- 61 -
Aristotelin məşhur «poeziya fəlsəfəyə tarixdən daha yaxındır», daha dəqiqi
«poeziya tarixdən daha fəlsəfi və daha ciddidir» fikri
1
poeziyadakı fəlsəfəliyi ifadə
etməkdən daha çox tarixdəki «fəlsəfəsizliyi» (anti-fəlsəfi mahiyyəti) ifadə edir.
Belə ki, tarix və fəlsəfə insan təfəkkürünün diametral əks qütblərində qərar tutur və
bütün digər düşüncə formaları bu iki qütb arasındakı spektrin müxtəlif
məqamlarından ibarətdir.
Artıq baş vermiş hadisə ancaq tarixdə qala bilər. Mahiyyətlər, ideyalar isə
əbədidir. Fəlsəfi təlimlərin də tarixdə qalması, yaxud tarixin sədlərini keçərək
çağdaş fikir dünyasında aktuallığını saxlaması, bu təlimlərin nə dərəcədə həqiqi
mahiyyətlər, ideyalar üzərində qurulmasından asılıdır. Başqa sözlə, fəlsəfi təlim
həqiqətən fəlsəfidirsə o heç də tarixdə qalmayaraq həmişə müasir olur.
Məşhur fəlsəfə tarixçisi Kuno Fişer də diqqəti fəlsəfə ilə tarix arasındakı
əksliyə yönəldir. O, «Fəlsəfə tarixi elm kimi» adlı əsərində fəlsəfə tarixinin hətta
mümkünlüyünü belə şübhə altına alır: «Tarix və fəlsəfə anlayışları arasında belə bir
əkslik vardır: tarix hadisələrin zamana görə varisliyi olmadan təsəvvür edilə
bilməz, fəlsəfə isə həqiqətin dərki üzərində qurulur ki, həqiqət də ancaq şeylə tam
uyğunluq halında olan təsəvvürdən ibarətdir. Burada iki imkan vardır: təsəvvür
şeyə ya uyğundur, ya da uyğun deyil. Birinci halda təsəvvür həqiqi, ikinci halda
yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə varisliyini ifadə etmir və
deməli onun tarixi də yoxdur».
2
Əgər biz «fəlsəfə» anlayışını onun bütün tarix boyu keçdiyi təkamül
kontekstində araşdırmalı olsaq, müxtəlif dövrlərdə müxtəlif lokal elmi-mədəni
mühitlərdə bu anlayışın xeyli dərəcədə fərqli mənaları ifadə etdiyini və bu
mənaların zaman oxunda düzülüşünün hansı isə ardıcıllığı, qanunauyğunluğu əks
etdirmədiyini və beləliklə, müntəzəm təkamüldən danışmağın qeyri-mümkün oldu-
ğunu görərik.
Lakin bu fərqli anlamların geniş spektrində bütün dövrlərin və elmi-mədəni
mühitlərin, bütün düşüncə tərzləri və elmi paradiqmaların sərhədlərini keçərək bu
günə qədər gəlib çıxmış parlaq zirvələr vardır ki, onlar bu dəyişkənlikdə və
müxtəliflikdə bir növ oriyentir rolunu oynamaqla fəlsəfi fikrin bir ana xətti oldu-
ğunu və əsrlərin öz arasında bu zirvələrdən keçən vahid ideya xətti ilə bağlandığını
göstərir. Bu zirvələr böyük fəlsəfə klassiklərinin əsərləridir.
Piramidanın aşağısı nə qədər geniş sahəni əhatə etsə də, zirvəyə yaxınlaşdıq-
ca müxtəliflik aradan götürülür və bütün böyük klassiklərin eyni problemlər
1
Aristotel. Poetika. (Poeziya sənəti haqqında. – tərcüməçi Aslan Aslanovdur). B.,
Azərnəşr, 1974, səh. 63.
2
Куно Фишер. История философии как наука // История Новые философии;
Декарт:
Его жизнь, сочинения и учение. – СПб.: Мифрил, 1994, стр.4.