Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
- 63 - 
də müasir dövrə aid olmaq əzmindədir. Başqa sözlə, fəlsəfə klassiklərinin əsərləri bu 
gün yazıb-yaradan müasir filosofların əsərləri ilə eyni zamandan və eyni məkandan 
bəhs edir. Yəni, klassiklər müasir filosofların müasirləridir. Platonla, Fərabi 
ilə,  Dekartla  tanış  olmaq  üçün  keçmişə,  tarixin  dərinliyinə  yox,  fəlsəfəyə,  ideya 
dünyasının dərinliyinə baş vurmaq lazımdır. 
Beləliklə, tarixdə müasir insan (tarixçi) keçmişi əks etdirdiyi halda, fəlsəfədə 
keçmiş insan (filosof) təkcə öz dövrünü yox, həm də müasirliyi əks etdirir.  
Fəlsəfə  tarixində  isə  müasir  insan  keçmiş  insanın  düşüncələrini  təhlil  edir. 
Eyni  dövrdə  yaşayanların  müəyyən  məsələlər  haqqında  düşüncələrini  müqayisə 
etməklə  yanaşı,  həmin  məsələlərə  dair  müasir  informasiya  bazasından  və  çağdaş 
düşüncədən də istifadə edir. Və çox vaxt zaman fərqi itir, keçmiş bir təlimin izahı 
üçün  müasir  tədqiqatçıya  və  müasir  bir  təlimin  izahı  üçün  keçmiş  tədqiqatçıya 
istinad  edilir.  Yaxud,  iki  keçmiş  filosofun  düşüncələri,  aralarında  neçə  yüz 
il  fərq  olmasına  baxmayaraq,  məsələ problemlər üzrə qoyularkən və  müqayisəli 
təhlil  aparılarkən  onlar  eyni  zaman  müstəvisində  nəzərdən  keçirilirlər.  (Hadisələr 
özü də, elə bil ki, təkrar olunur. «Yeni – yaxşı unudulmuş köhnədir»).  
Fəlsəfədə  kimin  «köhnə»,  kimin  daha  müasir  olması xronologiya  ilə  deyil, 
təlimlərin  və  terminologiyanın  müasir  fəlsəfəyə  yaxınlıq  dərəcəsi  ilə  müəyyən 
edilir. Təkcə bir faktı nəzərə almaq kifayətdir ki, R.Dekart İbn Sinadan 600 il sonra 
yaşasa da, onun fəlsəfədə (hətta riyaziyyatda da – Dekart koordinat sistemi adlanan 
məkan  modelinin  İbn  Sina  tərəfindən  irəli  sürlməsi  faktı  çox  önəmlidir.
1
)  Qərb 
dünyası üçün  yeni sayılan bir sıra fikirləri sadəcə təkrardan ibarətdir, hətta bəzən 
geriyə  doğru  atılmış  addımdır.  İbn  Sina  ilə  Dekart arasında,  Sührəvərdi ilə  Kant, 
hətta Husserl arasında parallellər bizim qarşımızda fəlsəfi fikir tarixinin tamamilə 
başqa bir mənzərəsini açmış olur.  
Şərq  fəlsəfəsi,  xüsusən  orta  əsrlərdə  islam  dünyasında  yaranan  yeni  fəlsəfi 
baxışlar nəzərə alındıqda Qərb fəlsəfi fikir tarixinə təzədən baxmaq lazım gəlir. Və 
zaman elə bil ki, altı əsr sürüşür. Təsadüfi deyildir ki, bu sətirlərin müəllifi Oksford 
Universitetində keçirilən Fenomenologiya üzrə III Dünya Konqresində məruzəsini 
məhz bu səbəbdən Sührəvərdi-Dekart-Husserl xronoloji ardıcıllığı ilə yox, Dekart-
Sührəvərdi-Husserl ardıcıllığı ilə şərh etməli olmuş və Qərb filosoflarının diqqətini 
ideya tarixindəki məqsədyönlü (və ya təsadüfi) sürüşmələrə yönəltmişdir.
2
 
Biz  çox  vaxt  fikri  xalis  şəkildə  götürərək  onun  hansı  dövr  düşüncəsinin 
məhsulu  olmasını  heç  nəzərə  də  almırıq.  (Amma  gərək  alınsın.  Çünki  düşüncə 
                                                 
1  Bax:    Ибн  Сина.  Избранные  философские  произведения.  М.,  Наука,  1980,  стр. 
107-108. 
2
  S.Khalilov.  Al-Suhravardi’s  doctrine  and  phenomenology.  –  The  Third  World 
Congress  of  phenomenology.  Program.  Wadham  College,  University  of  Oxford,  England, 
August 15-21, 2004.  


 
- 64 - 
tərzləri müxtəlif olur).  
Dövrün düşüncə tərzi dəyişsə də, görünür, dəyişiklik ən çox üst qatda gedir. 
Zəmanə dərin qatlara nüfuz edə bilmir. Zira, hadisələrdə müxtəliflik olduğu halda, 
mahiyyətlərdə eyniyyət və sabitlikdir.  
Tarix  zəruri  və  ya  təsadüfi  olmasının  fərqinə  varmadan  artıq  baş  vermiş 
hadisələrdən bəhs edir.  
Elm nisbi zəruri hadisələri, yəni müəyyən şərtlər daxilində baş verməli olan  
hadisələri, başqa sözlə səbəb-nəticə münasibətlərini öyrənir.    
Fəlsəfə  varlığın  dəyişməyən  qatlarını,  dəyişkənlik  görüntüsü  arxasındakı 
sabitliyi  öyrənir. 
  Bütün  milli  özünəməxsusluq  imkanlarına  baxmayaraq,  fəlsəfə  əsasən 
ümumbəşəri səciyyə daşıyır. Çünkü başlıca məqsəd insanları (insan qruplarını) bir-
birindən  fərqləndirməkdən  daha  çox,  ümumiyyətlə  insanı,  onun  mahiyyətini, 
həyatın  mənasını,  dünya  ilə  münasibətini  araşdırmaqdır.  İnsanların  öz  arasındakı 
fərq  fəlsəfi  tədqiqatın  sonrakı,  diferensiallaşmış  pilləsində  üzə  çıxır.  Özünü  dərk 
etmək  istəyən  insan,  əlbəttə,  öz  fərdi  (və  milli)  xüsusiyyətlərini  də    dərk  etməyə 
çalışır. Lakin o, əvvəlcə insan ümumisini, insan varlığının səciyyəsini dərk etmək 
məcburiyyətindədir. Həm də ancaq bu ümumiləşmə səviyyəsindəki düşüncələr və 
tədqiqatlar  bütün  bəşəriyyət  miqyasında  əlaqələndirilə  və  ortaq  məxrəcə  gətirilə 
bilər.  
Məhz  bu  baxımdan  Zərdüştün,  Konfutsinin,  Sokratın  fikirləri  ümumbəşəri 
səciyyə  daşıdığı  kimi  Fərabinin,  İbn  Sinanın,  Bəhmənyarın  fəlsəfi  tədqiqatları  da 
ümumbəşəri  məzmunludur.  Bəzən  fəlsəfə  tarixi  ayrı-ayrı  xalqların  fəlsəfi  fikir 
tarixləri  kimi  (məsələn  «qədim  yunan  fəlsəfəsi»,  «islam  ölkələrində  fəlsəfə», 
«klassik alman fəlsəfəsi» və s.) təsnif edilir. Lakin bunun heç bir elmi-metodolocu 
əsası  yoxdur.  Söhbət  ancaq  vahid  ümumbəşəri  fikir  prosesinə  hansı  xalqın  hansı 
dövrdə və nə kimi bir pay verməsindən, bu prosesdə nə dərəcədə fəal iştirakından 
gedə bilər ki, bu da «fəlsəfə tarixi»nin predmetinə aid olan məsələ deyil. 
Fəlsəfə tarixi ümumbəşəri fəlsəfi fikrin vahid bir proses kimi inkişaf yolunu 
əks  etdirir. Təbiidir  ki,  ilk  fəlsəfə tarixçiləri də  məhz  filosofların  özləri  olmuşlar. 
Platonun «Dialoq»ları, Aristotelin «Metafizika»sı onaqədərki fəlsəfi fikir haqqında 
məlumat verən, onların məğzini əks etdirən əsas mənbələr hesab olunur. Hələ antik 
dövrdə bəzi filosoflar daha çox məhz fəlsəfə tarixi üzrə ixtisaslaşmışdılar. Buna ən 
gözəl  misal  Diogen  Laertski  sayıla  bilər.  Plutarx  əsasən  tarixçi  olsa  da,  həm  də 
fəlsəfə  tarixçisi  idi.  Azərbaycanda  da  fəlsəfi  fikir  tarixinə  dair  məlumatlar  lap 
çoxdan, hələ orta əsrlərdən qələmə alınmışdı. Nizami Gəncəvinin «İsgəndərnamə» 
əsəri (xüsusən «İqbalnamə») bir sıra mühüm ümumbəşəri fəlsəfi ideyalar və dünya 
xalqlarının  bir  çox  böyük  filosofları  haqqında  məlumat  verilməsi  baxımından  da 
olduqca əhəmiyyətlidir. Əlbəttə, Nizami peşəkar fəlsəfə tarixçisi deyildi, lakin onu 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə