Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
- 72 - 
nə  kimi  qərar  qəbul  edəcəyi,  necə  hərəkət  edəcəyi  heyvani  nəfs,  zövq  və  əql 
məqamlarından hansının üstünlük təşkil etməsindən asılıdır.  
Yalnız zövqün və ali duyğuların inkişaf etdirilməsi, nəfsin əqllə işıqlandırıl-
ması  heyvani  nəfsi  məhdudlaşdırmağa  imkan  verə  bilər.  Con  Lokk  nəfsin  məh-
dudlaşdırılmasını  tərbiyənin  mühüm  şərti  hesab  edirdi:  «Hər  bir  fəzilətin  və 
layaqətin əsası və ali prinsipi insanın öz arzularından imtina etmək, öz istəklərinin 
əleyhinə hərəkət etmək və ancaq zəkanın göstərişlərinə əməl etmək qabiliyyətindən 
ibarətdir».
1
 
İnsanın  öz  istəklərinə,  arzularına  çata  bilməməsi,  bu  yolda  mübarizələr 
aparmağa  məcbur  olması  bir  şeydir,  bu  istəklərdən  könüllü  surətdə  imtina  etmək 
məcburiyyətində olması başqa şeydir. Yəni insanın istəkləri müxtəlif olur və onlar 
heç  də  həmişə  öz  aralarında  uyğun  gəlmir;  bir  istəyin  həyata  keçirilməsi,  ancaq 
başqa bir istəkdən uzaqlaşmaq hesabına mümkün olur. Xırda hisslər, kiçik arzular 
insanı  böyük  ideala  gedən  yoldan  sapdırır.  Deməli,  ideala  gedən  yolda  kənardan 
maneələrlə yanaşı, daxili maneələr də vardır. Qurani-Kərimdə deyilir: «…Onlarla 
istədikləri arasında maneə yarandı».
2
  
İnsanın  həyatı  əqllə  nəfsin  mübarizə  meydanına  çevrilməsin  deyə,  o  öz  is-
təklərini  boğmaq  məcburiyyətində  qalmasın  deyə  ilk  növbədə  nəfsin  özünün  tər-
biyə  edilməsinə  böyük  ehtiyac  vardır.  Ş.Sührəvərdi  «İşıq  heykəlləri»  əsərində 
yazır:  «Nəfs  bədəndən  ayrı  düşdükdə…hiss  aləminə  göstərdiyi  şövqə  görə  əzab 
çəkir». Sührəvərdi kimi, Füzuli də nəfsin tərbiyəsinə böyük önəm verir. 
İnsanın  arzu  və  istəkləri  sağlam  olduqda  onlara  çatmaq  uğrunda  mübarizə 
cəmiyyət tərəfindən müsbət qarşılanır. Heyvani nəfs isə başqalarının izzəti-nəfsini 
nəzərə  almadığından,  ya  insan  özü,  ya  da  cəmiyyət  onun  realizasiyasına  mane 
olmaq  üçün  tədbir  görməli  olur.  Halbuki,  xoşbəxtlik  məhz  arzu  və  istəyin 
reallaşdırılmasındadır.  İctimai  tənbehə  səbəb  olan,  hətta  hüquqa  zidd  gəldiyi 
hallarda cəzalandırılmaqla müşayiət olunan bir xoşbəxtlik, həqiqi xoşbəxtlik sayıla 
bilərmi?  Burada,  bir tərəfdən,  hissi səviyyədə  yaşanan  «həzz»,  «ləzzət»  və  sosial 
prizmadan keçən «xoşbəxtlik» anlayışlarının fərqləndirilməsi zərurəti ortaya çıxır. 
Digər tərəfdən də, xoşbəxtliyin yalnız hissi səviyyədə yaşana biləcəyini, insanın öz 
təbii  hisslərinə  azadlıq  verməli  olduğunu  iddia  edən  nitsşeçilik  və  freydizm 
fəlsəfələrini təkzib etmək üçün buddizmin və sufizmin metodoloji əsaslarına müra-
ciət etmək lazım gəlir. İstənilən halda müasir dövrdə insanın əxlaqi-mənəvi sima-
sını  daha  dərindən  açmağa  imkan  verən  fəlsəfi  nəzəriyyələri  araşdırmadan  və 
onlara istinad etmədən hazırlanan tərbiyə konsepsiyaları heç bir fayda verə bilməz. 
                                                 
1
 Джон Локк. Сочинения, том 3. М., Мысль, 1988, стр. 32 
2
 Qurani-Kərim, Səbə surəsi, 54-cü ayə. 


 
- 73 - 
Dünyada  tarixən  formalaşmış  müxtəlif  tərbiyə  sistemləri  vardır.  Hər  şey 
məqsəddən  asılıdır:  əvvəlcə  müəyyənləşdirilməlidir  ki,  biz  icraçı,  yoxsa  yaradıcı 
insan  hazırlamaq  istəyirik?  Bunlardan  hər  birinin  öz  üsulları  vardır.  «Böyüklərin 
buyruğuna  əməl  edən»,  «sözə  qulaq  asan»,  «deyilənləri  qeyd-şərtsiz  yerinə  yeti-
rən»,  nizam-intizam  qaydalarını  pozmayan,  qoyulmuş  yolla  gedən  və  yoldan 
sapmayan  tərbiyəli  şəxs  obrazı  bizə  yaxşı  məlumdur.  Dikbaş,  «bildiyini  babasına 
verməyən»,  böyüklərin  yanında  fikir  söyləməkdən  çəkinməyən,  müəllimlərlə  mü-
bahisə edən, qaydaları pozan, «ipə-sapa yatmayan» tərbiyəsiz və ya «çətin tərbiyə 
olunan» uşaq obrazı da yaxşı məlumdur.  
Lakin  bu  ənənəvi  tərbiyə  meyarlarından  fərqli  olaraq,  Qərbdə  ikinci  tip 
uşaqlar özü də iki yerə bölünür. Nəzərə alınır ki, gələcəyin həm cinayətkarları, həm 
də dahiləri bunların sırasındadır. Liderlik, təşkilatçılıq keyfiyyətləri də məhz ikinci 
qrup  uşaqlarda  olur.  Dahilik  və  dəlilik  əlamətləri  –  hər  ikisi  əvvəlcə  standartdan, 
normadan  kənara  çıxma  kimi  müşahidə  olunur.  Ona  görə  də,  Qərbdə  ikinci  qrup 
uşaqlara  daha  böyük  diqqət  verilir.  Sərbəst  düşüncənin,  yaradıcıllıq  potensialının 
inkişafı üçün maksimum şərait yaradılır. Uşaqlara özünü realizasiya imkanı verilir. 
Onları «böyüklərin», «avtoritetlərin» qəlibinə salmaq cəhdləri göstərilmir.  
Təəssüf ki, biz Qərbdən bu mütərəqqi tərbiyə metodikasını hələ də götürmə-
mişik. Hətta «böyük-kiçik» məsələsinə görə Qərb gəncliyini tərbiyəsizlikdə ittiham 
edirik və qürrələnirik; Şərq tərbiyə sisteminin üstünlüklərindən danışırıq. Üzdə hər 
şey, doğrudan da belədir. Lakin təəssüf ki, bu yanaşmanı mütləqləşdirməklə ifrata 
vardırılan,  alternativsiz  meyara  çevrilən  bəzi  adət-ənənələrin  azadlığı  necə 
buxovladığının fərqinə varmırıq.  
Əlbəttə,  böyüklərə  qulaq  asmaq,  icraçılıq  özü  də  iki  cür  başa  düşülə  bilər. 
Bir  var  sənə  düzlüyünə  qəti  əmin  olduğun  yol  göstərələr,  bir  də  var  özün  düşünə 
biləcəyin bir məsələdə başqasının buyruğuna əməl edəsən. İslam Şərqində icraçılığı 
mütilik  kimi  başa  düşmək,  görünür,  xeyli  dərəcədə  İslamın  mahiyyətinin  düzgün 
başa  düşülməməsi  ilə  bağlıdır.  «İslam»,  «müsəlman»,  «müslüm»  sözləri  «itaət», 
«mütilik»  mənasını  verdiyindəndirmi,  yoxsa  Qurani-Kərimin  bəzi  ayələrinin  düz-
gün  təfsir  edilməməsindəndirmi,  –  deyə  bilmərik,  amma  müsəlman  xalqlarının 
tərbiyə  sistemində  itaətkarlığın  müsbət  hal  kimi  dəyərləndirilməsi  çox  dərin  kök 
atmışdır.  
Əslində isə islamda təlqin olunan itaət heç də total itaət deyil. Nisa surəsində 
deyilir: «Ey iman gətirənlər! Allaha, peyğəmbərə və (onlar tərəfindən) itaəti sizlərə 
vacib  buyrulan  ixtiyar  sahiblərinə  itaət  edin».
1
  Lakin  burada  kimə  və  nə  kimi  bir 
itaətdən söhbət getdiyi həmişəmi düzgün şərh olunur?  
                                                 
1
 Qurani-Kərim. Nisa surəsi. 59-cu ayə. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə