsindən baĢıĢağı bir ayağından asdılar
312
 ki,  
öz qəbih əməllərinin cəzasına çatsın. 
BaĢqa  [hadisə]:  Bu  ildə  Əlqas  mirzəni  bəzi  böyük  əmirlərlə  ġirvanı  iĢğal 
etməyə göndərdilər.
313
 ġirvan valisi [ġirvanĢah] ġahrux ibn Sultan Fərrux [Yəsar] 
Biğord  qalasına  sığınmıĢdı.  O  qala  son  dərəcə  möhkəm  idi.  Bir  müddət 
mühasirədən sonra onu iĢğal etməkdən aciz olub, [əhvalatı] dünyanı bəzəyən [ġah 
Təhmasibə]  ərz  etdilər.  Qələbə  ayəli  bayraqlar  (ġah  Təhmasib)  dərhal  Mərənd 
çəmənindən  o  tərəfə  at  çapdı.  Məzkur  [94]5-ci  ildə  rəbiüs-sani  (ayının)  düĢənbə 
günündə  qalanı  aldılar.
314
  ġahrux  əsir  alındı  və  bir  qədər  sonra  (B-264b)  aradan 
götürüldü.  Bütün  ġirvana  yenilməz  dövlətin  rəhbəri  [ġah  Təhmasib]  yiyələndi. 
Tarixi bu qitədə zəbt olundu: 
 
QİTƏ 
 
Zəmanənin GünəĢi ġah Təhmasib, 
Yer üzünü iĢğal etdiyinə görə, 
Qitənin rədifi «müsəxxər aməd»i (iĢğal olundu) tarix 
etdi,
315
 yəni ki, həmin «müsəxxər» gəldi. 
 
Bu  haqda  Ģairlər  öz  sözlərini  demiĢlər.  O  cümlədən  müasirlərin  qaymağı 
Mövlana ġərəfəddin Bafeqi Kirmani
316
 o səfərdə iĢtirak edirdi. Qalanın alınmasının 
- təbriki üçün gözəl bir qəsidə yazdı. Mətləi budur: 
«ġad xəbərin səsindən Zühəlin eyvanına. 
ġirvan fəthinin avazəsi düĢdü». 
Bir baĢqası hər misrası ayrıca tarix olan bir qəsidə yazdı. Həmin fəth üçün 
bu iki beyt o qəsidədəndir. 
 
ŞER 
 
«Fələyin baĢda ədəblə oturanları hamının ardınca  
Tərif edə-edə, dəstə-dəstə astanaya gəldilər.  
Bu cür əsgər və bu camaat hara üz tutsa.  
Tale ona tərəf gəlib, onu qarĢılayacaqdır». 
 
Xülasə, [ġah Təhmasib] fəthdən sonra Əlqas mirzəni darüssəltənə ġamaxıda 
hökumət taxtına oturdaraq, lələsi Bədr xan Ustaclunu onunla qoydu. Bütün ġirvan 
ölkəsi  onlara  bağıĢlandı.
317
  Cəlal  bayraqları  (ġah  Təhmasib)  darüssəltənə    (M-
244b)  Təbrizə qayıtdı. 
Xidmətləri və hüquqları bu ölkədə dillərdə əzbər olan və kitablarda yazılan 
Xacə  Müzəffərin  oğul  nəvəsi  olduğuna  görə  keçən  il  sultanlıq  mənsəbi  almıĢ 
Məhəmməd  saleh  bitikçi  Astarabadi  cahilliyi  ucundan  üsyan  edib,  Astarabad 


hakimi  Sədrəddin  xan  Ustacluya  qarĢı  çıxdı.  Məzkur  xan  Bistamdan  onun  üstünə 
basqın etdi. Ağzıböyük Ustaclu [adı ilə] tanınan Dəli ġahverdi Kəngərli onu tutub, 
möhtəĢəm  dəsgahlı  dərgaha  gətirdi.  Qəzəb  qəhrəmanı  [ġah  Təhmasib]  o  kafərin 
qətlinə  fərman  verdi.  Onu  bir  küpə  qoyub,  Təbriz  Sahibabadının  Nəsriyyə 
məscidinin minarəsindən atdılar. Onunla da Xacə Müzəffərin nəsli kəsildi. Həmin, 
qıĢlaq Təbrizdə oldu. 
Donuz ili (mart 1539 - mart 1540)- bəzi ayları [94] 5, bəzi ayları isə 946-cı 
ildə  (30.V.1538-7.V.1540)  özbək  Übeyd  [xanın]  ölüm  xəbəri  çatdı.
318
 
Kəndxudadan  əyalət  [hakimi]  mərtəbəsinə  çatmıĢ  Həsən  Sultan  ReyĢəhrinin 
nankorluğu  xəbəri  aĢkar  olan  kimi  qəzadan  iĢ  düz  gətirdi.  Bütün  fars  əmirləri  - 
Zülqədər,  ƏfĢar  və  onlardan  baĢqa  [tayfalar]  ReyĢəhrinin  qalasını  mühasirəyə 
getdilər  ki,  onu  tutub  ali  dərgaha  gətirsinlər.  Bunun  üçün  Qazıxan  sarı  ġeyxlu 
Zülqədər və baĢqaları da oraya getdilər. Hökmə əsasən ReyĢəhrinin əmlakını zəbt 
etməyə  məmur  olunmuĢ  Əmir  seyid  ġərif  Baqi  onu  müəyyən  olunmuĢ  vaxtda 
qaladan  bayıra  çıxardı.  Qazıxan  Zülqədər  onu  dərgaha  gətirdi  (B-265a). 
Gərmrudun  Miyanc
319
  [məntəqəsinə]  çatdıqda,  Qazıxan  vəfat  etdi.
320
  Qazıxanın 
mülazimləri  Həsən  Sultanı  dünyanın  pənahı  [ġah  Təhmasibin]  dərgahına 
gətirdilər.
321 
Qazıxanın  vəzifəsi  Keçəl  bəy  Hacılu
322
  Zülqədərin  oğlu  Ġbrahim  bəyə 
verildi [və o] Ġbrahim xan ləqəbi aldı.  
Həsən  Sultan  ReyĢəhri  hökmə  əsasən  öldürüldü.  Həmin  ildə  ölkənin 
mustovfisi  olan  Xacə  Qasım  Nətənzi  vəzifəsindən  çıxarıldı.  Ġsfahan  vəziri  Xacə 
Qiyasəddin Əli ġirazi onun yerinə mustovfi oldu. 
Təbrizdə taun baĢ verdi. Ali ordu Dəzcəruda gəldi. 
(M-245a)  Bu  vaxt  nəvvabi-kamyabın  (ġah  Təhmasibin)  baçısı  Pərixan 
xanımı  ġəkinin  [hakimi]  Həsən  Sultanın  oğlu  DərviĢ  Məhəmməd  xana  [ərə] 
verdilər.
323
 
Taun aradan getdikdən [sonra ġah Təhmasib] darüssəltənə Təbrizdə qıĢladı. 
Siçan ili (mart 1540-mart 1541)-bəzi ayları [94] 6, bəzi ayları isə 947-ci ildə 
(19.V.1539-26.IV.1541)  yaylağı Surluqda keçirdilər. 
Rumilərdən  üz  döndərib,  Ərəb  Ġraqına  getmiĢ,  Əcəm  Ġraqının  Qara 
ulusunun
324
  bəzi  uluslarını  Əcəmə  gətirib,  yenidən  mələklərin  gözətçisinin 
astanasına  (ġah  Təhmasibə)  yalvarmaqla  günahlarının  tozuna  güzəĢt  olunan  Qazı 
xan  Təkəlu  əmirlər  cərgəsinə  daxil  edildi.  O,  üzük,  təbil,  çətir,  çadır  və  döyüĢ 
Ģöləsi  ilə  sərəfraz  olundu.  [ġah  Təhmasib]  əmirləri  oradan  kürd  Hacı  ġeyxin 
ölkəsinə göndərdi. 
Cəlal  bayraqları  (ġah  Təhmasib)  Azərbaycana  getdi.  Əmirlər  Hacı  ġeyxin 
vilayətini  fəth  etdikdən  sonra,  dərgaha  gəldilər.  Salyan,  Mahmudabad  və  ġirvan 
vilayətləri  və  Əlqas  mirzənin  lələliyi  mənsəbi  Qazı  xana  verildi.
325
  Bədr  xan 
Ustaclunu dərgaha çağırıb, ali divanın idarəsi mənsəbi ilə baĢını ucaltdılar. 


Ərdəbil Səfəvilərinin müqəddəs nurlu astanasının idarəsi Qazı xanın qardaĢı 
Əli bəyə verildi. 
Qələbə  ayəli  bayraqlar  (ġah  Təhmasib)  Gürcüstan  döyüĢünə  getdi.  Oranı 
fəth etdikdən və oranın valisi Ləvasa
326
 məğlub olduqdan sonra çoxlu qız, oğlan və 
davarla  darüssəltənə  Təbrizə  gəldi  və  orada  qıĢladılar.  Öküz  ili  (mart  1541-mart 
1542)-bəzi  ayları  [94]  7,  bəzi  ayları  948-ci  ildə  (8.V.1540  -  16.IV.1542)  [ġah 
Təhmasib] Ucan və Səhənd yaylağına gəldi. Əlqas mirzə və ġəki [hakimi] DərviĢ 
Məhəmməd  xan  dünyanın  pənahı  [ġah  Təhmasibin]  dərgahına  gəldilər.  NəvaziĢ   
qazanaraq, öz vilayətlərinə qayıtmaq icazəsi aldılar. 
Özbək  elçiləri:  San  Çöhrə  bahadır  Bəlx  hakimi  Kəskən  Qara  sultan  ibn 
Canibəy  xan  tərəfindən  və  Xudaberdi    (M-245b)    Buxara  sahibi  Əbdüləziz  ibn 
Übeyd xanın  adından ali dərgaha gəlib hədiyyələr gətirdilər. QıĢlaq Təbrizdə oldu. 
Pələng ili (mart 1542- mart 1543)- bəzi [ayları] [94] 8, bəzi [ayları] isə 949-
cu  ildə  (27.IV.1541-5.IV.1543)  (B-265b)  özbək  elçiləri  qayıtmaq  icazəsi  aldılar. 
Nəslən kürd olan Xəlifə Mehmandar Atabəyi onlarla birlikdə elçi göndərdilər. 
Ali  dərəcəyə  çatmıĢ  Əskuyə  seyidlərinə  yaxĢı  münasibət  bu  ildə  aradan 
getdi.  Cəlal  bayraqları  (ġah  Təhmasib)  yaylaqdan  sonra  Xuzistanın  Dizful  və 
ġüĢtər  [Ģəhərlərinə]  tərəf  hərəkət  etdilər.
327
  Oranın  hakimi  Əlaüddövlə  RənaĢi, 
Ģahın  məiyyəti  oraya  çatmazdan  əvvəl,  öz  axmaqlığı  və  sarsaqlığından  qaçıb 
Bağdada  düĢmənlərin  yanına  getdi.  O  vilayəti  [Xuzistanı]  yenilməz  dövlətin 
rəhbəri zəbt etdi. Oranın idarəsini Əbülfəth Sultan ƏfĢara verdilər. 
Qələbə  ayəli  bayraqlar  (ġah  Təhmasib)  Əcəm  Ġraqına  qayıdıb,  Qumda 
qıĢladı.  Orada  və  Ġraqın
328
  baĢqa  mahallarında  məscid  kimi  xeyriyyə  binaları  - 
Qumda  Həzrəti  Sahibəzzəmanə  mənsub  məscid,  Qumda  dəfn  olunmuĢ  Həzrəti-
imamzadələrin  müqəddəs  qəbirləri  üstündə  və  Rey,  savuçbulaq  və  Əcəm  Ġraqının 
baĢqa Ģəhərlərində gözəl binaların layihəsini hazırlayıb, az müddətdə uca imarətlər 
tikdirdi. 
DovĢan  ili    (mart  1543-mart  1544)-bəzi  [ayları]  [9]49  və  bəzi  [ayları]      
950 (17.IV.1542-24.III.1544)-ci   ildə   [ġah   Təhmasib]   Qum   Ģəhərindən çıxıb, 
Sərbənd,  Kozaz  və  Xangörməzə  gəldi.  Həmədanın  yaxınlığında  seyrə  çıxdılar.   
Nəhavəndin  ətrafında  müqəddəs  Ģərafətli  [ġah  Təhmasibin]  səhhəti  bir  qədər 
pozuldu.  camaat  təĢviĢə  düĢdü.  Abidlər,  zahidlər  və  möminlər  dua  [etmək]  və 
ağlamaqla o Həzrətin müqəddəs xasiyyətli vücudunun sağalması üçün yalvardılar.   
Göylərin  mələkləri  amin  dedilər,  beləliklə,  o  sağaldı.  Yenidən    din    və    dünyaya  
həyat  suyu  gəldi.  Ondan  sonra  (M-246a)  kəramətli    əmirlər  və    böyük  qazilər,  
Abdulla  xan  Ustaclunun,  Savə  və  baĢqa  vilayətlərin  hakimi  Həmzə  Sultan     
Ustaclunun  oğlu  ġahəli Sultanın sərkərdəliyi
329
 ilə dinə və dövlətə qarĢı müxtəlif 
fəsad  törədən  Gülhər  ulusuna  basqın  etməyi  qərara  aldılar.  Məzkur  əmirlər  onları 
qətl  və  qarət  edib,  salamat  [və]  qənimətlə  dünyanın  pənahı  [ġah  Təhmasibin] 
dərgahına gəldilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə